Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7050/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehlə birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X2 adlı övladı var. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-422/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh ilə nikahları pozulmuş, yetkinlik yaşına çatmayan X1 onun himayəsində saxlanması qət edilmişdir. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi və mənəvi dəstək etmədiyi üçün məhkəmə qaydasında alimentin tutulması zərurəti yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə baxışı iddiaçının iştirakı olmadan keçirildi. Cavabdeh məhkəməyə yazdığı xx.xx.2024-cü il tarixli ərizədə bildirmişdir ki, aliment ödəmək istəmir. Çünki heç bir yerdə işləmir, bacısının himayəsində yaşayır, maddi vəziyyəti pisdir. Məhkəmə onun uşaqla görüşməsi barədə qərar çıxarmış, lakin uşağın atası onun uşaqla görüşməməsi üçün uşağı Naxçıvana aparmışdır. O, məcburiyyət qarşısında qalaraq uşaqla görüşmək üçün hər dəfə Naxçıvan şəhərinə gedir. İddiaçının maddi durumu çox yaxşıdır, ondan qisas almaq üçün bu tələbi irəli sürmüşdür. Ona görə də cavabdeh onun maddi durumunu nəzərə alaraq alimentin miqdarının ən aşağı məbləğdə təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək izahatında bildirmişdir ki, aliment ödəməyə razı deyil. O işləmir və maddi vəziyyəti pisdir. O, uşaqla ünsiyyət üçün hər dəfə 1000 manatadək xərc çəkərək Naxçıvan şəhərinə gedir, bu səbəbdən aliment ödəməyə pulu qalmır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı Cavabdeh xx.xx.2019-ci ildə 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində nikah bağlamış və həmin nikahın bağlanması haqqında akt qeydləri kitabında 1360 nömrəsi ilə qeyd edilmişdir. Göstərilən nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 doğulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-422/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu ildə 1360 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2018-ci il təvəllüdlü X2 atası İddiaçı yanında saxlanması qət edilmişdir. İşdə olan AZ-T seriyalı 250729 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X1 atası İddiaçı, anası isə Cavabdehdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsi). "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşdən görünür ki, iddiaçı cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını, cavabdeh isə işləmədiyi, maddi vəziyyəti pis olduğu üçün alimentin ən aşağı məbləğdə təyin olunmasını xahiş etmişdir. Məhkəmə bu qərara gəldi ki, tərəflərin nikahından olan uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməli, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü ildən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, tələb edilən alimentin bir illik miqdarı (235 manat x 12 ay) 2820 manat təşkil edir. Bu iddiaya görə (30 manat + 1820 manat : 100 x 1 %) 48,20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, həmin məbləğdə dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı Ələsgər oğluna verilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin və ondan 48,20 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.
Məhkəmə qərarları › İş №e-2(008)-7050/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7050/2024
26.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver