Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-954/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əşyanın dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “əşyanın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona qaytarılmalı olan və yararsız vəziyyətə salınmış mətbəx mebelinin dəyəri olan 2700 manat pulun və ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı ildə Cavabdehla ailə quraraq onun yaşadığı ünvan 1 ünvanına gəlin köçmüş, həmin vaxt oraya özünə məxsus cehiz əmlaklarını aparmışdır. xx.xx.2019-cu ildə aralarındakı nikah pozulduqdan sonra cavabdeh ona qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia qaldırmışdır. Həmin vaxt o da qarşılıqlı olaraq cehiz və qızıl əşyaları ilə bağlı iddia qaldırmışdır. Məhkəmə onun qızıl-zinət əşyalarına münasibətdə iddia tələbini təmin etsə də, cehiz əşyalarının dəyərinin ödənilməsi ilə bağlı göstərmişdir ki, «... Belə ki, məhkəməyə təqdim edilmiş ilkin iddia ərizəsində mətbəx mebelinin Cavabdeh yaşadığı mənzildə saxlandığı öz əksini tapmış, eyni zamanda Cavabdeh vəkili məhkəmədə verdiyi izahatında həmin əmlakın Cavabdeh yaşadığı mənzildə olduğunu etiraf edərək, cavabdeh tərəfin özünə məxsus mebeli gəlib aparmasına etirazların olmadığını bildirərək, digər əşyalarla yanaşı, həmin mətbəx mebelinin də iddiaçının yaşadığı mənzildən çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edildiyi kimi ilkin iddia tələbi təmin edildiyindən və qanunvericiliyin tələblərinə əsasən ilkin iddia tələbinin təmin edilməsi, özü-özlülüyündə qarşılıqlı iddia tələbinin həmin hissəsinin rədd edilməsinə əsasdır. Bundan əlavə, məhkəmə araşdırması ilə həmin mətbəx mebelinin mövcud olması və istifadəyə yararlı vəziyyətdə iddiaçının yaşadğı mənzildə saxlanılması müəyyən edildiyindən cavabdeh tərəf mətbəx mebelinin dəyərinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə belə qənaətə gəlir ki, “əşya yararsız vəziyyətdə olarsa və ya artıq mövcud olmazsa onun dəyərinin ödənilməsi tələb edilə bilər” (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 718/21 saylı qətnaməsinin 5-ci səhifəsinin 3-cü abzası). Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsinin icrası ilə əlaqədar məlum olmuşdur ki, icra məmuru həmin gün qətnamənin icrası ilə bağlı ünvan 2 ünvanda olduqları vaxt icra sənədində qeyd olunan əşyaların həmin ünvanda olmadığı müəyyən olunmuşdur. Borclu Cavabdeh 13.10.21-ci il tarixli izahatında göstərmişdir ki, cehiz əşyaları Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən, Şamil Alıyev küçəsiqapı 1 ünvanda yerləşən mənzildədir. Bu səbəbdən Sabunçu rayon İcra Şöbəsi tərəfindən icra vərəqəsinin icrası mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, təhvil verilməli olan mətbəx mebeli sökülmüş vəziyyətdə həmin evin eyvanına yığılmışdır. Belə ki, həmin vaxt onlara məlum olmuşdur ki, Cavabdeh icra məmurunun və onun iştirakı olmadan onlara məlum olmayan vaxtda həmin mətbəx mebelini kustar üsulla sökərək başqa ünvana daşımışdır. Bu zaman həmin mebelin yararlığı aradan qalxmış, əşya üzərində qırıqlar və cızıqlar əmələ gəlmişdir. Eyni zamanda, həmin aktda qeyd edilmişdir ki, ümumilikdə mebelin bütün hissələri borclu, yəni onun tərəfindən yığılmış və mebelin qapılarında, çəkməcələrində problem aşkar edilməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iddiaya tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, hər iki tərəf məhkəməyə teleqram ünvanlayaraq, səhhətləri ilə əlaqədar hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, prosesin iştriakları olmadan keçirilməsini xahiş etmişlər. İddiaçı əlavə olaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh, iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-718/21 saylı qətnaməsinə əsasən sözügedən mətbəx mebelinin hazırkı iş üzrə İddiaçı qaytarılması qət edilmişdir. Qətnamənin icrası mərhələsində dəfələrlə cəhd etməsinə baxmayaraq, iddiaçı tərəf mətbəx mebelini qəbul etməkdən imtina edərək, dəyərini tələb etmişlər. Bu səbəbdən, dəfələrlə icra məmuruna, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciətlər ünvanlayaraq, mətbəx mebelinin icra qurumunun saxlanc yerinə yerləşdirilməsini tələb etsə də, müraciətləri cavabsız qalmışdır. Bundan sonra məcbur olub həmin mebeli aylıq 100 manat ödənilməklə Çingiz Həsənov adlı şəxsə saxlanca vermişdir. Bundan başqa, həmin mətbəx mebeli istifadəyə tam yararlı vəziyyətdədir. İddiaçı tərəf mebelin yararsız olduğunu bildirsə də, bu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il aktda mətbəx mebelinin müəyyən hissəsində cızıqlar və qırıntı aşkar edildiyi qeyd edilsə də, həmin qüsurların məhz onun təqsirindən meydana gəlməsi barədə sübutlar mövcud deyil. Digər tərəfdən, birgə nikah münasibətlərində olduqları üç ilə yaxın müddət ərzində həmin mebeldən gündəlik istifadə edildiyindən, sözsüz ki, onun tam yeni vəziyyətdə qalması absurddur və aktda qeyd olunan kiçik qüsurlar həmin vaxt yarana bilərdi. Cavabdeh qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1711/2019 saylı qətnaməsindən və Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanılmış nikahın pozulması qət edilmiş, nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-718/2021 saylı qətnaməsinə əsasən Cavabdeh cavabadeh X3 qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair ilkin iddiası təmin edilərək, X3 məxsus mətbəx mebeli 13 hissə (içi siyirməli), televizor - 1 ədəd Vestel model 32HD-7000, Lüstur - 2 ədəd (qonaq və yataq otağı üçün), Yataq mebelinə daxildir - (1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd qarderob, 1 ədəd güzgülü kamod), qonaq mebelinə daxildir - (6 ədəd oturacaq stulu, 1 ədəd yemək stolu, 1 ədəd güzgülü tamod, 1 ədəd qorka, 1 ədəd televizor altlığı), 1 ədəd taxt döşək, 2 ədəd tək döşək, taxt yorğanı, 2 ədəd tək yorğan, 6 ədəd yastıq, 1 ədəd yorğan dəsti, 2 yan pərdəsi qəhvəyi rəng tül ilə birlikdə, yan pərdəsi qəhvəyi yaşıl rəng tül ilə birlikdə, 1 ədəd yemək servisi; 1 ədəd xrustal vaz; 1 ədəd sadə konfet qabı; 2 ədəd suvenir qabı, 2 ədəd suvenir 2 ədəd lepkalı konfet qabı; 1 ədəd yaşıl rəngli çaynik servisi (6-dəstli); 1 ədəd tort qabı yaşıl rəng (6 ədəd boşqablı); 1 ədəd çəhrayı rəng, şüşə vaz, 6 ədəd armudu stəkan; 6 ədəd bokal; 2 ədəd adyal (yun); 1 ədəd ət maşını; 3 ədəd qazan dəsti, 1 ədəd çaynik dəsti (qırmızı güllü), 1 ədəd böyük xalça (qonaq otağı üçün); 2 ədəd balaca xalça; 1 ədəd bıçaq dəsti; 1 ədəd kofe dəsti (6 ədəd fıncanlı); 12 ədəd qaşıq dəsti; 6 ədəd araq rumkası; 1 ədəd çay servisi (6 ədəd); 7 ədəd aş qaşığı; 24 ədəd qaşıq dəsti (Arshia firması); 6 ədəd zərli bokal; 6 ədəd zərli rumka; 1 ədəd zərli araq rumkası; 6 ədəd yaşıl bakal; 6 ədəd xrustal bakal; 1 ədəd çəhrayı adyal; 1 ədəd termostat samovar; 2 ədəd gecə lampası; 1 ədəd göy rəngli pakrıval; 1 ədəd süfrə ağ rəng; 1 ədəd portmane (kaşelok); 2 ədəd dəsmal; 2 ədəd ev paltarı; 1 ədəd vaza; 3 ədəd podnos; 1 ədəd kosmetika sumkası; 1 ədəd qızıl üzük (kişi üçün); 1 ədəd adyal (yun); 1 ədəd balaca pakrıval; 1 ədəd pokrıval; 1 ədəd kotton (pastel dəsti); yastıq üzü; güllü pastel dəsti; 1 ədəd qırmızı ev çəkələk; 3 ədəd kofta; 1 ədəd şalvar; hamam dəsmalları; döşək yuma; 2 ədəd çanta; 6 ədəd dəsmal; yataq üzü; döşək mitili; mətbəx dəsmalı, mətbəx əşyaları: 2 ədəd 1 ədəd böyük vaz, 2 ədəd ayaq altı xalça (balaca), 1 ədəd şirəçəkən maşın, 1 ədəd su 1 ədəd süpürgə-xəkandaz, 1 ədəd qara paltar, 1 ədəd hamam vedrəsi -cehiz əşyaları Cavabdeh yaşadığı ünvan 5 ünvandakı mənzildən çıxarılması və X3 təhvil verilməsi, X2 Cavabdeh qarşı əmlak tələbinə dair qarşılıqlı iddiası isə qismən təmin edilərək, X3 məxsus olan “Briliyant qaşlı ağ qızıldan kolye komplekt dəsti (bilərzik, sep, sırqa, üzük) - 44.7 qram çəkidə 750 əyarlı, 4917 (dörd min doqquz yüz on yeddi) manat dəyərində İtaliya İstehsalı olan qızıl və briliyant qaşlı nişan üzüyü 2-li - 12 qram çəkidə 750 əyarlı, 1200 (min iki yüz) manat dəyərində İtaliya istehsalı olan qızıl Cavabdeh alınaraq, X3 qaytarılması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. - Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, həmin tarixdə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-718/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il aktdan məlum olur ki, sözügedən icra sənədinə əsasən, aktın tərtib edildiyi tarixə Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, 1-ci Mədən, S.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində mətbəx mebeli X3 təhvil verilməlidir. Sözügedən ünvana baxış keçirən zaman həmin mətbəx mebeli sökülmüş vəziyyətdə evin eyvanında yığılmışdır, mebelin müəyyən hissəsində cızıqlar və müəyyən yerində qırıntı aşkar edilmiş, lakin ümumilikdə mebelin bütün hissələri borclu tərəfindən yığılmış və mebelin qapılarında, çəkməcələrində problem aşkar edilməmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmmiş hallarından məhkəməyə aydın olur ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, lakin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1711/2019 saylı qətnaməsinə əsasən nikahlarının pozulması qət edilmişdir. Daha sonra Cavabdeh cavabadeh X3 qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair ilkin, X1 Rüfət Salman oğluna qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixdə çıxardığı qətnaməyə əsasən, yuxarıda sadalanan cehiz və şəxsi əşyaların Cavabdeh yaşadığı ünvan 8 ünvanından çıxarılması, X3 məxsus qızıl-zinət əşyalarının ona qaytarılması qət edilmişdir. Həmin qətnamədə müəyyən edilmişdir ki, sözügedən mətbəx mebeli Cavabdeh yaşadığı ünvandadır və onun evindən çıxarılmasını xahiş edir. Həmçinin mətbəx mebelinin mövcud və istifadəyə yararlı olduğu müəyyən edildiyindən, iddiaçı Arzu Salamova mətbəx mebelinin dəyərinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, əşya yararsız vəziyyətdə olduğu, yaxud mövcud olmadığı təqdirdə, dəyərinin ödənilməsini tələb edilə bilər. Sabunçu Rayon Məhkəməsininin sözügedən qətnaməsi qanuni qüvvəyə minmişdir. İddiaçı qeyd olunan qətnamənin icrası mərhələsində həmin mətbəx mebelinin yararlığının aradan qalxmasına (əşya üzərində qırıqlar və cızıqlar əmələ gəlməsinə) istinad edərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə, mətbəx mebelində aşkar edilmiş cızıqlar və qırıntıların məhz onun təqsirindən meydana gəlməsi barədə sübutların mövcud olmadığını, eləcə də, qüsurların birgə nikah dövründə həmin mebeldən gündəlik istifadə edilməsi nəticəsində yarana bilməsinin istisna olunmadığını bildirərək, iddianın rədd olunmasını xahiş edir. Belə olan halda, məhkəmə hesab edir ki, sübutetmə yükünə görə hazırkı iş üzrə iddiaçı dəyərini tələb etdiyi mətbəx mebelindəki cızıq və digər aşınma əlamətlərinin məhz cavabdehlə nikahda olub birgə yaşadığı 2016-2019-cu illəri əhatə edən dövrdə deyil, məhz 2019-cu ildən sonra yaranmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əşyanın dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən, ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “əşyanın dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-954/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-954/2023
21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver