Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4097/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan əsassız tələb olunan 12294 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə 2017-ci il tarixdə nikahları pozulub, uşaqların anası ilə qalması, ondan 273.20 manat aliment tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər İcra Şöbəsinin icra məmuru Ziya Abdullayevə ünvanladığı ərizəsində xx.xx.2018-ci il tarixdən müvəqqəti olaraq aliment tələbini dayandırmışdır. Cavabdeh yenidən xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin sədri Rəşad Mustafayevə ərizə ilə müraciət edərək ondan yenidən aliment tutulmasına başlanmasını, həmçinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulmalı olan aliment məbləğinin də ondan tutularaq ödənilməsini xahiş etmişdir. İcra məmuru tərəfindən ona ümumilikdə 15113 manat borc hesablanmışdır. Bu borcun 12294 manat məbləği isə əsassız olaraq hesablanmışdır. Yaranmış bu borc tamamilə əsassız və qanunsuzdur. Cavabdeh şəxsən özü müraciət edərək müvəqqəti də olsa aliment tələb etmədiyini bildirmişdir. Həmçinin, cavabdeh aliment tələbindən müvəqqəti imtina ilə bağlı yazdığı ərizəsində aliment tutulmayan müddət ərzində yaranmış borcu tələb edəcəyini qeyd etməmişdir. Daha dəqiq, cavabdeh 2018-ci il tarixdən müvəqqəti olaraq aliment tələbini dayandırdığını, sonra lazımi olduğu təqdirdə yenidən aliment tələb etmə səlahiyyətini saxladığını bildirmişdir. Bundan əlavə, o, cavabdehlə barışıb bir evdə yaşamış, birgə təsərüfat idarə etmişdir. Əgər o, cavabdehin və övladlarının bütün ehtiyaclarını qarşılamışdırsa, niyə yenidən aliment ödəməlidir. Belə çıxır ki, onun 4 ilə yaxın çəkdiyi xərc nəzərə alınmır. Əgər o, uşaqlarını saxlamırdısa və maddi ehtiyaclarını ödəmirdisə niyə Cavabdeh xx.xx.2021-ci ilədək gözləyirdi və alimentin yenidən icraya yönəldilməsi barədə müraciət etmirdi. Buradan da bir daha görünür ki, həqiqətən də, o, uşaqlarını saxlamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o, məktəbdə müəllimə işləmiş, daim evin xərclərini özü çəkmişdir. 2017-ci ildə iddiaçı ilə barışaraq xx.xx.2018-ci ildən aliment tələbini dayandırmış və bununla bağlı icra şöbəsinə ərizə ilə müraciət etmiş, ancaq iddiaçı və ailə üzvləri tərəfindən ona yenidən təzyiq olarsa alimenti tələb etmək hüququnu saxladığını da qeyd etmişdir. İddiaçı tır sürücüsü idi, barışıq dövründə qazanıb verdiyi cəmi 1060 manat pulu da uşaqlar üçün xərcləmiş, bu məbləğdən savayı heç bir məbləğdə evə pul xərcləməmiş, hətta o, tanışlarından borc almağa məcbur olmuşdur. Barışdıqları müddət ərzində iddiaçı ona aliment ödəməmiş, atasının təkidi ilə iddiaçı ilə barışmağa məcbur qalmış, atasından qorxduğundan iddiaçıdan aliment tələb etmək üçün müraciət etməmişdir. Həmin vaxt iddiaçının atasına da qulluq edirmiş, artıq atası vəfat etmiş, uşaqlarının saxlanılması üçün alimentə ehtiyacı vardır, uşaqların xərclərini tək qarşılaya bilmir, maddi durumu çox ağırdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, Elnarə onun qonşusudur, Oqtayın isə bacısını tanıyır. Elnarə ayda ona 1-2 dəfə zəng edib müxtəlif məbləğlərdə yardım istəmiş, demişdir ki, fermada qalır, o da inanmamış, gedib baxmış və görmüşdür ki, düz deyir. Elnarə deyirdi, Oqtay evə pul gətirmir, vaxtında evə gəlmir. O, Elnarənin evinə sonralar heç getməmiş, borcu isə Pirşağıda vermişdir. Elnarə deyirdi ki, ona yardım etdiyini heç kim bilməsin. Elnarənin uşaqları isə ona deyirdi ki, atalarından narazıdırlar. Oqtay evinə yardım etmirdi. Tərəflərin barışmalarının səbəbi Elnarənin atası idi. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Elnarə və Oqtay ilə qonşu olmuşdur. Onları sakit ailə kimi tanımışdır. Oqtayı işi ilə əlaqədar çox görməmişdir. Elnarənin yanına hazırlığa uşaq aparırdı. Hamı qonşular onun yanına uşaq aparırdı ki, 3-5 manat köməyi dəysin. Qonşular olmasaydı Elnarə dolanışıq baxımından çox çətinlik çətirdi. Heç vaxt evin mətbəxindən xörək iyinin gəldiyini hiss etməmişdir. Evlərində 1 dənə divar peçi yanırdı. Evin hamamı yox idi. Oqtayın atası sonralar Elnarənin yanında qalırdı. Oqtayın əlində yardım ilə evə gəldiyini görməmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, bura gəlməsinin səbəbi Elnarənin 2 qızıdır. Elnarə ilə 305 nömrəli orta məktəbdə birlikdə işləyir. Tərəflər ayrılandan sonra dəfələrlə Elnarəyə gücü çatandan kömək edir. 2017-ci ildə Oqtay ilə Elnarə barışdılar. O, Elnarəgilə gedəndə Oqtayı görməmişdir. Elnarənin qaldığı ev soyuq olurdu, qaz və işıq yox idi. O, qonşuluqdakı uşaqlara dərs deyirdi, ev niyə soyuqdu deyə soruşanda deyirdi ki, ödəniş etməyə pulu yoxdur. Tərəflərin barışmalarının səbəbi Elnarənin atası idi. Həmin o soyuq evdə Elnarə qayınatasına da qulluq edirdi. O, Elnarənin evinə müntəzəm olaraq getməmişdir. 2 həftədən bir gedib gəlirmiş. Övladlarının biri 6-cı sinifə, digəri isə 4-cü sinifə keçir. Elnarə Oqtaydan gileylənirdi, deyirdi ki Oqtay evə ancaq arada az məbləğdə yardım edirdi. Elnarə deyirdi ki, ona yardım etdiyini heç kim bilməsin. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8349/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 136.60 manat olmaqla, hər ay cəmi 273.20 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Cavabdeh tərəfindən icra məmuru Ziya Abdullayevə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, o, alimenti xx.xx.2018-ci il tarixdən müvəqqəti olaraq tələb etməyi dayandırmışdır. Buna səbəb rəsmi şəkildə yox, müvəqqəti olaraq həyat yoldaşı ilə barışmasıdır. Ancaq həyat yoldaşı və onun ailə üzvləri tərəfindən ona qarşı hər hansı bir nalayiq hərəkətlər və yaxud təzyiq göstərilərsə, o, alimentin yenidən verilməsini tələb etmək üçün hüquqi səlahiyyətini saxlayır. - Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, alimenti xx.xx.2018-ci il tarixdə müvəqqəti olaraq tələb etməyi dayandırmışdır. Hal-hazırda keçmiş həyat yoldaşı və ailə üzvləri tərəfindən ona qarşı nalayiq hərəkətlər və təzyiq göstərildiyi üçün xx.xx.2018-ci ildən yığılıb bu günə qədər və bundan sonra alimentin yenidən verilməsini tələb etmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8349/2017 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, məhkəmənin 2(060)-8349/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnamə və icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3cü maddəsinin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh müraciətinə əsasən yenidən icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. - aktdan görünür ki, Cavabdeh və İddiaçı övladları X4 və X3 ilə birgə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsi 1110-da xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək birgə yaşamış və təsərrüfat aparmışlar. - xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8349/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar, birgə nikahdan xx.xx.2012-ci il tarixdə X4 və xx.xx.2014-cü il tarixdə X3 doğulmuşdur. Tərəflərin münasibətlərinin pisləşməsi nəticəsində nikahları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8349/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 136.60 manat olmaqla, hər ay cəmi 273.20 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Sonradan tərəflər barışmış və cavabdeh xx.xx.2018ci il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək, iddiaçı ilə barışdığından alimentin tutulmasının dayandırılmasını xahiş etmişdir. Tərəflər bir müddət bir yerdə yaşadıqdan sonra münasibətləri yenidən kəskinləşmiş və cavabdeh xx.xx.2021-ci il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək, xx.xx.2018-ci ildən yığılmış aliment borcunun ona verilməsini və bundan sonra alimentin tutulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8349/2017 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən məhkəmənin 2(060)-8349/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnamə və icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh müraciətinə əsasən yenidən icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Hazırda iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdehlə birgə yaşadıqlarını və ailənin, uşaqların tələbatlarını ödədiyini iddia edərək, həmin müddət üçün hesablanmış 12294 manat aliment borcunun silinməsini məhkəmədən xahiş edir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Hazırkı iddiada xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ailənin, uşaqların tələbatlarını ödədiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan dövr üçün aliment borcunun silinməsinə əsas olacaq dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin barışıb birgə yaşadıqları müddətdə ailənin və uşaqların dolanacaq xərcləri cavabdeh tərəfindən qarşılanmış, həmin dövrdə iddiaçı uşaqların tələbatlarının ödənilməsi üçün yalnız 1060 manat pul vəsaiti xərcləmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və etiraf edilən hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8349/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə yaranmış aliment borcunun 1060 (bir min altmış) manatı silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8349/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə yaranmış aliment borcunun 1060 (bir min altmış) manatı silinsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-4097/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4097/2023
13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver