Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6850/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, Kreditor MMC-nin Borclu qarşı “borc” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu qarşı “borc” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 278.1-ci maddəsinə əsasən, məhkəməyə ərizə yazılı formada verilir. Həmin Məcəllənin 279.2.2-cü maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizədə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa imtina edir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC Borclu kreditora borcunun olub olmamasını təsdiq edən sənədləri (maliyyə arayışını) ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır və bu qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı “borc” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-6850/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6850/2021
06.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver