Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5078/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı tərəfindən verilmiş ”aliment tələbinə” dair iddiasına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı X1 10 noyabr 2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 250 manat olmaqla cəmi 500 manat, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək aylıq 100 manat sabit pul məbləğində aliment, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 61 manat, hüquqi yardıma görə Bakı şəhəri 29 sayıl Vəkil Bürosuna ödənilmiş 50 manat xidmət haqqı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə bağlanmamış nikahlarından 10 noyabr 2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh uşaqlarının saxlanması üçün heç bir məbləğdə maddi yardım etmir. Uşaqları onun himayəmdədir və uşağın tələbatlarını təkbaşına ödəməkdə maddi çətinlik çəkir. Cavabdehin rəsmi iş yeri olmasa da, sabit gəlir mənbələri mövcuddur və ondan tutulacaq alimentin məbləği sabit pul məbləğində müəyyən edilməlidir. O, isə himayəsində 2 azyaşlı uşağı olduğundan heç yerdə işləyə bilmir. Cavabdehdən tutulan alimentin məbləği sabit pul məbləğində hər ay hər uşağa 250 manat, xx.xx.2023-cü il təvəllüdlü X5 3 yaşına çatana qədər aylıq 100 manat məbləğində müəyyən edilməlidir. Ona görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Onların yetkinlik yaşına çatmamış iki uşaqları var - xx.xx.2021-cı il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X6 (AZ-V-N-060879 və AZ-V-N-060878 doğum haqqında şəhadətnamələr). Bakı ASAN Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə X4 anadan olmuşdur. Bakı ASAN Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixdə X6 anadan olmuşdur. Hazırda iddiaçı iki uşağın saxlanılması üçün yetkinlik yaşına çatanadək hər ay hər uşağa 250 manat olmaqla cəmi 500 manat, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək aylıq 100 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 61 manat, hüquqi yardıma görə Bakı şəhəri 29 sayıl Vəkil Bürosuna ödənilmiş 50 manat xidmət haqqı tutularaq ona ödənilməsini xahiş edir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı hər uşaq üçün 250 manat məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işi və əlavə gəlirləri barədə məhkəməyə sübut tədim etmədiyinə görə ölkə üzrə bir uşaq üçün yaşayış minimumu ilə müəyyən edilmiş məbləğlə kifayətlənməli və bu səbəbdən 10 noyabr 2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdehdan hər ay hər uşaq üçün 246 manat məbləğində alimentin tutulması ağlabatandır. İddiaçı həmiçinin xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatana qədər aylıq 100 manat məbləğində yardımın tutulmasını xahiş edir. Məhkəmə göstərilən xahişi nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında ərarvad kimi rəsmi münasibətlər olmadığından hazırki tələb təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84-cü maddəsi ilə ər-arvadın bir-birini saxlamaq vəzifəsi: 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Göründüyü kimi qanunun tələbi yalnız ər-arvad münasibətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment tutulurkən uşağın əvvəlki təminat səviyyəsi mümkün qədər maksimal saxlanılamalıdır. MŞB/6-01072 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan və Xalq Bank vasitəsi ilə 100840 nömrəli ödəmə qəbzindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 azn dövlət rüsumu, 10 azn kargüzarlıq xərci və.s cəmi 61 azn və hüquqi xidmətin göstərilməsi üçün cəmi 50 AZN ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin iki övladları vardır. Tərəflərin rəsmi nikahları olmamış, uşaqlar ananın himayəsində yaşayırlar. Cavabdeh hal-hazırda uşağın heç bir tələbatını ödəmir. Bu səbəbdən də iddiaçı aliment tələbi ilə məhkəməyə müracət edib. İddiaçı məhkəmədən cavabdehdən hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsədə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işi və əlavə gəlirləri barədə məhkəməyə sübut tədim etmədiyinə görə aliment ölkə üzrə bir uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumu ilə müəyyən edilməklə ilkin olaraq 10 noyabr 2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdehdan hər ay hər uşaq üçün 246 manat məbləğində alimentin tutulmalıldır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilkin olaraq 10 noyabr 2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 246 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin 61 manat mediyasiya xərcinin və 50 manat hüquqi yardım üçün tutması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissələrdə də təmin edilməli, 61 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 50 AZN cavabdehdən tutularaq İddiaçı ödənilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh ilkin olaraq 10 noyabr 2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 246 manat məbləğində aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 61 manat mediyasiya xərci və hüquqi yardım üçün ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilsin. Qətnamə iddia tələbinin aliment hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №e-2(008)-5078/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5078/2025
18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver