Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4380/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə rəsmi qaydada 22 yanvar 2004-cü il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində bağlanmış 13 nömrəli nikahın ləğv olunmasına, 27 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək onun yanında qalmasına və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi qaydada 22 yanvar 2004-cü il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində nikahları rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 27 iyul 2010-cu il təvəllüdlü X5 doğulmuşdur. Boşnmaq isdəməsinin səbəbi cavabdehlə xasiyyətlərinin tutmaması, birgə yaşamalarının mümkün olmamasıdır. Uzun müddətdir ki, nikah formal xarakter daşıyır, cavabdehlə barışıb bir ailə kimi yaşamağı mümkün olmadığını bildirmişdir. Buna görə də, ailə münasibətlərinə son qoymaq qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə caavbdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş 22 yanvar 2004-cü il tarixli AZ-İ № 067457 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında 22 yanvar 2004-cü ildə 13 saylı akt qeydi ilə nikahlarını bağlamışlar. Ərə Süleymanov , arvada Süleymanova soyadı verilmişdir. İş materiallarında olan Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 506964 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27 iyul 2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İddiaçı tərəfindən təqdim edilən Cavabdeh xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, cavabdeh iddiaçı ilə aralarında olan nikahın 3 ay vaxt verilmədən pozulmasını, birgə nikahdan doğulmuş uşağın ananın himayəsində saxlanmasını və uşağın saxlanması üçün alliment ödəməkdən imtina etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında qarşılıqlı razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasını təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, iddiaçı və cavbehin nikahın poaulmasını xahiş etdiyindən, barışmaq üçün 3 ay vaxt verilmədən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə qeyd edir ki, cavabdehin uşağın ananın yanında qalmasına və uşağın saxlanılması üçün alimentin tutulması barədə heç bir etirazı olmadığını məhkəməyə bildirdiyindən və uşağın ananın qayğısına ehiyacı olması nəzərə alınmalı tərəflərin birgə nikahından doğulmuş 27 iyul 2010-cu il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul edilərkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 195 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin rəsmi iş yeri barədə məlumatın olmadığını və iddiaçının tələb etdiyi məbləğin uşaq üçün nəzərdə tutulan yaşayış minimumu həddində olmasını nəzərə alaraq qeyd edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən İddiaçı ilə Cavabdeh birgə nikahından olan 27 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə verildiyindən, aliment həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrəli akt qeydi ilə tərtib olunmuş 22 yanvar 2004-cü il tarixli nikah pozulsun. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 27 iyul 2010-cu il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən İddiaçı ilə Cavabdeh birgə nikahından olan 27 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4380/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4380/2022
28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver