Məhkəmə qərarları › İş №e-2(008)-3916/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3916/2025

14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3916/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ailə üzüvləri ilə birlikdə BTK tərkibində 248 №li Ləhişdəki 5931 № li olan bağ sahəsindən çıxarılmasına və 9 000 (doqquz min ) manat məbləğində zərərin və 110 (bir yüz on) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsi əlili kimi Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən verilən xx.xx.1995-ci il tarixli 744 saylı (bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə) sərəncama görə Ləhişdəki 5931 № li bağ 248 № li BTK tərkibində İddiaçı adına keçirilmişdir. Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №li koperativinə 12 №li order verilmişdir. Order Bakı şəhəri İcra hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 №li qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 248 №li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsinə verilmişdir. Cavabdeh, İddiaçı razılığı olmadan İddiaçı məxsus Ləhiş bağlar sahəsində 248 №li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 №li bağ sahəsini qanunsuz olaraq zəbt etmiş, hasarlamış və saxta sənədlərilə öz adına rəsmiləşdirmişdir. Cavabdeh, X3 və qeyriləri xx.xx.1994-cü il tarixli 882 saylı qərar və bağlar təsərüfatı idarəsinin 82 saylı orderi ilə 0,12 ha ölçülü Ləhiş bağ massivində 6976 saylı bağ sahəsi Cavabdeh mülkiyətinə verilmişdir. Bundan sonra cavabdeh Bakı şəhəri 1 saylı reyestr xidmətindən öz adına çıxarış almışdır. Göründüyü kimi Cavabdeh verilən bağ sahəsi ilə İddiaçı verilən bağ sahələrinə olan sənədlər ayrı-ayrıdır. İddiaçı adına verilən Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 № li koperativinə 12 № li order Bakı şəhəri İcra hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 № li qərarı ona dəlalət edir ki, Ləhiş bağlar sahəsində 248 № li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsi 5931 № li bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Göstərilənlər ona dəlalət edir ki, Cavabdeh İddiaçı adına verilən torpaq sahəsinə qanunsuz sahiblik edir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 22 dekabr 2020-ci il tarixli arayışına görə iddiaçının müraciəti əsasında "əraziyə texniki baxış keçirilmiş, göstərilən torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 26766D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında 5976 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında İddiaçı məxsus torpaq sahəsi saxtakarlıq edilərək Cavabdeh adına olan 5976 № li bağ sahəsi olduğu halda yanlış olaraq 5976 saylı bağ sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 may 2021ci il tarixli cavab məktubundə göstərilmişdir ki, "Daşınmaz Əmlakın dövlət reyesteri haqqında "Azərbaycan Respublikası qanununun 2.3 və 2.4-cü maddələrinə görə daşınmaz əmlak üzərində qydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bir sözlə Reyester Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi Cavabdeh adına qanunsuz olaraq verilmiş çıxarışı ləğv etməkdən imtina etmişdir. Bakı inzibati məhkəməsinin İş № 2-1(112)- 285/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı BakıƏrazi İdarəsinə qarşı Cavabdeh adına verilmiş 5976 saylı bağ sahəsi kimi reyestr xidmətində qeydiyyata alınmış çıxarışın, onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini, İddiaçı adına Bağ Təsərrüfatı İdarəsinin Ləhic bağlar sahəsindəki 248 №-li BTK-nın nəzdində 0,12 ha ölçüdə 5931 №-li bağ sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi təmin edilmişdir. Göründüyü kimin Cavabdeh dövlət sənədlərini öz adına və ailə üzvlərinin adına saxtalaşdıraraq İddiaçı müharibə iştirakçısı olaraq verilmiş Ləhiş bağlar sahəsindəki 248 № li koperativinə 12 № li order Bakı şəhəri İcra hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 № li qərarı ona dəlalət edir ki, Ləhiş bağlar sahəsində 248 № li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsi İddiaçı istifadəsinə verilmişd.Bundan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komiəsi tərəfindən verilmiş JN 26766D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında 5976 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında İddiaçı məxsus torpaq sahəsi saxtakarlıq edilərək Cavabdeh adına olmayan 5931 № li bağ sahəs olduğu halda yanlış olaraq 5976 saylı bağ sahəsi kimin Cavabdeh mülkiyyətinə verilmişdir. Eyni zamanda Cavabdeh İddiaçı mülkiyətində olan 5931 № li bağ sahəsni zəbt edərkən , mülkiyət hququnu, əmlakdan faydalanmaq hüququnu və digər hüquqlarını pozmuşdur. Bundan başqa İddiaçı tərəfindən bağ sahəsinə tökdüyü tikinti materiallarını istifadə etmiş, əkilmiş ağacları yararsız hala salmışdır. Eyni zamanda İddiaçı artıq 10 ildən çox olar ki,m üxtəlif məhkəmələrə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı 9 000 (doqquz min ) manat məbləğində vurmuş olduğu zərərin əvəzini ödəməlidi Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, 9000 manat maddi zərəri cavabdehin sözügedən torpaq sahəsindən istifadə etməsi, həmin torpaq sahəsinə əkmiş olduğu ağacların cavabdeh tərəfindən məhv edilməsi, torpaq sahəsinə tökmüş olduğu tikinti matriallarının cavabdeh tərəfindən istifadə edilməsi həmçinin hüquqlarını müdafiə etmək üçün çəkmiş olduğu xərc ilə izah etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Ə-301-112/2017 nömrəli xx.xx.2016-cı il tarixli sənəncamından çıxarışdan görünür ki, Bakı şəhəri Ləhic 5931 nömrəli bağ 248 nömrəli BTK tərkibində İddiaçı adına keçirilmişdir. Bağlar Təsərrüft İdarəsinin 12 nömrəli orderindən görünür ki, Ləhiş bağlar sahəsindəki 248 nömrəli kooperativ, 012 ha torpaq sahəsi olan 5931 nömrəli bağ sahəsi İddiaçı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 5931 saylı bağ sahəsi, yeni qaydalarla ünvan 1 ünvanının mülkiyyətçisi İddiaçıdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-285/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha ölçüdə 5976 saylı bağ sahəsinə dair X5 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, Cavabdeh, X2, X6, X4, X1 adlarına ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı xx.xx.2015-ci il tarixli ********** nömrəli qeydlərin ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha ölçüdə 5931 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-705/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 285/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1744/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-705/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4248/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh tələbi mümkün sayılmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 116,60 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha ölçüdə 5931 saylı bağ sahəsi iddiaçının mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4248/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında iddiaçı Cavabdeh tərəfindən əsaslandırılmış ərizənin məzmunun görünür ki, sözügedən torpaq sahəsi hazırda İddiaçı deyildə, Cavabdeh istifadəsindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan məzilin cavabdehin istifadəsində olması iddiaçının konistitusiyon hüququ olan mülkiyyət hüququnu pozduğundan iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh və onun ailə özvüləri iddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 5931 saylı bağ sahəsindən (yeni qaydalarla ünvan 1 ünvanından) çıxarılmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin 9000 manat zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin onun bağ sahəsinə qanunsuz sahiblik etmək ilə ona 9000 manat məbləğində ziyan vurmuş olduğunu, bu ziyanın həmin torpaq sahəsinə tökdürmüş olduğu daşlardan cavabdehin istifadə etməsi, bağ sahəsində olan ağacların məhv edilməsi, həmçinin məhkəməyə müraciət edərək vəkilə çəkmiş olduğu xərclər olduğunu bildirsədə, bu halları və çəkilmiş xərcin məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə həmçinin iddia tələbinin 110 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair iddia tələbini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən 100 manat hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ailə üzvüləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5931 saylı bağ sahəsindən (yeni qaydalarla ünvan 3 ünvanından) çıxarılsın. 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Cavabdeh ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar