Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3722/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqların atası olmamasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahından xx.xx.2023-cü il tarixdə anadan olmuş əkiz oğlanları X8 və X1 üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutlması, onların 3 yaşına çatanadək qulluq etdiyi dövrdə hər ay 100 manat sabit pul məbləğində alimentin ödənilməsi, mediasiya üçün ödədiyi 50 manat xidmət haqqının cavabdehdən tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqların atası olmamasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X8 və X2 onun övladları olmamasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddianı müdafiə, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində rəsmi nikaha daxil olmuşlar. Yaşamaq üçün iddiaçının atasının dostuna məxsus ünvan 1 ünvanındakı 3 otaqlı mənzilinə köçmüşlər. Bu gün də orada yaşayır. Cavabdeh heç bir ciddi səbəb olmadan ailəni tərk edərək getmişdir və onlara heç bir diqqət və qayğı göstərmir. Doğuşdan sonra uşaqlarını götürməyə xəstəxanaya da gəlməmişdir. Valideyinləri xəstəxana xərclərini məcbur olaraq ödəmişlər. Birgə nigahdan 04. 03. 2023-cü il tarixində əkiz oğlanları X8 və X3 dünyaya gəlmişlər. Hazırda uşaqları ilə tək, maddi sıxıntı işərisində yaşayır. Heç yerdə işləmir, qayğıya və maddi dəstəyə ehtiyacı var. Bununla belə, ailəsinin dağılmasını istəmir. Göstərilənlərə əsasən, iddiaçı ilkin iddianın təmin, qarşılqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Balakişiyev X9 nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia tələbini qismən qəbul edib, qarşılıqlı iddia ilə bağlı ekspert rəyinə uyğun olaraq qərar qəbul edilməsini məhkəmənin mülahzəsinə buraxaraq bildirdi ki, təmsil etdiyi Cavabdeh birgə nikahlarından doğulmuş uşaqların saxlanmaları üçün hər ay hər uşağa 150 manat sabit pul məbləğində alimentin tutulmasına razı olsa da, uşaqlar 3 yaşına çatanadək hər ay 100 manat sabit məbləğində alimentin tutulmasını qəbul etmir. Çünki onun həmin alimenti ödəməyə maddi imkanı yoxdur. O, hazırda heç yerdə işləmir. Nümayəndə yekun məhkəmə qərarı qəbul edilən zaman göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin, qarşılıqlı iddiası isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş: - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci tarixdə Cavabdeh və Balakişiyeva (Nəzərova) Nərmin Arif qızı 1433 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. - Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 doğulmuşlar. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 xx.xx.2023-xx.xx.2023-cı il tarixli dövrü əhatə edən 526/2023-MTBŞ nömrəli ekspert rəyindən aydın olur ki, genetik test nəticəsində testə uğradılan güman olunan ata (F) ilə uşaqlar (C1 və C2) arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X3 və X8 adlı uşaqların bioloji atası olması təsdiq olundu. İlkin və qarşılıqlı iddia tələblərindən birinin əsaslı olması, digərinin əsassız olmasına dəlalət etdiyindən məhkəmə hesab edir ki, hər iki iddiaya eyni zamanda hüquqi qiymət verilməlidir. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2021-ci tarixdə nikaha daxil olmuşlar və birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 doğulmuşlar. Tərəflər faktiki ayrı yaşadıqlarından İddiaçı uşaqların saxlanmaları üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh isə uşaqların onun olmaması barədə qarşılıqlı iddia qaldırmışdır. Mövcud vəziyyətdə, məhkəmə iş üzrə xüsusi bilik tələb edən xüsusatlara aydınlıq gətirilməsi məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş və təqdim edilmiş ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 bioloji atasıdır. Məhkəmə, iş materiallarını və rəyi əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirir və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, İddiaçı “alimentin tutulması” tələbinə dair ilkin iddiası qismən təmin, Cavabdeh “uşaqların atası olmamasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İlkin iddia üzrə iddia tələbindən görünür ki, iddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay cəmi 440 manat, həmçinin uşaqların 3 yaşına çatanadək qulluq etdiyi dövrdə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmasını tələb etsə də, qarşı tərəfin həmin məbləğdə pulu ödəmək imkanına malik olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə, tərəflərin və onların birgə nikahından olan uşaqların mənafelərini, ilkin iddia üzrə cavabdehin əmlak və maddi vəziyyətini nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat, həmçinin uşaqlar 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarından göstərilmişdir ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində, Məcəllənin 85.1.2- 85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olub-olmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə təyin olunmuş aliment üzrə bir il ərzində ödəmənin məcmusu 5880 (12 ay x 490 manat) manat təşkil etdiyindən, cavabdehdən 78,8 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Həmçinin iddiaçının medasiya xidməti üçün ödədiyi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat, habelə uşaqların 3 yaşı tamam olanadək hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 490 (dörd yüz doxsan) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xidmət haqqının əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 78,8 (yetmiş səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh İddiaçı qarşı “uşaqların atası olmamasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş ekspertiza xərci Cavabdeh özünə aid edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3722/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3722/2023
21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver