Məhkəmə qərarları › İş №e-2(008)-5254/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5254/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5254/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qizinın iştirakı ilə İddiaçı tərəfindən verilmiş ”aliment tələbinə” dair iddiasına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatana kimi hər ay anaya 100 manat maddi yardımın, mediasiya xərcinin əvəzi olaraq 60 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 325 manat pul vəsaitinin cavabdehdən.alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü ildə rəsmi nikaha daxil olmuşlar. Nikahları Bakı şəhəri Səadət sarayı (Bakı Nikah evi) tərəfindən xx.xx.2023-cü il 2244 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X4 adlı övladları olmuşdur. Ailə qurduqları ilk dövrlərdə mehriban ailə şəraitində yaşamışlar, lakin sonradan münasibətləri pisləşmişdir. Övladları dünyaya gəldikdən sonra cavabdehlə münasibətləri dahada dözülməz həddə çatmışdır. Bu səbəbdən də o, övladı ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. 8 aydan artıq müddətdir ki, o, övladı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. O, ailəsinin dağılmasının, övladının ata qayğısından məhrum olmasının qarşısını almaq üçün çox çalışmış və münasibətlərinin normallaşmasına ümid edir. Lakin ayrı yaşadıqları müddətdə cavabdeh uşağın saxlaması, tələbatının ödənilməsi istiqamətində heç bir tədbir görmür, onun xərcləri ilə maraqlanmır. Faktiki uşağın saxlanılmasının bütün gücü onun üzərinə düşür və əziyyətini o çəkir, xərclərini ödəmək çox çətindir. Valideynləri tərəfindən olunan köməkliklərlə öz maddi tələbatını, uşağın tələbatını ödəyir. O, mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cavabdehə təklif göndərsədə, ilkin mediasiya sesiyasında iştirak etsədə cavabdeh iştirak etməmişdir. Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/10/2025-00235 nömrəli arayış verilmişdir. İlkin mediasiya sesiyasının rüsumu olan 50 manat tərəfindən ödənilmişdir. O, Cavabdeh qarşı aliment ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qizinın izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Onların yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2024-cü il təvəllüdlü X4 (AZ-V-N-054587 doğum haqqında şəhadətnamə). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi səadət sarayı Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İİ-N-604813 nömrəli, xx.xx.2023-cü il tarixli Nikah haqqında şəhadətnammənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmışdır. Hazırda iddiaçı bir uşağın saxlanılması üçün üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin,uşaqın 3 yaşına çatana kimi hər ay anaya 100 manat maddi yardımın və məhkəməyə müraciət etmək üçün çəkilən - mediasiya xərcinin əvəzi olaraq 60 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 325 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər ay 300 manat məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işi və əlavə gəlirləri barədə məhkəməyə sübut tədim etmədiyinə görə ölkə üzrə bir uşaq üçün yaşayış minimumu ilə müəyyən edilmiş məbləğlə kifayətlənməli və bu səbəbdən xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdehdan hər ay 246 manat məbləğində alimentin tutulması ağlabatandır. İddiaçı həmiçinin xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşına çatana qədər ər-arvadın bir-birini saxlamaq vəzifəsindən irəli gələn öhtəlik üzrə aylıq 100 manat məbləğində yardımın tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər, həmin məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işi və əlavə gəlirləri barədə məhkəməyə sübut tədim etmədiyinə görə Cavabdehdan Ceyla üç yaşına çatanadək arvadın saxlanılması üçün 50 manat məbləğində aliment tutulmalıdır. Göründüyü kimi qanunun tələbi yalnız ər-arvad münasibətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment tutulurkən uşağın əvvəlki təminat səviyyəsi mümkün qədər maksimal saxlanılamalıdır. MŞB/10/2025-00235 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan və **********9 nömrəli ödəmə qəbzindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 azn dövlət rüsumu və hüquqi xidmətin göstərilməsi üçün cəmi 325 AZN ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin rəsmi nikahlarından bir övladları vardır. Tərəflərin rəsmi nikahlarından olmuş Ceyla ananın himayəsində yaşayırlar. Cavabdeh hal-hazırda uşağın heç bir tələbatını ödəmir. Bu səbəbdən də iddiaçı aliment tələbi ilə məhkəməyə müracət edib. İddiaçı məhkəmədən cavabdehdən hər ay hər uşaq üçün 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsədə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işi və əlavə gəlirləri barədə məhkəməyə sübut tədim etmədiyinə görə aliment ölkə üzrə bir uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumu ilə müəyyən edilməklə ilkin olaraq xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdehdan hər ay üçün 246 manat məbləğində alimentin tutulmalıldır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 ilkin olaraq xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 246 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin 60 manat mediyasiya xərcinin və 325 manat hüquqi yardım üçün tutması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissələrdə də təmin edilməli, 60 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 325 AZN cavabdehdən tutularaq İddiaçı ödənilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh X2 ilkin olaraq xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat məbləğində aliment, xx.xx.2024-cü il təvəllüdlü X4 üç yaşına çatana qədər hər ay 50 manat məbləğində aliment, 60 manat mediasiya xidməti üçün ödənilmiş pul və hüquqi yardım üçün ödənilmiş 325 manat tutulub İddiaçı ödənilsin. Qətnamə iddia tələbinin aliment hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar