Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4857/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqı, gecikdirilmiş əmək haqqına görə ödəncin və məzuniyyət pulunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqı, gecikdirilmiş əmək haqqına görə ödəncin və məzuniyyət pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 2024-cü ilin may ayından 2025-ci ilin fevral ayınadək hər ay üzrə 1.426,00 (min dörd yüz iyirmi altı) manat məbləğində əmək haqqı olmaqla cəmi 14.260,00 (on dörd min iki yüzaltmış) manat məbləğində əmək haqqının; 2. 12 fevral 2025-ci il tarixədək istifadə edilməmiş 124 günlük əsas əmək məzuniyyətinə görə 5.816,58 (min yeddi yüz üç manat, 78 qəpik) manat puləvəzinin; 3. Cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən gecikmənin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) əsasən xx.xx.2025-ci il tarixədək hesablanmış günlük 1 %, cəmi 35.065,34 (otuz beş min altmış beş manat, 34 qəpik) manat ödəncin; 4. xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.426,00 manat məbləğində əmək haqqının 1 %-i (günlük 14,26 manat) məbləğində ödəncin, ümumilikdə cəminin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işəgötürən Cavabdeh (VÖEN: **********) (əvvəlki adı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə iddiaçı, İddiaçı arasında 01 noyabr 2016-cı il tarixdə Əmək Müqaviləsi bağlanmışdır. Əmək Müqaviləsinə əsasən cavabdeh İddiaçını aylıq 2,392.00 (iki min üç yüz doxsan iki) manat əmək haqqı müqabilində əsas iş yeri üzrə məşğulluq təsnifatı üzrə Direktor, müəssisə, əmək müqaviləsi üzrə Direktor vəzifəsinə işə qəbul etmişdir. Daha sonra bu əmək müqaviləsinə dəfələrlə dəyişiklik olunmuş və sonuncu dəfə aylıq əmək haqqı 1.426,00 (min dörd yüz iyirmialtı) manat, vəzifəsi məşğulluq təsnifatı üzrə baş mühəndis-müdir müavini, əmək müqaviləsi üzrə Baş mühəndis olaraq dəyişdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Belə ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış əmək müqaviləsinin müddəti fasiləsiz olaraq 5 (beş) ildən artıq müddətə davam etdiyi üçün sözügedən əmək müqaviləsi müddətsiz sayılmışdır. Lakin iddiaçı öz iradəsilə xx.xx.2025-ci il tarixdə cavabdehə əmək müqaviləsinə xitam verilməsi, ödənilməmiş əmək haqlarının və əmək haqqının gecikdirilməsinə görə hesablanmış ödəncin iddiaçıya ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Bu müraciətdən sonra İşəgötürənin 12 fevral 2025-ci il tarixli K-01 saylı qərarı ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişilə) Cavabdeh Baş mühəndisi vəzifəsindən azad edilmişdir. Lakin dəfələrlə yazılı və şifahi xəbərdarlığa baxmayaraq, işəgötürən iddia ərizəsi ilə məhkəmə müraciət etdiyi günə qədər 2020-ci ilin noyabr ayından başlayaraq 2025-ci ilin fevral ayınadək olan əmək haqqını və istifadə edilməmiş 124 günlük əsas məzuniyyətinə görə ödənc iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd olunmuşdur ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu səbəbdən də cavabdeh 2024-cü ilin may ayından 2025-ci ilin fevral ayınadək hər ay üzrə 1.426,00 (min dörd yüz iyirmi altı) manat məbləğində əmək haqqı olmaqla cəmi 14.260,00 (on dörd min iki yüz altmış) manat əmək haqqını və 12 fevral 2025-ci il tarixədək istifadə edilməmiş 124 günlük əsas əmək məzuniyyətinə görə 5.816,58 (min yeddi yüz üç manat, 78 qəpik) manat (Riyazi hesablama: 12 təqvim ayının orta əmək haqqı 1.426,00 manat / 30,4 bir məzuniyyət günü üçün əmək haqqı X istifadə edilməmiş 124 gün əsas əmək məzuniyyəti = 5.816,58 manat) pul əvəzini iddiaçıya ödəməlidir. Daha sonra iddiaçı Cavabdeh bu məsələnin məhkəmədən kənar həll üsullarından olan mediasiya vasitəsilə həll olunması üçün Bakı 6 saylı Mediasiya təşkilatına dəvət etmişdir. Lakin Cavabdeh tərəfindən heç kəs mediasiya prosesində iştirak etməmişdir. Bundan əlavə, işlədiyi müddət ərzində və daha sonra çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, cavabdeh tərəfindən əmək haqqının ödənilməsindən təqsirli surətdə yayınmalar olmuşdur. Bunun nəticəsində də iddiaçı həmin vəsaitlərdən faydalana bilməmiş, o cümlədən əmək haqqının bir qismini ala bilməmişdir. İşlədiyi müddət ərzində aylar üzrə gecikmiş əmək haqqı, gecikmə günləri, gecikməyə görə ƏM-nin 172-ci maddəsinə əsasən hesablanmış 1 % ödəncin məbləği və s. barədə məlumatlar aşağıdakı cədvəldə öz əksini tapmışdır: Bundan əlavə, məhkəmənin nəzərinə çatdırır ki, işlədiyi müddət ərzində və daha sonra çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, cavabdeh tərəfindən əmək haqqının ödənilməsindən təqsirli surətdə yayınmalar olmuşdur. Bunun nəticəsində də iddiaçı həmin vəsaitlərdən faydalana bilməmiş, o cümlədən əmək haqqının bir qismini ala bilməmişdir. İşlədiyi müddət ərzində aylar üzrə gecikmiş əmək haqqı, gecikmə günləri, gecikməyə görə ƏM-nin 172-ci maddəsinə əsasən hesblanmış 1 % ödəncin məbləği və s. barədə məlumatlar cədvəldə öz əksini tapmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 2020-ci ilin noyabr ayından 2025-ci ilin fevral ayınadək hər ay üzrə 1426 manat məbləğində əmək haqqı olmaqla cəmi 74152 manat məbləğində əmək haqqının, 12 fevral 2025-ci il tarixədək istifadə edilməmiş 124 günlük əsas əmək məzuniyyətinə görə 5.816,58 (beş min səkkiz yüz on altı manat, 58 qəpik) manat pul əvəzinin, cavabdeh tərəfindən əmək haqqımın ödənilməsində onun təqsiri üzündən gecikmənin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) əsasən 30,06.2025-ci il tarixədək hesablanmış günlük 1 %, cəmi 665.214,56 (altı yüz altmış beş min iki yüz on dörd manat, 56 qəpik) manat ödəncin, xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 74.152,00 (yetmiş dörd min yüz əlli iki) manat məbləğində əməkhaqqının 1 %-i (günlük 14,26 manat) məbləğində ödəncin, ümumilikdə cəminin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə görə, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan xxxxxxx000211 saylı əmək müqailəsi bildirişindən görünür ki, İddiaçı baş mühəndis vəzifəsinə işə qəbul edilir, “01“ noyabr 2016-cı il tarixdən işə başlayır, aylıq əmək haqqının məbləği 1426 manatdır. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli, K-01 nömrəli əmrdən görünür ki, İddiaçı "xxxx" MMC-nin baş mühəndisi vəzifəsindən öz xahişi ilə azad edilmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş pul vəsaitləri barədə bank hesabından çıxarış təqdim edilmişdir. İş materiallarında olan ərizələrdən görünür ki, İddiaçı "xxxx" MMC-yə ödənilməmiş əmək haqlarının və əmək haqqının gecikdirilməsinə görə hesablanmış ödəncin ona ödənilməsi ilə bağlı çoxsaylı müraciətlər etmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3- cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclərtam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bu baxımdan yuxarıda qeyd olunan qanunvericilik müddəaları və iş materialları ilə müəyyən edilir ki, İddiaçı hesabına sonunu dəfə xx.xx.2020-ci il tarixdə əmək haqqı ödənilmişdir. İddiaçı ona 2020-ci ilin noyabr ayından 2025-ci ilin fevral ayınadək əmək haqqının ödənilmədiyini iddia edərək, həmin əmək haqqı məbləğlərinin və onların ödənilməməsi səbəbindən hər gecikdirilən gün üçün 1% məbləğində ödəncin, istifadə edilməmiş əmək məzuniyyəti əvəzinin və tutulmasını tələb edir. İddia ərizəsi Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının 2020-ci ilin noyabr ayından 2025-ci ilin fevral ayına qədər əmək haqqının ödənilməməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur. Deyilənlərlə yanaşı məhkəmə işin hallarını və bank hesabından çıxarışı əsas götürərək hesab edir ki, iddia tələbi 2020-ci ilin noyabr ayından 2025-ci ilin fevral ayına qədər ödənilməmiş əmək haqqının tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” qərarına əsasən, 1.Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə onu da qeyd edir ki, iddia tələbi 30,06.2025-ci il tarixədək hesablanmış günlük 1 %, cəmi 665.214,56 (altı yüz altmış beş min iki yüz on dörd manat, 56 qəpik) manat ödəncin, xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 74.152,00 (yetmiş dörd min yüz əlli iki) manat məbləğində əməkhaqqının 1 %-i (günlük 14,26 manat) məbləğində ödəncin tutulması hissəsində də əsaslıdır. Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 37-ci maddəsində göstərilmişdir ki, hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. “Ödənişli məzuniyyətlər haqqında” X1 1970-ci ildə qəbul etdiyi 30 iyun 1973-cü ildən qüvvədə olan 132 saylı Konvensiyanın 3-cü maddəsinin birinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 110. İşçilərin məzuniyyət hüququ.
1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili.
1. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi.
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 3 mart 2006-cı il tarixli 77-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 3, maddə 222) ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə 135. Məzuniyyətin verilməməsinin və başqa vaxta keçirilməsinin qadağan edildiyi hallar
1. Bu Məcəllə ilə müəyyən edilmiş əsas məzuniyyətlərin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağandır.
2. Əmək şəraitinə görə əlavə məzuniyyət hüququ olan işçilərə, habelə yaşı 18-dən aşağı olan işçilərə, hamilə qadınlara bir iş ilindən artıq dövrün əmək məzuniyyətinin verilməməsi və ya onun başqa iş ilinə keçirilməsi qadağandır. Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı mübahisə üzrə 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. "xxxx" MMC-dən 2020-ci ilin noyabr ayından 2025-ci ilin fevral ayınadək hər ay üzrə 1426 manat məbləğində əmək haqqı olmaqla cəmi 74152 manat məbləğində əmək haqqı, 12 fevral 2025-ci il tarixədək istifadə edilməmiş 124 günlük əsas əmək məzuniyyətinə görə 5.816,58 (beş min səkkiz yüz on altı manat, 58 qəpik) manat pul əvəzi, hər gecikdirilmiş gün üçün 30,06.2025-ci il tarixədək 665.214,56 (altı yüz altmış beş min iki yüz on dörd manat, 56 qəpik) manat ödənc və xx.xx.2025-ci il tarixindən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 74.152,00 (yetmiş dörd min yüz əlli iki) manat məbləğində əməkhaqqının 1 %-i (günlük 14,26 manat) məbləğində ödənc tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Müseyib Bayramov