Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6334/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "akt üzrə 4849,20 manat dəymiş ziyanın, 1336,70 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 81,85 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 400 manat vəkil xərcinin tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "akt üzrə 4147,20 manat dəymiş ziyanın, 2038,7 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 81,85 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 400 manat vəkil xərcinin tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli AKX00919xx/xx-2019 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"yə əsasən, cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə "Azəriqaz" İB tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində "Zenner G4T Mexaniki" **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə halları aşkar edilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. 2023-cü ilin mart ayında tərtib olunmuş akt əsasında 4147,2 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadə nəticəsində 2038,70 manat borcu vardır. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən akt üzrə 4849,20 manat dəymiş ziyanın, 1336,70 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 81,85 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 400 manat vəkil xərcinin tutulmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2023-cü il tarixli yazılı izahat göndərərək bildirmişdir ki, "Azəriqaz" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın klapanının işlək olmaması və sayğaca müdaxilə nəticəsində qaz itkisinin yarandığı müəyyən olunmuş, nəticədə xx.xx.2019-cu ildə ******* nömrəli akt tərtib olunaraq 486 manat dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyan hesablanarkən Birlik tərəfindən ziyanın bərpasına dair xx.xx.2019-cu ildə Tələbnamə tərtib edilmiş, cəmi 4860 kub.m qaz itkisinin olduğu müəyyən edilmiş və hər kub.m üçün 0,10 manat olmaqla cəmi 486 manat dəymiş zərər hesablanmışdır. Bundan başqa, Birliyin əməkdaşları tərəfindən ünvana baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün kənar təsir nəticəsində gövdədən aralandığı aşkar olunmuş, xx.xx.2021-ci ildə ******* nömrəli akt tərtib edilmiş, dəymiş ziyan hesablanarkən, Birlik tərəfindən dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci ildə Tələbnamə tərtib edilmiş, cəmi 2160 kub.m qaz itkisinin olduğu müəyyən edilmiş və hər kub.m üçün 0,10 manat olmaqla cəmi 216 manat dəymiş zərər hesablanmışdır. Bundan başqa, Birliyin əməkdaşları tərəfindən təbii qazdan qanunsuz istifadə halı ilə bağlı xx.xx.2023-cü ildə ******* nömrəli akt tərtib edilmiş, baxış keçirilən zaman xx.xx.2023-cü ildə çəkilmiş şəkildə olan göstərici 7443 kub.m, xx.xx.2023-cü ildə çəkilmiş şəkildə göstərici 7151 kub.m olmuş, bununla da sayğacın abonent tərəfindən geri çəkildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması haqqında tələbnaməyə əsasən 34560 kub.m qaz itkisinə görə hər kub.m üçün 0,12 manat olmaqla cəmi 4147,20 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin dəyəri ödənilməmişdir. 2021-2023-cü ilin mart ayı da daxil olmaqla cavabdehin təbii qazdan istifadə nəticəsində 1134,80 manat borcu yaranmışdır. Bundan başqa, cavabdehin əvvəlki illərdən qalmış 201,90 manat borcu 2013-2016-cı illəri əhatə edir ki, göstəricilər sistemə yalnız 2016-cı ildən sonra daxil edildiyinə görə həmin borcu təsdiq edəcək sənədləri təqdim etmək mümkün deyil. Cavabdeh məhkəməyə göndərdiyi etirazda iddianı etiraf etməyərək bildirmişdir ki, təbii qazdan qanunsuz istifadə ilə bağlı iddiaçı tərəfindən akt tərtib olunarkən bu barədə ona məlumat verilməmiş və akta ona imza etdirilməmişdir. Qeyri-qanuni qaz xətti onun evinə aid deyil, buna baxmayaraq iddiaçı onun hesab koduna əsassız olaraq dəymiş ziyan hesablamışdır. Cavabdeh göstərilənləri nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyinə, cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixli AKX00919xx/xx-2019 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə"si imzalanmış və həmin müqavilə əsasında cavabdehin fərdi yaşayış evi qazla təmin edilmişdir. Cavabdehin adına **********10000 nömrəli abonent kodu açılmış və xx.xx.2019-cu ildə **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddia ərizəsində iddiaçı həmin sayğacın nömrəsini səhvən **********4 kimi göstərmişdir. İşdə olan, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli AKX00919xx/xx-2019 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi"ndən görünür ki, "Azəriqaz" İB cavabdehin fərdi yaşayış evini qazla təchiz etmişdir. Müqavilənin 1-ci maddəsinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İşdə olan, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, 1302AQ**********8 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi fərqlidir. İşdə olan xx.xx.2019-cu il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında sərfiyyatın cəmi 4860 kub.m müəyyən edilmiş və dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün olmaqla, 648 kub.m, - Kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub.m/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün olmaqla, 4212 kub.m. İşdə olan, xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, **********3 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü kənar təsir nəticəsində gövdədən aralanıb. İşdə olan xx.xx.2021-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün olmaqla, 2160 kub.m. İşdə olan, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, sayğac geri çəkilib. İşdə olan xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 34560 kub.m. İşdə olan, iddiaçı Cavabdeh adına olan "Abonentin saldosu"ndan görünür ki, onun 2023-ci ilin mart ayının sonuna akt üzrə borcu 4147,2 manat, cəmi borcu 6185,9 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin normaya uyğun olaraq, cavabdeh iddiaçıdan aldığı qazın sayğacla müəyyənləşdirilən hesabını tam ödəməli olduğu halda, bugünədək bunu etməmişdir. Ona görə də iddia tələbi 1336,70 manat debitor borcun ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddianın aktlar üzrə hesablanmış 4849,20 manat ziyanın ödənilməsi hissəsini isə məhkəmə əsaslı hesab etmir. Belə ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələbinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bənd). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4-cü bənd). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1-ci bənd). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlər). Həmin Qaydaların 4.8-ci bəndində deyilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşdən görünür ki, cavabdehdən tələb olunan 4849,20 manat dəymiş ziyan iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar əsasında hesablanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli aktda cavabdehə məxsus yaşayış sahəsi üçün quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rənginin fərqli olması, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktda həmin sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün kənar təsir nəticəsində gövdədən aralanması, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda isə həmin sayğacın geri çəkildiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AKX-00919xx/xx-2019 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"də sayğaca müdaxiləyə görə qaz istehlakçısının şərtsiz məsuliyyəti nəzərdə tutulmamışdır. Həmin Müqavilənin 2.3.4-cü bəndində istehlakçının vəzifələrindən biri kimi onun məhz təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur. Deməli, qaz istehlakçısı qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəmək öhdəliyini o halda daşıya bilər ki, zərərin vurulmasında onun təqsiri müəyyən edilmiş olsun. Lakin iddiaçı istinad etdiyi "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"larda sadalanmış çatışmazlıqların, yəni sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rənginin fərqli olmasının, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdədən aralanmasının və sayğacın geri çəkilməsinin məhz Cavabdeh tərəfindən törədilməsini, ümumiyyətlə sayğaca müdaxilənin məhz onun tərəfindən edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar əsasında cavabdehə 4849,20 manat borcun hesablanması qanunsuz olmuşdur. Ona görə də iddia həmin borcla bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı öz iddia tələbində 81,85 manat ödənilmiş dövlət rüsumunun və 400 manat vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tərəfindən 81,85 manat dövlət rüsumunun xx.xx.2023-cü ildə ********** nömrəli qəbzlə ödənilməsi iş materialları ilə təsdiq olunur. Hazırkı iş üzrə vəkil xərci kimi 400 manat məbləğin ödənilməsi ilə bağlı isə məhkəməyə sənəd təqdim olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli İB**********_161354_230920 nömrəli ödəniş tapşırığından görünür ki, "İsmayılbəyli və Partnyorları" Vəkil Bürosunun hesabına "Rabitəbank" vasitəsilə 750 manat pul köçürülmüş, həmin sənəddə ödənişin təyinatı kimi "EBDO 549250 e-qaimə, 261-270 saylı müqavilələr əsasında hüquqi xidmət, Azəriqaz" göstərilmişdir. Göründüyü kimi, 750 manat xidmət haqqı 10 müqavilə üçün ödənilmişdir. İddiaçının vəkili Nümayəndə adına "İsmayılbəyli və Partnyorları" Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Vəkil orderində müqavilənin nömrəsinin 265 olması göstərildiyinə görə aydın olur ki, hazırkı iş üzrə vəkillə bağlanmış müqavilə göstərilən 10 müqavilədən biridir. Deməli, müqavilənin hər biri, o cümlədən hazırkı iş üzrə bağlanmış müqavilə üçün ödənilən məbləğ (750 manat : 10 müqavilə = 75 manat) 75 manat təşkil edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iş üzrə məhkəmə xərcləri 81,85 manat dövlət rüsumundan və vəkilə ödənilmiş 75 manat xərcdən, cəmi 156,85 manat məbləğdən ibarətdir. Cəmi (4849,20+1336,70=6185,9) 6185,9 manat iddia tələbinin 1336,70 manat hissəsi (21,6 faiz) təmin olunduğuna görə, buna mütənasib olaraq məhkəmə xərclərinin 21,6 faizi, yəni 33,88 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1336,70 manat təbii qazdan istifadə nəticəsində yaranmış borc və 33,88 manat məhkəmə xərci alınaraq İddiaçınə ödənilsin. İddia tələbi 4849,20 manat məbləğlə bağlı hissədə təmin edilməsin. Məhkəmə xərclərinin qalan 122,97 manat hissəsi İddiaçınə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2(008)-6334/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6334/2023
28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver