Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5801/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(008)-105/2025 saylı qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1979/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən tutulan və ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.03 misli həddində indeksasiya olunmuş aliment məbləğinin azaldılaraq 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həcmində, yəni 246 AZN məbləğində müəyyən olunması, eyni zamanda mediasiya xərci olan 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tələbkar Cavabdeh ərizəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 8(008)- 105/2025 saylı qərardad qəbul olunmuşdur. Həmin qərardada əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1979/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh ödənilməli olan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 1,03 misli həddində indeksasiya olunmuşdur. Belə ki, hələ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1979/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün ondan, yəni, cavabdeh İddiaçı hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Tələbkar Cavabdeh ərizəsini təmin edərək məhkəmə qeyd etmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin 2015ci ildə təyin olunmasını və həmin ildə minimum aylıq əmək haqqının 105 manat olmasını nəzərə alaraq müəyyən edir ki, 2015-ci ildə minimum aylıq əmək haqqının 1,03 misli həddində aliment tutulması qət edildiyindən, alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 1,03 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edildiyindən, analoji olaraq indeksasiya qaydasında artırılan aliment məbləğinin tutulmasına da tətbiq edilir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə onun aylıq gəlirini nəzərə almadan hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1979/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh birinci ailə həyatından doğulmuş övladına görə 108 manat məbləğində aliment ödəyir. İkinci dəfə ailə həyatı quraraq X4 ilə 2023-cü ilin 02 sentyabr tarixində nikaha düşmüşdür. Qeyd olunan bu nikahdan xx.xx.2024-cü il tarixli X7 adlı övladı dünyaya gəlmişdir. Göründüyü kimi, o, boşanandan sonra ikinci dəfə ailə həyatı qurmuş və övladı doğulmuşdur. Lakin, Sabunçu Rayon Məhkəməsi bu faktı nəzərə almayaraq birinci nikahdan olan övladı üçün ödədiyi 108 manat aliment məbləğini indeksasiya edərək 2025-ci ilin minimum əmək haqqının 1.03 misli məbləğində müəyyən etmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən ölkədə minimum aylıq əmək haqqı 1 yanvar 2025-ci ildən etibarən 400 manat müəyyən edilib. Belə olan halda onun ödəməli olacağı alimentin məbləği 412 manat edir. Qeyd edir ki, hal-hazırda yeganə iş yeri olan müəssisədən aldığım əmək haqqı 800 AZN məbləğindədir. Əgər aldığı 800 manatdan 412 manatını hər ay birinci nikahdan olan övladına ödəsə, bəs hazırki nikahdan övladını hansı pul ilə saxlamalıdır. Həm birinci, həm də ikinci nikahdan olan uşaqlar onundur və onları saxlamaq borcudur. Qeyd edir ki, o, övladlarının qayğısına qalmağının tərəfdarıdır və onların sağlam şəraitdə yetişməsi üçün əlindən gələni etməyə də hazırdır. Lakin halhazırda onun aldığı 800 manat əmək haqqından başqa heç bir yerdən gəliri yoxdur və hər ay çətinliklə aliment məbləğini ödəməyi çatdırır. Həmçinin yaranan çətin vəziyyət səbəbindən artıq qazanc əldə etməyə məcbur edilmək neqativ halların baş verməsinə səbəb ola bilər. Alimenti ödəməyə gücü çatmadığı təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər. Nəticə olaraq isə övladları ilə əlaqəsinin kəsilməsinə və onların ata qayğısından məhrum qalmaqlarına səbəb ola bilər. Qeyd edir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. Hallar nəzərə almalıdır. Lakin məhkəmə onun yeni ailə həyatını qurduğunu və hazırkı nikahdan övladının olmasını görməzdən gələrək alimentin məbləğini xeyli miqdarda qaldırmışdır. Digər bir faktı məhkəmənin diqqətinə çatdırır ki, hər dəfə minimum aliment məbləği artanda ödəməli olduğu alimentin məbləği artırılmaması hissəsində qeyd edə bilər ki, əvvəla, bu məbləğin artırılması barədə müraciət etmək qarşı tərəfin hüququ idi. Qarşı tərəf bu hüququndan istifadə etməyibsə, anidən onun maddi vəziyyətini ağırlaşdırılmamalıdır. Hər dəfə vaxtında müraciət olunacağı təqdirdə aliment məbləği nə qədər idisə ödəyəcəkdir. Lakin, hər ay uşağına məhkəmənin təyin etdiyi 108 manatdan artıq ödənişlər etmişdir. Belə ki 2020-ci ildən bəri aylıq olaraq 108 manat deyil, 150 manat ödəniş etmişdir. Göründüyü kimi bu şəraitdə məhkəmə onun hazırki övladını qətiyyən düşünməmiş və 800 manat maaş alan birinin 412 manatını aliment kimi tutulması üçün müəyyən etmişdir. Bunlarla yanaşı qeyd edir ki, 11 aylıq uşağın aylıq xərcləri 14 yaşlı uşağın xərclərindən qat-qat çoxdur. Uşağın xüsusi yeməyi (uşaq südü, hansı ki qiyməti olduqca bahadır), gigiyenik vasitələri (uşaq bezləri və s.), vitaminləri və s. minimum ayda 600-700 AZN tutur. 400 manat tək 11 aylıq uşağa belə bəs deyildir. Cavabdeh kifayət qədər imkanı var. Belə ki, həftədə bir neçə dəfə rayonlara, 5 ulduzlu otellərə istirahətə gedirlər, qızına keçən həftə sonuncu iphone (16 pro max) alıb və onun da qiyməti 3000 AZN məbləğindədir. O, isə körpə uşağına bu maaşla baxa bilmir. Alimentin tutulmasından sonra qalan 400 manatın 170 manatı isə kredit borcuna ödənilir. Odur ki, məhkəmə tərəfindən aliment miqdarını müəyyən edərkən hal-hazırkı iş üzrə övladını nəzərə alaraq, əvvəlki nikahdan olan övladına münasibətdə hazırda ölkə üzrə müəyyən olunan minimum aliment məbləği olan 246 manat miqdarında tətbiq edilməsi daha məqsədəuyğun olardı. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, 250 manatla bir uşağı saxlamaq mümkün deyil. 14 yaşlı qız uşağıdır, məktəb xərcləri çoxdur, özü heç bir yerdə işləmir, evdə online satışla məşğuldur. Atası da pensiya alır, artıq o da, köməklik edə baxa bilmir. Uşağa baxa bilmir, səhhətilə bağlı da işləyə bilmir. Belində ağrı var deyə ayaqüstə çox qala bilmir. Uşağın yemək xərclərini özü ödəsə də, ancaq hazırlıq və digər zəruri xərclərini ödəməkdə çətinlik çəkir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 586185 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 xx.xx.2023-cü il 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Salmanova soyadı verilmişdir. - AZ-V seriyalı 044354 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə doğulmuşdur, atası İddiaçı, anası X2r. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-105/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1979/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay tutulan alimentin məbləği (yəni 108 manat) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.03 misli həddində indeksasiya olunması qərara alınmışdır. - Azərbaycan Respublikası "xxxx" Qapalı Səmhdar Cəmiyyəti tərəfindən verilmiş 403 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" QSC X3 Baş İdarəsi Xüsusi Avtomobil Nəqliyyatı İdarəsinin sürücüsü vəzifəsində işləyir, onun aylıq əmək haqqısı 1000 manat təşkil edir. Arayışa əlavə edilmiş cədvəldən görünür ki, 1000 manat hesablanmış əmək haqqından 112 manat gəlir vergisi, 30 manat sosial müdafiə, 5 manat işsizlik fondu, 20 manat icbari tibbi sığorta haqqı, 412 manat aylıq aliment ödənişi tutulduqdan sonra 421 manat əmək haqqı ona ödənilir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli MŞB/11/2025-01045 nömrəli arayışdan və qəbzdən görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X8 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlı anası Cavabdeh yanında qalmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-105/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1979/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay tutulan alimentin məbləği (yəni 108 manat) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.03 misli həddində indeksasiya olunmuşdur. İddiaçı X4 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X7 doğulmuşdur. Hazırda iddiaçı əmək haqqının vergi və s. tutulduqdan sonra 833 manat təşkil etməsini, həmin puldan 412 manat aliment ödədikdən sonra ailəsini dolandırmaq üçün ona 421 manat pul qaldığını, ikinci dəfə ailə qurduğunu və bu nikahdan bir uşağının olduğunu əsas gətirərək, birinci nikahdan olan uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək azaldılmasını və 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həcmində, yəni 246 AZN məbləğində müəyyən olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay tutulan aliment miqdarı tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Həmin Qərarın 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıdan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin məbləği (yəni 108 manat) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.03 misli həddində indeksasiya olunmuş və hazırda ondan 400*1.03=412 manat sabit pul məbləğində aliment tutulur. İddiaçı isə hazırda aliment miqdarının dəyişdirilərək, ondan 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həcmində, yəni 246 AZN məbləğində müəyyən olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Göründüyü kimi hazırda qüvvədə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-105/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı əsasında bir uşağa görə müəyyən edilmiş alimentin məbləği cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən xeyli çoxdur. Halbuki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, yuxarıda göstərilən xüsusatlara əsasən hesab edir ki, hazırkı vəziyyətdə tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması) üçün əsaslar vardır, odur ki, iddia təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumunun anoloji işlərlə bağlı qərarlarında formalaşdırdıqları hüquqi mövqeləri, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək azaldılmalı , tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı azaldılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-105/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (azaldılmalı), İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çаtаnаdək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 50 manat mediasiya xərci tutularaq İddiaçı, 39.92 manat dövlət rüsumu (412-246=166*12 ay=1992 manat iddianın qiyməti) tutularaq dövlət büdcəsinə ödənilməli, artıq ödənilmiş 50 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-105/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (azaldılsın). İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çаtаnаdək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Cavabdeh 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 39.92 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Artıq ödənilmiş 50 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-5801/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5801/2025
30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver