Məhkəmə qərarları › İş №e-2(008)-4715/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4715/2025

11.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4715/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi ev 116A saylı mənzilin ipoteka krediti üçün ödənilmiş 16704 manat pulun 1/2 hissəsi olan 8352 manat pulun Cavabdeh tutularaq İddiaçı ilə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə izahatında tərəflər arasında razılıq əldə edildiyini və barışıq sazişinin təsdiq edilərək, işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi. Azərbaycan Respubliksı Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə baxışında tərəflər aralarında barışıq əldə edildiyi, barışıq sazişinin tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Tərəflər arasında barışıq sazişi bağlandığından və bu saziş məhkəmə tərəfindən təsdiq edildiyindən iş üzrə icraata Azərbaycan Rspublikası Mülki Prosessual Məcəllənin 261.0.5ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı ilə, Cavabdeh arasında bağlanmış barışıq sazişi şərtləri aşağıdaki qaydada müəyyən edilməklə təsdiq edilsin: İddiaçı öhdəlikləri:

1. Birgə nikah dövründə 14 aprel 2022-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə əsasən alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi ev 116A mənzilin kredit ödənişlərini özü tərəfindən həyata keçirəcək, saziş imzalanan günədək ödənilmiş və saziş imzalandıqdan sonra ödəniləcək aylıq ödənişlərlə əlaqədar Cavabdeh iddia tələbi olmayacaq, həmin mənzili aktiv və passivləri ilə birlikdə qəbul edir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-763/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentdən (xx.xx.2024cü il tarixdən hesablanaraq xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment) imtina edir, qətnamənin alimentə aid hissəsinin icrası barədə tələbi, həmçinin gələcəkdə uşaqların saxlanması üçün aliment tələbi olmayacaqdır.

3. Bu saziş imzalanmamışdan əvvəl və bu saziş imzalandıqdan sonra tərəflərin öz adına rəsmiləşdirilmiş borclar, kreditlər və ya hər hansı bir formada yaranmış borclar, passivlər, öhdəliklər şəxslərin özünə aid edilir və bununla əlaqəli bir-birlərinə qarşı iddia tələbi olmayacaqdır.

Cavabdeh öhdəlikləri:

1. Birgə nikah dövründə 14 aprel 2022-ci il tarixli yaşayış sahəsinin alqısatqı və ipoteka müqaviləsinə əsasən alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi ev 116A mənzildəki pay hüquqdan imtina edir, gələcəkdə həmin mənzillə əlaqədar pay və pul tələbi olmayacaq, həmin mənzili aktivləri və passivləri ilə birlikdə tam pay hüququ ilə İddiaçı mülkiyyətində qalmasına, mənzilin gələcəkdə satılmasına, bağışlanmasına və ya istənilən formada özgəniləşdirilməsinə etiraz etmir.

2. Birgə nikan dövründə 26 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alınmış buraxılış ili 2012, ban nömrəsi KNADN412BD6170760 olan KİA RİO markalı nəqliyyat vasitəsindəki pay hüququndan imtina edir, tam pay hüququ ilə İddiaçı mülkiyyətində qalmasına, gələcəkdə satılmasına, bağışlanmasına və ya istənilən formada özgəniləşdirilməsinə etiraz etmir.

3. Bu saziş imzalanmamışdan əvvəl və bu saziş imzalandıqdan sonra tərəflərin öz adına rəsmiləşdirilmiş borclar, kreditlər və ya hər hansı bir formada yaranmış borclar, passivlər, öhdəliklər şəxslərin özünə aid edilir və bununla əlaqəli bir-birlərinə qarşı iddia tələbi olmayacaqdır.

Bu barışıq sazişi e-2(008)-4715/2025 nömrəli mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Tərəflər arasında barışıq sazişi bağlandığından və bu saziş məhkəmə tərəfindən təsdiq edildiyindən icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar