Məhkəmə qərarları › İş №e-2(008)-969/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-969/2023

01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-969/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1432.5 (min dörd yüz otuz iki manat, əlli qəpik) manat məbləğində sığorta ödənişinin, 34,33 (otuz dörd manat, otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 1467,23 (bir min dörd yüz altmış yeddi manat, iyirmi üç qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı “Bakı Sığorta" ASC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ii tarixdə Cavabdeh2 məxsus olan, etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh3 verilmiş və hadisə zamanı Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi və “Bakı Sığorta" ASC-də (bundan sonra ASC) icbari sığorta müqaviləsi ilə sığortalanmış “VAZ 2107 minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin və X6 idarə etdiyi “Hyundai İ20 minik" markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Hyundai İ20 minik" markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Tovuz RPŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 yolnəqliyyat hadisəsi baş verən zaman “VAZ 2107 minik" markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün “Bakı Sığorta“ ASC tərəfindən 1432.5 (min dörd yüz otuz iki manat, əlli qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, PBA********** saylı icbari sığorta müqaviləsinin surətindən müəyyən olunur ki, “VAZ 2107 minik“ markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti xx.xx.2022-ci il tarixdən 12 (on iki) ay müddətinə "icbari sığorta“ qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş “elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, hadisə baş verən vaxt “VAZ 2107 minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsus olmuş və mülkiyyətçi tərəfindən etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh3 sahibliyinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, hadisə baş verən vaxt Cavabdeh1 Ehtibar oğlu avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. İddia ərizəsinə əlavə edilmiş əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair 12 sentyabr 2022-ci il tarixli aktdan və xx.xx.2022-ci il tarixli, 1761/2022 saylı sığorta aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində '‘Hyundai İ20 minik” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2865 (iki min səkkiz yüz altmış beş) manat məbləğində müəyyən edilmişdir. Sığorta aktına əsasən hər iki avtomobilin sürücüsünün yol-nəqliyyat hadisəsinin törədilməsinə görə mülki məsuliyyəti yarandığından ödənilməli olan sığorta ödənişinin məbləği 1432.5 (min dörd yüz otuz iki manat, əlli qəpik) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, “Hyundai İ20 minik” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1432.5 (min dörd yüz otuz iki manat, əlli qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/4725 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1432.5 (min dörd yüz otuz iki manat, əlli qəpik) manat məbləğində sığorta ödənişinin 3 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydadan tələb edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1432.5 (min dörd yüz otuz iki manat, əlli qəpik) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən müştərək qaydada tələbetmək hüququna sahib olmuşdur. Bundan başqa, hesab edir ki, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutulmalıdır. Bununla bağlı bildirir ki, 34,33 (otuz dörd manat, otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir, cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Cavabdeh3 mülkiyətində olan “VAZ 21007 minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri 4 saylı notariat ofisində mülki etibarnamə əsasında almışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə qeyd olunan avtomobili Bakı şəhəri 17 saylı notariat ofisində mülki etibarnamə əsasında Cavabdeh1 satmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən aldığı iddia ərizəsindən sonra ona məlum olmuşdur ki, "xxxx" ASC tərəfindən avtomobilin sahibi Cavabdeh3, Cavabdeh2 və hadisəni törədən Cavabdeh1 qarşı subroqasiya qaydasında 1432.5 (min dörd yüz otuz iki) manat məbləğində pul tələbinə dair müştərək qaydada mülki iddia qaldırmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21007 minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtonəqiliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində X6 idarə etdiyi ** KP *** dövlət qeydiyyat nişanlı “HUNDAİ İ20 minik” markalı avtonəqiliyyat vasitəsinə zərər vurmuşdur. Həmin hadisəni araşdıran Tovuz RPŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 idarə etdiyi “VAZ 21007 minik” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Bu faktla bağlı Cavabdeh1 yol nəqliyyat hadisəsində təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. "xxxx" ASC-nin ona qarşı qaldırdığı iddia əsassızdır. Belə ki, qeyd olunan “VAZ 21007 minik” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh3dur. Qeyd olunan avtomobili o, xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında Cavabdeh1 satmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7377/2022 saylı mülki iş üzrə "xxxx" ASC-nin ona münasibətdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, xx.xx.2021 – xx.xx.2022-ci il tarixədək dövlət qeydiyyat nişanlı ** GX *** minik markalı, "VAZ 21074", istehsal ili 2001 avto nəqliyyat vasitəsi "xxxx" ASC-də icbari siğorta ilə siğortalanmışdır. Sığorta məbləği avtonəqliyyat vaistəsinə dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. - AD 170356 nömrəli X2 Şəhadətnaməsinin surətindən görünür ki, ** GX *** minik markalı, “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 mülkiyyətindədir. - X3 verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan 0 GX 847 minik markalı, “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2, Cavabdeh2 isə sözü gedən avtomobili Cavabdeh1 süücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və digər səlahiyyətləri üzrə etibarnamə vermişdir. - 1761/22 nömrəli, PBA-822/22 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Tovuz rayonunda baş vermiş yol-nəqliyyət hadisəsi zamanı Vaz 21074 markalı 10GX847 dövlət qeydiyyat nişanlı avtomobilin Hundai İ20 markalı 90KP520 dövlət qeydiyyat nişanlı avtomobilə toqquşması nəticəsində Hundai İ20 markalı 90KP520 dövlət qeydiyyat nişanlı avtomobilə 2865 manat maddi ziyan dəymişdir. Hər iki avtomobilin sürücüsünün mülki məsuliyyəti yarandığından zərərin 50 faiziyəni 1432.50 manat olan hissəsi Vaz 21074 markalı 10GX847 dövlət qeydiyyat nişanlı avtomobilin siğortaçısı Bakı Siğorta ASC tərəfindən Hundai İ20 markalı 90KP520 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə ödənilməsi qərara alınmışdır. - AB 604520 nömrəli X2 Şəhadətnaməsinin surətindən görünür ki, ** KP *** minik markalı, “Hyundai İ 20” dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. - Əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Tovuz rayonunda baş vermiş yol-nəqliyyət hadisəsi zamanı Hundai İ20 markalı 90KP520 dövlət qeydiyyat nişanlı avtomobilə 2865 manat ziyan dəymişdir. - xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə Cavabdeh1 və X6 əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, X1 və Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Tovuz RPŞ-nin, X11 Bölməsinə göndərilmişdir. Sözügedən qərardan müəyyən edilir ki, hadisə baş verən zaman Cavabdeh1 avtomobili idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamışdır. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1432.5 manat məbləğində pul vəsaiti X5 hesabına ödənilmişdir. - "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvanaladığı BS-S-22/4725 nömrəli, xx.xx.2022-ci il tarixli Geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, 5 gün müddətində göstərilən məbləği qaytarmağı xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 məxsus olan, etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh3 verilmiş və hadisə zamanı Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi və “Bakı Sığorta" ASC-də icbari sığorta müqaviləsi ilə sığortalanmış “VAZ 2107 minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin və X6 idarə etdiyi “Hyundai İ20 minik" markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Hyundai İ20 minik" markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. "xxxx" ASC tərəfindən zərər dəyən avtomobillərin mülkiyyətçisinə siğorta məbləğinə münasibətdə dəymiş zərərin bir qismi ümumilikdə 1432.5 manat məbləğində sığorta ödənişi ödənilmişdir. "xxxx" ASC zərərçəkmiş şəxslərə ödənilmiş 1432.5 manat məbləğində pul vəsaitini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh1 yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, hadisəni törədən zaman iddiaçı "xxxx" ASC-də icbari siğorta ilə siğortalı olan avtomobili idarə edən şəxs Cavabdeh1 avtomobil idarə etmək hüququ olmadığından, iddiaçının zərərçəkmiş şəxsə ödəmiş olduğu 1432.5 manat məbləğində pul vəsaitini Cavabdeh1 geri tələb etmək hüququ yarandığından iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh2, Cavabdeh3dan müştərək qayada pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, vurulan zərərə görə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 məsuliyyət daşımır. Belə ki, hadisədən əvvəl avtomobilin mülkiyətçisi olan Cavabdeh3 “VAZ 2107 minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 adına, Cavabdeh2 isə Cavabdeh1 avtomobilə sərəncam vermək hüququna dair etibarnamə vermiş olduğu halda, Cavabdeh1 sürücülük hüququ olmadan sözügedən avtomobili idarə etmişdir. Belə vəziyyətdə Mülki Məcəllənin 1108.2-ci maddəsinin göstərişi tətbiq edilməlidir. Həmin maddənin məzmumunda göstərilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Belə olan halda Cavabdeh1 etibarnamə üzrə avtomobil idarə etmək hüququ olan sənədi olmadan sözügedın avtomobili idarə etməməli olduğu halda, lakin bunu etməmiş, avtomobili qanunsuz olaraq idarə etmişdir. Bundan əlavə Cavabdeh1 34.33 (otuz dörd manat, otuz üç qəpik) manat dövlət rüsumu, 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1432.5 (bir min dörd yüz otuz iki manat, əlli qəpik) manat məbləğində pul və 34.33 (otuz dörd manat, otuz üç qəpik) manat dövlət rüsumu, 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar