Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4179/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3472/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişi üzrə müəyyən edilmiş alimentin ½ hissədə tutulması qaydasının dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2013-cü təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3472/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişi üzrə müəyyən edilmiş alimentin ½ hissədə tutulması qaydasının dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2013-cü təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2008-ci ildə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşlar. Birlikdə yaşamaları mümkün olmadığı üçün o, nikahın pozulması üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesi ilə bağlı cavabdehə təklif etmiş və mediasiya zamanı tərəflər arasında barışıq sazişi imzalanmışdır. Lakin Cavabdeh sazişin tələblərini icra etməkdən boyun qaçırmış, bu səbəbdən Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3472/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir. Cavabdehin şəxsi mərmər sexi var, o, barışıq sazişi imzalanandan sonra gəlirini aşağı miqdarda göstərmiş, əmək haqqını 600 manat kimi qeyd etmişdir. Barışıq sazişində isə Cavabdeh gəlirinin yarısı məbləğində aliment ödəməyə razılaşmışdır. Cavabdeh gəlirini 600 manat göstərməklə, o cümlədən ümumiyyətlə sazişin şərtlərini yerinə yetiriməkdən boyun qaçırmaqla uşaqların saxlanmasında yardım etməkdən yayınmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehin şəxsi mərmər sexi var, ayda 1000 manat gəliri olur. Hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, barışıq sazişində cavabdehin alimentin gəlirinin yarısı məbləğində ödənilməsi nəzərdə tutulsa da, cavabdeh barışıq sazişinin tələblərini yerini yetirmir. Cavabdeh aldığı əmək haqqının yarısı ilə üç uşağın saxlanması mümkün deyil. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, 2024-cü ilin fevral ayından "xxxx" MMC-də tikinti üzrə usta işləyir, 539 manat əmək haqqı alır, başqa gəliri yoxdur. Əmək haqqının yarısı miqdarda aliment ödəməyə və yaşadığı evi iddiaçıya verməyə razıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, tərəflər xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar. Onların xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2013-cü təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X8 adlı ümumi uşaqları vardır. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü ildə Bakı 16 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış, sazişdə İddiaçı birinci tərəf, Cavabdeh ikinci tərəf adlandırılmışdır. Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. Tərəflər (İddiaçı və Cavabdeh) xx.xx.2008-ci il tarixində Kürdəmir rayon İHBnın Şilyan kəndi üzrə icra nümayəndiliyi 26 nömrəli nikah akt qeydinin pozulması razılığa gəldilər.
2. 2-ci tərəf (Cavabdeh) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 1-ci tərəfin yəni ananın (İddiaçı) yanında qalmasına etiraz etmir.
3. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Cavabdeh) 1-ci tərəfə (İddiaçı), gəlirinin ½ hissəsi qədər alimenti ödəməyi öz öhdəsinə götürür və alimentin əmək haqqına yönəldilməsinə razıdır.
4. Alimentin ödənilməsi 2023-cü ilin sentyabr ayından başlayaraq hər ayın 25dən 30-na kimi 1-ci tərəfin (İddiaçı) kart hesabına ödəniləcəkdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-495/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Əhmədova (Əsgərova) Mənsimə Ənvər qızı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Kürdəmir rayonu İHB-nın Şilyan kəndi üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 nömrəli akt qeydi ilə tərtib olunmuş nikah pozulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3472/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmiş:
1. 2-ci tərəf (Cavabdeh) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 1-ci tərəfin yəni ananın (İddiaçıƏnvər qızının) yanında qalmasına etiraz etmir.
2. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Cavabdeh) 1-ci tərəfə (İddiaçı), gəlirinin ½ hissəsi qədər alimenti ödəməyi öz öhdəsinə götürür və alimentin əmək haqqına yönəldilməsinə razıdır.
3. Alimentin ödənilməsi 2023-cü ilin sentyabr ayından başlayaraq hər ayın 25dən 30-na kimi 1-ci tərəfin (İddiaçı) kart hesabına ödəniləcəkdir. İşdə olan AZ-İ seriyalı 620895 nömrəli "Nikah haqqında şəhadətnamə"nin surətindən görünür ki, iddiaçı X6 və Cavabdeh xx.xx.2010-ci ildə Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsində nikah bağlamış və həmin nikahın bağlanması haqqında akt qeydləri kitabında 1505 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ seriyalı 288150 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2009-cu ildə doğulmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-İİİ seriyalı 030029 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2013-cü ildə doğulmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-İV seriyalı 265186 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2019-cu ildə doğulmuş X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 01/24 nömrəli "Arayış"dan görünür ki, X5 xx.xx.2024-cü ildən həmin müəssisədə usta işində əmək fəaliyyəti ilə məşğul olur, onun aylıq əmək haqqısı 600 manat təşkil edir, vergi və rüsumlar çıxıldıqdan sonra qalan məbləğ 539 manat kart hesabına köçürülür. İşdə olan "Elektron məhkəmə" informasiya sistemindən çıxarışdan görünür ki, X5 "xxxx" MMC-də "Usta, tikinti üzrə" olaraq işləyir, əmək haqqısı 600 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsi). "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşdən görünür ki, tərəflər arasında təsdiq edilmiş barışıq sazişi ilə cavabdeh hər ay hər uşağa görə gəlirinin ½ hissəsi qədər alimenti ödəməyi öz öhdəsinə götürmüş, həmin barışıq sazişi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3472/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. "Elektron məhkəmə" informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh əmək müqaviləsi üzrə "xxxx" MMC-də "Usta, tikinti üzrə" vəzifəsində işləyir və 600 manat məbləğində əmək haqqı alır. Cavabdehin başqa gəliri barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Məhkəmə Cavabdeh hazırkı rəsmi əmək haqqısının yarısı məbləğində alimentin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipinə uyğun olmadığından, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin ½ hissədə tutulması qaydasının dəyişdirilərək, hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini ədalətli hesab edir. Ona görə də iddia qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, hazırkı iş üzrə cavabdehdən hər ay hər uşağa görə tutulmalı olan 200 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, qətnamənin qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddiada artırılması tələb edilən alimentin bir illik miqdarı (705 manat x 12 ay) 8460 manat təşkil edir. Bu iddiaya görə 104,60 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Cəmi 705 manat iddia tələbinin 600 manat (85,10%) hissəsi təmin edildiyinə görə dövlət rüsumunun müvafiq olaraq 89 manat hissəsi cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməli və iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunması nəzərə alınmalıdır. Bundan başqa, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdən görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsə də, 60 manat məbləğində mediasiya xərci xx.xx.2024-cü ildə iddiaçı tərəfindən ödənilmişdir. Ona görə məhkəmə hesab edir ki, mediasiya xərci tərəflər arasında bərabər bölüşdürməli, 30 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3472/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişi üzrə müəyyən edilmiş alimentin ½ hissədə tutulması qaydası dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2013-cü təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat mediasiya xərci alınaraq İddiaçı, 89 manat dövlət rüsumu isə alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan electron cabinet vasitəsilə həyata keçirilməlidir.
X13.