Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3682/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqrasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə ödənilmiş 3390 manat sığorta ödənişinin və ödənilmiş 53.90 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X4 tərəfindən etibarnamə ilə olunan “Toyota Prius” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “ZAZ Sens” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur, nəticədə X11, X5 və X6 yüngül dərəcəli xəsarət almışdır. İş materiallarına əlavə edilmiş PAT ********** nömrəli sığorta müqaviləsinin 176775,177931,177932 və 177933 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “ZAZ Sens” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1140 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırıqlarından görünür ki, “ZAZ Sens” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 9628 saylı ödəniş tapşırığına uyğun olaraq X7 1140 manat, 10280 saylı ödəniş tapşırığına uyğun olaraq X1 yüngül dərəcəli xəsarət almasına görə 750 manat, bank mədaxil qəbzinə əsasən X2 yüngül dərəcəli xəsarət almasına görə 750 manat və 9511 nömrəli ödəniş tapşırğına uyğun olaraq yüngül dərəcəli xəsarət almış X9 750 manat sığorta ödənişi həyata keçirmiş, ümumilikdə 3390 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü tarixdə yol-nəqliyyat hadisəsi zamanı X4 hadisə yerindən yayınmış və həmçinin hadisə nəticəsində zərəçəkmiş şəxslərin sağlamlığına yüngül xəsarət yetirmişdir. Belə ki, İXP seriyalı ******* saylı protokoldan və TP seriyalı inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi X10 barəsində İXM-nin 327.6-ci və 327.8-ci maddələri ilə inzibati qaydada protokol və qərar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(010)801/2023 saylı inzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh İXMnin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan “icbarı sığorta müqavilələrinin mövcudluğunun yoxlanması” barədə elektron çıxarışın surətindən görünür ki, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmışdır. -xx.xx.2023-cü il tarixli, 121415 nömrəli sığorta aktından görünür ki, "Toyota Prius" markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmış və xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər cəmi 1140 manat olmaqla faydalanan şəxs X11 müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli, 121983 nömrəli sığorta aktından görünür ki, "Toyota Prius" markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmış və xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər cəmi 750 manat olmaqla faydalanan şəxs X8 müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli, 121987 nömrəli sığorta aktından görünür ki, "Toyota Prius" markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmış və xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər cəmi 750 manat olmaqla faydalanan şəxs X6 müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli, 121983 nömrəli sığorta aktından görünür ki, "Toyota Prius" markalı ** PC *** dövlət 121419 nişanlı avtomobil icbari qaydada sığortalanmış və xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər cəmi 750 manat olmaqla faydalanan şəxs X11 müəyyən edilmişdir. -Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(010)-801/2023 nömrəli qərarın surətindən görünür ki, Məmmədov X3 Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən 03 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -“X19” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9628 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “X19” ASC tərəfindən "xxxx" ASC-nin hesabına 1140 manat məbləğində pul köçürülmüşdür. -“X19” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10280 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “X19” ASC tərəfindən "xxxx" ASC-nin hesabına 750 manat məbləğində pul köçürülmüşdür. -"xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli preteniziya məktubunun surətindən görünür ki, Cavabdeh subroqasiya hüququ əsasında cəmi 3390 manat məbləğində pulun ödənilməsi xahiş olunmuşdur. -xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən "xxxx" ASC tərəfindən 53,90 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2023cü il tarixdə idarə etdiyi İddiaçı Sığorta Şirkətində sığortalanmış “Toyota Prius” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törədərək “ZAZ Sens” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və bu səbəbdən iki şəxsin sağlamlığına ziyan dəymişdir. Cavabdeh hadisə qəza törətdikdən sonra hadisə yerindən yayınmışdır. Bu fakt Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli cinayət işinin rədd olunması barədə qərarə ilə öz təsdiqini tapır. “Buna görə də ZAZ Sens” markalı avtomobilə dəyən ziyan iddiaçı tərəfindən ödənilmiş və iddiçının ödənilən 3390 manat pulu subroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1.5-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 3390 (üç min üç yüz doxsan) manat məbləğində sığorta ödənişi və 53 (əlli üç) manat, 90 (doxsan) qəpik məbləğində dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-3682/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3682/2024
31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver