Məhkəmə qərarları › İş №e-2(008)-6930/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6930/2024

27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6930/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Rəhmanov Ataxan Gülverdi oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Xədicə Etibar qızına qarşı “yığılmış aliment borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Xədicə Etibar qızına qarşı “yığılmış aliment borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş Hüseynli Yusif Hicran oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyinin 1 nömrəli 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə yerləşdiyi tarixdən (xx.xx.2024 - xx.xx.2024) cari tarixədək yığılmış 5220 (beş min iki yüz iyirmi) manat aliment borcunun silinməsi, ödənilmiş 60 (altımış) manat mediasiya xərci və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1380/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə, Quliyeva (Hüseynova) Xədicə Etibar qızı arasında 4 saylı Bakı “Asan Xidmət” X2 nikahın bağlanması haqqında akt qeydləri kitabında 589 nömrəli akt qeydi ilə tərtib olunmuş 12 sentyabr 2014-cü il tarixli nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Hüseynli Yusif Hicran oğlu və xx.xx.2015-ci il təvəllüdlü Hüseynli Nihad Hicran oğlu Cavabdeh himayəsində saxlanılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən birgə nikahından olan xx.xx.2014-cü il doğum tarixli Hüseynli Yusif Hicran oğlunun və xx.xx.2015-ci il doğum tarixli Hüseynli Nihad Hicran oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq cavabdehə ödənilməsi qət edilmiş və icra sənədi icra olunması üçün xx.xx.2021-ci il tarixində Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icraatına yönəldilmişdir. Tərəflərindən verilən sorğu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyinin 1 nömrəli 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixli doğum tarixli Hüseynli Yusif Hicran oğlu xx.xx.2021-ci il tarixində 1 nömrəli 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə daxil olmuş və hal-hazırda müəssisədə tam dövlət təminatındadır. İddiaçı tərəfindən Sabunçu Rayon Məhkəməsinin 2(008)-1380/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə (xx.xx.2021-xx.xx.2024) aliment borcunu bir uşağa münasibətdə (Hüseynli Nihad Hicran oğlu) təyin olunmuş 175 (bir yüz yetmiş beş) manat vəsaiti artıqlaması ilə icra etmişdir. Lakin cavabdeh digər uşağın (Hüseynli Yusif Hicran oğlunun) Sosial Xidmət Müəssisəsinə yerləşdirilməsinə və eləcədə bütün zəruri ehtiyaclarının dövlət tərəfindən qarşılanmasına baxmayaraq aliment borunun ödənilməsini tələb edir. Cavabdehlə nikahı məhkəmə qaydasında pozulduqdan sonra, xx.xx.2022-ci il tarixində Umudova (Hüseynova) Ziyafət Mübariz qızı arasında 4 saylı Bakı “Asan Xidmət” X2 nikahın bağlanması haqqında akt qeydləri kitabında 821 nömrəli akt qeydi ilə tərtib olunmuş nikaha daxil olmuşlar. Həmin nikahlarından xx.xx.2022-ci il doğum tarixli övladları dünyaya gəlmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 5526 № ilə qeydiyyat aparılmışdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1380/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə öz öhdəliklərini yerinə yetirməkdən yayınmır, bir övladına münasibətdə aliment borcunu artıqlaması ilə icra etmiş və icra etməkdədir. Lakin digər övladı Hüseynli Yusif Hicran oğlu Sosial Xidmətlər Müəssisəsinə yerləşdirməsinə baxmayaraq qeyd olunan övladına münasibətdə aliment borcunun tələb edilməsi əlavə suallar yaradır və iddiaçının aliment öhdəliyinin olmasından sui-istifadə etməsi deməkdir. Aliment övladların saxlanılması üçün ödənilən vəsaitdir və Hüseynli Yusif Hicran oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyinin 1 nömrəli 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində tam olaraq dövlət təminatındadır. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə yaranmış zərurət ilə əlaqədar olaraq “Vəkil sorğusu” ünvanlanmış, şöbənin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən iddiaçının 31 avqust 2024-cü il tarixə qədər ödəməli olduğu aliment borcu 14350 (on dörd min üç yüz əlli) manat təşkil etmiş və sözügedən borcun 9280 (doqquz min iki yüz səksən) manat hissəsini cavabdehə ödənilmişdir. 31 Avqust 2024-cü il tarixə iddiaçının aliment borcu 5070 (beş min yetmiş) manat təşkil etmişdir. Cari ilin sentyabr ayının da ödənişləri nəzərə alındıqda, xx.xx.2024-cü il tarixində 200 (iki yüz) manat cavabdehə ödəniş olunmuş və ümumilikdə aliment borc məbləği 5220 (beş min iki yüz iyirmi) manat təşkil edir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1380/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin hesablanması tarixi xx.xx.2021-ci il tarixdən qət edilmişdir. Həmin tarixdən (xx.xx.2021-xx.xx.2024) cari tarixədək ümumilikdə 3 (il) 6 (ay) müddət keçmiş və 2 (iki) uşağa ödənilməli olan aliment borcu (42 ay) 42x350=14,700 (on dörd min yeddi yüz) manat borc edir. Cavabdeh isə övladı Hüseynli Yusif Hicran oğlunun xx.xx.2021-ci il tarixindən Sosial Xidmətlər Müəssisəsinə yerləşdirmişdir. Bu da cari tarixədək (xx.xx.2021xx.xx.2024) 2 (iki) il 9 (doqquz) ay ümumilikdə 33 (otuz üç) ay edir. İcra sənədi üzrə bir uşağa münasibətdə müəyyən edilən aliment məbləği 175 (bir yüz yetmiş beş) manat olmuşdur, hesablanmış aliment borcu isə ümumilikdə 33x175=5,775 (beş min yeddi yüz yetmiş beş) manat təşkil edir. Beləliklə xx.xx.2021-ci il tarixdən cari tarixədək iddiaçıya əsassız olaraq 5,775 (beş min yeddi yüz yetmiş beş) manat aliment borcu hesablanmışdır. İddiaçı isə bir valideyn (ata) kimi aliment öhdəliyini vaxtında, artıqlaması ilə və lazımınca icra etməsi səbəbindən aliment borcu 5775 (beş min yeddi yüz yetmiş beş) manat deyil məhz hazırki tarixə 5220 (beş min iki yüz iyirmi) manat təşkil etmişdir. Aliment borcunun vaxtında və artıqlaması ilə icra edilməsi, iddiaçın aliment borcunun ödənilməsindən yayınmamasının əyani göstəricisidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsini müdafiə edərək, tələbin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-3180/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia təmin edilərək, X4 ilə cavabdeh İddiaçı arasında 4 saylı Bakı “Asan Xidmət” X2 nikahın bağlanması haqqında akt qeydləri kitabında 589 nömrəli akt qeydi ilə tərtib olunmuş 12 sentyabr 2014-cü il tarixli nikahın pozulması, iddiaçı X4 ilə cavabdeh İddiaçı birgə nikahlarında doğulmuş xx.xx.2014cü il təvəllüdlü Hüseynli Yusif Hicran oğlu və xx.xx.2015-i il təvəllüdlü Hüseynli Nihad Hicran oğlu iddiaçı X1 himayəsində saxlanılması, İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən iddiaçı X4 ilə cavabdeh İddiaçı birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü Hüseynli Yusif Hicran oğlunun və xx.xx.2015-ci il təvəllüdlü Hüseynli Nihad Hicran oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyinin 1nömrəli 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixli doğum tarixli Hüseynli Yusif Hicran oğlu xx.xx.2021-ci il tarixindən müəssisəyə daxil olmuş və hal-hazırda müəssisədə tam dövlət təminatındadır. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçının 31 avqust 2024-cü il tarixə qədər ödəməli olduğu aliment borcu 14350 (on dörd min üç yüz əlli) manat təşkil etmiş və sözügedən borcun 9280 (doqquz min iki yüz səksən) manat hissəsini cavabdehə ödənilmişdir. 31 avqust 2024-cü il tarixə iddiaçının aliment borcu 5070 (beş min yetmiş) manat təşkil etmişdir. Cari ilin sentyabr ayının da ödənişləri nəzərə alındıqda, xx.xx.2024-cü il tarixində 200 (iki yüz) manat cavabdehə ödəniş olunmuş və ümumilikdə aliment borc məbləği 5220 (beş min iki yüz iyirmi) manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 20 noyabr 2024-cü il tarixli 3-17-1/2-282299/2024 nömrəli soğuya cavab məktubunda məhkəməyə, Quliyeva (Hüseynova) Xədicə Etibar qızının sağlamlıq imkanları məhdud övladı Hüseynli Yusif Hicran oğluna Fondun keçmiş Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” müavinət, eyni zamanda adıçəkilən övladına qulluq etdiyi üçün ona xx.xx.2019-cu il tarixdən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir və hazırda ödənilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırki iddia tələbinin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Yığılmış aliment borcun silinməsi onun övladının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi hazırda uşaqların saxlanılması üçün hazırki İddiaçı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa 175 manat sabit pul məbləğində alimentin tutulması barədə Sabunçu Rayon Məhkəməsinin 2(008)-3180/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qüvvədə olan qətnaməsi mövcuddur. İddiaçı xx.xx.2014-cü il tarixdə doğulmuş övladı Hüseynli Yusif Hicran oğlunun xx.xx.2021-ci il tarixindən Sosial Xidmətlər Agentliyinin 1 nömrəli 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə yerləşdirilməsindən xəbərdar olmuş və işin araşdırılan hallarından da göründüyü kimi İddiaçı bir uşağın saxlanması üçün aliment öhdəliklərini yerinə yetirsə də, xx.xx.2014-cü il təvəllüdlü Hüseyinli Yusif Hicran oğluna münasibətdə onun dövlət himayəsində olmasını əsas götürərək bu günə kimi aliment ödəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.3-cü məddəsinə əsasən aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda aliment öhdəliklərinə xitam verilir. Yəni İddiaçı aliment öhdəliklərinə xitam verilməsi ilə bağlı məhkəmə qətnaməsi olmadığından hazırda qüvvədə olan məhkəmə qətnaməsi əsasında onbdan bir uşağın saxlanması üçün hesablanmış aliment borcunun silinməsi barədə iddiası təmin oluna bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Xədicə Etibar qızına qarşı “yığılmış aliment borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Xədicə Etibar qızına qarşı “yığılmış aliment borcun silinməsi” tələbinə barədə tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar