Məhkəmə qərarları › İş №e-2(008)-4104/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4104/2025

12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4104/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı oğunun Cavabdeh MMC-nə qarşı “avtomobilin məhdudiyyətdən azad olunması, cərimənin aid edilməsi və dəymiş ziyan” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı oğu Cavabdeh MMC-nə qarşı “avtomobilin məhdudiyyətdən azad olunması, cərimənin aid edilməsi və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə 07 may 2025-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin müəyyən olunur ki, iddia tələbinin əsası kimi istinad olunan və tələbi təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 152, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı oğunun Cavabdeh MMC-nə qarşı “avtomobilin məhdudiyyətdən azad olunması, cərimənin aid edilməsi və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sabunçu Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar