Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5840/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 595/2024 nömrəli qətnaməsi ilə cavabdehdən sabit pul məbləğində tutulan 220 manat alimentin cavabdehin əmək haqqının və digər rəsmi gəlirlərinin 1/4 hissəsinin tutulması ilə əvəz edilməsi, uşaq 3 yaşına çatanadək iddiaçı üçün hər ay 400 manat alimentin, uşağın müalicə xərci olaraq hər ay 150 manat pulun tutulması, tutulmaların xx.xx.2023cü ildən başlanması, uşağın 1 yaş 3 ayına qədər olan alimentin cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 220 manat alimentin cavabdehin aylıq qazancının və başqa rəsmi gəlirlərinin dörddə bir hissəsinin tutulması ilə əvəz edilməsi və tutmanın mediasiyaya müraciət edildiyi vaxtdan hesablanması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra xx.xx.2024-cü ildə o, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək iddia tələbini "xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 220 manat alimentin cavabdehin əmək haqqının və digər rəsmi gəlirlərinin dörddə bir hissəsinin tutulması ilə əvəz edilməsi, uşağın 3 yaşınadək saxlanılması üçün əlavə olaraq hər ay 400 manat pul vəsaitinin tutulması, uşağın müalicə xərclərinə görə cavabdehdən pul vəsaitinin tutulması, alimentin tutulmasının xx.xx.2023-cü ildən hesablanması" kimi ifadə etmişdir. Lakin həmin ərizənin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilməzdən əvvəl iddiaçı yenidən iddianın dəyişdirilməsi barədə ərizə verərək iddia tələbini "xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-595/2024 nömrəli qətnaməsi ilə cavabdehdən sabit pul məbləğində tutulan 220 manat alimentin cavabdehin əmək haqqının və digər rəsmi gəlirlərinin 1/4 hissəsinin tutulması ilə əvəz edilməsi, uşaq 3 yaşına çatanadək iddiaçı üçün hər ay 400 manat alimentin, uşağın müalicə xərci olaraq hər ay 150 manat pulun tutulması, tutulmaların xx.xx.2023-cü ildən başlanması, uşağın 1 yaş 3 ayına qədər olan alimentin cavabdehdən tutulması" kimi ifadə etmişdir. Həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-595/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə onun nikahı pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü X2 ananın yanında qalması və uşağın yetkinlik yaşınadək saxlanması üçün hər ay 220 manat alimentin tutulması qət edilmişdir. Sabit pul məbləğində tutulan alimentin qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsinə yönəldilməklə əvəz olunmasını və digər ödənişlərin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh 1400 manat əmək haqqı alır, lakin uşağın saxlanması üçün maddi yardım göstərmir. Uşağın müalicəsinə hər ay 150 manat xərc tələb olunur. Uşağın müalicəsi icbari tibbi sığorta hesabına aparılsa da, o, müalicənin daha yaxşı aparılması üçün hər dəfə tibb işçilərinə əlavə pul verir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2021-ci ildə nikah bağlamış, həmin nikahdan onların xx.xx.2022-ci ildə X5 adlı ümumi uşağı doğulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-595/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaq ananın himayəsində saxlanmış, Cavabdeh xx.xx.2023-cü ildən etibarən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. X4 "Anadangəlmə yastıpəncəlik (ikitərəfli)" diaqnozu qoyulmuşdur. İşdə olan AZ-İİ seriyalı 462993 nömrəli "Nikah haqqında şəhadətnamə"nin surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2021-ci ildə 5 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində nikah bağlamış və həmin nikahın bağlanması haqqında akt qeydləri kitabında 4865 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan AZ-İV seriyalı 820973 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2022-ci ildə doğulmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-595/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 4165 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanması, Cavabdeh xx.xx.2023-cü ildən etibarən xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan "Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" publik hüquqi şəxsin arayışından görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X4 "Anadangəlmə yastıpəncəlik (ikitərəfli)" diaqnozu qoyulmuşdur. İşdən göründüyü kimi, iddiaçının tələbləri aşağıdakılardan ibarətdir: 1) uşağın yetkinlik yaşınadək saxlanması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-595/2024 nömrəli qətnaməsi ilə cavabdehdən sabit pul məbləğində tutulan 220 manat alimentin cavabdehin əmək haqqının və digər rəsmi gəlirlərinin 1/4 hissəsinin tutulması ilə əvəz edilməsi, 2) uşaq 3 yaşına çatanadək iddiaçı üçün cavabdehdən hər ay 400 manat aliment tutulması, 3) uşağın müalicə xərci olaraq cavabdehdən hər ay 150 manat pulun tutulması, 4) göstərilən tutulmaların xx.xx.2023-cü ildən başlanması, 5) uşağın saxlanması üçün alimentin uşağın 1 yaş 3 ayına qədər olan müddət üçün də tutulması. Məhkəmə uşağın saxlanması üçün sabit pul məbləğində tutulan alimentin cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin tutulması ilə əvəz edilməsi tələbini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 595/2024 nömrəli qətnaməsi ilə cavabdehdən uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, iddiaçı hazırda cavabdehin müntəzəm qazancının (aylıq əmək haqqının) olduğunu və həmin qazancın 1/4 hissəsinin 220 manatdan artıq olduğunu bildirərək, alimentin məhz qazancın müəyyən hissəsi kimi tutulmasını tələb edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia həmin hissədə təmin edilməlidir. Alimentin bu qaydada tutulmasının xx.xx.2023-cü ildən başlanması barədə iddia tələbini isə məhkəmə əsaslı hesab etmir. Belə ki, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin cavabdehin qazancının və başqa gəlirlərinin müəyyən hissəsi kimi tutulması hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanmalıdır. Bundan başqa, məhkəmə uşaq 3 yaşına çatanadək iddiaçı üçün cavabdehdən hər ay 400 manat aliment tutulması tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olubolmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan nikah pozulmuşdur və onların ümumi uşağı olan X2 üç yaşı xx.xx.2025-ci ildə tamam olacaq. Həmin uşağın doğulduğu gündən üç il ərzində İddiaçı maddi yardıma ehtiyacının olub-olmamasından asılı olmayaraq Cavabdeh aliment almaq hüququ vardır. Məhkəmə həmin alimentin məbləğini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, onun uşaq üçün də aliment ödəməsini nəzərə alır və belə qənaətə gəlir ki, uşağın üç yaşına çatanadək hər ay əlavə 400 manat alimentin tutulması işin hallarına uyğun deyil. İddia bu hissədə qismən, yəni 50 manat məbləğində təmin edilməlidir. Həmin ödənişin xx.xx.2023-cü ildən başlanması barədə iddiaçının tələbini məhkəmə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı qeyd olunan tələbi iddianın dəyişdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizədə irəli sürdüyünə görə aliment məhz həmin tarixdən tutulmalıdır. Bundan başqa, məhkəmə uşağın müalicə xərci olaraq cavabdehdən hər ay 150 manat pulun tutulması barədə iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2015-ci il tarixli Qərarında aşağıdakılar qərara alınmışdır: "1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin "əmək qabiliyyəti olmayan" müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin "və digər hallarda" müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin "göstərilən kənar xidmət" müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur." Müəyyən edildi ki, tərəflərin ümumi övladı Cavabdeh "Anadangəlmə yastıpəncəlik (ikitərəfli)" diaqnozu qoyulmuşdur. Lakin İddiaçı məhkəməyə həmin uşağın əmək qabiliyyətinin olmaması, eləcə də xəstəliyi ilə əlaqədar göstərilən tibbi xidmətə, müalicəyə, yaxud kənar xidmətə görə hər hansı maddi vəsait tələb olunması barədə sübut təqdim edə bilməmişdir. Əksinə, o bildirmişdir ki, uşağa tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı cavabdehdən uşağın müalicə xərci qismində pul tələb etməkdə haqlı deyil. İddiaçının digər tələbi uşağın saxlanması üçün alimentin uşağın 1 yaş 3 ayına qədər olan müddət üçün də tutulmasından ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində deyilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Müəyyən edildi ki, tərəflər arasında olan nikah Cavabdeh iddiası əsasında məhkəmənin 2(008)-595/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamədə alimentin 2(008)-595/2024 nömrəli mülki işin məhkəməyə daxil olduğu xx.xx.2023-cü ildən başlayaraq tutulması qət edilmişdir. İddiaçı hazırkı iddiada uşağın 1 yaş 3 ayına qədər olan müddət dedikdə, məhz xx.xx.2023-cü ildən əvvəlki dövrü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, İddiaçı qeyd olunan müddətə görə aliment tələb edə bilmək üçün aliment almaq məqsədilə məhkəməyə müraciət edənədək tədbirlər görməsini, Cavabdeh isə aliment verməkdən boyun qaçırmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin o, belə sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçının şərh olunan tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, tələb edilən (400+150) 550 manat alimentin bir illik miqdarı (550 manat x 12 ay) 6600 manat təşkil edir. Bu iddiaya görə (30 manat + 5600 manat : 100 x 1 %) 86 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cəmi 6600 manat iddia tələbinin (50 manat x 12 ay) 600 manat (9,09%) hissəsi təmin edildiyinə görə dövlət rüsumunun müvafiq olaraq 7,81 manat hissəsi cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə qalan 78,19 manat məbləğ ondan alınmamalıdır.
Nəticə hissəsi:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-595/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tutularaq İddiaçı ödənilən hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin tutulması ilə əvəz edilsin. X5 3 yaşına çatanadək Cavabdeh hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Cavabdeh 7,81 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.
X8.