Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7762/2023 30.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9822/2019-cu il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişilərək, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9822/2019-cu il tarixli icra vərəqəsinə əsasən hazırkı iş üzrə İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək hər ay 150 manat əlavə aliment tutularaq hazırkı iş üzrə cavabdeh Əliyeva (Qafarova) Ləman Mehtiqulu qızına ödənilməlidir. Qətnamə qəbul edilən ərəfədə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul idi və yaxşı gəlirə malik idi. Lakin, pandemiya dövründə fəaliyyət göstərdiyi sahə zərər etdi və həmin fəaliyyət növündən imtina etməli oldu. xx.xx.2020-ci il tarixdə “dəmir sexində” icraçı direktor vəzifəsində çalışır və aylıq gəliri 345 manat təşkil edir. İddiaçının başqa gəliri yoxdur. Aşağı gəlirli işə keçdikdən sonra iddiaçının aliment ödəməkdə böyük çətinlikləri yaranmışdır. Əlavə etdiyi qəbzlərdən də göründüyü kimi, alimentin tam məbləğini (650 manatı) birdəfəyə ödəmək imkanı olmamışdır və daim hissəhissə, 100-200 manat olmaqla ödəməyə çalışır. Uşaq 3 yaşına çatdıqdan sonra əlavə xərclər hissəsi azalsa da yenə də 500 manat alimenti ödəyə bilmir. Əlavə etdiyi təqdimatdan və qərardaddan göründüyü kimi, cavabdeh tərəf iddiaçıya alimentlə bağlı daim problemlər yaradır, cəmi 1 aylıq borcu yaranan kimi, məhdudiyyətlərin qoyulması barədə məhkəməyə müraciətlər edilir. O, 1 qərardad əlavə etmişdir, lakin faktiki olaraq bu tipli icra işləri daha çoxdur, hazırda da Sabunçu Rayon Məhkəməsinin icraatında iddiaçının əmlakına həbs qoyulması məsələsinə baxılır. Mediasiya prosesində razılığa gəlməyə çalışsalar da, cavabdeh müxtəlif bəhanələr gətirərək mediasiya sessiyasında iştirak etməkdən yayınmışdır (bir dəfə bildirdi ki, uşaq xəstələnib, növbəti dəfə bildirdi ki, özü xəstələnib, daha sonra isə ümumiyyətlə səbəb göstərmədən mediasiya sessiyasına gəlmədi). Qanunla 1 uşağın saxlanılması üçün aliment ödəyən tərəfin gəlirlərinin 1/4 hissəsində tutulması nəzərdə tutulsa da, iddiaçı dərk edir ki, onun rəsmi gəlirinin 1/4 hissəsi yaşayış minimumunda az məbləği təşkil edir. Odur ki, iddiaçı təklif edir ki, aliment məbləği 220 manat müəyyən edilsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı iş adamıdır və birgə nikah dövründə Uğur qapısı şirkətinin rəhbəri olub, daha sonra nikahın pozulması ərəfəsində həmin şirkətin fəaliyyətini dayandırmış, başqa şəxsin adına şirkət açaraq fəaliyyətini-biznesini digər şirkətə keçirmişdir. İddiaçının kifayət qədər yaxşı qazancının olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9822/2019-cu il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Həmçinin, qətnamə qəbul edilərkən də iddiaçı şirkətinin fəaliyyətini dayandırmışdır. Həmin dövrdə də öz bildirdiyinə görə işsiz və maddi vəziyyəti ağır olub. Lakin məhkəmə tərəfindən qeyd edilənlərin əsassız olması qətnamə ilə təsdiq edilmişdir. Həmin qətnamə qəbul edilərkən iddiaçı faktiki şirkətə sahib olmamışdır. Hesab edir ki, iddiaçı müxtəlif üsullarla adına olan əmlakları, şirkəti başqa şəxslərin adına keçirməklə və özünün şirkətdə 345 manat minimum əmək haqqı məbləğində əmək haqqı ilə icraçı direktor vəzifəsində işləməsi sadəcə indiki halda da məhkəmədə maddi durumunun aşağı olması kimi yalnış təəssürat yaratmağa çalışmaqdır. İddiaçının hazırkı 500 manat aliment məbləğindən daha çox aliment ödəməyə övladının səhiyyə, gələcək inkişafı naminə təhsilinə əlavə vəsait üçün kifayət qədər maddi imkanının olmasına baxmayaraq, müxtəlif üsullarla alimentin ödənilməsindən yayınır və məbləğin azaldılması üçün əsassız iddia qaldırır. Belə bir sual yaranır ki, bir mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9822/2019-cu il tarixli qətnaməsi ilə iddiaçının maddi vəziyyətinin ağır olması barədə gətirdiyi dəlillərin əsassız olması öz təsdiqini tapmışdırsa, bu fakt aşağı məbləğdə aliment tutulması üçün əsas olmamışdırsa, sonradan həmin əsasla alimentin azaldılması barədə iddia məhkəmədə necə mübahisələndirilə bilər? Bundan başqa, iddiaçı rəsmi olaraq AB-Metal MMC-də icraçı direktor olsa da, faktiki olaraq həmin şirkətin rəhbəri və sahibidir. Bundan başqa Vergilər Nazirliyinin elektron səhifəsindən əldə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, Uğur qapısı MMC ilə AB- Metal MMC-nin hüquqi ünvanları eynidir. Faktiki olaraq həmin şirkətlər eyni şəxsin olmaqla yanaşı, eyni biznes sahəsində, eyni ünvanda fəaliyyət göstərirlər. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9822/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3615/2019 saylı iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsinin cavabdeh İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul şəklində tutulan alimentin məbləğinin (160 manat) dəyişdirilərək, 500 manat və uşaq 3 yaşına çatanadək saxlanması üçün hər ay iddiaçının xeyrinə tutulan əlavə alimentin məbləğinin (100 manat) dəyişdirilərək, 150 manat müəyyən edilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01527 nömrəli arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirmək barədə qərar qəbul etmədilər. - Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Unibank KB ASC-də əməliyyatçı vəzifəsində işləyir və aylıq əmək haqqı 800 manat təşkil edir. - AR ƏƏSMN-nin MEİS iş yerinə dair xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı dəmir sexində icraçı direktor vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. - Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı AB-Metal MMC-də icraçı direktor vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. - Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xəngəlxanaların fəaliyyəti ilə məşğul olmuş, hazırda VÖEN statusu fəaliyyətini müvəqqəti dayandırmış kimidir. - Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində torpaq sahəsi vardır. - Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı X13 Azərbaycan QSC-də və Unibank KB ASC-də cari hesabları vardır. Həmçinin, fəaliyyət obyektləri olan dəmir qapı-pəncərə istehsalı, Bakı kafesi və dəmir sexi bağlı, icarə obyekti isə fəaliyyətini müvəqqəti dayandırmış vəziyyətdədir. - Addım-addım uşaq bağçası MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X2-addım uşaq bağçasına gəlir. Bağçanın aylıq ödənişi 300 AZN, şahmat dərnəyi aylıq 50 AZN, məktəbəqədər hazırlıq aylıq 50 AZN təşkil edir. Valideyn Cavabdeh aylıq bağçaya 400 AZN ödəniş edir. - Azərbaycan Respublikasının DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan və kompüter çıxarışından görünür ki, X6 adında xx.xx.2007-ci il tarixdən QAZ 2411 markalı **-CC-*** və xx.xx.2019-cu il tarixdən Range Rover markalı **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. - AZ-İV seriyalı 239763 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı, anası X3r. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından 01 yanvar 2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9822/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3615/2019 saylı iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsinin cavabdeh İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul şəklində tutulan alimentin məbləğinin (160 manat) dəyişdirilərək, 500 manat və uşaq 3 yaşına çatanadək saxlanması üçün hər ay iddiaçının xeyrinə tutulan əlavə alimentin məbləğinin (100 manat) dəyişdirilərək, 150 manat müəyyən edilməsi qət edilmişdir. Hazırda ata uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək azaldılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay tutulan aliment miqdarı tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Hazırkı iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı isə iddiaçı öz iddia tələbini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada əsaslandıran, yəni Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9822/2019 saylı qətnaməsi ilə ondan hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması müəyyən olunduqdan sonra özünün ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(103)-9822/2019 saylı qətnaməsindən görünür ki, «iddiaçı tərəfindən Kollegiyaya ünvanlanmış vəsatətə əlavə edilmiş Vergilər Nazirliyi yanında Bakı şəhəri X10 departamenti tərəfindən verilmiş arayışın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, vergi orqanında olan uçot məlumatlarına əsasən İddiaçı (VÖEN **********) tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 166.925,20 manat təşkil etmişdir. Həmçinin həmin vergi orqanı tərəfindən təqdim olunmuş arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən fəaliyyətini və əməliyyatlarını dayandırmışdır. İşin hallarından görünən odur ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur və kifayət qədər yüksək qazanca malikdir. Müəyyən edilir ki, cavabdehin kifayət qədər gəlirləri olmuşdur, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yüksək məbləğdə qazanc əldə etmişdir, azyaşlı uşağının saxlanması üçün kifayət qədər imkanı vardır». Göründüyü kimi iddiaçının hazırkı iddianı qaldırması üçün gətirdiyi arqumentə (sahibkarlıq fəaliyyətini dayandırmasına) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9822/2019 saylı qətnaməsi ilə hüquqi qiymət verilmiş və aliment məbləği 500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı 53.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı 53.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-7762/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7762/2023
30.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver