Məhkəmə qərarları › İş №e-2(008)-6806/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6806/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6806/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqrasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İveco Crealis” markalı, 99JH043 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 395.72 manat pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C200” markalı, 99MD113 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “İveco Crealis” markalı, 99JH043 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta şəhadətnaməsinin 069727 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan göründüyü kimi Cavabdeh idarə etdiyi “Mercedes Benz C200” markalı, 99MD113 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər müddətə İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. xx.xx.2019-cu il tarixli "xxxx" ASC-yə aid sığorta aktından görünür ki, "xxxx" MMC-yə məxsus olan “İveco Crealis” markalı, 99JH043 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər müddətə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası (kasko) sığorta növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş 2573 nömrəli zərər aktına əsasən, “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 476.72 manat məbləğində zərər dəymişdir. "xxxx" ASC dəymiş zərərə uyğun olaraq xx.xx.2019-cu il tarixli No 001XOH********** saylı ödəniş qəbzinə əsasən, 476.72 manat sığorta ödənişini Baku Bus MMC-yə ödəmişdir. Daha sonra isə "xxxx"xxxx"xxxx" ASC-dən bu məbləği geri tələb etmiş, iddiaçı isə 7454 saylı xx.xx.2019cu il tarixli ödəniş tapşırığı ilə 476.72 manat ödənişi Paşa Sığorta Şirkətinə qaytarmışdır. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüquq yaranmışdır. Belə ki, xx.xx.2018-ci il tarixli Nəsimi DYPŞ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi Cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Cavabdeh ilə dəfələrlə həm pretenziya, həm də şifahi şəkildə əlaqə yaradılsa da, 2020-ci ildən bu günə qədər cəmi 81 manat borc ödənilmiş, qalan 395.72 manat borc isə ödənilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş sübutlarla zərərin mövcudluğu, zərərin məhz həmin hadisənin nəticəsində yaranması, cavabdeh X1 təqsirli bilinməsi, zərərçəkənə dəymiş zərərlə bağlı sığorta ödənişinin edilməsi öz təsdiqini tapır. Ona görə də 395.manat Cavabdeh İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan “icbarı sığorta müqavilələrinin mövcudluğunun yoxlanması” barədə elektron çıxarışın surətindən görünür ki, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmışdır. -xx.xx.2019-cu il tarixli, sığorta aktından görünür ki, "Mercedes Benz C200" markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış və xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər cəmi 476,72 manat məbləğində müəyyən edilmişdir. -xx.xx.2019-cu il tarixli, sığorta aktından görünür ki, "İveco Crealis" markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada “Paşa Sığorta” tərəfindən sığortalanmış və xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər cəmi 476,72 manat məbləğində müəyyən edilmişdir. -"xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 7454 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 476,72 manat məbləğində pul köçürülmüşdür. -"xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli preteniziya məktubunun surətindən görünür ki, Cavabdeh subroqasiya hüququ əsasında pulun ödənilməsi xahiş olunmuşdur. -xx.xx.2018-ci il tarixli 2573 saylı zərər aktının surətindən görünür ki, “İveco Crealis” markalı, **-JH-*** dövlət nömrə nişanlı avtomobilə ümumi 476,72 manat məbləğində ziyan dəymişdir. -xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə idarə etdiyi İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mercedes Benz C200” markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törədərək “İveco Crealis” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. “İveco Crealis” markalı avtomobilə dəyən ziyan iddiaçı tərəfindən ödənilmiş və iddiçının ödənilən 395,72 manat pulu subroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “İveco Crealis” markalı, 99JH043 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 395 (üç yüz doxsan beş) manat, 72 (yetmiş iki) qəpik məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar