Məhkəmə qərarları › İş №e-2(008)-4636/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4636/2023

09.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4636/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı azyaşlı övladları X2 və X4 ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ərəblinski küçəsi, ev 11, 7 №-li mənzilinə köçürülməsi, onların həmin mənzildə yaşamalarına və sərbəst istifadələrinə maneçilik törətməməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 manatın və mediasıya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin cavabdehdən alınaraq iddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra o, cavabdehin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ərəblinski küçəsi, ev 11, 7 №-li mənzilə köçmüşdür. İddiaçı bütün cehiz əsvalarıys həmin mənzilə yerləşdirmiş, cavabdeh ilə birlikdə ailə təsərüffatı aparmış, onlar arasında etibarlı ailə əlaqələri olmuş, ailə münasibətləri uzun illər ərzində (13 ildən çox müddət ərzində) yaxşı olmuşdur. İddiaçı sözügedən mənzilə xx.xx.2011-ci il tarixdə qeydiyyata düşmüşdür Birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X3 və X4 adlı övladları anadan olmuş, onlar da həmin mənzilə qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzilə dair öz adına mülkiyyət çıxarışını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişdir Münasibətləri pozulunadək cavabdeh iddiaçı və ıkı qızı həmin mənzildə birlikdə yaşamış, həmin mənzildən birlikdə istifadə etmiş, mənzili birlikdə idarə etmiş, mənzillə bağlı bütün ehtiyacları birlikdə qarşılamış, normal ailə kımı bırbırlərını başa düşmüş və yaşamışlar. Sonradan aralarında olan münasibətlər pisləşmiş, anlaşılmazlıqlar artmış, bu səbəbdən iddiaçı aralarında olan nikahın pozulması barədə Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin icraatındadır. Aralarındakı münasibət gərginləşdiyi dövrdə cavabdeh sözügedən mənzilin Binyatova Kəmaləyə və uşaqlarına istifadə etmələrinə məhdudiyyətlər yaratmış (mənzilin kilidini dəyişdirmiş), onu öz övladları ilə həmin mənzildə yaşamağa buraxmamışdır. İddiaçı müvəqqəti olraqa öz valideynlərinin evində, sonra isə kirayədə qalmaq məcburiyyətində qalmışdır. İddiaçının adına hal-hazırda hər-hansı bir əmlak yoxdur. Lakin iddiaçı və azyaşlı övladları həmin mənzildən istifadə hüququnu həyata keçirə və orada yaşaya bilmirlər. Mənzilə ehtiyaclarının olmasına baxmayaraq, hazırda onların orda yaşamamasının səbəbi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, tərəflərin nikahları hələ pozulmamışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı Binyatova (Kazımova) Kamalə Mirbəşir qızı və Cavabdeh xx.xx.2009-cu il tarixdənikahlarını bağlamışdılar (Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-2152 №-li arayış). Onların yetikinlik yaşına çatmamış iki uşaqları var - xx.xx.2010-cu il tarixdə X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X4. Mübahisəli mənzil - Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ərəblinski küçəsi, ev 11, 7 №-li - Cavabdeh adına bağışlanma müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə keçmişdir və hal-hazırda mülkiyyətindədir (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub). İddia ərizəsinə əsasən məhkəmənin icratında tərəflərin arasında olan nikahın pozulması barədə iddia var. İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilməməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub verilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etmişdir ki, tərəflərin aralarında 2021-ci ilin may ayında mübahisə yaranmış, iddiaçı uşaqları alıb mənzili tərk etmişdir. O, cavabdehin uşaqları ilə birlikdə mülkiyyətində olan mənzilə köçmələriə etiraz etmir. (məhkəmə iclas protokolu). Hazırda iddiaçı azyaşlı övladları ilə birlikdə həmin mənzilə köçüb orada köçürülməsini istəyir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır; 228.1 -ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşma çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsason əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, qanunvericilkdə hazırki mübahisənin müsbət həll edilməsi üçün mülkiyyətçinin ailə üzvünün onunla birlikdə mənzildə yaşamasıdır. Eyni zamanda cavabdeh də iddiaçının uşaqları ilə birlikdə köçmələrinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhkəmə xərclərinin də tutulmasını istəyir. Məhkəmə hesab edir ki, 50 manat dövlət rüsumu və mediasıya prosesi ilə bağlı ödənilmiş 50 manat xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları X2 və X4 ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ərəblinski küçəsi, ev 11, 7 №-li mənzilinə köçürülsün, onların həmin mənzildə yaşamalarına və sərbəst istifadələrinə maneçilik törətməməsi vəzifəsi Cavabdeh həvalə edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və mediasıya prosesi ilə bağlı ödənilmiş 50 manat xərc cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar