Məhkəmə qərarları › İş №e-2(008)-846/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-846/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-846/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan oğlunun sədrliyi, X18 qızının katibliyi, Cavabdeh X6 nümayəndəsi və vəkili Nümayəndə2 Pirverdi oğlunun, Cavabdeh1 MTK-nin nümayəndəsi və vəkili Umudov Babək Mübariz oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, X4, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 MTK-yə qarşı “alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh3, X4, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 MTK-yə qarşı “alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə X7 arasında bağlanmış Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K-Residence MTK-dakı CY1 binasında yerləşən, 3308 nömrəli mənzilə dair CY1-010/21 nömrəli, 10 mart 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə sahiblik və istifadə hüququ üzərində onun ½ hissədə payının tanınması, Cavabdeh1 MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında bağlanmış Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K-Residence MTK-daki CY1 binasında yerləşən, 5408 nömrəli mənzilə dair CY 1-035/21 nömrəli, 5 aprel 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə sahiblik və istifadə hüququ üzərində onun ½ hissədə payının tanınması, Cavabdeh1 MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında bağlanmış Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K-Residence MTK-daki CY1 binasında yerləşən, 5409 nömrəli mənzilə dair CY 1-036/21 nömrəli, 5 aprel 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə sahiblik və istifadə hüququ üzərində onun ½ hissədə payının tanınması, Cavabdeh3 ilə birgə nikah dövründə əldə etdikləri “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh3 ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində onun ½ (ikidə bir) hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh3 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Nobel (8 Noyabr) prospekti 151, "xxxx" MTK-dakı 3 ədəd mənzilin - CY1 binasında yerləşən 3308 nömrəli mənzilin, CY1 binasında yerləşən 5408 nömrəli mənzilin, CY1 binasında yerləşən 5409 nömrəli mənzilin 3/5 hissəsinə onun, 2/5 hissəsinə cavabdehin pay hüququnun tanınması, “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3/5 hissəsinə onun, 2/5 hissəsinə cavabdehin pay hüququnun tanınması, "xxxx" Açıq Səhmdar Cəmiyyətində müxtəlif hesablara qoyulmuş pul vəsaitinin, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətində müxtəlif hesablara qoyulmuş pul vəsaitinin, cavabdehin anası xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh4 (ünvan: ünvan 1maq üçün verilmiş 50.000 ABŞ dolları məbləğində pul vəsaitinin 3/5 hissəsinə onun, 2/5 hissəsinə cavabdehin pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-364/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 5457/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və şikayət olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5457/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şiakyəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-306/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5457/2022 nömrəli iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3236/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti yenidən təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 2(008)-364/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Məhkəmə kollegiyası işə yenidən apellyasiya qaydasında baxarkən 000082, 000250, 000184 və 000183 nömrəli mədaxil qəbzlərinə əsasən ödənişlərin 3308, 5408 və 5409 nömrəli mənzillərin əldə edilməsi və ya digər məqsədlərlə həyata keçirildiyini müəyyən etmək məqsədilə Cavabdeh1 MTK-nı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmiş, iş üçün əhəmiyyəti olan halların araşdırılması məqsədilə sübutların əldə edilməsi barədə müvafiq qərardad qəbul etmişdir. Aparılmış araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, "xxxx" yaşayış kompleksində Cavabdeh3 aid heç bir mənzil mövcud deyildir. 000183 və 000184 nömrəli qəbzlər üzrə ödənişlər müvafiq olaraq 5409 və 5408 nömrəli mənzillər üçün, 000250 və 000082 nömrəli qəbzlər üzrə ödənişlər isə 3308 nömrəli mənzil üçün edilmişdir. 3308 nömrəli mənzil Cavabdeh1 MTK ilə Baxşıyeva Fəridə arasında bağlanmış CY1-010/21 nömrəli 10 mart 2021-ci il tarixli müqavilənin, 5408 nömrəli mənzil Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış CY1-035/21 nömrəli 5 aprel 2021-ci il tarixli müqavilənin, 5409 nömrəli mənzil Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış CY 1- 036/21 nömrəli 5 aprel 2021-ci il tarixli müqavilənin predmetidir. Bununla əlaqədar məhkəmə kollegiyası müəyyən etmişdir ki “İş materiallarından göründüyü kimi mübahisə predmeti olan 3308, 5408 və 5409 nömrəli mənzillərin, həmin mənzilləri tələb etmək üzrə subyektiv hüququ ehtiva edən hər hansı əşya hüququnun tərəflərin ayrı ayrılıqda və ya birgə mülkiyyəti sayılması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin yuxarıda adları qeyd edilən şəxslər üçün daxil olduqları müqavilə münasibətlərinə əsasən yaranmış öhdəliklərin onların əvəzinə üçüncü şəxs, hazırki halda Cavabdeh3 tərəfindən icra edilməsi, yəni hər hansı məbləğdə ödənişlərin həyata keçirilməsi qanunvericilklə yolverilən haldır və nəticə etibarı ilə mübahisəli əmlak barəsində adına mülkiyyət (və ya digər əşya) hüququnun yaranmasına əsas deyildir. Eyni zamanda qeyd edilməlidir ki, kollegiyanın gəldiyi bu qənaəti iş üzrə aparılmış araşdırmanın nəticələrinə, yəni müəyyən edilmiş halların mövcud hüquqi vəziyyətinə uyğundur. Hazırki qətnamə isə yuxarıda qeyd edilən müqavilələrin etibarsız hesab edildiyi və s. halların baş verdiyi təqdirdə başqa əsaslarla tərəflərin yeni mülki hüquqların və vəzifələrinin əmələ gəlməsini istisna etmir.” Göründüyü kimi Cavabdeh3 onu aldatmış, birgə nikah dövründə əldə etdikləri pul vəsaitini mənzillər almaq adı ilə MTK-ya ödəmiş, həmin ödəniş qəbzlərini iddiaçıya verərək, onu inandırmış və əvvəldən məqsədli şəkildə mənzillərin birini anası Cavabdeh4 digər ikisini də yaxın dostu olan Cavabdeh2 adına rəsmiləşdirmişdir. 000183 və 000184 nömrəli qəbzlər üzrə ödənişlər müvafiq olaraq 5409 və 5408 nömrəli mənzillər üçün, 000250 və 000082 nömrəli qəbzlər üzrə ödənişlər isə 3308 nömrəli mənzil üçün edilmişdir. Ödənişləri Cavabdeh3 etmiş, müqavilələr isə başqa şəxslərlə bağlanmışdır. Yəni, burada belə qənaətə gəlmək olur ki, müqavilələr məhz sonradan dəyişdirilmiş və ödəniş qəbzləri iddiaçıda olduğundan həmin qəbzləri dəyişdirə bilmirlər. Cavabdehin bu hərəkətləri təkcə mənzillərlə bağlı deyil, eyni zamanda iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı da etmişdir. İddiaçı həmin avtomobilin bölünməsini tələb etsə də iddia təmin edilməmişdir. Belə ki, tələb olunan avtomobil cavabdehin mülkiyətində deyil. Lakin sonradan vəkili tərəfindən sorğu verilmiş və müəyyən edilmişdir ki, həmin avtomobil Cavabdeh3 tərəfindən xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında yaxın dostu X3 adına rəsmiləşdirilmişdir. Avtomobili alğı-satqı müqaviləsi əsasında X3 adına keçirsə də, elə həmin tarixdə də mübahisəli avtomobillə bağlı ondan etibarnamə almışdır. Yəni, avtomobili formal olaraq dostunun adına keçirtmişdir. İddiaçı Cavabdeh3 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X15 dünyaya gəlmişdir. Cavabdeh iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri əmlakları başqa şəxslərin (anasının və yaxın dostlarının) adına keçirdəndən sonra 2021-ci ilin mart ayında əşyalarını götürərək, başqa qadının yanına köçmüşdür. Bundan sonra isə nikahın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh3 "xxxx" MTK-ya ödənilmiş, birgə nikah dövründə əldə etdikləri 53759.35 manat pul vəsaitinin ½ hissəsinə payı tanınmaqla, yəni 26879.675 manat pul vəsaitinin və “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş məbləğin ½ hissəsinə (yəni, 10000 manata) onun payı tanınmaqla, həmin 10000 manatın cavabdehdən tutularaq ona ödənilməsi və ödənilmiş 201 manat dövlət rüsumunun cəmi: 37080, 675 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh X6 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında iddia tələbini qəbul etmədiyini, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi hazırda qüvvədə olduğunu və şəxsin eyni iddia tələbi ilə müraciət edərək, yenidən payını tələb etməsi düzgün addım olmadığını bildirmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nin nümayəndəsi X12 iddiaya etiraz edərək, izahatında iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına istinad: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-58691/2023 nömrəli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “HYUNDAİ SONATA” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X3 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K- Residence MTK-dakı CY1 binasında yerləşən, 3308 nömrəli mənzilə dair CY1-010/21 nömrəli, 10 mart 2021-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh1 MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K-Residence MTK-daki CY1 binasında yerləşən, 5408 nömrəli mənzilə dair CY 1-035/21 nömrəli, 5 aprel 2021-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh1 MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K-Residence MTK-daki CY1 binasında yerləşən, 5409 nömrəli mənzilə dair CY 1-036/21 nömrəli, 5 aprel 2021-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh1 MTK-nin Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə ünvanladığı 1163 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, "xxxx" yaşayış kompleksində Cavabdeh3 aid heç bir mənzil mövcud deyil. Bildirişdə göstərilən 000183, 000184 nömrəli qəbzlər üzrə ödənişlər müvafiq olaraq 5409 və 5408 nömrəli mənzillər üçün, 000250 və 000082 nömrəli qəbzlər üzrə ödənişlər isə 3308 nömrəli mənzil üçün edilmişdir. "xxxx" Bakunun 000183 nömrəli ödəniş qəbzindən görünür ki, X13 05 mart 2021-ci il tarixdə 5409 nömrəli mənzilə dair CY 1-036/21 nömrəli müqavilə əsasında 3,184.54 manat ödəniş etmişdir. "xxxx" Bakunun 000184 nömrəli ödəniş qəbzindən görünür ki, X13 05 mart 2021-ci il tarixdə 5408 nömrəli mənzilə dair CY 1-035/21 nömrəli müqavilə əsasında 5,493.96 manat ödəniş etmişdir. "xxxx" Bakunun 000082 və 000250 nömrəli ödəniş qəbzindən görünür ki, X13 01 mart 2021-ci il tarixdə 3308 nömrəli mənzilə dair CY1-010/21 saylı müqavilə əsasında 2,504.52 manat, 11 mart 2021-ci il tarixdə isə 42,576.87 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-34704/2024 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Hyundaı Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 13 iyul 2021-ci il Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 ilə alıcı X8 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh3 “X24” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 8000 manata alıcı X1. 22 may 2023-cü il Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X8 “X24” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18000 manata alıcı X2. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin hüquqi qiymətləndirməsi: Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K- Residence MTK-dakı CY1 binasında yerləşən, 3308 nömrəli mənzilə dair CY1-010/21 nömrəli, 10 mart 2021-ci il tarixli müqavilə bağlanması görünsə də, K Residence” Bakunun 000082 və 000250 nömrəli ödəniş qəbzindən görünür ki, X13 01 mart 2021-ci il tarixdə 3308 nömrəli mənzilə dair CY1-010/21 nömrəli müqavilə əsasında 2,504.52 manat, 11 mart 2021-ci il tarixdə isə 42,576.87 manat ödənişlər etmişdir. Belə ki, Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K-Residence MTK-dakı CY1 binasında yerləşən, 3308 nömrəli mənzilə dair CY1-010/21 nömrəli, müqavilə 10 mart 2021-ci il tarixdə bağlanırsa, 01 mart 2021-ci il tarixdə yəni müqavilə bağlanmazdan 10 gün öncə Cavabdeh3 tərəfindən 3308 nömrəli mənzilə dair CY1-010/21 nömrəli qəbzlə 2504,52 manat hansı mənzil, müqavilə üçün ödənilmiş və bu məbləğ MTK tərəfindən qəbul edilmişdir. -Həmçinin Cavabdeh1 MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K-Residence MTK-daki CY1 binasında yerləşən, 5408 nömrəli mənzilə dair CY 1-035/21 nömrəli, müqavilə 5 aprel 2021-ci il tarixdə bağlanmış və "xxxx" Bakunun 000184 nömrəli ödəniş qəbzindən görünür ki, X13 05 mart 2021-ci il tarixdə yəni müqavilə bağlanmazdan 1 ay öncə 5408 nömrəli mənzilə dair CY 1-035/21 nömrəli müqavilə əsasında 5,493.96 manat ödəniş etmişdir. Eynilə Cavabdeh1 MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K-Residence MTK-daki CY1 binasında yerləşən, 5409 nömrəli mənzilə dair CY 1-036/21 nömrəli, müqavilə 5 aprel 2021-ci il tarixdə bağlanmış və "xxxx" Bakunun 000183 nömrəli ödəniş qəbzindən görünür ki, X13 1 ay öncədə 05 mart 2021-ci il tarixdə 5409 nömrəli mənzilə dair CY 1-036/21 nömrəli müqavilə əsasında 3,184.54 manat ödəniş etmişdir. Bütün bunlar bir daha təstiq edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında ilkin müqavilələr mövcud olmuş daha sonra iddiaçı ilə aralarında ailə münasibətləri pozulduğundan, Cavabdeh1 MTK köməyi vasitəsilə yeni müqavilələr hazırlanmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən göründüyü kimi MTK-ya bütün ödənişlər 2021-ci ilin mart ayında yəni iddiaçı ilə birgə nikah dövründə edildiyindən, məhkəmə hesab edir ki, bu tərəflərin birgə nikah dövründə qazanılmış vəsait hesab olunmalıdır. İddia tələbinin nəqliyyat vasitəsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd olunmalıdır ki, Cavabdeh3 21 iyul 2020-ci il tarixdə tərəflərin birgə nikah dövründə əldə edilmiş “X24” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onun razılığı olmadan 13 iyul 2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1. 22 may 2023-cü il X8 “X24” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18000 manata X2. Göründüyü kimi nəqliyyat vasitəsi hazırda vicdanlı alıcı olan 3-cü şəxsin mülkiyyətində olduğundan, iddiaçı tərəfindən həmin əmlakın alqı-satqısı əsasında əldə olunan məbləğin tələb edilməsini məhkəmə qanuni hesab edir. “X24” markalı nəqliyyat vasitəsinin satışından əldə olunmuş pul məbləğinə münasibət bildirən məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin 13 iyul 2021-ci ildə 8000 manata satılmasını inandırıcı hesab etmir və ondan iki il sonra 22 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin qiyməti olan 18000 manatı ədalətli və ağlabatan hesab edir. Məhkəmə iclası zamanı cavabdeh X9 nümayəndəsi və vəkili Nümayəndə2 “X24” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində münasibət bildirildiyini qeyd edərək, hazıda nəqliyyat vasitəsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğuna istinad etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində “X24” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı, iddiaçı həmin avtomobilin cavabdehin mülkiyyətində olmasına, həmin avtomobilin birgə nikah dövründə və birgə qazanc hesabına əldə edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməməsinə əsaslanaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə istinad olunmuşdur. Hazırki halda qeyd olunan nəqliyyat vasitəsinin əldə olunması ilə bağlı məhkəmə tərəfindən sorğu əsasında Azərbaycan Respublikası DİN cavab məktubuna qoşma edilmiş alqı-satqı müqavilələrindən məlum olur ki, “X24” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən 21 iyul 2020-ci il tarixdə yəni tərəflərin birgə nikah dövründə alqı-satqı vasitəsi ilə əldə edilmiş və 13 iyul 2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1. Hazırki halda nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edildiyindən məhkəmə bu sübutu araşdırmalı və buna münasibət bildirməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh X5 "xxxx" MTK-ya ödənilmiş pul məbləğinin ½ hissəsi olan 26879,675 manat, “Hyundai Sonata” markalı ** SS *** dovlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi, yəni 9000 manata cəmi 36080,675 manat və 198,24 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 198,24 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X5 "xxxx" MTK-ya ödənilmiş pul məbləğinin ½ hissəsi olan 26879,675 manat, “Hyundai Sonata” markalı ** SS *** dovlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi, yəni 9000 manata cəmi 36080,675 manat və 198,24 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar