Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-80/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş 2010-cu il buraxılışlı, T.Albalı Metal, VAZ 21074 MİNİK markalı **- KD-*** dövlət nömrə nişanlı avtomobilin (şəhadətnamə AC 044283) (qeydiyyatda), 2007-ci il buraxılışlı, Açıq yaşıl metalik, X10 Minik markalı **-DN-*** dövlət nömrə nişanlı (şəhadətnamə BB 180429) (qeydiyyatda) avtomobilin, 1985-ci il buraxılışlı, AĞ, VAZ 21063 MİNİK markalı **-UP-*** dövlət nömrə nişanlı (şəhadətnamə AA971935) (qeydiyyatda) avtomobilin, 1987-ci il buraxılışlı, Qırmızı rəngli, VAZ 2107 MİNİK, **-HA-*** dövlət nömrə nişanlı (şəhadətnamə AE 174326) (qeydiyyatda) avtomobilin ½ hissəsinə pay hüququnun tanınması, 2007-ci il buraxılışlı, Göy Metalik, X11 Minik markalı, **-DK-*** dövlət nömrə nişanlı (şəhadətnamə BB 174257) (cavabdeh tərəfindən qeydiyyatdan çıxarılıb) avtomobilin, 1997-ci il buraxılışlı, ** VG *** dövlət nömrə nişanlı, tünd göt metalik, Mercedes Benz C 180 minik markalı (şəhadətnamə AA 982146) (cavabdeh tərəfindən qeydiyyatdan çıxarılıb) avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən 0.03 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinin bazar qiyməti müəyyən edilərək satışdan əldə edilmiş vəsaitinin ½ hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o iş üzrə Cavabdeh Mehralı oğlu ilə 2006-cı ildə ailə qurmuşdur. Nikahını 25.04.206-cı il tarixində rəsmiləşdirmişdir. Faktiki nikahından uşağı olmamışdır. Cavabdehlə münasibətləri normal olsa da, sonradan baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmışdır. Belə ki, cavabdehin ona amansız davranışı, onu aldatması, etibarımdan istifadə edərək, yalalnlarla əmlakımı mənimsəməsi münasibətlərimizin pozulmasına gətirib çıxardı və faktiki olaraq 2022-ci ildən ayrı yaşamaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Ailəli olduğu müddətdə birgə nikah dövründə Cavabdeh Mehralı oğlunun adına 2010-cu il buraxılışlı, ** KD *** dövlət nömrə nişanlı, T.Albalı Metal, VAZ 21074 MİNİK markalı avtomobil (şəhadətnamə AC 044283) qeydiyyatda), 2007-ci il buraxılışlı, **-DN-*** dövlət nömrə nişanlı, Açıq yaşıl metalik, X10 Minik markalı avtomobil (şəhadətnamə BB 429) (qeydiyyatda), 1985-ci il buraxılışlı, ** UP *** dövlət nömrə nişanlı, AG, VAZ 21063 MİNİK markalı avtomobil (şəhadətnamə AA 971935) (qeydiyyatda), 1987-ci il buraxılışlı, **-HA-*** dövlət nömrə nişanlı, qırmızı rəngli, VAZ 2107 MİNİK markalı avtomobil (şəhadətnamə AE 174326) ydiyyatda), 2007-ci il buraxılışlı, **-DK-*** dövlət nömrə nişanlı, Göy Metalik, X10 Minik markalı avtomobil (şəhadətnamə BB 174257) cavabdeh tərəfindən qeydiyyatdam çıxarılıb), 1997-ci il buraxılışlı, ** VG *** dövlət nömrə nişanlı, tünd göy metalik, Mercedes Bens C180 minik markalı avtomobil (şəhadətnamə AA 982146) vabdeh tərəfindən qeydiyyatdam çıxarılıb), Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsindən 0.03 ha torpaq sahəsi alaraq həmin ünvanda 72H yaşayış evi, həmin əmlaklar cavabdehin qanunsuz istifadəsində olmaqla onun hüquqlarını pozur və birgə nikah dövründə əldə edilmiş əmlakı ilə bağlı sərəncam verə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-597/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon VVADQ şöbəsində bağlanmış 370 nömrəli akt üzrə nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin vermiş olduğu sorğuya xx.xx.2023-cü il tarixdə vermiş olduğu cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 72 H saylı sahədə yerləşən 0.03 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən , Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şuşa küçəsi 9 sayl fərdi yaşayış evi Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. 585421 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X4 ilə alıcı Cavabdeh arasında satıcı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 72 H saylı sahədə yerləşən 0.03 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 72 H nömrəli ünvanda yerləşən ümumi sahəsi 0.03 ha olan torpağ sahəsinin mülkiyyətçisi Cavabdehdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 93.6 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.03 ha olan torpağ sahəsinin mülkiyyətçisi Cavabdehdur. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129390/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubundan görünür ki, VAZ 21074 markalı **-KD-*** və VAZ 21063 minik markalı **-UP-*** dövlət qediyyat nişanlı nəqliyyat vaistələrinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin saxlama mddəti bitdiyi üçün məhv edilmişdir. Odur ki, , VAZ 21074 markalı **-KD-*** və VAZ 21063 minik markalı **-UP-*** dövlət qediyyat nişanlı nəqliyyat vaistələri barədə məlumatların kompüter çıxarışı təqdim edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129390/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubuna əlavə edilmiş çıxarışdan görüner ki, **-KD-*** dövlət qeydiyyat nişanlı nişanlı VAZ 21074 minik markalı avtomobil xx.xx.2014-cü il tarixli alqı satqı müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129390/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, **-DN-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobil, xx.xx.2021-ci il tarixdə gömrük bəyannaməsi vaistəsi ilə Cavabdeh mülkiyyətinə keçmişdir. Nəqliyyat vaistəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan **-DN-*** dövlət qeydiyyat nişanlı Touota Prius minik markalı avtomobil X3 10.000 manata satmışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129390/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubuna əlavə edilmiş çıxarışdan görüner ki, **-UP-*** dövlət qeydiyyat nişanlı nişanlı VAZ 21063 minik markalı avtomobil xx.xx.2007-ci il tarixli hesab arayışı əsasında Cavabdeh mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-2101619/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubundan görünür ki, **-HA-*** dövlət qeydiyyat nişanlı VAZ2107 minik markalı nəqliyyat vaistəsi xx.xx.1998-ci il tarixdə X2 mülkiyyətində olmuş, mülkiyyətçi Cavabdeh xx.xx.2008-ci il tarixdən xx.xx.2038-ci il tarixədək sözügedən nəqliyyat vaistəsinə dair etibarnamə vermişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-183497/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, 2007-ci il buraxlışlı, göy metalik rəngli **-DK-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobil, xx.xx.2021-ci il tarixdə gömrük bəyannaməsi vaistəsi ilə Cavabdeh mülkiyyətinə keçmişdir. Nəqliyyat vaistəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan **-DK-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobili X5 1300 manata satmışdır. Turbo.az İnternet saytından əldə edilmiş məlumatlardan görünür ki, 2007-ci il buraxlışlı Toyota Prius minik markalı avtomobilin 10000 manat ilə 13.000 manat arasında dəyişir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-182299/2023 nömrəli məhkəmənin vermiş olduğu sorğuya cavab məktubundan görünür ki, Mercedes Benz C 180 minik markalı **-VG-*** dövlət qediyyat nişanlı nəqliyyat vaistələrinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin saxlama mddəti bitdiyi üçün məhv edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-137468/2023 nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, ** VG *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C180 markalı avtomobil xx.xx.2007-ci il tarixdə gömrük vəsiqəsi əsasında Cavabdeh mülkiyyətində olmuş, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqavləsi əsasında qeydiyyatdan çıxmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/18/2023-00367 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün müəyyən olunmuş 50 manat mediasiya xərci və 10 manat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/71xx-xx/6858/2024 nömrəli rəydəən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şuşa küçəsində yerləşən, 9 nömrəli fərdi yaşayış evinin orta bazar qiymətlətinə uyğun ümumi dəyəri təqribən 88592,40 manat 10 % azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 79733,16 manat məbləğində müəyyən edilir. Qeyd olunur ki, qiymətləndirmə zamanı fərdi yaşayış evinin torpaq sahəsi nəzərə alınmışdır. Ekspertiza qarşısında qoyulmuş digər suallar üzrə qeyd olurki, 2007-ci il buraxılışlı, **-DK- *** dövlət qeydiyyat nişanlı X10 minik markalı, 2007-ci il buraxılışlı **-DN-*** dövlət qeydiyyat nişanlı X10 minik markalı avtomobillərin 2023-cü ilin mart ayına və 1997-ci il buraxılışlı, ** VG *** dövlət qeydiyyat nişanlı Mercedes Bens C180 minik markalı avtomobilin alqı-satqı müqaviləsi bağlandığı tarixdə yəni xx.xx.2018-ci il tarixində qiymətinə dair yerli internet saytlarında məlumat olmadığından tədqiqat aparmaq mümkün olmadığı qeyd edlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə ilk olaraq iddia tələbinin “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən 0.03 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinin bazar qiyməti müəyyən edilərək satışdan əldə edilmiş vəsaitinin ½ hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibət bildirərək qeyd edirki, mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən torpaq sahəsi tərəflərin birgə nikah dövründə yəni xx.xx.2022-ci il tarixdə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi isə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədərki torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi dövlət qeydiyyatına alınmışdır, ilk öncə iddiaçının həmin evə və torpaq sahəsinə payı müəyyən edilməli, bundan sonra evin və torpaq sahəsinin dəyəri tutulmasına dair qanunvericilik ilə müəyyən edilmiş ardıcıllığa uyğun olan tələbləri həyata keçirilə bilər. Bundan sonra məhkəmə iddia tələbinin tərəflərin birgə nikah dövründə əldə etmiş olduğu 2010-cu il buraxılışlı, T.Albalı Metal, VAZ 21074 MİNİK markalı **-KD-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə iddiaçının pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmənin vermiş olduğu sorğuya adiyyatı orqan tərəfindən verilmiş məktubdan görünür ki, sözügedən nəqliyyat vaistəsi cavabdehin mülkiyyətinə tərəflərin birgə nikahda olduğları dövürdə xx.xx.2014-cü il tarixində alqı-satqı müqaviləsi əsasında keçmiş olduğundan, tərəflərin birgə gəlirləri hesabına alınmış hesab edilməli və iddiaçının VAZ 21074 minik markalı **-KD-*** dövlət nömrə nişanlı avtomobilinin ½ hissəsinə pay hüququ tanınmalıdır. Bundan sonra məhkəmə iddia tələbinin X10 Minik markalı **-DN-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə iddiaçının pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, sözügedən avtomobil xx.xx.2021-ci il tarixdə gömrük sənədi əsasında cavabdehin mülkiyyətinə keçmişdir. Lakin iş matriallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış rəsmi nikah pozulduqdan sonra cavabdeh tərəflərin birgə mülkiyyətində olan avtomobili alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddaçının pay hüququnun tanınmasını tələb etmiş olduğu nəqliyyat vaistəsi nə qədərki üçüncü şəxsin mülkiyyətindədir və həmin avtomobilin özgəninkiləşdirilməsinə əsas olmuş müqavilə etibarsız hesab edilməmişdir, iddiaçının həmin avtomobilə pay hüququ tanına bilməz. Bundan sonra məhkəmə iddia tələbinin VAZ 21063 minik markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobilə iddiaçının pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən avtomobil cavabdehin mülkiyyətinə tərəflərin birgə nikahda olduğları xx.xx.2007ci il tarixdə gömrük sənədi əsasında yəni alqı-satqı müqaviləsi əsasında keçmişdir, həmin əmlakın alınması üçün zəruri olan vəsatinin birgə nikah dövründə əldə edilmiş hesab edilməli və iddiaçının cavabdehin müülkiyyətində olan VAZ 21063 minik markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə pay hüququ tanınmalıdır. Bundan sonra məhkəmə iddia tələbinin 1987-ci il buraxılışlı, Qırmızı rəngli, VAZ 2107 minik markalı, **-HA-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd edilirki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, sözügedən avtomobil cavabdehin deyildə üçüncü bir şəxsin mülkiyyətində olmuş, cavabdehin isə yalnız həmin avtomobilə dair etibarnaməsi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin 2007-ci il buraxılışlı, Göy Metalik, X11 Minik markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobilin bazar qiyməti müəyyən edilərək satışdan əldə edilmiş vəsaitinin ½ hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş sənədlərdən sözügedən avtomobilin cavbdehin mülkiyyətinə tərflərin birgə nikah dövründə keçmiş olduğu müəyyən edildiyindən, tərərlərin birgə əmlakı hesab edilməlidir. Lakin məhkəmənin vermiş olduğu sorğusuna cavab məktubundan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında nikah pozulduğdan cavabdeh mülkiyyətində olan avtomobili alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. İddiaçı sözügedən avtomobilin satışından əldə edilmiş vəsaitdən cavabdeh tərəfindən hər hansı bir ödəniş olmadığını bilirmiş, cavabdeh isə satışdan əldə edilmiş vəsaitdən iddiaçıya hər hansı bir məbləğ vermiş oldğunu sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakın satışından əldə edilmiş vəsaitin ½ hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin sözügedən avtomobilin alqı-satqı müqaviləsindən cavabdeh tərəfindən avtomobilin dəyəri 1300 manat kimi qiymətləndirilmişdir. Məhkəmə alqı-satqı müqaviləsində müqavilə tərəflərinin müəyyən etmiş olduğu məbləği əsaslı hesab etməmiş və həmin avtomobilin məbləğinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etmiş, lakin ekspert əmlakın satış gününə dair internet informasiya vaistəsində hər hansı məlumat olmadığından ekpsertiza keçirilməsindən imtina edilmişdir. Bundan sonra məhkəmə tərəfindən internet informasiya sistemindən 2007-ci il buraxlışlı Toyota Prius marakalı avtomobilin dəyərinin müəyyən edilməsi məqsədi ilə müxtəlif interenet informasiya sisteminə sorğular göndərilmiş, əmlakın təxmini dəyərinin 10.000 manatdan 13.000 manat aralığında olduğunu müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X11 Minik markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobilin satış dəyəri 10000 manat müəyyən edilməli və həmin məbləğin ½ hissəsi iddiaçıdan alıanra cavabdehə qaytarılmalıdır. Bundan sonra məhkəmə iddia tələbinin 1997-ci il buraxılışlı, ** VG *** dövlət nömrə nişanlı, tünd göy metalik, Mercedes Benz C 180 minik markalı avtomobilin bazar qiyməti müəyyən edilərək satışdan əldə edilmiş vəsaitinin ½ hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş üzrə əldə edilmiş sorğulardan müəyyən edilir ki, sözügedən avtomobil cavabdehin mülkiyyətinə iddiaçı ilə birgə nikah dövründə əldə edildiyi və eyni zamanda həmin əmlakın tərəflərin birgə nikah dövründa yəni xx.xx.2018-ci il tarixdə satılmış olduğu müəyyən edilir. İddiaçı əmlakın birgə nikah dövründə satılsada həmin əmlakın satışından gələn vəsaitin birgə xərclərə sərf edilməməsini bilrisədə, bu halı sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ** VG *** dövlət nömrə nişanlı, tünd göy metalik, Mercedes Benz C 180 minik markalı avtomobil birgə nikah dövründə satılmış olduğundan, əldə edilmiş gəlir birgə xərclərə sərf edilmiş hesab edilməli və idda tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə etmiş olduğları Cavabdeh mülkiyyətində olan VAZ 21074 minik markalı, **-KD-*** dövlət nömrə nişanlı və VAZ 21063 minik markalı **- UP-*** dövlət nömrə nişanlı avtomobillərin ½ hissəsinə İddiaçı pay hüququ tanınsın. Tərəflərin birgə nikah dövründə əldə etmiş olduğları **-DK-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobilin satışından əldə edilmiş pulun 5000 manat olan hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-80/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-80/2025
22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver