Məhkəmə qərarları › İş №e-2(008)-6868/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6868/2024

07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6868/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulu geri tələb olunması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulu geri tələb olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə 01 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci və 152.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Cavabdeh3 Salyan rayonu, Aşağı Kürkəndi kəndində qeydiyyatdır. - DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdır. - DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İmanov X1 şəhəri, Xəqani küçəsi, ev 11, mənzil 17 ünvanında qeydiyyatdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində deyil, cavabdehlərin rəsmi qeydiyyatda olduqları yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. östərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulu geri tələb olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu büdcədən İddiaçı MMC-yə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar