Məhkəmə qərarları › İş №e-2(008)-726/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-726/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-726/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət edərək, birgə nikahından doğulmuş xx.xx.2016-ci il təvəllüdlü X10 adlı övladının yetkinlik yaşma çatana kimi saxlanması üçün cavabdehin qazancın və başqa gəlirlərinin 1/4 hissəsində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə 4 saylı ASAN xidmət mərkəzindəki Qeydiyyat şöbəsində nikahının qeydə alınması ilə ailə həyatı qurmuşlar. Cavabdehlə birgə nikah münasibətlərindən xx.xx.2016-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Rəsmi nikahı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1637/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən 200 iki yüz manat məbləğində aliment kəsilmişdir. Cavabdehin aylıq gəlirləri çoxdur və hazırda uşağın saxlanılması üçün 200 iki yüz manat aliment bəs etmir. Bu baxımdan da qanunvericiliyin tələbinə uyğun olaraq, birgə nikah münasibətlərindən anadan olmuş xx.xx.2016-ci il təvəllüdlü X10 adlı övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin qazancın və başqa gəlirlərinin 1/4 hissəsi həddində alimentin cavabdehdən alınaraq ona verilməlidir. Onlar arasında olan mübahisənin mediasiya qaydasında həll edilməsi üçün mediatora müraciət etsə də bu mübahisənin mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Bu barədə, mediator X5 tərəfindən MŞB/9/2024-01247 nömrəli, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayış verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçı ərizə ilə müraciət edərək işə onun iştirakı olamdan baxılmasını xahiş etmiş, cavabdeh isə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 452747 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 arasında nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Ərə Ələkbərov, arvada isə Təhməzova soyadı verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1637/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən iddiaçı X8 ilə X9 arasında 4 saylı Bakı Asan Xidmət X6 nikahın bağlnaması haqqında akt qeydləri kitabında 2379 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2015-ci il tarixli nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 iddiaçı X1 himayəsində qalmalıdır. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qərara alınmışdır. 1 saylı Bakı “ASAN Xidmət” X7 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası isə X4r. AZEMİS Elektron məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" QSC-də Maşinist köməkçisi, elektrovoz vəzifəsində 513 manat əmək haqqı alır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları, onların bu nikahdan bir övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşağın iddiaçının yanında saxlanılmasını və uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən 76.1. aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Beləliklə məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı nə qədər ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1637/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sabit pul məbləğində müəyyən edilmiş alimentin cavabdehin əmak haqqına və başqa gəlirlərinə münasibətdə tutulmasını xahiş etdiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1637/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin forması dəyişdirilsin. xx.xx.2016-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024cü il tarixdən başlayaraq Cavabdeh qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar