Məhkəmə qərarları › İş №e-2(008)-7238/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7238/2025

17.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7238/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İlkin iddia üzrə cavabdehin, qarşılıq iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əlavə xərclərdə iştirak tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladı xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdeh İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment, azyaşlı uşaq 3 yaşına çatanadək hər ay 100 manat miqdarında aliment və uşağın xəstəliyi və müalicəsi nəzərə alınaraq 50 manat miqdarında əlavə xərclərin azaldılaraq bu ilin yaşayış minimumuna uygun olaraq 246 manat məbləğində müəyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeharasında rəsmi nikah xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Sabunçu Rayon məhkəməsinin 2(008)-1384/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış nikah pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X5 ananın himayəsində saxlanılmış və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment, azyaşlı uşaq 3 yaşına çatanadək hər ay 100 manat miqdarında aliment və uşağın xəstəliyi və müalicəsi nəzərə alınaraq 50 manat miqdarında əlavə xərc tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməsinin əsas səbəbi hal hazırda maddi durumunun çox aşağı olması, üzərinə düşən öhdəlikləri icra etməkdə çətinlik çəkməsi, bir subay oğlan kimi boşandıqdan sonra özünə heç bir həyat qura bilməməsidir. Belə ki, buna maddi vəsait çatmır. Hazırki mülki iş üzrə Cavabdeh daha məhkəməyə xx.xx.2019-cu il təvəllüdlü X3 “Beyin parexmasında hipoksiya əlamətləri. Subaraxnoidal sahənin minimal delatasiyası” xəstəliyi olması barədə müəyyən sənədlər təqdim etmişdir. Belə oldugu halda məhkəmə qətnaməsinin qət etdi hissəsində digər bəndlərlə yanaşı, İddiaçı uşağın xəstəliyi və müalicəsi üçün 50 manat miqdarında əlavə xərc tutulmuşdur. Uşağın xəstəliyi ilə baglı məhkəməyə təqdim edilmiş sənədlər 2019-cu ildə verilmişdir. Bu illər ərzində X5 uzunmüddətli müalicələr keçmiş və bu gün azyaşlının sağlamlığı tam qaydasındadır. İddiaçı ki, hər ay məhkəmə qərarı ilə ona təyin edilmiş alimenti ödəməsinə baxmayaraq, qarşı tərəf onun övladı ilə görüşməsinə maneələr yaradır. Görüş baş tutduğu zaman isə bu mütləq şəkildə ananın iştirakı ilə keçir. İddiaçının dediyinə görə, Cavabdeh məhkəməyə övladının xəstə olmasına dair sənədləri təqdim etdiyinə görə məhkəmə ata ilə övladının görüşlərini məhz ananın iştirakı ilə keçirilməsini təyin etmişdir. Nəzərə alsaq ki, qətnamə çıxarılan il birgə nikahdan olan X3 2 yaşı var idisə, bu gün Yusifin 7 yaşı var və artıq məktəblidir. Atası ilə ananın iştirakı olmadan da görüşə bilər. Ata olaraq İddiaçı aliment ödəməkdən də boyun qaçırtmır. Lakin, azyaşlı Yusifin yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının bu ilin uşaqlar üçün yaşayış minimumuna uygun olaraq təyin edilməsini məhkəmədən xahiş edir. Çünki, iddiaçı yüksək əmək haqqı almır, himayəsində yaşlı anası var. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Buna dair MŞB/11/2025-01446 Saylı Arayış da mövcuddur Qarşılıqlı iddia tələbi: Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1384/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını əlavə xərclərə münasibətdə dəyişdirərək İddiaçı hər ay 100 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 156.1.2-ci maddəsinə əsasən icraata qəbul etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandığı hallar: Qarşılıq iddia onunla əsaslandırılmışdır ki, onun yanında saxlanılmış övladlarının sağlamlığı yerində deyildir, əvvəllər mövcud olmuş problem maksimum cəhdlərinə baxmayaraq, hələ də qalmaqdadır. Uşaq həkim müayinələrində olur, seanslar keçir, dərmanlar qəbul edir, üstəlik də sağlamlığına qovuşması üçün, xüsusilə də, nitqinin inkişafına xidmət etmək üçün Azərbaycan dili, zəkasının inkişafı üçün Riyaziyyat fənnindən repetotor yanına gedir. Psixoloji dəstək üçün hər seans 25-30 manat, dərnək üçün isə hər ay 60 manat ödəniş edir. Həmçinin, seanslarla yanaşı dərman vasitələri də alınır və onlara xeyli miqdarda ödənişlər olunur. Bütün bunlar övladın əlavə xərclərinin artdığını göstərir. İddiaçı alimentin azadılmasını tələb etsə də, onun üçün əsasları və dəlilləri irəli sürə bilmir. 2021-ci ildə aliment tutularkən mövcud olan vəziyyət qalmaqdadır, iddiaçı əmək haqqı alırdı, indi daha yüksək əmək haqqı alır. Odur ki, alimentin azaldılması üçün əsaslar müəyyən edilmir, əksinə uşağın artan ehtiyacları üzrə əlavə xərclərin 50 manatdan 100 manata artırılması üçün əsaslar mövcuddur. Tərəflərin mövqeləri: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı, qarşılıq iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıq iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək ərizənin baxılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, hal-hazırda alimentin azaldılması üçün heç bir əsas yoxdur. Belə ki, alimentin təyin edildiyi 2021-ci il tarixindən bəri iddiaçının maddi və ailə vəziyyətində heç bir mənfi dəyişiklik baş verməmişdir. Tək baş verən dəyişiklik ondan ibarətdir ki, iddiaçının əmək haqqısı artmışdır. Odur ki, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/11/2025-01446 nömrəli, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, nikahın pozulması, aliment və uşaq tələbinə dair mübahisədə Cavabdeh iştirak etməmişdir və 50 manat mediasiya xərci, 10 manat kargüzarlıq xərci olmaqla, ümumilikdə 60 manat rüsum iddiaçı tərəfindən ödənilmişdir. -Loqo Center PNİM MMC-nin mədaxil qəbzlərindən görünür ki, müxtəlif tarixlərdə X5 psixoloq seansı üçün 25 manat məbləğində kassaya mədaxil etmişdir. -Logo Center PNİM MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 zəka geriliyi, analiz problemi, qısa yaddaşın zəifliyi və diqqət dağınıqlığı üzrə psixoloq təlimlərində iştirak edir və psixoloji seansın öhdəliklərini yerinə yetirməsi üçün ana uşağı ilə ev şəraitində çalışmalıdır. -İEC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 İEC tədris mərkəzində 2025-ci ilin noyabr ayının 24 tarixindən həftənin 1,3 və 5-ci günləri Azərbaycan dili və Riyaziyyat fənlərindən əyani təhsil alır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: (bundan sonra – AM) 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 59.1. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). ... 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı: “... Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. .... Məhkəmənin mövqeyi: a) İlkin iddia tələbi üzrə (iddiaçı dedikdə, ilkin iddia üzrə iddiaçı, cavabdeh dedikdə, ilkin iddia üzrə cavabdeh başa düşülür) İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi, uşaqlarını saxlamaq valideynlərin mənəvi borcu olmaqla yanaşı, həmçinin hüquqi vəzifəsidir ki, valideynlərin həmin vəzifəsinin icrası bilavasitə mümkün olmadıqda məhkəmə tərəfindən təyin edilən aliment əsasında icra olunur. Bu zaman alimentin miqdarı o məbləğdə təyin edilməlidir ki, uşaqların əvvəlki maddi təminat səviyyəsini mümkün qədər maksimal saxlamaqla, valideynin maddi vəziyyətinə adekvat olsun. İddiaçı təyin edilmiş pul məbləğinin onun maddi vəziyyətinə uyğun olmamasını əsas gətirirək alimentin azaldılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində təsbit olunan aliment miqdarının dəyişdirilməsi imkanı valideynin öhdəlikdən yayınması üçün bir vasitə deyil, həyat şəraitində baş vermiş fundamental və davamlı dəyişikliklərə adekvat reaksiya verməsi məqsədi daşıyır. Qanunverici bu normanı təsbit edərkən tərəflərin sonradan yaranan və əvvəlcədən nəzərə alınması mümkün olmayan hallar səbəbindən həddən artıq yüklənməsinin qarşısını almağı hədəfləmişdir. Lakin bu dəyişikliklər o dərəcədə əhəmiyyətli olmalıdır ki, ilkin məhkəmə qərarı ilə müəyyən olunmuş tarazlığı kökündən pozsun. MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddia ərizəsində iddiaçının maddi vəziyyətinin pisləşməsi (məsələn, işini və ya əmək qabiliyyətini itirməsi, himayəsində aliment tutulan digər uşaqlarının olması və s.) ilə bağlı hər hansı bir əsas göstərilməmiş, məhkəmə iclasında da bu hallar müəyyən edilməmiş, onun gəlirlərinin azaldığını və ya maddi vəziyyətini pisləşdirən digər obyektiv halların baş verməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin azaldılması uşağın mənafeyinə ziddir. Odur ki, məhkəmə qeyd olunan iddianın qanuni əsas qismində çıxış edən AM-nin 112ci maddəsinə əsasında iddia tələb üzrə hüquqi dəyərləndirmə aparaq hesab edir ki, iddiaçının maddi və ya ailə vəziyyətində diqqətəlayiq dəyişiklər baş verdiyi iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən iddia tələbi rədd edilməlidir. b) Qarşılıqlı iddia tələbi üzrə (iddiaçı dedikdə, ilkin iddia üzrə cavabdeh: cavabdeh dedikdə isə ilkin iddia üzrə iddiaçı başa düşülür.) İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsası baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, məhkəmə qeyd edir ki, ailə dövlətin xüsusi himayəsində olmaqla, dövlət ailədaxili münasibətlərin möhkəmləndirilməsini və həmin münasibətlərin qarşılıqlı hörmət və məhəbbət əsasında həyata keçirilməsini təmin etmək üçün ailə münasibətlərinin hüquqi baxımından tənzimlənməsini özünün pozitiv öhdəliyi kimi təsbit etmişdir. Həmin pozitiv öhdəliyin icrasını təmin etmək üçün qanunvericilikdə ailə üzvlərinin üzərinə müəyyən hüquq və vəzifələr qoyulmuşdur ki, həmin vəzifələrdən biri qismində valideynin övladını saxlamaq vəzifəsi çıxış edir. (AM 75.1) Valideynin övladını saxlamaq vəzifəsi ailə münasibətlərinin möhkəmləndirilməsini təmin etməklə yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial cavabdehlik prinsipinin həyata keçirilməsinə xidmət edir. Məhkəmə iddia tələbini və iş materiallarını araşdıraraq hesab edir ki, iddianın ehtimal olunan qanuni əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən valideynin əlavə xərclərdə iştirakın tənzinlənməsinin iki qaydası mövcuddur. Birincisi, tərəflərin razılaşması əsasında (saziş), ikincisi, belə razılaşma (saziş) olmadıqda, məhkəmə qaydasında. (AM 81.2-ə uyğun olaraq) Hazırki iş üzrə tərəflər arasında bununla bağlı razılaşma olmadığına görə əlavə xərclərin çəkilməsi məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunan maddə ilə Konstitusiya Məhkəməsi tərəfindən formalaşmış hüquqi mövqeyə əsasən Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir; Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Məhkəmə tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2019-cu il təvəllüdlü X2 ilə əlaqədar müəyyən tibbi və digər kənar xidmətlər göstərilir və buna görə də iddiaçı tərəfindən əlavə xərclər çəkilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı əlavə xərclərdə iştirak ilə bağlı iddia qaldırmağa haqlı olmuşdur, lakin məhkəmə əlavə xərclərin məbləği hissəsində iddia tələbi ilə razılaşmışır. Belə ki, AM-nin 81.2-ci maddəsinə əsasən bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Odur ki, məhkəmə valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə almaqla hesab edir ki, hər ay uşağa görə cavabdehin 70 manat əlavə xərclərdə iştirakı daha məqsədəuyğundur. Beləliklə, yekun olaraq məhkəmə bu qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair ilkin iddia rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əlavə xərclərdə iştirak tələbinə dair qarşılıqlı iddia qismən təmin edilməli və İddiaçı hər ay 70 manat məbləğində pul tutularaq Cavabdeh ödənilməlidir. Nəticə hissəsi Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əlavə xərclərdə iştirak tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı uşağın xəstəliyi ilə əlaqədar hər ay 70 manat məbləğində əlavə xərc tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar