Məhkəmə qərarları › İş №e-2(008)-3619/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3619/2025

22.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3619/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.173 manat məbləğində əsas, 300 manat mənəvi ziyan, 208 manat əldən çıxmış fayda, hüquqi xidmətlərə görə 350 manat haqq, cəmi 5.031 manat pul məbləğinin və 70 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X1 Ərəb Əmirliklərinin Dubay şəhərindən avtomobil ehtiyyat hissələrini gətirəcəyi adı ilə ondan ümumilikdə 4.173 manat məbləğində pul vəsaiti almış, lakin heç bir ehtiyyat hissəsini göndərməmişdir. Cavabdeh X4 ilə avtomobil ehtiyyat hissələrinin gətirilməsini razılaşdıran zaman onun təqdim etdiyi məlumat əsasında xx.xx.2023-cü il tarixdə Günel Sadıqova adlı şəxsin **********748787 nömrəli kart hesabına 1625 ABŞ dollar (2762 azn) pul köçürtmüşdür. Bundan başqa, təqdim etdiyi digər hesaba 830 ABŞ dolları (1411 azn) vəsait ödəmişdir. Cavabdeh sözünü tutmamış, heç bir ehtiyyat hissəsi göndərməmiş, əksinə müxtəlif bəhanələrlə işi uzatmaqla onu əlavə maddi xərclərə salmış, aldığı pulu müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. X4 barəsində aidiyyəti hüquqmühafizə orqanlarına şikayət etmişdir. Abşeron RPİ İŞ-nin müstəntiqi X.Rüstəmovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və mübahisənin həll edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Pulun qaytarılması ilə əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş, vəsaitin qaytarılmasından imtina edilmişdir. Cavabdeh Ş.Şıxəliyev 4.173 manat məbləğində pulu, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 208 manat məbləğində vəsaiti və digər xərcləri də ödəməlidir. Belə ki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmamışdır. Bundan əlavə cavabdeh Ş.Şıxəliyevin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş, sarsıntı və iztirab keçirtmişdir. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamış, Abşeron rayon polis şöbəsində saatlarla vaxt itirmiş, hər dəfə müxtəlif bəhanələr, bu gün-sabah pulu qaytarması barədə yalanlarını dinləmişdir. Bu səbəbdən hesab edir ki, ona 300 manat mənəvi ziyan da dəymiş və cavabdeh Ş.Şıxəliyev bu zərəri qarşılamalıdır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 4.173 manat məbləğində əsas, 300 manat mənəvi ziyan, 208 manat məbləğində vəsait, hüquqi xidmətlərə görə 350 manat haqq, cəmi 5.031 manat pul məbləği və 70 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2.762 manat məbləğində əsas, 300 manat mənəvi ziyan, 208 manat məbləğində vəsait, hüquqi xidmətlərə görə 350 manat haqq, cəmi 3.620 manat pul məbləğinin və 70 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsini müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 03 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, xx.xx.2023-cü il tarixində "xxxx" ASC vasitəsilə AE********************2 nömrəli kart hesabına 830 ABŞ dolları pul vəsaitinin çox olduğundan göndərilə bilmədiyini, daha sonra Dubay şəhərində Azərbaycan Respublikası vətəndaşı olan tanışı ilə danışdığını, xx.xx.2023-cü ildə Günel Sadıqovaya məxsus kart hesabına 2.766 manat pul göndərildiyini, pul ona çatandan sonra ehtiyyat hissələrini sifariş verdiyini, sifariş verən zaman ehtiyyat hissələrinin bir neçə həftəyə göndərəcəklərini bildirsələr də, göndərilmədiyini bildirmişdir. 25 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin azaldılmasına dair ərizəni müdafiə edərək, cavabdeh Ş.Şıxəliyevə Azərbaycan Beynəlxalq Bankı vasitəsilə göndərilən 830 ABŞ dolları (1411 manat) məbləğində puldan imtina etdiklərini, qalan vəsaiti isə tələb etdiklərini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 25 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, 2.762 manat məbləğində pulun ödənilməsinə etirazının olmadığını, ona da ziyan dəydiyini, hal-hazırda həmin ödənişi ödəməyə imkanı olmadığını, iddia tələbinin mənəvi ziyan, cərimə və hüquqi xidmətə görə hüquqi yardım xərci hissəsində qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfinfən xx.xx.2023-cü il tarixdə Günel Sadıqova adlı şəxsin **********748787 nömrəli kart hesabına 2762 manat pul köçürtmüşdür. İş materiallarına əlavə olunan Abşeron RPİ İŞ-nin müstəntiqi X.Rüstəmovun Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli Qərarından görünür ki, X5 izahatında İddiaçı 4 il olar tanıdığını, BƏƏ-nin Dubay şəhərində olarkən İddiaçı ona zəng edərək avtomobilinə ehtiyyat hissələrini almasını xahiş etdiyini, o, həmin ehtiyyat hissələrinin qiymətini öyrəndikdən sonra hesab nömrəsini göndərdiyini, İddiaçı həmin hesaba malları alması üçun 2766 manat pul göndərdiyini bildirmişdir. O, həmin məbləğdə pulu orada ehtiyyat hissələri satan şəxsə versə də, sonuncu ehtiyyat hissələri göndərmədiyi üçun İddiaçı çatdıra bilməmişdir. İş materiallarına əlavə olunan qəbzdən görünür ki, İddiaçı 350 manat məbləğində pulu vəkil xərci olaraq Bakı şəhəri 3 saylı Vəkil Bürosuna göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.2-ci maddəsinə əsasən vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. Öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, yaranmış borcu iddiaçıya ödəməlidir. 25 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, 2.762 manat məbləğində pulun ödənilməsinə etirazının olmadığını, iddia tələbinin mənəvi ziyan, cərimə və hüquqi xidmətə görə hüquqi yardım xərci hissəsində qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və əldən çıxmış faydanı ayrı-ayrılıqda qiymət verərək qeyd edir ki, əsas borc əsaslı olduğundan tam təmin edilməli, həmçinin həmin əldən çıxmış faydanın tutulması hissəsində isə məbləğ azaldılmalıdır. Beləliklə cavabdehin Abşeron RPİ-də verdiyi izahatında, həmçinin məhkəmə iclas zalında verdiyi izahatında 2762 manat pul almasını etiraf etdiyindən məhkəmə hesab edir ki, Cavabdeh 2762 manat və əldən çıxmış fayda olaraq isə 100 manat tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. İş materiallarından göründüyü kimi cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi müəyyən edilir. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Məhkəmə iddia tələbinin 300 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması ilə bağlı hissəsini qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, vəkil xərci olaraq pul vəsaitinin tutulması hissəsində iddia tələbi təmin edilərək, cavabdehdən 350 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 2762 manat ödənilmiş pul, 100 manat əldən çıxmış fayda, 50 manat mənəvi ziyan, hüquqi yardım üçün 350 manat Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 52.62 (əlli iki manat altmış iki qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 2.762 (iki min yeddi yüz altmış iki) manat məbləğində əsas, 100 (bir yüz) manat məbləğində əldən çıxmış fayda, 50 (əlli) manat mənəvi ziyan, hüquqi xidmətlərə görə 350 (üç yüz əlli) manat haqq, cəmi 3262 (üç min iki yüz altmış iki) manat pul və 52.62 (əlli iki manat altmış iki qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar