Məhkəmə qərarları › İş №e-2(008)-4395/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4395/2023

20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4395/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İlk iddia üzrə ddiaçı İddiaçı, İlk iddia üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə cavabdeh X8 nümayəndəsit (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, X7 qarşı müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması barədə ilk iddia, İddiaçı Cavabdeh1 Cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və maddi ziyanın tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X7 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv olunması, dəymiş 1000 manat məbləğində ziyan və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin avqust ayının 1-dən Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla, 23 ünvanında yerləşən obyekti PMD Group MMC tərəfindən icarəyə götürmüşdür. İlkin şifahi razılaşmaya əsasən obyekti əsaslı təmir elətdirmiş, təmirə, reklama və vitrin mebellərə 50000 manata yaxın vəsait xərcləmişdir. Təmir bərpa işlərini etdiyi vaxtda təmir işlərini PMD Group MMC-nin əməkdaşları şahid olmuş və dəfələrlə təmirlə maraqlanmış və obyektin şəkillərin çəkmişlər. Əgər məhkəmə ehtiyac duyarsa onların da məhkəməyə şahid kimi dəvət olunmasına köməklik edə bilər. 2020-ci ilin noyabr ayında icarəyə götürdüyü obyekti satışa çıxarıldığını və 250000 manata almaq üçün təklif olundu. İddiaçı imkanı olmadığını bildirərək bəs satılarsa obyektə qoyduğu təmir xərcinin necə olacağını soruşduqda, narahat olma kimə də satılsa sən qalıb işləyəcəksən cavabını almış və bu cavab onu arxayınlaşdırmışdır. Həmin vaxtdan xx.xx.2022-ci il tarixə kimi 3 dəfə obyekt başqa başqa şəxslərə satılmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh2 yeni obyekt sahibi olduğunu bilərək X12 ilə (Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi) notariusda yeni icarə müqaviləsi bağlamışdılar. İcarə haqqını hər ay vaxtı vaxtında ödəmiş, lakin icarə müqaviləsi bağlamamışdan öncə şifahi olaraq obyektin köhnə sahibi və iddiaçı bildirmişdilər ki, o, obyektin təmirinə 50000 manata yaxın xərc çəkmiş, bəs yenidən satılarsa obyektə qoyduğu təmir xərcinin necə olacağını soruşduqda, yeni sahibi «biz obyekti satmağa almamışıq, sən qalıb işləyərsən və sən burdan özün könüllu çıxamayandan sonra biz səni çıxartmarıq» deyə onu arxayınlaşdırmışdılar. 2022-ci il təxminən aprel və may ayları ərəfəsində Quliyev Nofəl bildirmişdir ki, pula ehtiyacları var, ona görə də obyekti satmaq istəyirlər, lakin sən təmirə xərc çəkdiyin üçün müştərini özun tap və razılaş, almaq məqamında bizi çağır. xx.xx.2023-cü il tarixdə Quliyev Nofəl iddiaçıdan icarə haqqını almışdır. Sonuncu obyekti alan şəxs Cavabdeh1 15.05. 2022-ci il tarixində tanımadığı 2 şəxsi göndərərək birinci icarə haqqı tələb eləmiş, iddiaçı onları tanımadığını bildirərək icarə haqqının bir gün əvvəl Nofələ verdiyini bildirmişdir. Sonradan həmin şəxslər iddiaçını hədələyərək obyektin boşaldılmasını tələb etmişdilər. İşgüzar nüfuzuna xələl gəlməmək üçün Nərimanov RPİ-nin 18-PB -nə müraciət etmiş, ilk dəfə obyektin indiki sahibi kimi Cavabdeh1 bölmədə tanımışdır. O, bildirmişdir ki, ona maraqlı deyil iddiaçı kimdir, obyektin sahibindən pulunu verib alıbdır. İddiaçı belə qənaətə gəlmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan alqı-satqı müqaviləsi əsassızdır və formal olaraq bağlanıb, çünki iddiaçının obyektə qoyduğu təmir xərcini verməmək üçün bu müqaviləni bağlayaraq onu obyektdın çıxartmaq istəmişdilər. Belə qənaətə gəlir ki, alqı satqı müqaviləsi ləğv olunmalıdır və ödədiyi 2 ayın icarə haqqının yarısı, yəni 1000 manat pul geri qaytarılmalıdır. Həmin obyektdən 4 işçi, iddiaçının öhdəsində olan anası, bacısı, həyat yoldaşı və 2 körpə uşağı dolanır, özü vergi ödəyicisidir, dövlətə vergi verir və hal hazırda dövlətə vergi borcu var. Sonradan iddiaçı tələbin artırılması barədə ərizə verərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv olunması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 50000 manat obyektin təmirinə görə, 30000 manat MTT-yə görə, 20000 manat mənəvi ziyan və 390 manat dövlət rüsumunun, ümumiləkdə 100390 manat pul vəsaitinin tutularaq ödənilməsini istəmişdir. Tələbin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, obeyktin təmirinə, reklamına və vitrin mebellərə 50000 manata yaxın vəsait xərcləmiş, Cavabdeh1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51.4 kv.m olan qeyri-yaşayış sahəsindən istifadə İddiaçı qadağan edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası MTT(103)-6/2023 №-li xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 şikayəti təmin edilərək müvəqqəti təminat tədbiri ləğv edilmiş, xx.xx.2023-cü il tarixdə qeyri-yaşayış sahəsi istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi qeyri-yaşayış sahəsi bağlı qalmışdır. İcarə müqaviləsi qüvvədə olduğu halda əsassız olaraq obyektin bağlı olmağı iddiaçıya maddi ziyan vurmuşdur. Aylıq 3000 manatdan çox yəni 8 ay ümumilikdə 24000 manat və əlavə olaraq içəridə olan malların vaxtı keçdiyi və reklamın sıradan çıxdığı üçün 6000 manat ziyan dəymişdir. Ümumilikdə 80000 manat maddi və 20000 manat mənəvi ziyan dəymişdir. Beləliklə, ilk iddia üzrə iddia tələbləri aşağıdakılardan ibarət olmuşdur: Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv olunması, hər iki cavabdehdən: 50000 manat təmirə çəkdiyi xərcin, 30000 manat MTT-yə görə ziyanın, 20000 manat mənəvi ziyanın tutulması. Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək cavabdehin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxardılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan bir aylıq dövr üçün ödənilməmiş icarə haqqı olan 500 manat və xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan 14 aylıq dövr üçün əldə çıxmış fayda olan 14 ay*500 manat=7000 manat olmaqla, cəmi 7500 manat pulun cavabdehdən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini almışdır. Həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Sözügedən qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsi olmuşdur. Həmin müqavilənin 3-cü bəndində yazılmışdır ki, icarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 təqvim ayı qalmış tərəflər həmin müqavilənin pozulmasına dair təklif irəli sürməzlərsə, icarə müddəti bağlanmış müddətə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndinə görə, icarə haqqı 500 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 7-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu qeyri-yaşayış sahəsini aldıqdan sonra cavabdehə əvvəlcə şifahi məlumat verərək, daha sonra, xx.xx.2022-ci il tarixdə yazılı xəbərdarlıq göndərərək, icarə müqaviləsinin müddətini uzatmaq niyyətində olmadığını bildirmiş, eləcə də, cavabdehdən xx.xx.2022-ci il tarixdə qeyri-yaşayış sahəsini boşaldaraq, təhvil verməsini və icarə haqqı borcunu ödəməsini xahiş etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixdən cavabdehlə icarə münasibətlərinə xitam verilmişdir. Lakin bu günədək o, mülkiyyətində olan əmlakından çıxmamışdır. Cavabdehin bu qanunsuzluğu sözügedən əmlaka dair mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, ona zərər vurulmasına gətirib çıxarmışdır. Onun qeyri-yaşayış sahəsindən azad mülki dövriyyə şəraitində ən azı icarə müqaviləsində göstərilən icarə haqqı qədər qazanc əldə edə biləcəyi halda, artıq 14 aydır ki, bundan məhrum edilmişdir. Ona görə hesab edir ki, cavabdeh qanunsuz olaraq istifadə etdiyi qeyri-yaşayış sahəsindən çıxardılmalı, həmin sahə boşaldılaraq ona təhvil verilməli və cavabdehin ona vurduğu zərər ondan tutularaq ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, cavabdeh X6 nümayəndəsi (əri) X12 obyekti satmaq niyyətində olduğunu ona demiş və alıcı tapmağı xahiş etmişdir. O, da elə bir alıcı axtarırdı ki, obyektin təmirinə qoyduğu pulu götürə bilsin. Lakin, X12 obyekti Cavabdeh1 satdı və o, təmirə qoyduğu pulu götürə bilmədi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh X8 nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək qeyd etdi ki, İddiaçı müqaviləni mübahisələndirməyə subyektiv hüququ mövcud deyil, pul tələbi ilə isə o, PMD Group MMC-yə ancaq müraciət edə bilər, hazırki iddianın heç bir hüquqi əsası yoxdur. Xahiş edir, ilk iddia cavabdeh X7 qarşı rədd edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, 23 ünvanında yerləşən qeyriyaşayış sahəsi (sonradan – mübahisəli obyekt) "xxxx" MMC-nin mülkiyyətində olmuşdur (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş ******* №-li Çıxarış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015). İddiaçı ilə "xxxx" MMC arasında mübahisəli obyektin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış, icarə müddəti vaxtından əvvəl xitam verilməyincə xx.xx.2016cı il tarixdən xx.xx.2018-ci il tarixədək nəzərdə tutulmuş, müddətin başa çatmasına 1 təqvim ayı qalmış xitam barədə yazılı bilidrişin təqdim edilmədiyi təqdirdə icarə müddətinin növbəti eyni müddətə artırılması, icarə aylıq haqqının 800 manat (677,97 manat icarə haqqı + 122,03 manat vergi) nəzərdə tutulmuşdur. Müqavilə notarial qaydada təsdiq edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Müqavilənin 4.1 və 4.2-ci bəndlərində obyektin əsaslı tikinti, kosntruktiv təmir işləri və dəyişikliklərin aparılmasına icarəyə verənin yazılı razılığının olmadığı halda yol verilməməsi nəzərdə tutulmuşdur. İddiaçının mövqeyinə görə obyektin təmirinə 50000 manat xərc çəkmişdir. "xxxx" MMC obyekti X2 xeyrinə özəlləşdirmiş, sonuncu isə xx.xx.2021-ci il tarixdə 50 saylı notairat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi əsasında X1. X11 xx.xx.2021-ci il tarixdə mübahisəli obyektə dair Çıxarış almışdır. İddiaçı yeni mülkiyyətçi X11 ilə xx.xx.2021-ci il tarixdə mübahisəli obyektə dair icarə müqaviləsi bağlanmış, icarə müddəti xx.xx.2022-ci il tarixədək nəzərdə tutulmuş, müddətin başa çatmasına 1 ay qalmış müqavilənin pozulmasına dair heç bir təklifin irəli sürülmədiyi təqdirdə icarə müddətinin bağlanmış müddətə uzadılması, icarəyə verənin razılığı olmadan təmir işlərinin aparılmasına yol verilməməsi, bir aylıq icarə haqqının 500 manat məbləğində olduğu nəzərdə tutulmuşdur. Həmin icarə müqaiviləsi 50 saylı notairat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Bundan sonra mübahisəli obyektin mülkiyyətçisi dəyişmiş və obyekt digər Cavabdeh1 mülkiyyətinə keçmişdir. Belə ki, X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində obyektin alqı-satqısına dair Cavabdeh1 ilə müqavilə bağlamışdılar («Elektron notariat» Avtomatlaşdırılmış İnformasiya sistemində Çıxarış). Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın reyestr nömrəsi **********13-05101-083007, qeydiyyat nömrəsi ********** ilə dövlət qeydiyyatnına alınmışdır. İddia ərizəsindən görünür ki, 2022-ci il aprel-may ayları ərəfəsində X6 nümayəndəsi Quliyev Nofəl obyekti satışa çıxartdıqları İddiaçı bildirmiş və almağı ona təklif etmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 50 saylı notariat ofisinin xüsusi notariusu X14 (icarə müqaviləsini təsdiq edən notarius) və İddiaçı məktub göndərərək, icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsini nəzərə alaraq, müddətin uzatmaq niyyətində olmadığını və kirayəçinin obyekti qaytarmağa məcbur olduğunu bildirmiş, məktub həmin gün «Abbasova» tərəfindən alınmışdır. İddiaçı həmin obyektdən çıxmamışdır. Cavabdeh1 cavabdeh İddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq, İddiaçı tərəfindən mübahisəli obyektin boşaldılması, 3000 manat icarə haqqının və 2000 manat vurulmuş zərərin tutulmasını xahiş etmişdir (iddia ərizəsi baxılmamış saxlanılmışdır). Eyni zamanda Cavabdeh1 müvəqqəti təminat barədə ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, mübahisəli obyektdən istifadə edilməsini İddiaçı qadağan edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixlə qəradadından məhkəmə aşağıdakıları müəyyən etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəradadı ilə xx.xx.2022-ci tarixli qərardadının ləğv edilməsi, müvəqqəti təminat tədbiri barədə ərizəyə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş, qeyriyaşayış sahəsindən istifadə İddiaçı qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsindən istifadəsinin qadağan edilməsi barədə müvəqqət təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qərardad ləğv edilmiş, qeyri-yaşayış sahəsindən İddiaçı istifadəsinin qadağan edilməsi barədə müvəqqət təminat tədbirinin ləğv edilmişdir. Müvəqqət təminat tədbirinin ləğv edilməsinin səbəblərindən biri ondan ibarət olmuşdur ki, həmin qadağanın qalması cavabdehlə yanaşı həm də iddiaçının iqtisadi mənafelərinə uyğun deyildir. Hazırda: ilk iddia üzrə iddiaçı Baxşiyev X9 Zəkiyə ilə Cavabdeh1 arasında bağlanan alqısatqı müqaviləsinin ləğv olunması, onların hər ikisndən 50000 manat obyektin təmirinə görə, 30000 manat MTT-yə görə, 20000 manat mənəvi ziyanının tutulmasını istəyir, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qeyri-yaşayış sahəsindən çıxardılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan bir aylıq dövr üçün ödənilməmiş icarə haqqı olan 500 manat və xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan 14 aylıq dövr üçün əldə çıxmış fayda olan 7000 manat olmaqla, cəmi 7500 manat pulun alınaraq ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddianın əsassız və qanunsuz olduğu qənaətinə gəlmişdir. Məhkəmə birinci tələbə dair (müqaivlənin ləğv edilməsi) aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Göründüyü kimi, Cavabdeh1 ilə digər cavabdeh X11 arasında azad şəkildə iki tərəfli müqavilə bağlanmışdır. Qanunvericiliyə əsasən müqavilənin ləğv edilməsi yalnız müqavilə tərəflərinə nisbətdə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının həmin müqavilənin ləğv edilməsinə dair iddia verməyə subyektiv hüquq mövcud olmamışdır. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ikinci tələbə dair (50000 manat təmirə çəkdiyi xərcin ödənilməsi) aşağıdakıları qeyd etmək istəyir. Qeyd edildiyi kimi, iddiaçının mövqeyinə görə o, 50000 manat təmirə xərci birinci mülkiyyətçi "xxxx" MMC ilə bağladığı icarə müqaviləsi dövründə çəkmişdir. Məhkəmə həmin 50000 manatı təsdiq edən sənədlərin mövcudluğunu, həmin təmirin müqavilə şərtlərinə uyğun aparılıb-aparılmadığını araşdırmadan qeyd edir ki, belə bir tələb yalnız "xxxx" MMC-yə qarşı yönələ bilər, digər mülkiyyətçilər – hazırki iş üzrə cavabdehlər – həmin təmir xərcinə görə hər-hansı bir məsuliyyət daşımırlar, belə ki, onlar həmin əmlakı mövcud vəziyyətdə almış və onların vaxtında hər-hansı bir təmir işləri aparılmamışdır. Məhkəmə üçüncü tələbə dair (30000 manat MTT-yə görə ziyanın ödənilməsi) aşağıdakıları qeyd etmək istəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. Göründüyü kimi, iddia ərizəsi ilə bərabər verilən müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb edilməsi o zaman nəzərdə tutulub ki, iddia ərizəsinə mahiyyəti üzrə baxılmış və məhkəmə qanuni qüvvəsini almış olsun. Bu o demək deyil ki, hər bir halda müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərər tutulmalıdır. Məhkəmə hesab edir ki, mahiyyti üzrə işi həll edən məhkəmə aktı ilə iddiaçının tələbinin və bunun nəticəsi olaraq müvəqqəti təminat tədbirinin qanunsuz hesab edildiyi halda zərər tutula bilər. Lakin, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 iddiası üzrə mülki iş Nərmanov rayon Məhkəməsində baxılmamış saxlanılmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Cavabdeh1 xahişi əsasında seçilmiş müvəqqəti təminat tədbiri qanuni olmuş, belə ki, Cavabdeh1 özünün qanuni mülkiyyətində olan obyektdən qanunsuz istfadənin qadağan edilməsini xahiş etmiş, Cavabdeh1 ilə İddiaçı arasında icarə münasibətləri olmamışdır. Məhkəmə hesab edir ki, hətta Cavabdeh1 icarə müqaviləsinin ləğvi barədə İddiaçı bildirişin göndərilməsi barədə öhdəliyi mövcud olmamışdır. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır, 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Qeyd edildiyi kimi, icarə müqaviləsi dövlət qeydiyyatına alınmamışdır və bu əsasdan məhkəmə hesab edir ki, Cavabdeh1 yüklülükdən azad qeyri-yaşayış sahəsini əldə etdiyindən onun İddiaçı qarşısında hər-hansı bir öhdəliyi olmamışdır. Lakin, buna baxmayaraq Cavabdeh1 müqavilənin ləğv edilməsi barədə bir ay qalmış İddiaçı bildiriş göndərmişdir. Üç tələb əsassız olduğundan, məhkəmə hesab edir ki, mənəvi zərərin tutulması məsələsi müzakirə edilmədən rədd edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Odur ki, məhkəmə hesb edir ki, İddiaçı Cavabdeh1 ilə hər-hansı icarə və ya digər hüquqi münasibətləri olmadığından, qeyri-yaşayış sahəsindən çıxarılmalı, həmin qeyriyaşayış sahəsinin boşaldaraq mülkiyytəçi Cavabdeh1 təhvil verməlidir. Qarşılıqlı iddia üzrə maddi tələbə dair məhkəmə aşağıdakıları qeyd etməyi istəyir. Qeyd edildiyi kimi, İddiaçı ilk gündən əmlakın qanuni sahibinin Cavabdeh1 olduğunu bilirdi. Mübahisəli sahə mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdən Cavabdeh1 məxsus olmasına baxmayaraq, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə mübahisəli sahəni boşaltmağı tələb etməyinə baxmayaraq, İddiaçı qanunsuz hərəkətləri nəticəsində mülkiyyətçi gəlirindən məhrum olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan bir aylıq dövr üçün ödənilməmiş icarə haqqı olan 500 manat, xx.xx.2022-ci ildən xx.xx.2023cü ilədək olan 14 aylıq dövr üçün əldə çıxmış fayda olan 7000 manat olmaqla (14 ay x 500 manat), cəmi 7500 manat pul İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir. İddiaçı müvəqqəti təminat tədbirinin tədbiqi nəticəsində müəyyən vaxt obyektdən istifadə etməməyi nəticəsində gəlir əldə etmədiyinə dair məhkəmə qeyd etmək hesab edir ki, hazırda mövzu onun gəlir əldə edib-etmədiyi deyi, mövzu mülkiyyətçinin gəlirindən məhrum olmasıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qalmış, İddiaçı bunun nəticəsində əsassız varlanmışdır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlarə məcmu şəkildə qiymət verərək hesab edir ki, ilk iddia rədd, qarışlıqlı iddia təmin edilməli, İddiaçın qeyriyaşayış sahəsindən çıxardılmalı, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq təhvil verilməli, 7500 manat pul alınaraq Cavabdeh1 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən İddiaçı çıxarılsın, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh1 təhvil verilsin. 7500 manat İddiaçı alınaraq Cavabdeh1 ödənilsin. İddiaçı ödədyiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar