Məhkəmə qərarları › İş №e-2(008)-4672/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4672/2025

10.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4672/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı Cavabdeh qarşı “əmək haqqı və pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin təsisçisi Cavabdeh tərəfindən İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən müqavilənin bərpa edildiyi xx.xx.2025-ci il tarixədək ödənilməyən əmək haqqının və digər sosial müavinətlərin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1307/2024 №-li, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-nə müəllim vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Göründüyü kimi, adıçəkilən qətnamə ilə artıq “məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılmış və həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Hazırda eyni məzmunda əmək haqqının ödənilməsi barədə iddiaçı barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq İddiaçı cavabdeh qismində "xxxx" MMC-nin təsisçisi Cavabdeh qarşı yenidən “əmək haqqı və pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qətnaməsindən görünür ki, artıq iddiaçıya cəmiyyət tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. "xxxx" MMC isə iddia ərizəsində qeyd edilənə əsasən fəaliyyətini dayandırmışdır, yəni cəmiyyət ləğv edilməmiş və ya hüquq varisliyi qaydasında onun öhdəlikləri digər fiziki və hüquqi şəxslərə keçməmişdir. Məhkəmə qeyd edir ki, tələbkar məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən yuxarı orqana və məhkəməyə şikayət verə bilər. Lakin, eyni mahiyyətli məsələyə təkrarən məhkəmədə baxılması prosessual qənaət və hüquqi müəyyənlik, preyudisiallıq prinsiplərinə ziddir. Bundan başqa məhkəmə onu da vurğulayır ki, iş materiallarından və iddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh "xxxx" MMCnin təsisçisidir. İddiaçının qeyd etdiyi xx.xx.2023-cü il tarixli əmək müqaviləsi "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmışdır. Cavabdeh həm də direktor vəzifəsində MMC-nin nümayəndəsi qismində çıxış edir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsində Cavabdeh qeyd edilsə də, faktiki olaraq tələb "xxxx" MMC-yə yönəlmişdir. Həmçinin iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, hazırki iddia tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1307/2024 №-li, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə icra edilməli olan icra hərəkətlərinin edilməməsi səbəbindən meydana gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi adıçəkilən qətnamənin icra edilməməsi ilə əlaqədar olduğundan, hazırki tələbə müstəqil iddia ərizəsi formasında baxıla bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin direktoru və ya təsisçisi olduğu tərəflər arasında “əmək haqqı və pul” tələbinə dair eyni predmetlə bağlı mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılaraq müvafiq qətnamə qəbul edildiyindən hazırkı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalı, ərizə və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda ərizəçiyə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1307/2024 №-li, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə bağlı ərizə formasında icra orqanına və ya adiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əmək haqqı və pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar