Məhkəmə qərarları › İş №e-2(008)-642/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-642/2022

12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-642/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçının Cavabdeh qızına qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,

1. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə və Ailə, Qadın və X3 Komitəsinə ünvanlanmış 02.05.2018-ci il tarixli ərizədə istifadə olunmuş “mənim hüququmu məhz vəkil olduğu üçün dolayı yollarla pozub”, “o vəkilliyindən istifadə edərək müxtəlif yerlərə yol tapır”, “dəfələrlə təhqir olundum, döyüldüm”, “etibarnaməmdən sui istifadə edərək”, “evə aid çirkin planlar qurmuş”, “etibarnaməmi İddiaçı həyat yoldaşım olduğu üçün vermişdim, aldatması üçün deyil. İddiaçı yaranmış vəziyyəti öz mənafeyi və varlanması üçün istifadə etmişdir.” “Bu cür vəzifəsindən, səlahiyyətindən istifadə edib başıma oyun gətirən bu cür insanlara qarşı məni və övladlarımın hüquqlarını qoruyacaqsınız ifadələrinin həqiqətə uyğun olmayan mənim şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən “həmin qurumlara mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması; Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış 30.07.2021-ci il tarixli ərizələrdə istifadə olunmuş “keçmiş ərim İddiaçı Vəkil Bürosunun rəhbəri kimi nüfuzdan, eləcə də maddi imkanlarından istifadə edərək məhkəmələrdə haqqımın bərpa olunmasının qarşısını əyri yollarla alır.”, “Belə ki, keçmiş ərim İddiaçı yenə vəkil bürosunun müdiri kimi cəmiyyətdə tutduğu mövqeyindən, xüsusən də şəxsi əlaqələrindən istifadə edərək öz xeyrinə ekspert rəyi əldə edəcəyini düşünürəm” ifadələrinin həqiqətə uyğun olmayan, mənim şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin qurumlara “mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm” şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması Ailə, Qadın və X3 Komitəsinə 21.08.2018-ci il tarixdə ünvanlanmış ərizədə istifadə olunmuş İddiaçı öz vəkilliyindən istifadə edərək əvvəlcə nümayəndəmlə sövdələşməyə girmiş” ifadələrin həqiqətə uyğun olmayan, mənim şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin quruma “mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması; Cavabdeh 10.000 (on min) manat məbləğində mənəvi ziyanın alınaraq “Yaşat Fondunun bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsasladınrmışdır ki, o, Cavabdeh ilə 2010-cu ildə nikaha daxil olaraq, birgə yaşadığı dövrdə 2 azyaşlı uşaqları olmuş, sonradan cavabdeh ailədə şəxsi münasibətlər zəminində yaratdığı mütəmadi münaqişlər fonunda uşaqları ataraq evdən çıxıb getmiş və 2018-ci il tarixdə nikahları məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh ailədə öz günahı ucbatından düşdüyü mövcud vəziyyəti ilə barışa bilməyərək nikahın pozulması barədə tələbə baxılarkən guya iddiaçının onun nümayəndəsi ilə sövdələşməyə getdiyimi, daha sonra qisas almaq niyyətilə iddiaçının Vəkillər Kollegiyasının üzvü olduğunu və peşəkar vəkillik fəaliyyəti ilə məşğul olduğunu bilərək onu həmkarları arasında nüfuzdan salmaq, şərəf və ləyaqətimi ləkləmək məqsədi güdərək barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli yalan məlumatlar yaymış, hətta onu müxtəlif cinayətlərdə ittiham edərək bu barədə üzvü olduğu Vəkillər Kollegiyasının rəhbərliyinə, Ailə, uşaq və qadın problemləri Dövlət Komitəsinə, Məhkəmə- Hüquq Şurasına, Ali Məhkəməyə, Ədliyyə Nazirliyinə, Məhkəmə Ekspertiza Mərkəzinə və digər qurumlara əsassız müraciətlər etmişdir. Hətta onun Vəkillər Kollegiyasının rəhbərliyinə, Ailə, uşaq və qadın problemləri Dövlət Komitəsinə, Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəməyə, Ədliyyə Nazirliyinə, Məhkəmə Ekspertiza Mərkəzinə dəfələrlə yazdığı müraciətlərdə iddiaçıya böhtan ataraq iddiaçını bir çox dələduzluq, sübutların saxtalaşdırılması, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma və s. Cinayətlərdə açıq-aşkar ittham etmişdir. Misal üçün onun ərizəsində yazdığı `` İddiaçı mənim etibarnaməmdən sui-istifadə edərək əmlakımı ələ keçirmişdir``, `` Etibarnaməni İddiaçı həyat yoldaşım olduğu üçün vermişdim, məni aldatması üçün deyil. İddiaçı yaranmış vəziyyəti öz varlanması üçün istifadə etmişdir``, ``bu cür vəzifəsindən, səlahiyyətindən istifadə edib başıma oyun gətirən bu cür insanlara qarşı məni qoruyacaqsınız``, `` İddiaçı öz vəkilliyindən istifadə edərək əvvəlcə nümayəndəm ilə sövdələşməyə girmiş, məhkəməyə təsir etmiş...``, ``İddiaçı Büro rəhbəri kimi nüfuzundan, eləcə də maddi imkanlarından istifadə edərək məhkəmədə haqqımın bərpa olunmasının qarşısını əyri yollarla alır``, ``İddiaçı yenə vəkil bürosunun müdiri kimi cəmiyyətdə tutduğu mövqeyindən, xüsusən də şəxsi əlaqələrindən istifadə edərək öz xeyrinə ekspert rəyi əldə edəcək`` və sair bu kimi ifadələr və cümlələr böhtan xarakterli olmaqla, iddiaçını açıqaşkar yalandan cinayətlərdə ittiham etməkdir. Cavabdeh bundan əlavə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək guya Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi, 26 saylı evin 4 saylı mənzili barədə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərmişdir ki, guya iddiaçı onun etibarından sui istifadə edərək həmin mənzili özgəninkiləşdirmişəm. Halbuki, mübahisəli mənzil satılmamışdan bir neçə gün öncə cavabdehin valideynləri fərqli notariat kontorlarında ərizə yazaraq mənzilin satılmasına razılıq vermiş, habelə mənzil cavabdehin xalası oğluna satıldığından cavabdehin bu əqddən şəksiz məlumatı olmuşdur. Bütün bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından Sumqayıt şəhər Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Yəni cavabdehin böhtan xarakterli yalanları məhkəmənin qanuni qüvvəyə münmiş qətnaməsi ilə öz təsdiqini tapmamışdır. Qeyd edilənlər bir daha onu göstərir ki, cavabdeh qəsdən və bilərəkdən iddiaçını nüfuzdan salmaq məqsədilə həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. İddiaçı ilk öncə cavabdehin böhtan xarakterli müraciətlərinə reaksiya verməsə də, sonradan bu müraciətlərin kütləvi xarakter aldığını və həmkarları arasında ailə münaqişəsi ilə bağlı xeyli söhbətlərin dolaşdığını bilərək psixi olaraq gərginlik keçirmiş və mənəvi zərərə məruz qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəllər keçirilmiş məhkəmə iclaslarında Cavabdeh qızı hazırki mübahisənin barışıqla nəticələnməsinə razılığını bildirsə də, sonradan qərarından daşınmışdır. Cavabdeh barışığa razı olmadığını onunla əsaslandırmışdır ki, hazırda tərəflər arasında uşaqlarla olan mübahisə hələ məhkəmə tərəfindən araşdırılır, Apellyasiya Məhkəməsinin qətnaməsi ilə uşaqların ona verilməsi qət edilmişdir, Ali Məhkəmə tərəfindən həmin qətnamə qanun qüvvəsini alarsa, İddiaçı buna maneçilik törətməsindən ehtiyat edir. Şikayətlərində qeyd olunan faktların təsdiqinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və məhkəmədən qanuni bildiyi qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, əvvəllər keçirilmiş iclaslarda cavabdehin verdiyi izahatları nəzərə alıb, işin faktiki hallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı və cavabdeh keçmiş ər-arvaddır. Onların yetkinlik yaşına çatmamış iki uşağı var, iddiaçı ikinci dəfə evlənmişdir, hazırda tərəflərin iki uşağı iddiaçı və onun arvadının yanındadılar. Tərəflər arasında bir neçə məhkəmə çəkişməsi olub, iddiaçının xeyrinə bir neçə məhkəmə qərarı qəbul edilb. Lakin, son olaraq uşaqların analarının yanında qalmasına dair qanuni qüvvəsini almış məhkəmə aktı qəbul edilmişdir. İddiaçı tanınmış vəkil, «Kəngərli və Partnyorları» vəkil bürosunun rəhbəridir. Cavabdeh müxtəlif yerlərə iddiaçıdan mütəmadi olaraq şikayətlər edir. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə və Ailə, Qadın və X3 Komitəsinə ünvanlanmış 02.05.2018-ci il tarixli ərizədə aşağıdakıları qeyd etmişdir: “mənim hüququmu məhz vəkil olduğu üçün dolayı yollarla pozub”, “o vəkilliyindən istifadə edərək müxtəlif yerlərə yol tapır”, “dəfələrlə təhqir olundum, döyüldüm”, “etibarnaməmdən sui istifadə edərək”, “evə aid çirkin planlar qurmuş”, “etibarnaməmi İddiaçı həyat yoldaşım olduğu üçün vermişdim, aldatması üçün deyil. İddiaçı yaranmış vəziyyəti öz mənafeyi və varlanması üçün istifadə etmişdir.” Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış 30.07.2021-ci il tarixli ərizədə aşağıdakı ifadələri işlətmişdi: “keçmiş ərim İddiaçı Vəkil Bürosunun rəhbəri kimi nüfuzdan, eləcə də maddi imkanlarından istifadə edərək məhkəmələrdə haqqımın bərpa olunmasının qarşısını əyri yollarla alır.” “Belə ki, keçmiş ərim İddiaçı yenə vəkil bürosunun müdiri kimi cəmiyyətdə tutduğu mövqeyindən, xüsusən də şəxsi əlaqələrindən istifadə edərək öz xeyrinə ekspert rəyi əldə edəcəyini düşünürəm”. Ailə, Qadın və X3 Komitəsinə 21.08.2018-ci il tarixdə ünvanlanmış ərizədə «İddiaçı öz vəkilliyindən istifadə edərək əvvəlcə nümayəndəmlə sövdələşməyə girmiş” sözlərindən istifadə etmişdir. Məhkəmə tərəfindən dəfələrlə cavabdehə yazdıqlaının təsdiqinə dair sübutların təqdim edilməsi tapşırılsa da, cavabdeh bunun etməmiş, hətta sonuncü baxış iclasına gəlməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənatəinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. «Şərəf və ləyaqətin müdafiəsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 №-li tarixli Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Qərarda eyni zamanda qeyd edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsalattəsərrüfat, xidmət və istimai fəaliyytlə əlaqədar vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətlindirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğyn olmaması, yəni yalan olması anlaşılır. Məlumatın başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması halı yalnız üçü də məcmu halda mövcud olduğu təqdirdə həmin məlumata şəxsin şərəf və ləyaqətini ləkələyən məlumat kimi istinad edilə bilər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyir. Belə ki, qeyd edildiyi kimi, iddiaçı tanınmış müəyyən nüfuza malik olan vəkildir və onun haqqında istifadə olunan həmin ifadələr onun şərəf və ləyaqətini ləkələyir. Həmin məlumatların doğru olmasına dair cavabdeh tərəfindən məhkəməyə hərhansı bir sübut təqdim edilməmişdir, deməli həmin məlumatlar doğru deyil. Həmin məlumatlar yayılmışdır, belə ki, qeyd ediliyi kimi, müxtəlif orqanlara belə məlumatlar çatdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə və Ailə, Qadın və X3 Komitəsinə ünvanlanmış 02.05.2018-ci il tarixli ərizədə istifadə olunmuş “mənim hüququmu məhz vəkil olduğu üçün dolayı yollarla pozub”, “o vəkilliyindən istifadə edərək müxtəlif yerlərə yol tapır”, “dəfələrlə təhqir olundum, döyüldüm”, “etibarnaməmdən sui istifadə edərək”, “evə aid çirkin planlar qurmuş”, “etibarnaməmi İddiaçı həyat yoldaşım olduğu üçün vermişdim, aldatması üçün deyil. İddiaçı yaranmış vəziyyəti öz mənafeyi və varlanması üçün istifadə etmişdir.” “Bu cür vəzifəsindən, səlahiyyətindən istifadə edib başıma oyun gətirən bu cür insanlara qarşı məni və övladlarımın hüquqlarını qoruyacaqsınız ifadələrinin həqiqətə uyğun olmayan mənim şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən “həmin qurumlara mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması; Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış 30.07.2021-ci il tarixli ərizələrdə istifadə olunmuş “keçmiş ərim İddiaçı Vəkil Bürosunun rəhbəri kimi nüfuzdan, eləcə də maddi imkanlarından istifadə edərək məhkəmələrdə haqqımın bərpa olunmasının qarşısını əyri yollarla alır.”, “Belə ki, keçmiş ərim İddiaçı yenə vəkil bürosunun müdiri kimi cəmiyyətdə tutduğu mövqeyindən, xüsusən də şəxsi əlaqələrindən istifadə edərək öz xeyrinə ekspert rəyi əldə edəcəyini düşünürəm” ifadələrinin həqiqətə uyğun olmayan, mənim şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin qurumlara “mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm” şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması; Ailə, Qadın və X3 Komitəsinə 21.08.2018-ci il tarixdə ünvanlanmış ərizədə istifadə olunmuş İddiaçı öz vəkilliyindən istifadə edərək əvvəlcə nümayəndəmlə sövdələşməyə girmiş” ifadələrin həqiqətə uyğun olmayan, mənim şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin quruma “mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması hissəsində təmin edilməlidir. Lakin, məhkəmə hesab edir ki, 10.000 (on min) manat mənəvi ziyanın məbləği çox yüksək olduğundan, iddia həmin hissədə qismən, yəni 500 manat hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinın 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə və Ailə, Qadın və X3 Komitəsinə ünvanlanmış 02.05.2018-ci il tarixli ərizədə istifadə olunmuş “mənim hüququmu məhz vəkil olduğu üçün dolayı yollarla pozub”, “o vəkilliyindən istifadə edərək müxtəlif yerlərə yol tapır”, “dəfələrlə təhqir olundum, döyüldüm”, “etibarnaməmdən sui istifadə edərək”, “evə aid çirkin planlar qurmuş”, “etibarnaməmi İddiaçı həyat yoldaşım olduğu üçün vermişdim, aldatması üçün deyil. İddiaçı yaranmış vəziyyəti öz mənafeyi və varlanması üçün istifadə etmişdir” Bu cür vəzifəsindən, səlahiyyətindən istifadə edib başıma oyun gətirən bu cür insanlara qarşı məni və övladlarımın hüquqlarını qoruyacaqsınız» ifadələrinin həqiqətə uyğun olmayan, iddiaçının şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən “həmin qurumlara «mən, Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm şəklində təkzib və üzr istəyirəm» məzmunlu, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış 30.07.2021-ci il tarixli ərizələrdə istifadə olunmuş “keçmiş ərim İddiaçı Vəkil Bürosunun rəhbəri kimi nüfuzdan, eləcə də maddi imkanlarından istifadə edərək məhkəmələrdə haqqımın bərpa olunmasının qarşısını əyri yollarla alır.” “Belə ki, keçmiş ərim İddiaçı yenə vəkil bürosunun müdiri kimi cəmiyyətdə tutduğu mövqeyindən, xüsusən də şəxsi əlaqələrindən istifadə edərək öz xeyrinə ekspert rəyi əldə edəcəyini düşünürəm” ifadələrinin həqiqətə uyğun olmayan, iddiaçnın şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin qurumlara “mən, Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm” şəklində təkzib və üzr istəməsi, Ailə, Qadın və X3 Komitəsinə 21.08.2018-ci il tarixdə ünvanlanmış ərizədə istifadə olunmuş İddiaçı öz vəkilliyindən istifadə edərək əvvəlcə nümayəndəmlə sövdələşməyə girmiş” ifadələrin həqiqətə uyğun olmayan, iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin quruma “mən, Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm» şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubların göndərilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh 500 manat məbləğində mənəvi ziyan alınaraq “Yaşat Fondunun bank hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar