Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5002/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mürasiət edərək onunla cavabdehlə arasında bağlanmış 16.09.2008-ci il tarixdə Sabunçu rayon VVADİQ şöbəsində bağlanmış 1142 nömrəli nikahdan doğulmuş 30.03.3009-cu il təvəllüdlü X4 onun yanında qalması, 30.03.3009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin əvvəlki dövr üçün 3 illik müddət həddində aliment verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında 16.09.2008ci il tarixdə Sabunçu rayon VVADİQ şöbəsində bağlanmış 1142 nömrəli nikah aktı Sabunçu Rayon Məhkəməsinin 10.06.2009-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Faktiui olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar və cavabdehlə birgə nikahlarından doğulmuş 30.03.3009-cu il təvəllüdlü X7 hazırkı günədək onun himayəsində yaşayır. Uşağın onun yanında qalması onun gələcəyi, sağlamlığı, təhsili, inkişafı və tərbiyəsi üçün daha məqsədəmüvafiqdir. Nikah ləğv olunan vaxtdan hazırkı günədək cavabdeh uşağın saxlanılması xərclərini ödəməmiş, qərəzli olaraq yayınmışdır. Hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulmalı, həmçinin Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilməsi qanunauyğundur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 izahatında cavabdehin uşağın ananın yanında qalması və uşağın saxlanılması üçün hər ay 175 manat aliment tutulmasına razı olduğunu, lakin iddianı əvvəlki dövr üçün 3 illik müddət həddində aliment verilməsi hissəsində qəbul etmyərək həmin hissədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və Cavabdeh birgə nikahdan 30.03.3009-cu il tarixdə İlkin adlı uşaqları doğulmuşdur (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 295393 №-li doğum haqqında şəhadətnamənin surəti). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.06.2009-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında 16.09.2008-ci il tarixdə Sabunçu rayon VVADİQ şöbəsində bağlanmış 1142 nömrəli nikah akt qeydi ləğv edilmişdir. Tərəflərin nikahları pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 25.07.2009-cu ildə 172 № ilə qeyd edilmişdir (Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 89796 №-li nikahın pozulması haqqında şəhadətnamənin surəti). Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.1-ci maddələrinə görə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqları anasının himayəsində saxlanılmalıdır və tərəflərdə buna etiraz etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı iddia ərizəsini 18.06.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 18.06.2021-ci il tarixdən başlayaraq 30.03.3009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın cavabdehdən əvvəlki dövr üçün 3 illik müddət həddində alimentin tutulması hissəsinə də qiymət verərək hesab edir ki, qanunvericilikdə belə bir aliment ödənişi nəzərdə tutulmadığından həmin hissədə iddia rədd olunmalıdır. Həmçinin cavabdeh iddia ərizəsində əvvəlki dövr üçün 3 illik müddət həddində alimentin verilməsi ilə bağlı Ailə Məcəlləsinin 100.3-cü maddəsinə istinad etsə də, həmin maddə də nəzərdə tutulmuş halların mövcudluğu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahdan olan 30.03.3009-cu il təvəllüdlü X7 İddiaçı yanında qalmalı, uşağın yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh 18.06.2021-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 175 manat aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahdan olan 30.03.3009-cu il təvəllüdlü X7 İddiaçı yanında qalsın. 30.03.3009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh 18.06.2021-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 175 manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-5002/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5002/2021
12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver