Məhkəmə qərarları › İş №e-2(008)-4884/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4884/2024

30.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4884/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndə, 01 dekabr 2023-cü il tarixli 01/23 saylı əmrə əsasən müştəri təmsilçisi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Cavabdeh cəmiyyətdə 01 ay müddətinə, 01-31 dekabr 2023-cü il tarixləri aralığında işləməsinə baxmayaraq hal-hazıradək ona ödənilməli olan əmək haqqım ödənilməmişdir. Bununla bağlı aidiyyəti üzrə şikayət verməyinə və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsə də, cavabdeh hələdə ona ödənilməli olan 1200 azn məbləğində əməkhaqqını ödəməkdən boyun qaçırmaqdadır. Bu məsələ ilə bağlı hallar sözügedən məhkəmə iclasında iştirak edən Cavabdeh direktoru X2 tərəfindən verilən izahatla da öz təsdiqini tapmışdır.Belə ki, o, ifadəsində bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-də 01 dekabr 2023 cü il tarixdən əmək fəaliyyətinə başladığını və işlərin yerinə yetirilməsinə cəlb edilməsini inkar etmir. O, İddiaçı ilə bağladığı əmək müqaviləsini sistemə gec daxil etsə də, onunla 01 dekabr 2023-cü il tarixdə rəsmi qaydada əmək müqaviləsi bağlamış və 18 dekabr 2023-cü il tarixdə həmin əmək müqaviləsini sistemə daxil edərkən o, bu halı gizlətməmiş və həmin bildirişdə də İddiaçı işə başlama tarixinin 01 dekabr 2023-cü il olmasını göstərmişdir. Bütün bu qeyd edilənlərə əsasən, hesab edirəm ki, əmək haqqı olaraq ona ödənilməli olan 1200 manat pul cavabdehdən tutularaq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar