Məhkəmə qərarları › İş №e-2(008)-813/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-813/2023

11.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-813/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 766,02 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Xətai rayonu, Gəncə prospektində Cavabdeh2 məxsus və Cavabdeh1 idarə etdiyi VAZ-21154 markalı **-NO-*** nömrəli avtomobil ilə "xxxx" ASC əmlak sığortası qaydasında sığortalanmış “Mazda 6” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 təqsirli bilinmiş və onun barəsində xx.xx.2014-cü il tarixli BYP 866595 nömrəli protokol tərtib edilmişdir. xx.xx.2012-ci il tarixli, MİB-RNF- 0039/12 saylı fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Mazda 6 minik” markalı, **-RE- *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək əmlak sığortası qaydasında sığortalanmışdır. Sığorta müqaviləsi üzrə şərtsiz azadolma məbləği 350 manat müəyyən edilmişdir. “VAZ-21154 minik” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. İddiaçı "xxxx" ASC -nin nümayəndəsi İlkin Xəlilov ərizə ilə məhkəməyə yazılı müraciət edərək, işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, 8 il əvvəl olmuş qəzadır və sığortası var idi. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan 229/14-CM222/14 saylı, xx.xx.2014-cü il tarixli sığorta aktından görünür ki, X3 məxsus “Mazda 6” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sığortalanmışdır. Sığortalanmış “Mazda 6” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziynın ümumi məbləği 1116,2 manat təşkil etmişdir. Dəymiş zərər 766,2 manat sığorta ödənişi X2 hesabına köçürülmüşdür. - xx.xx.2014-cü il tarixli qüsur aktından görünür ki, "Mazda 6" markalı 90RE588 dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği cəmi 1116.02 manat olduğu müəyyən edilmişdir. -Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin İnzibati xəta haqqında 866595 saylı protokulunun surətindən görünür ki, X1 Xətalar Məcəlləsinin 151.2 maddələrinə əsasən təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. -xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 766,02 manat məbləğində pul vəsaiti Mirzəməmmədov Cavidin hesabına "xxxx" ASC tərəfindən ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 idarə etdiyi VAZ- 21154 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Mazda 6" markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili vurması və bunun nəticəsində Cavabdeh1 təqsiri ucbatından sığortalanmış avtomobilə zərər dəyməsi İnzibati Tənbeh vermə haqqında BYP seriyalı 866595 saylı protokolla və işin digər materialları ilə sübut olunur. Sığortalanmış "Mazda 6" markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə VAZ- 21154 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh2 məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil Cavabdeh1 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh1 tərəfindən vurulduğundan, vurulmuş ziyan yalnız Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Avtomobilin Cavabdeh2 sahibliyindən qanuni əsaslarla Cavabdeh1 verilməsinə dair etibarnamə məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, hazırkı vəziyyətdə mülkiyyətçi məsuliyyət daşımır. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh1 daşımalı, Cavabdeh2 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh1 766 (yeddi yüz altmış altı) manat, 02 (iki) qəpik sığorta ödənişi və 30 (otuz) manat, 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar