Məhkəmə qərarları › İş №e-2(008)-5931/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5931/2023

21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5931/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabeh Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadəsi üçün maneələrin aradan qaldırılması, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə o, mərhum əri X7 ilə ailə həyatı quraraq ünvan 2 ünvanda yaşamağa başlamışlar. Onun əri xx.xx.2021-ci il tarixdə rəhmətə gedənədək o, həmin evdə onunla birlikdə yaşamışdır. Eyni zamanda əri həmin ünvanda qeydiyyatda olmuşdur. Əri rəhmətə gedəndən sonra o həmin evdə yaşamağa davam etmişdir. Bəzi vaxtlarda o, gedib valideyinlərinin evində qalmışdır. Bir gün evə gələndə görmüşdür ki, cavabdeh ərinin bacısı Cavabdeh evin qapısının açarını sındıraraq qanunsuz olaraq evinə daxil olmuş və orada yaşamağa başlamışdır. Onun orda paltarları əşyaları ola-ola onu evə buraxmamışdır və bildirmişdir ki, ev ona qalmalıdır. O, dəfələrlə polis idarəsinə şikayət ərizələri ilə müraciət etməyinə baxmayaraq cavabdeh evdən çıxmamışdır onun evdə olan 20000 manat dəyərində şəxsi əşyalarının taleyi barədə heç bir məlumatı yoxdur. Hətta o, Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək cavabdehin evdən çıxarılması və onun əşyalarını talan etdiyi üçün cinayət işinin açılmasını tələb etmişdir. 2022-ci il tarixdə onun ərinin birinci nikahdan olan oğlu X8 “yaşayış hüququnun tanınması və evə köçürülmə” tələbinə dair, Cavabdeh isə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi “fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun tanınması, həmin evə köçürülmə və İddiaçı evdən çıxarılaraq evin boşaldılması” tələbinə dair Sabunçu rayon məhkəməsinə müraciət etmişdilər. Sabunçu rayon məhkəməsinin 2(008)- 5038/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər iki iddiaçının tələbi rədd edilmişdir. Məhkəmədə şahid qismində çıxış edən şahid X6 “məhkəmədə bildirmişdir ki, o, onun ərinin ikinci həyat yoldaşı olmuş və onlar 13 il biryerdə yaşamışlar. Birgə nikahdan bir qızları var. O, mübahisəli evdə yaşamamış, qızı atasını görmək üçün evə gəlib getmişdir. Nazim ilə söhbətlərindən ona məlum olmuşdur ki, həmin evi Nazim özü almışdır. Həmin evdə onun özü və üçüncü arvadı Nüşabə yaşamışdır. Nüşabə ilə Nazim 3 il evli olmuşdur. Nazimə Nüşabə qulluq etmişdir. Nazimin tünd xasiyyəti olmuş, bacı qardaşları ilə münasibətləri soyuq olmuşdur. Belə ki, Nazim böyük bacısı ilə küsülü olmuş, balaca bacısı Cəmilə ilə ara-sara dalaşmışdır.” Eyni zamanda cavabdeh iddiaçını məhkəməyə verərək onun “fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun tanınması, həmin evə köçürülmə və İddiaçı evdən çıxarılaraq evin boşaldılması” tələbinə dair Sabunçu rayon məhkəməsinə müraciət etməsi artıq iddiaçının həmin evdə yaşamasını qəbul edərək onu yaşayış sahəsindən məhrum etmək niyyəti təsdiqlənmişdir. O, cümlədən məhkəmə cavabdehin həmin evə heç bir istifadə hüququnu təsdiq etməmişdir. Həmin evdə münasibətdə cavabdehin heç bir subyektiv hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda məhkəmənin vermiş olduğu suala cavab olaraq bildirmişdir ki, iddiaçının iddia ərizəsinin xahiş etdim hissəsində qeyd edilən “İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadəsi üçün maneələrin aradan qaldırılması” tələbi məhz cavabdehin həmin evdən çıxarılmasını tələb etməkdir, hazırki tələb ilə iddiaçı özünün ora köçürülməsini tələb etmir, belə ki, iddiaçı 2019-cu ildən ora köçmüşdür, məhz elə bu səbəbdən də Sabunçu rayon məhkəməsinin icraatında olmuş 2(008)-5038/2022 saylı mülki işdə o məhkəməyə müraciət edərərək iddiaçı X1 oradan çıxarılmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etməyərək məhkəməyə bildirdi ki, qeyd edilən torpaq sahəsini o qeyri-rəsmi şəkildə özü pul verərək almışdır. Həmin torpaq sahəsində tikilən evdə, məhz onun öz vəsaiti hesabına başa gəlmişdir. Həmin torpaq sahəsi alınan və orda ev tikilən zaman İddiaçı olmamışdır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılması, Cavabdeh ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədə xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə mərhum qardaşı X7 ilə ailəli olduğunu, onun xx.xx.2021-ci il tarixdə rəhmətə getdiyini, həmin evdə onunla birgə yaşadığını, bəzi əşyalarının bu günə kimi qeyd edilən ünvandakı evdə olduğunu əsas götürərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsi onun şəxsi vəsaiti hesabına 2017-ci il tarixdə onunla (alıcı), satıcı X16 arasında aparılmış qeyri rəsmi alqı-satqı müqaviləsinə əsasən dəyəri 15 000 manat ödənilməklə həmin torpaq sahəsinə sahiblik hüququ əldə etmişdir. (Sabunçu rayon məhkəməsinin 2(008)-5038/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində şahid qismində dindirilmiş A.B.Gözəlov öz ifadəsində bunu təsdiq etmişdir). Bundan sonra ünvan 3 ünvanda yerləşən həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" MMC-nin layihə planı və sxemi əsasında qeyd edilən fərdi vaşayış evini öz vəsaiti hesabı ilə inşa etdirib tam təmir etdirərək başa çatdırmışdır. Həmin zamanlarda mərhum qardaşı X7 onun yanında Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən mənzildə darısqallıq olduğu üçün o, şəraitini yaxşılaşdırmaq məqsədi ilə bu torpaq sahəsini alıb fərdi yaşayış evini tikdirmişdir. Bu dövrdə mərhum qardaşı X7 ağır "xərçəng" xəstəliyindən əziyyət çəkirdi. Fərdi yaşayış evi tikilib başa çatdıqdan sonra o qardaşını və özünə məxsus əşyalarını da yığıb həmin evə köçmüşlər. xx.xx.2021-ci il tarixdə qardaşı qəflətdən rəhmətə getdi. Bu barədə o, Sabunçu rayon məhəkəməsinə ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(008)- 6934/2021 saylı qətraməsi ilə qardaşının xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilmişdir. İş üzrə İddiaçı onlara məlum olmayan gizli formada qardaşı ilə necə nikaha daxil olması hamısında şübhə yaradır. Əgər belə bir nikah həqiqətə uyğun idisə, eləcə də onlar ailəli idilərsə onun xəstə qardaşına daim özün qulluq etdiyi bir halda o harada idi və qardaşının soyadını nə səbəbə qəbul etməmişdir. Belə ki, qardaşının vəfat etməsindən, onun hansı qəbiristanlıqda dəfn olmasından, məzarının mərmər daşla götürülməsindən xəbərdar olmayan şəxs məlum olmayan səbəblərdən onun sahibliyində olan evə qarşı iddia irəli sürməsi tam qanunsuz və əsassızdır. Bu səbəblərdən də hesab edir ki, iddia tələbi qeyd olunanlara əsasən əsassız olduğundan rədd edilməlidir. İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılması, cavabdeh Bayramova Cərrilə Şahmar qızının ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddia» tələbinin rədd edilməsi xahiş edilmişdir Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəmsinin 2(008)- 6934/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1965-ci il tarixdə Gürcüstan SSR-nin Bolnisi rayonunda doğulmuş X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 211415 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X16 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli evlərin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Yeni Ramana qəsəbəsi, V.Bünyatzadə küçəsi, 207 nömrəli torpaq sahəsin Cavabdeh 15 000 (on beş min) manata satılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli hesabat cədvəlindən görünür ki, Cavabdeh sifarişi əsasənda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyatzadə küçəsi 207 ünvanında eksiz lahiyəsi hazılanmış tikintinin qiyməti 35000 manat olması müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, ünvan 6 ünvanda X10 qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 1845 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 84 nömrəli sorğuya cavab məktubundan görünür ki, yalnız İddiaçı Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçib və yaşadığı ünvan Müşviq Qəribov küçəsi kimi qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “vəfat etmiş atası X4 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən 207 saylı eva yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddiası rədd edilmişdir, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər İddiaçı və X5 qarşı “onun Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən 207 saylı evinə köçürülməsi, həmin yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun tanınması, cavabdeh İddiaçı Bahadur qızına qarşı “vəfat etmiş atası X4 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən 207 saylı evdən çıxarılması və həmin evin boşaldılmasına" tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4-cü maddəsinə əsasən ərarvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Məhkəmə ilk öncə iddia tələbinin “Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, işin mübahisə olmayan hissələri ondan ibarətdir ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçı cavabdehin qardaşı X7 ilə xx.xx.2018-ci ildə ailə qurduğdan sonra orada yaşamağa başlamışdır. Beləliklə məlum olur ki, sözügedən özbaşına tikili iddiaçı ilə cavabdehin qardaşı arasında nikahdan əvvəl hazır olmuşdur. İddiaçı həmin evin cavabdehin qardaşına vəsaiti hesabına tikilmiş olduğunu bildirsədə, bu halı təsdiq edə bilməmişdir. Eyni zamanda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, həmin özbaşına tikili cavabdehin qardaşının hesabına tikilmiş olsa belə, nəqədər ki, iddiaçı və X7 arasında nikah bağlanan zaman həmin özbaşına tikili olan fərdi yaşayış evi hazır olduğundan həmin tikilin nikahda olan şəxslərin vəsaiti hesabına tikilmiş hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından və həmin evin iddiaçı ilə X2 birgə nikah dövründə vəsaiti hesabına tikilmiş olmadığında iddiaçının Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin “İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadəsi üçün maneələrin aradan qaldırılması” hissəsinə münasibət bildirərək qeyd etdir ki, məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddia tələbinin bu hissəsidə məhz cavabdehin həmin evdən çıxarılmasını nəzərdə tutduğundan iddia tələbinin bu hissəsidə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabeh Cavabdeh qarşı "fərdi yaşayış evindən məcburi qaydada çıxarılması" tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar