Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-10/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi, zirzəminin əvvəlki vəziyyətə qaytarılması və zirzəmiyə giriş qapısının açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi, zirzəminin əvvəlki vəziyyətə qaytarılması və zirzəmiyə giriş qapısının açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4-cü mənzilin təmiri üçün 4500 (dörd min beş yüz) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, binanın bünövrəsinə və bərkidilməşinə çəkilmiş 800 (səkkiz yüz) manat xərcin, "xxxx"-dən mənzilə dəymiş zərərin bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar alınmış rəyə görə ödənilmiş 450 (dörd yüz əlli) manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 600 (altı yüz) manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 103,50 (bir yüz üç manat 50 qəpik) manat dövlət rüsumunun, cəmi 8453,50 (səkkiz min dörd yüz əlli üç manat əlli qəpik) manat məbləğində pulun, o cümədən Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4-cü mənzilin zirzəmisin girişin məhdudlaşdırılması məqsədilə hörülmüş daş maneənin sökülməsi, kəsilmiş taxta arakəsmələrin bərpası və zirzəminin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi, ev 9, mənzil 4-də yerləşən mənzil mərhum atası İ qrup X15 əlili olduğu üçün ona Prezident tərəfindən bağışlanmışdır. Atası isə uzun müddət müharibənin fəsadlarından əziyyət çəkdiyi üçün doğulduğu şəhərə Naxçıvana müalicə olunmaq üçün qayıtmış və orada vəfat etmişdir. Hələ sağlığında mərhum atası qeyd olunan mənzili ona bağışlamışdır. Nəzərə çatdırır ki, ona və qonşuya məxsus 5 saylı mənzilin altında zirzəmi vardır. Həmin zirzəmidə su və kommunikasiya xətləri yerləşir, ora giriş isə mənzilin texniki pasportunda göstərildiyi kimi ona məxsus anbarın arxasındadır. Belə ki, qonşuluqda olan ofis sahibi Cavabdeh2 səlahiyyətli nümayəndəsi Cavabdeh3 ofisə su axıntısı olduğunu deyərək qapını açmağa bacısından xahiş etmişdir. Orada su xətlərinin təmiri adı ilə zirzəmidə qeyri-qanuni qazıntı işləri apararaq evin bünövrəsini boşaltmış, bu da azmış kimi üç qonşunun o cümlədən mülkiyyətində olan mənzilin bünövrəsinə də xeyli ziyan vurmuşdur. Nəticədə onun mənzilində və digər mənzillərdə çatlar yaranmışdır. Etdikləri azmış kimi binaya bitişik 15 saylı Uşaq Poliklinikasının bünövrəsini qazaraq oradan da xeyli torpaq çıxartmış, göstərilənlərlə kifayətlənməyərək evin polklinikaya tərəf divarını kəsmiş, arxa qapı yaratmış, sonra qonşunun yataq otağının altına xeyli ziyan vuraraq ofisdən zirzəmiyə qapı açmışdır. Bundan sonra zizəminin tavanındakı taxtaları kəsmiş, mənzillərin döşəməsində silkələnmə yaratmışdır. Bu hadisələr o, Bakı şəhərində olmadığı dövrdə, xaricdə müalicə aldığı dövrdə baş vermişdir. O, Bakı şəhərinə qayıtdıqdan sonra evdə çatların əmələ gəldiyini və hər gündə artdığının şahidi olmuşdur. Bununla əlaqədar evə usta dəvət etmişdir. Usta çatların əmələ gəlmə səbəbi kimi isə evin bünövrəsinin boşaldıldığı ilə əlaqələndirmişdir. Bundan sonra o, dərhal qeyd olunanlarla bağlı 46 saylı MİS-nin rəisi Məmməd Əliyevi məlumatlandırmışdır. O, evə baxış keçirmiş, o cümlədən qeyri-qanuni qazıntının video görüntülərini çəkmişdir. O, 46 saylı Mənzil İstismar sahəsi ilə yanaşı Səbail Rayon 8-ci Polis Bölməsinə, Səbail Rayon Prokurorluğuna, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya, Səbail Rayon Mənzil Təsərrüfat Birliyinə qeyd olunanlarla bağlı məlumatlandırmışdır. Fövəlada Hallar Nazirliyinin “112” çağrı mərkəzinə zəng vurmuşdur. Lakin, X8 nümayəndəsi kimi özünü təqdim edən Cavabdeh3 dərhal bərkitmə işlərinə başlayaraq zirzəmini əvvəlki vəziyyətinə gətirəcəyinə, mənzillərdə bərpa-təmir işlərini edəcəyinə söz verdiyinə görə o, şikayətlərindən imtina etmişdir. O, şikayətlərindən imtina etdikdən sonra Cavabdeh2 sözünün üstündə durmayaraq bərkitmə işlərinin həyata keçirilməsindən və mənzillərin təmirindən imtina etmişdir. O, Cavabdeh3 dövlət orqanlarının müraciətlərini və ona verdiyi sözü xatırlatsa da o, ona “Nə istəyirsən elə” və. s kimi sözlərlə cavablar vermişdir. O, da məcbuiyyət qarşısında müxtəlif orqanlara yenidən müraciət etməli olmuşdur və Səbail Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olaraq vəziyyətin nə dərəcədə təhlükəli və acınacaqlı olduğunu, hər an mənzilin başlarına uçacağını bildirmişdir. Bundan sonra Səbail Rayon İcra Hakmiyyətinin Başçısı Tikintidə X4 Agentliyinə təcili məktub ünvanlanmasına göstəriş vermişdir. Lakin, bilərəkdən məktubda ödənişə zəmanət verilməmişdir. Buna görə də Tikintidə X4 Agentliyi buna görə də Səbail Rayon İcra Hakimiyətinə geri ünvanlamışdır. Səbail Rayon İcra Hakimiyyətinin bilərəkdən belə bir vəziyyətdə çox vaxt itkisinə yol verildiyini gördüyü üçün özü vətəndaş kimi Agentliyə ərizə vermişdir. Agentlik tərəfindən mənzilə baxış keçirilsə də zirzəmiyə baxış keçirilməsi mümkün olmamışdır. Çünki Cavabdeh2 qeyri-qanuni və qanunsuz göstərişinə əsasən zirzəmiyə giriş daşla hörülmüşdür. Halbuki onlar illərdir ki, həmin zirzəmidən istifadə etmişlər. Oradan mənzillərinin su və kanalizasiya xətləri keçir. Mənzilin bünövrəsində yaranmış boşluq nəticəsində hər gün evdə çatlar böyüyür. Şikayətlərinə baxılmamasından ilhamlanan cavabdeh tərəf orada yenidən qazıntı və söküntü işlərinə başlamışdır. Qeyd edir ki, hal-hazırda mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4-cü mənzilinə dəymiş maddi ziyan "xxxx" MMC Qiymətləndirmə Təşkilatı tərəfindən aparılmış hesablamalara görə 4500 (dörd min beş yüz) təşkil edir. O cümlədən o, cavabadehlərin hüquqa zidd əməlləri barədə əsəb, stress və mənəvi sırsıntılar keçirmişdir. Hesab edir cavabdehlər ona mənəvi ziyana görə də 2000 (iki min) manat ödəməlidirlər. O, məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə 04 avqust 2022 tarixli, 1151 saylı hüquqi yardım haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq 600 (altı yüz) manat ödəniş etmişdir. Hesab edirlər ki, həmin pul məbləği də cavabdeh tərəfdən tutularaq ona ödənilməlidir. İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 istifadəsində olan sahələri 17,2 kv.m və 23,6 kv.m olan otaqların arasındakı arakəsmə divar öz yerində tikilərək bərpa edilməsi və binanın dayanıqlığının təmin edilməsi üçün 17,2 kv.m, 11,2 kv.m və 23,6 kv.m olan 1 və 2 saylı otaqlarda 4 ədəd pəncərəli hissənin əsas yükdaşıyan divardan sökülərək açılan qapı boşluğu tikilərək əvvəlki vəziyyətinə qaytarılması, sahələri 17,2 kv.m və 23,6 kv.m olan 1 və 2 saylı otaqlarda yaradılan yeni antresal mərtəbədəki qapı boşluğu əsas yükdaşıyan divarlarda sökülərək açıldığı üçün bağlanması, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4 saylı mənzilin tərkib hissəsi olan sahəsi 43,0 kv.m zirzəminin giriş qapısı su xətlərinə nəzarət və onların təmiri üçün açılması və zirzəminin havalandırmasının təmin edilməsi, görüləcək bütün bərkitmə bərpa işləri mütəxəssislərin nəzarəti altında aparılaraq binanın dayanaqlığına yaradılan təhlükəli hallar təcili aradan qaldırılması və zirzəmidə kəsilən taxtaların yenisi ilə əvəz edilərək öz əvvəlki vəziyyətinə gətirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4-cü mənzilin təmiri üçün 4500 (dörd min beş yüz) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, binanın bünövrəsinə və bərkidilməsinə çəkilmiş 800 (səkkiz yüz) manat xərcin, "xxxx"dən mənzilə dəymiş zərərin bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar alınmış rəyə görə ödənilmiş 450 (dörd yüz əlli) manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 600 (altı yüz manat) manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 103,50 (bir yüz üç manat 50 qəpik) manat dövlət rüsumunun, cəmi 8453,50 (səkkiz min dörd yüz əlli üç manat əlli qəpik) manat məbləğində pulun da cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair növbəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 istifadəsində olan sahələri 17,2 kv.m və 23,6 kv.m olan otaqların arasındakı arakəsmə divar öz yerində tikilərək bərpa edilməsi və binanın dayanıqlığının təmin edilməsi üçün 17,2 kv.m, 11,2 kv.m və 23,6 kv.m olan 1 və 2 saylı otaqlarda 4 ədəd pəncərəli hissənin əsas yükdaşıyan divardan sökülərək açılan qapı boşluğu tikilərək əvvəlki vəziyyətinə qaytarılması, sahələri 17,2 kv.m və 23,6 kv.m olan 1 və 2 saylı otaqlarda yaradılan yeni antresal mərtəbədəki qapı boşluğu əsas yükdaşıyan divarlarda sökülərək açıldığı üçün bağlanması, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4 saylı mənzilin tərkib hissəsi olan sahəsi 43,0 kv.m zirzəminin giriş qapısı su xətlərinə nəzarət və onların təmiri üçün açılması və zirzəminin havalandırmasının təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4 saylı mənzilin zirzəmidə kəsilən taxtaların yenisi ilə əvəz edilərək öz əvvəlki vəziyyətinə gətirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, görüləcək bütün təmir, bərkitmə və bərpa işləri Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən tərtib olunacaq layihə və mütəxəssis rəyinə uyğun və onların nəzarəti altında həyata keçirilməsi, o cümlədən layihə-smetanın hazırlanmasına və tərtib olunmasına çəkiləcək bütün xərclər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Səbail Rayon İcra Hakimiyyətindən tutulması, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4-cü mənzilin təmiri üçün 4500 (dörd min beş yüz) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, binanın bünövrəsinə və bərkidilməsinə çəkilmiş 800 (səkkiz yüz) manat xərcin, "xxxx"-dən mənzilə dəymiş zərərin bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar alınmış rəyə görə ödənilmiş 450 (dörd yüz əlli) manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 600 (altı yüz) manat, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin TTNDA-nın “Azərdövlətsənayelayihə” DLİ tərəfindən texniki baxışın və rəyin verilməsi üçün 05 dekabr 2023-cü il tarixli, 23/78 №-li müqavilə üzrə ödənilmiş 696 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 103,50 (bir yüz üç manat 50 qəpik) manat dövlət rüsumunun, cəmi 9149,50 (doqquz min yüz qırx doqquz manat əlli qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Səbail rayon İcra Hakimiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri (Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti): qaldırılan məsələ ilə bağlı ərizəçi Səbail Rayon İcra Hakimiyyətində qəbul edilmiş və ona müvafiq izahatlar verilmişdir. Eləcə də sözügedən ünvana yerində baxış keçirilməsi, səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış, məktubun surəti isə vətəndaşa göndərilmişdir (əlavə olunur). Qeyd edirlər ki, məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məktubla vətəndaşa tövsiyə olunmuşdur. Sonradan vətəndaş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən 2(009)-1937/2022 saylı işin materialları üzrə məhkəmə tikinti-texniki ekspertizası, "tikinti-texniki obyektlərin tədqiqi" təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/8041 nömrəli Ekspert Rəyi verilmişdir. Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi, 9 saylı evin 4 və 6 saylı mənzilləri üzrə tədqiqat aparılmış və mənzillərə ekspert tərəfindən baxış keçirilmişdir. Tikililərin ölçüləri dəqiqləşdirilmiş, tikililərin faktiki vəziyyəti ilə həmin mənzilə dair eskiz layihə arasında uyğunsuzluğun olub-olmaması, mənzildə hər hansı bir zədələnmə mövcuddursa, bu halların yaranmasının texniki səbəbi, tavanın taxtaları kəsilmişdirmi, su xətlərinin yeri dəyişdirilmişdirmi, dəymiş zərər aparılmış tikinti- təmirbərpa işləri nəticəsində yarana bilərdimi, dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsi, dəymiş zərərin aradan qaldırılması üçün hansı həcmdə və məbləğdə təmirtikinti işləri aparılmalıdır, mənzilin üzərində olan mərtəbə ilkin plan-eskiz nəzərə alındıqda hər hansı bir dəyişikliyə məruz qalmışdırmı kimi məsələlər təhlil edilmişdir. Belə ki, iş üzrə materiallardan məlum olmuşdur ki, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nəzdində Daimi fəaliyyət X1 üzvləri tərəfindən Cavabdeh2 məxsus olan 6 saylı mənzilə dair M-153-091 nömrəli, xx.xx.2017-ci il tarixdə rəy tərtib edilmiş və həmin rəy Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 126 saylı, 18 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Həmin Rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli, Seriya ÖM 247108 saylı X6 rayonu, Q.Abbasov küçəsi, ev 9, 6 saylı mənzil Cavabdeh2 mülkiyyətindədir. Komissiyanın əməkdaşları tərəfindən yerində ölçmə zamanı məlum olmuşdur ki, Səbail rayonu, Q.Abbasov küçəsi, 9 saylı evin 6 saylı mənzili 215,7 kv.metrdir, mənzil qonşu mənzillərdən təcrid olunmuş, ayrıca giriş-çıxış mövcuddur, mənzildən qeyriyaşayış sahəsi kimi istifadə olunmasına şərait vardır. Ekspert baxışı zamanı tədqiq olunmuş mənzillərin yerləşdiyi binanin uzun müddət istismar olunduğu, cavabdehə məxsus olan tikililərin iddiaçıya məxsus mənzilin alt mərtəbəsində yerləşdiyi müşahidə edilmişdir. İddiaçıya məxsus mənzilə ekspert baxış zamanı, həmin mənzilin sahəsi 16,5 kv.m. olan tikilisinin divarlarında və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların olduğunun müşahidə edildiyi qeyd edilmiş və göstərilmişdir ki, bu halların yaranmasının texniki səbəbi isə tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablaşmalar aparılmaqla müəyyənləşdirilə bilər. Ekspert tərəfindən cavabdehə məxsus mənzilə baxış keçirilərkən mənzilin tikililərində tavanda olan üzlük taxtanın kəsildiyi, lakin yükgötürücü taxtanın kəsilmədiyi müəyyən edilmişdir. Cavabdehin mənzilində su xətlərinin divarın kənarı ilə çəkildiyinin müşahidə edildiyi, su xətlərinin yerinin dəyişdirilməsinin müəyyən edilməsi ilə bağlı isə həmin mənzillərin yerləşdiyi binanın layihəsi, eləcə də kommunikasiya xətlərinin layihəsi olmadığından 6 saylı mənzildə su və kanalizasiya xətlərinin yerinin dəyişdirilibdəyişdirilməməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdır. Həmçinin cavabdehə məxsus 6 saylı mənzilin birinci mərtəbəsində yerləşən sahələri 44,4 kv.m. və 36,3 kv.m. olan tikililər arasında layihə göstərilmiş 3 ədəd qapı boşluğunun faktiki olaraq bağlanmış vəziyyətdə olduğu, ikinci mərtəbədə yerləşən sahələri 5,7 kv.m. və 6,6 kv.m. olan tikililər arasında faktiki mövcud olan qapı boşluğunun plan sxemdə öz əksini tapmadığı, sahəsi 44,4 kv.m. olan tikilinin daxilində arakəsmə divar inşa olunmaqla həmin tikilinin iki hissəyə bölünmüş vəziyyətdə olduğu, sahələri 44,4 kv.m. və 36,3 kv.m. olan tikililər arasında layihə göstərilən iki ədəd qapı boşluğunun bağlanmış vəziyyətdə olduğu, sahələri 3,5 kv.m. və 3,6 kv.m. olan tikililərə açılan qapıların bağlanmış vəziyyətdə olduğunun müəyyən edildiyi qeyd olunmuşdur. Ekspert tərəfindən cavabdehin mənzilində yükdaşıyan konstruksiyalara hər hansı müdaxilə halının olmadığını, açılmış qapı boşluğu olan divarın iddiaçıya məxsus mənzilin divarından 12 metr məsafədə yerləşdiyini, eləcə də həmin tikililərin iddiaçıya məxsus mənzilin tikilinin alt hissəsində yerləşmədiyindən, tədqiq olunan 4 saylı mənzilin tikilisində mövcud olan qüsurların 6 saylı mənzildə aparılmış işlər nəticəsində yaranması üçün xarakterik olmadığı göstərilmişdir. İddiaçının Səbail Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"na əsasən dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması və sair bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdən ibarətdir. Bildirirlər ki, tikinti işlərinin təsdiq olunmuş layihə əsasında aparılmasına nəzarət Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən həyata keçirilir. İddiaçı tərəfindən iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmadığından hazırkı iddia Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamalıdır və bu barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Qeyd edirlər ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi ev 9 ünvanında yerləşən yaşayış binasında texniki baxış işlərinin aparılması və rəy bildirilməsi məqsədilə RİH tərəfindən aidiyyəti üzrə FHN Tikintidə X4 Agentliyinə xx.xx.2021-ci il tarixli, 2/10-B-97-149 saylı məktubla rəsmi müraciət edilmişdir. Məktubun surəti vətəndaş İddiaçı göndərilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi, zirzəminin əvvəlki vəziyyətinə qaytarılması və zirzəmiyə giriş qapısının açılması" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, cavabdeh tərəf ekspert rəyləri arasında ziddiyət mövcud olduğunu bildirir, lakin FHN tərəfindən mütəxəssis rəyi tərtib edilmişdir. İlk dəfə mütəxəssis rəyi olmadan ekspert rəyi tərtib olunmuşdur. İkinci dəfə isə FHN tərəfindən mütəxəssis rəyi tərtib edilmişdir. Ekspert qarşısında çatların yaranması səbəbi barədə sual qoyulmuşdur. Ərazi nümayəndəsi tərəfindən məktubla qeyri-qanuni qazıntı işlərinin aparılması və qonşular arasında mübahisənin olması öz əksini tapmışdır. Zirzəmiyə məxsus hissədə hansı əsasla qazıntı işlərinin aparılması müəyyən deyil. Su xətləri ilə bağlı hər hansı qəza baş versə, həmin sahəyə girişin bağlı olması su xətlərinə müdaxilə etmək imkanını məhdudladırır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, o, ixtisasca inşaatçıdır. İşlər aparılanda onlar maraqlı olmuşlar ki, həm onlara, həm də binaya ziyan dəyməsin. Oradan ancaq tikinti tullantılarını çıxarmışlar, iddiaçının mənzilinin altından ümumiyyətlə torpaq qazılıb çıxarılmamışdır. Öz sahələrindən iddiaçının zirzəmi adlandırdığı sahəyə kiçik bir keçid var, oranın yeri qazılmış, lakin sonradan narazılıq yarandığı üçün həmin yer doldurulmuşdur. Ancaq inşaat tulantıları çıxarılmışdır. Oranı almaq istəsəydilər qonşularla danışıb alardılar, buna görə qəzalı vəziyyətin yaradılmasına ehtiyac yoxdur. Su xəttlərini dəyişdirmişlər, çünki çuqun su xətləri köhnə idi, iylənirdi, onlar plastmas su xətləri ilə əvəz etmişlər. İddiaçının zirzəmi adlandırdığı yer qanuni əsaslarla onların istifadəsinə verilib, o sahə zirzəmi deyil, onların mülkiyyətində olan sahənin ikinci mərtəbəsində yerləşir. Bundan başqa, iddiaçının ustaya ödənilməsini göstərdiyi 800 manat şişirdilmiş məbləğdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, ekspertin dəvət edilməsi zəruridir. Cavabdehin mənzilində təmir işləri 18-20 il öncə aparılıb. Amma rəydə zirzəmiyə toxunulmur və aidiyyəti olmayan məsələləri cavablandırılır. Bina 1909-cu ildə tikilib, baraktipli bir mərtəbəli tikilidir, buna dair məktubu məhkəməyə təqdim edirəm. Həmin tikilinin tavanı iddiaçının mənzilinə dirənir. Zirzəmiyə ikinci mərtəbədən giriş var, əvvəldən o giriş hissəsi mövcud olub və iddiaçının mənzilinə giriş üçün nəzərdə tutulmayıb. Mütəxəssis rəyi üzərində manipulyasiyadan istifadə olunub və 19-20 il əvvəl olan təmir işlərinə istinad edir. İddiaçının mənzilinin döşəməsi taxtadandır, divarların arası boşdur – iddiaçının mənzili müayinə edilməlidir, dəymiş ziyan zirzəmidə aparılan təmir işləri ilə əlaqəsi yoxdur. Ekspert 6 saylı mənzilin daxilində olan alçipanla bölünmüş sahəni zirzəmi kimi qeyd etmişdir. Səbail Rayon İHB-nın əmlakın təyinatının dəyişdirilməsi barədə layihəsində də mənzilin planı öz əksini tapmış, həm cizgilərlə yoxlasalar, iddiaçının mənzilinin altına 6 saylı mənzilin üçdə bir hissəsi aiddir. Alçipan üzlükdür, kəsinti hissədə üzlüyə aiddir, həmin üzlüyü bərkitmək üçün dəmir duracaqdan istifadə edilmişdir. Binaya müdaxilə edilməmişdir. Birinci verilən rəylə ikinci verilən rəy arasında ziddiyyət var. Təmraz tərəfindən mənzil alınan zaman mənzilin texniki pasportu da artıq mövcud idi. 6 saylı mənzili yanlış olaraq 4 saylı mənzilin zirzəmisi kimi qeyd etmişlər. Zirzəmi deyilən sahə isə cavabdehə verildikindən sonra cavabdeh müəyyən təmir işlərini aparıb, qapı açılıb. Həmin hissə iddiaçının zirzəmisinə aid deyil, digər qonşunun mənzilinin alt hissəsinə aiddir. X10 orada yaşayıb, ondan icazə alaraq zirzəmidə olan tullantıları oradan çıxarmışlar. Oranın dərinləşdirilmə işləri aparılmamışdır. Əgər aparılsa idi, sahənin hündürlüyü artardı. Divarlarda sarsıntı, zədə olmamışdır. Yükdaşıyıcı konstruksiyalara toxunulmayıb, kəsilməyib, sadəcə üzlük (alçipan) divarın üzərinə vurulmuş və əksinə bərkidilməsi üçün iddiaçının zirzəmi dediyi sahəyə taxtalar vurulub. Atmalar kəsilməmişdir. Üzlük 30-40 sm kəsilmişdir. Həyətdən giriş olan qapı bağlanılmışdır ki, mənzilə giriş olmasın, zibil və tullantılar oraya toplanılmasın. Su xətləri barədə nöqsan yoxdur, onlar yenilənmiş, köhnə su xətləri idi. 1909-cu ildə tikilən binadır barak tipli, divarlar doldurmadır, hörmə deyil. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin 07 fevral 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi X12 iddiaya etiraz edərək bildirmişdir ki, sərəncamın verilməsindən öncə aidiyyəti hüquq müəyyənedici sənədlər tələb edilir, Cavabdeh2 mülkiyyətində olan mənzil ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin nəzdində olan daimi fəaliyyət göstərən idarələr (komissiya) tərəfindən verilmiş rəy əsasında sərəncam qəbul olunub, Cavabdeh2 hansı tələblərə riayət etməli olması barədə göstərişlər öz əksini tapıb. Ekspert rəyi ilə tanış deyiləm. Etirazı məhkəməyə təqdim etmişik, etirazı müdafiə edirik, Səbail rayon İcra Hakimiyyətinin cavabdeh qismində cəlb edilməsi əsassızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır. Hazırki məsələ onunla Faiq müəllim arasında yaranmış məsələdir. Atası X15nin birinci qrup əlili idi, onun sağlığında hava alması üçün evin qarşısında balkonun açılması ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə müraciət etdilər, onlara bildirdilər ki, orada mövcud olan mənzilin mülkiyyətçisindən bu məsələ üçün icazə alınmalıdı. Qapı qonşuları Nəzakət ona dedi ki, qardaşı Faiq müəllimi tanıyır, həmin icazəni almaq üçün kömək etdi, Faiq müəllimlə danışdırlar, Faiq müəllimgilin mənzilinin üzərində balkonun düzəldilməsinə icazə verdilər. Dəmirləri quraşdırıb, balkonla bağlı işləri gördülər, bu məsələ 2008-ci ildə baş vermişdir. Aşağıda Faiq müəllimgilin obyektidir. Digər tərəf isə zirzəmiyə təsadüf edir. Qonşu Nəzakət bildirmişdir ki, Faiq onun qardaşına deyib ki, ola bilsin gələcəkdə zirzəmiyə əşya yığıb istifadə edəcəklər. O da etiraz etmədi, çünki onlar da onlara balkon quraşdırmağa icazə vermişdirlər. Amma bildirir ki, həmin vaxt Faiq müəllimi şəxsən görməmişdi. Üstündən 10 il keçəndən sonra Faiq müəllim ona bildirdi ki, həmin zirzəmini zibildən təmizləyib istifadə edəcək və xahiş etdi ki, zirzəmidən çıxan digər qapıdan bu işləri görsün, çünki obyektdə həmin vaxtda icarəçi var idi – o da etiraz etmədi. Ola bilsin ki, 10 maşın zibil, palçıq oradan təmizləndi. Orada heç bir konstruksiya ilə bağlı işlər aparılmayıb, ancaq su trubaları və kanalizasiya sistemi yeniləndi. İddiaçının mənzilinin döşəməsi adi taxtadandır. İddiaçının evinin divarının qalınlığı bir metrdir və çay daşlarından tikilib. Faiq müəllim həmin divardan 30-40 santimetr aralı döşəmədə bir metrlik dərinliyində bir dairə qazdı ki, bünövrəyə baxsın. Ona bu barədə bildirəndə demişdir ki, düzəldəcək, ancaq elə də qaldı. 2020-ci ilin fevralın axırına qədər O, 30 il ərzində Sədaqət xanımla (iddiaçı ilə) birlikdə yaşayıb. Martın 3, 5-i qızının qayınanası dünyasını dəyişəndən sonra qızının evinə köçdü. 2020-ci ilin yay və ya payız ayları idi (o, orada yaşamırdı artıq) bu məsələ qalxanda onu dəvət etdi ki, evdə çatlar var, ustanı dəvət edib, təmir işləri aparılmalıdır. Sədaqət düşünürdü ki, həmin çatlar aşağıda olan işlərə görə yaranıb. O, malyarla danışanda ona bildirdi ki, divarda eroziyaya uğrayan hissələr var, şkatur torpağa çevrilib, əgər divarın bu vəziyyətində o işləri etsələr divarda 2-3 il sonra yeni çatlar əmələ gələcək. Onlar uzun illərdi “İran peçi” ilə evi qızdırırdılar. O, oboy işlətməmişdir, emulsiya çəkilmişdir, sonra çatlar əmələ gəldi. O, təmiri 2007-ci ildə etmişdi, həmin vaxt da onun öz ustası bildirmişdi ki, divara yeni sement vurmasa, birbaşa şpaklyovka vursa, divarda yeni çatlar əmələ gələcək. Həmin ildə, yəni 2007-ci ildə çat əmələ gəlmişdir. Bundan başqa, eşitdiyimə görə Sədaqətin ustası zirzəmidə təmirbərkidilmə işləri aparıb, hesab edirəm ki, bunun əvəzi ona ödənilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, tərəflər qonşularıdır. Mənzilinin nömrəsi 2-dir. Evində çatlar mövcuddur. Onların evi keçmiş at saxlama yeri olmuşdur. Qarşı tərəfin qazıntı işləri aparanda onlardan nəfəslikdən şlanqlar keçirilmişdir. Zirzəmidə və Cavabdeh3 tərəfindən nə işlər aparıldığını içəridə görməmişdir. Amma torpaq 6 saylı mənzildə yırtıqdan çıxarılmışdır. Sol tərəfdəki nəfəslik iddiaçının evinin altına çıxır. Həmin nəfəslikdən onların su xətti keçir, orada dəmir su xətləri partlamışdı, cavabdehlər təmir edib plastmas xətlərlə əvəz etmişlər. Daha sonra bir həftə ərzində iki dəfə maşınla torpaq çıxarıldığını görmüşdür. 6 saylı mənzil onun evinin altına düşmür. Evin yaşı çoxdur. O, 1990-cı ildən orada yaşayır, evini təmir etmişdir. Evin üstü qır idi, təmir etmişdir. Əvvəl evinin divarında çat yox idi, amma indi var. Torbaların içində aparırdılar, torbaların ağzı açıq olanda içərisində torpaq olduğunu görmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, yerində müayinə edərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya ÖM № 247108 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 9, mənzil 6 xx.xx.2005-ci il tarixdən Cavabdeh2 adına qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi, ev 9, mənzil 4 xx.xx.2013-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. - Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin nəzdində daimi fəaliyyət X1 xx.xx.2017-ci il tarixli, M-153-091 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli, Seriya ÖM 247108 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Səbail rayonu, Q.Abbasov küçəsi, ev 9, 6 saylı mənzil Cavabdeh2 mülkiyyətindədir. Komissiyanın əməkdaşları tərəfindən yerində ölçmə zamanı məlum olmuşdur ki, Səbail rayonu, Q.Abbasov küçəsi, 9 saylı evin 6 saylı mənzili 215,7 kv.metrdir, mənzil qonşu mənzillərdən təcrid olunmuş, ayrıca giriş-çıxış mövcuddur, mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına şərait vardır. Komissiyanın rəyinə əsasən ünvan 4 ünvanda yerləşən vətəndaş Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 215.7 kv.m olan mənzil qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. - Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 126 saylı, 18 sentyabr 2017-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nəzdində daimi fəaliyyət X1 xx.xx.2017-ci il tarixli, M-153-091 nömrəli rəyi təsdiq edilmiş, ünvan 4 ünvanda yerləşən vətəndaş Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 215.7 kv.m olan mənzil qeyriyaşayış sahəsinə keçirilmişdir. - Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısının istifadədə olan tikinti obyektlərinin mövcud vəziyyətdə istismarına dair 2018-ci il tarixli İcazə adlanan sənədindən görünür ki, təqdim edilmiş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 2018-ci il tarixində Cavabdeh2 tikinti obyektinin istismarına icazə verilmişdir. - 24 yanvar 2022-ci il tarixli İddiaçı və usta X13 tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı tərəfindən usta X9 zirzəmidə görülmüş işlərə görə cəmi 800 manat pul ödənilmişdir. - "xxxx" MMC-nin 05 iyul 2022-ci il tarixli MB 15/0684 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsində yerləşən 9 saylı evin, 4 saylı mənzilə dəymiş zərərin xx.xx.2022-ci il tarixinə hesablanmış bazar dəyəri 4500 manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin 04 iyul 2022-ci il tarixli 873820 nömrəli qəbzindən görünür ki, İddiaçı tərəfindən 450 manat mədaxil edilmişdir. - E-manat ödəniş sisteminin 04 avqust 2022-ci il tarixli 28043 nömrəli qəbzindən görünür ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 600 manat mədaxil edilmişdir. - “Azərdövlətsənayelayihə” DLİ–nin müqavilə qiymətinin razılaşma protokolundan görünür ki, texniki baxışın və rəyin verilməsi üçün müqavilə qiyməti 590 manat təşkil edir. - Səbail rayon İcra Hakimiyyəti başçısının 2 №li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 1-356 saylı cavab məktubundan görünür ki, 46 saylı MKİS-dən aldıqları məktub əsasında Q.Abbasov küç. ev 9. m. 4-ün sakini İddiaçı yaşadığı mənzilə baxış keçirilmiş, qonşu tərəfindən zirzəminin bünövrəsində qeyri-qanuni qazıntı işləri aparılan zaman həmin ünvanda çatlar əmələ gəlmişdir. Bu məsələ ilə əlaqadər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi zirzəmi problemi ilə əlaqədar olaraq iki qonşu arasında mülki mübahisəyə səbəb olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2023-cü il tarixli 10/8041 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsində yerləşən 9 saylı evin, 4 saylı mənzilinin sahəsi 16,5 kv.m olan tikilisinin konstruktiv elementləri üzərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların olduğu müəyyən edilir. Aşkar edilmiş qüsurların yaranmasının texniki səbəbi tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. Bakı şəhəri, Səbail rayonu, X16 küçəsində yerləşən 6 saylı mənzilin tikililərində tavanda olan yalnız üzlük taxtanın kəsildiyi, mənzilin birinci mərtəbəsində yerləşən sahələri 44,4 kv.m və 36,3 kv.m olan tikililər arasında layihə göstərilmiş 3 ədəd qapı boşluğunun faktiki olaraq bağlanmış vəziyətdə olduğu, ikinci mərtəbədə yerləşən sahələri 5,7 kv.m və 6,6 kv.m olan tikililər arasında faktiki mövcud olan qapı boşluğunun plan sxemdə öz əksini tapmadığı, sahəsi 44,4 kv.m olan tikilinin daxilində arakəsmə divar inşa olunmaqla həmin tikilinin iki hissəyə bölünmüş vəziyətdə olduğu, sahələri 44.4 kv.m və 36.3 kv.m olan tikililər arasında layihədə göstərilən iki ədəd qapı boşluğunun bağlanmış vəziyyətdə olduğu, sahələri 3.5 kv.m və 3.6 kv.m olan tikililərə açılan qapıların bağlanmış vəziyyətdə olduğu müyyən edilir. Tədqiq olunan 6 saylı mənzildə su xətlərinin yerinin dəyişdirlməsinin müəyyən edilməsi ilə bağlı qeyd olunur ki, mülki iş materiallarında həmin mənzillərin yerləşdiyi binanın layihəsi, eləcə də kommunikasiya xətlərinin layihəsi olmadığından 6 saylı mənzildə su və kanalizasiya xətlərinin yerinin dəyişdirilib dəyişdirilməməsini müəyyən etmək mümkün olmadı. Cavabdehə məxsus 6 saylı mənzildə yükdaşıyan konstruksiyalara hər hansı bir müdaxilə halı olmadığından və yalnız taxta üzlüklər kəsildiyindən, qapı boşluğu açılan divar iddiaçıya məxsus mənzilin divarından 12 metr aralı məsafədə yerləşdiyindən, eləcə də həmin tikililər iddiaçıya məxsus mənzilin tikililərin alt hissəsində yerləşmədiyindən, tədqiq olunan 4 saylı mənzildə mövcud olan qüsurların 6 saylı mənzildə aparılmış işlər nəticəsində yaranması ücün xarakterik olmadığı müəyyən edilir. Bu səbəbdən də dördüncü sualda gostərilən məsələ üzrə tədqiqat aparılmadı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli 10/3361 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsində yerləşən 9 saylı evin 4-cü mənzilin sahəsi 16,5 kv.m olan tikilisinin konstruktiv elementləri üzərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların olduğu müəyyən edilmişdir. Bu halların yaranmasının texniki səbəbi, həcmi və aradan qaldırılması üçün tələb olunan məbləğ tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X16 küçəsində yerləşən 9 saylı evin 6-cı mənzilinin üzərində yerləşən mərtəbədən (onun istifadəsində olan sahədə - iddiaçının mənzilinin aşağı mərtəbəsində yerləşən zirzəmidə) su xətlərinin divarın kənarı ilə çəkildiyi müəyyən edilmişdir. Çəkilmiş su xəttlərinin hazırki vəziyyəti, çəkilmə istiqaməti və forması, eləcə də İddiaçı mənzilindən keçən su xəttlərinin yerləşmə vəziyyəti nəzərə alınarsa iddiaçıya münasibətdə suyun axıntısına mənfi təsir göstərib-göstərməməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 18 dekabr 2023-cü il tarixli 3-18-2/2-11508/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi 9 saylı ünvanda yerləşən yaşayış evinin 1-ci mərtəbəsindəki 4 saylı mənzilə keçirilən vizual baxış zamanı mənzilin əsas yükdaşıyan divarlarında - divar birləşmələrində, qapı və pəncərə boşluqları ətrafında müxtəlif ölçülü və istiqamətli olmaqla çatlar yaranmışdır. Fiziki cəhətdən köhnəlmiş yaşayış evinin 4 saylı mənzilində yaranmış çatlara səbəb zirzəmi sahəsindəki aparılan yenidənqurma işləridir. Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi 9 saylı ünvanda yerləşən yaşayış evinin zirzəmi mərtəbəsində Cavabdeh2 istifadəsində olan sahədə yenidənqurma işlərinin aparıldığı müşahidə edildi. Belə ki, zirzəmi sahəsində təqdim olunmuş cizgilərdən fərqli olaraq sahələri 17,2 və 23,6 m² olan 1 nömrəli otaqlarda yeni antresol mərtəbənin yaradılması, sahəsi 23,6 m² otağın əsas yükdaşıyan divarında yeni 2 qapı boşluqlarının (2 səviyyə üzrə - antresol və əsas mərtəbədə) açılması, sahələri 17,2; 11,2 və 23,6 m² sahələri olan 1 və 2 saylı otaqlarda olan 4 ədəd pəncərəaltı hissənin (əl ilə yonulmuş düzgün formalı əhəng daşından) sökülərək qapı boşluğuna çevrilməsi və sahələri 17,2; 11,2 və 23,6 m² olan 1 və 2 saylı otaqlarda isə arakəsmə divarlarının sökülməsi və zirzəmi mərtəbəsində torpaq qatının çıxarılaraq (qazıntı işləri) mərtəbə hündürlüyünün çoxaldılması müşahidə edildi. Bu suallar inşaat konstrukstorunun səlayihətlərinə aid olmadığından tərəfimdən cavablandırılmır. - Səbail rayon Sukanal idarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi 9 saylı ünvanda yerləşən 4 saylı mənzilin altındakı zirzəmidə yerləşən su və kanalizasiya xətərinə, cümlədən suyun axıntısına baxış keçirmək mümkün olmamışdır. Belə ki, zirzəmidə yerləşən su və kanalizasiya xətləri ümumi dəhlizin altından keçərək mənzilə bitişik əlavə tikilmiş anbarda yerləşir. Su və kanalizasiya xətlərinin hazırki vəziyyətinə, çəkiliq istiqamətinə baxış keçirmək cəhdi uğursuz olmuşdur. Buna səbəb zirzəminin giriş qapısının məhdudlaşdırılması və anbardakı xətlərin məişət əşyaları və torpaqla dolu kisələrlə bağlı olduğu olmuşdur. - Səbail rayon Sukanal idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi 9 saylı ünvanda yerləşən 6 saylı mənzilində su xətləri müvafiq qaydada araşdırılmışdı. Yoxlama zamanı binanın zirzəmi hissəsində su və kanalizasiya xətləri divara qədər olan hissədə gözlə görsənir və fəaliyyətində hər hansı nöqsan aşkar olunmadı. (zirzəmidə borular açıq görsəndiyi üçün zərurət yaranarsa müdaxilə etmək mümkündür) Mənzil daxilində də su xətləri gözlə görsənir. Binanın zirzəmi hissəsində tikinti dəyişikliyinin su xətlərinin fəaliyyətinə hər hansı təmiri qeyd olunmadı. - Səbail rayon Sukanal idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi 9 saylı ünvanda yerləşən 6 və 4 saylı mənzillərinin daxili su və kanalizasiya xətlərinə əməkdaşları tərəfindən yerində müvfiq qaydada baxış keçirilmiş, araşdırmalar zamanı binanın zirzəmi hissəsində su və kanalizasiya xətlərinin zirzəminin tavanı ilə divara qədər açıq şəkildə borularla fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Divardan sonrakı hissədə su və kanalizasiya xətlərini müşahidə etmək mümkün olmamışdır. Bu günki gündə zirzəmidəki möxcud su və kanalizasiya xətlərinin fəaliyyətində və istismar olunmasında hər hansı nöqsanlar aşkar olunmamışdır və fəaliyyəti qənaətbəxşdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2024-cü il tarixli 10/5948 nömrəli ekspert rəyinin qərardadın İİ və İV sualları üzrə nəticə hissəsindən görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin "Azərdövlətsənayelayihə" DLİ-nun möhürü ilə təsdiq olunan mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi 9 saylı ünvanda yerləşən yaşayış evinin 1-ci mərtəbəsindəki 4 saylı mənzilə keçirilən vizual baxış zamanı mənzilin əsas yükdaşıyan divarlarında, divar birləşmələrində qapı və pəncərə boşluqları ətrafında müxtəlif ölçülü ve istiqamətli olmaqla çatlar yarandığı müəyyən edilmişdir. Fiziki cəhətdən köhnəlmiş yaşayış evinin 4 saylı mənzilində yaranmış çatlara səbəb zirzəmi sahəsindəki yenidənqurma işləridir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin "Azərdövlətsənayelayihə" DLİ-nun möhürü ilə təsdiq olunan mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsində yerləşən 9 saylı ünvanda yerləşən yaşayış evinin zirzəmi mərtəbəsində Cavabdeh2 istifadəsində olan sahədə yenidənqurma işlərinin aparıldığı müəyyən edilmişdir. Belə ki, zirzəmi sahəsində təqdim olunmuş cizgilərdən fərqli olaraq sahələri 17,2 ve 23,6m 2-olan 1 nömrəli otaqlarda yeni antresol mərtəbənin yaradılması, sahəsi 23,6 m 2 otağın əsas yükdaşyan divarında yeni 2 qapı boşluqlarının (2 səviyyə üzrə - antresol ve əsas mərtəbədə) açılması, sahələri 17,2; 11,2 ve 23,6 m 2 sahələri olan 1 ve 2 saylı otaqlarda olan 4 ədəd pəncərəaltı hissənin (əl ilə yonulmuş düzgün formalı əhəng daşından) sökülərək qapı boşluğuna çevrilməsi və sahələri 17,2; 11,2 və 23,6 m 2 olan 1 və 2 saylı otaqlarda isə arakəsmə divarlarının sökülməsi və zirzəmi mərtəbəsində torpaq qatının qazılaraq mərtəbə hündürlüyünün çoxaldılması müəyyən edilmişdir. Qəraradın İİİ sualı üzrə nəticə hissəsindən görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin "Azərdövlətsənayelayihə" DLİ-nun möhürü ilə təsdiq olunan mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsin 9 saylı evin 4-cü mənzilində müəyyən edilmiş qüsurların səbəbi Cavabdeh2 istifadəsində olan zirzəmi sahəsindəki aparılan yenidənqurma işləridir. Qərardadın V sualı üzrə nəticə hissəsindən görünür ki, Səbail rayonu, X16 küçəsi 9 saylı ünvanda yerləşən yaşayış evinin 1-ci mərtəbəsindəki 4 saylı mənzilə keçirilən vizual baxış zamanı mənzilin əsas yükdaşıyan divarlarında, divar birləşmələrində, qapı və pəncərə boşluqları ətrafında müxtəlif ölçülü və istiqamətli olmaqla çatlar yaranmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən müvafiq layihə tərtib olunmaqla həmin yaşayış binasının əsas yükdaşıyan divarlarında müvafiq bərpa-gücləndirilmə işləri aparılmalıdır. Bərpagücləndirmə işlərinə çəkiləcək xərcin dəyəri müvafiq layihə hazır olduqdan sonra müəyyən edilə bilər. Səbail rayonu, X16 küçəsi 9 saylı ünvanda yerləşən yaşayış evinin 1-ci mərtəbəsindəki 4 saylı mənzildə vizual baxış zamanı müəyyən olunan qüsurların aradan qaldırılması üçün görülməli olan təmir işlərinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3747,0 manat məbləğində müəyyən edilir. Qəraradın Vİ sualı üzrə nəticə hissəsindən görünür ki, "İri Şəhərlərin Birləşmiş Su Təhçizatı Xidməti" X20 Səbail Rayon Sukanal Ídarəsinin xx.xx.2024-cü il tarixli, 3-53-3-9/2-399/2024 №-li mütəxəssis rəyinə əsasən, Neftçi Qurban küçəsi 9 saylı binanın 6 saylı mənzilində su xəttləri müvafiq qaydada araşdırılmış, yoxlama zamanı binanın zizrəmi hissəsində su və kanalizasiya xəttləri divara qədər olan hissədə gözlə görsəndiyi və fəaliyyətində hər hansı nöqsan aşkar olunmadığı müəyyən olunmuşdur. (zirzəmidə borular açıq görsəndiyi üçün zərurət yaranarsa müdaxilə etmək mümkündür). Mənzil daxilində də su xətləri gözlə görsəndiyi müəyyən olunmuşdur. Binanın zirzəmi hissəsində tikinti dəyişikliyinin su xətlərinin fəaliyyətinə hər hansı təsiri qeyd olunmamışdır. - 46 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, MKİS-də olan məlumata əsasən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 9 saylı ev 1909-cu ildə inşa edilmişdir. - 24 yanvar 2025-ci il tarixində yerində müayinə zamanı 6 saylı mənzilə və ona birləşdirilmiş zirzəmi adlandırılan sahəyə baxış keçirilərək müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi 9 saylı ünvanda yerləşən yaşayış evinin 6 saylı mənzilinə giriş paralel küçədən olmaqla, mənzil girişdən və bir mərtəbədən ibarət olmuş, tavan hündür olduğundan yeni antresol mərtəbə yaradılmaqla mənzil iki mərtəbəyə çevrilmişdir. Cavabdeh2 tərəfindən öz mənzilinin antresol mərtəbəsindən həmin zirzəmi adlanan sahəyə qapı açılmışdır. Qapıdan sonra zirzəmi adlanan sahəyə uzanan dar keçid, keçiddən sonra isə iki otağın olması müəyyən edilmişdir. Qapı açılan hissə və onun qarşısındaki sahə, eləcə də ilk otağın digər qonşunun mənzilinin altında, dibikinci otağın isə iddiaçının mənzilinin altında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin müşahidə edilmişdir ki, həmin yaşayış evinin 4 saylı mənzilinə münasibətdə zirzəmi sayılan mərtəbəsində - Cavabdeh2 istifadəsində olan sahədə yenidənqurma işləri aparılmışdır. Əsaslandırıcı hissə: İşin materiallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 9-da yerləşən 6 saylı mənzil xx.xx.2005-ci il tarixdən Cavabdeh2, mənzil 4 isə xx.xx.2013-cü il tarixdən İddiaçı mülkiyyəti kimi adlarına qeydiyyata alınmışdır. İddiaçının dəlillərinə əsasən ona və qonşuya məxsus 5 saylı mənzilin altında zirzəmisində su və kommunikasiya xətləri yerləşir, Cavabdeh2 səlahiyyətli nümayəndəsi Cavabdeh3 ofisə su axıntısı olduğunu deyərək qapını açmağa bacısından xahiş etmiş, orada su xətlərinin təmiri adı ilə zirzəmidə qeyri-qanuni qazıntı işləri apararaq evin bünövrəsini boşaltmış, üç qonşunun o cümlədən mülkiyyətində olan mənzilin bünövrəsinə də xeyli ziyan vurmuşdur. Nəticədə onun mənzilində və digər mənzillərdə çatlar yaranmışdır. Cavabdeh tərəf iddiaya etiraz edərək zirzəminin cavabdehə verildiyindən sonra müəyyən təmir işlərini apararaq, qapının açılmasını, həmin hissənin isə iddiaçının zirzəmisinə aid deyil, digər qonşunun mənzilinin alt hissəsinə aid olmasını, həmçinin də Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 126 saylı, 18 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş, Cavabdeh2 məxsus olan 6 saylı mənzilə dair verilmiş M-153-091 nömrəli, xx.xx.2017-ci il tarixli rəyə əsasən 6 saylı mənzili qonşu mənzillərdən təcrid olunmuş, ayrıca giriş-çıxış mövcuddur, mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına şərait vardır. Buna görə də mülkiyyətində olan ümumi sahəsi 215.7 kv.m olan mənzil qeyri-yaşayış sahəsinə keçirilmişdir. Göründüyü kimi, hazırki mübahisə cavabdehlər tərəfindən qanunsuz olaraq qazıntı işləri aparılması, arakəsmələrin götürülməsi, qapının açılması və göstərilənlər nəticəsində də iddiaçının mülkiyyətində olan mənzildə çatlar əmələ gəlməsi nəticədə mənzilin qəzalı vəziyyətə düşməsinin iddia olunmasından ibarətdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, vurulması ehtimal edilən zərərin aradan qaldırılmasını (dəymiş zərərin ödənilməsi və s. formada) tələb etmək hüququ yalnız hüququ pozulmuş şəxsə məxsusdur. İşin materiallarından görünür ki, iddiaçı cavabdehin zirzəmi adlanan qeyri-yaşayış sahəsində apardığı təmir və tikinti işləri nəticəsində mənzilində iddiasında sadaladığı qüsurların yaranmasını, bununla da mülkiyyət hüquqlarının pozulduğu üçün cavabdehlərin ona maddi və mənəvi ziyan vurmasını iddia edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 6 saylı mənzil 2005-ci ildən Cavabdeh2 mülkiyyətində olmaqla, həmin binanın 4-cü mənzilinin iddiaçıya atası tərəfindən bağışlandığı andan, yəni 2013-cü ildən onun həmin mənzillə bağlı subyektiv hüququ yaranmışdır. Tərəflərin izahatlarından və işin materiallarından da görünür ki, mənzillərin altında zirzəmi adlanan qeyri-yaşayış sahəsi mövcuddur və oradan da su və kanalizasiya xətləri keçir. Həmçinin, işin materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə təsdiq edilmiş İcra Hakimiyyətinin nəzdində daimi fəaliyyət X1 xx.xx.2017-ci il tarixli, M-153-091 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən vətəndaş Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 215.7 kv.m olan mənzil qeyri-yaşayış sahəsinə keçirilmişdir. İddiaçının mənzilinə münasibətdə zirzəmi olduğu iddia edilən sahə cavabdehə verildikdən sonra sonuncu tərəfindən müəyyən təmir işləri aparılaraq, öz mülkiyyətində olan 6 saylı mənzillə həmin sahə arasında qapı açılmışdır. Həmin hissə iddiaçının mənzilinin altında olan zirzəmi sahəsinə deyil, digər qonşunun mənzilinin alt hissəsinə aiddir. Hazırda iddiaçı cavabdehin zirzəmi adlanan qeyri-yaşayış sahəsində apardığı təmir və tikinti işləri ilə onun mülkiyyətində mənzilində qüsurların yaranmasını, bununla da mülkiyyət hüquqlarının pozulduğu üçün vurulan maddi və mənəvi ziyanı tələb edir. Məhkəmə iddianın dəlillərinin əsaslılığını yoxlmaq və yaranmış mübahisənin obyektiv həlli baxımından ilk növbədə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısında 1) iddiaçının mülkiyyətində olan 4 saylı mənzilində hər hansı bir zədələnmə, o cümlədən çatlar, tavandakı alçıpanın divaradan aralanması, mənzilin döşəməsində əyilmələr və s. bu kimi halların mövcudluğu, əgər mövcuddursa bu halların yaranmasının texniki səbəbin nə olması 2) cavabdehin istifadəsində olan 6-cı mənzilin üzərində yerləşən mərtəbədə (onun istifadəsində olan sahədə iddiaçının mənzilinin aşağı mərtəbəsində yerləşən zirzəmidə) təmir-bərpa-tikinti işləri aparılmıbaparılmaması, aparılmışdırsa, hansı işlərin görülməsi, tavanın taxtaları kəsilib-kəsilməməsi, su xəttlərinin yerinin dəyişdirilib-dəyişdirilməməsi,3) 4-cü mənzilə dəymiş zərər zirzəmidə aparılmış təmir-bərpa-tikinti işləri nəticəsində yarana bilməsi, 4) 4-cü mənzilə dəymiş zərərin həcminin və məbləğinin müəyyən edilməsi, dəymiş zərərin aradan qaldırılması üçün hansı həcmdə və məbləğdə təmir-tikinti işləri aparılmalı olması, 5) 4-cü mənzilin zirzəmisi, Cavabdeh2 istifadəsində olan 6-cı mənzilinin üzərində yerləşən mərtəbə (onun istifadsəində olan sahə) ilkin plan eskiz nəzərə alındıqda hər hansı bir dəyişikliyə (qapının yeri və s. hissələrdə) məruz qalıb-qalmaması kimi suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2023-cü il tarixli 10/8041 nömrəli ekspert rəyi məhkəmə tərəfindən təqdid olunarkən əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilməsi zərurəti yaranmış və bu dəfə ekspertiza qarşısına 4-cü mənzilə mövcud zərərin həcmi və məbləğinin müəyyən edilməsi, dəymiş zərərin aradan qaldırılması üçün hansı həcmdə və məbləğdə təmir-tikinti işləri aparılmalı olması, eləcə də, 6-cı mənzilin üzərində yerləşən mərtəbədə (onun istifadəsində olan sahədə - iddiaçının mənzilinin aşağı mərtəbəsində yerləşən zirzəmidə) çəkilmiş su xəttlərinin hazırki vəziyyəti, çəkilmə istiqaməti və forması, eləcə də 4-cü mənzildən keçən su xəttlərinin ykerləşmə vəziyyəti nəzərə alınarsa iddiaçıya münasibətdə suyun axıntısına və s. hallara mənfi təsir göstərə bilməsi kimi suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli 10/8041 nömrəli ekspert rəyi məhkəmə tərəfindən təqdid olunarkən təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edilməsi zərurəti yaranmış və bu dəfə ekspertizanın Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin və "xxxx" ASCnin mütəxəssisələri cəlb edilməklə ekspertizanın qarşısına 1) 4-cü mənzildə hər hansı bir zədələnmə, o cümlədən çatlar, qüsurların mövcudluğu, əjər mövcuddursa bu halların yaranmasının texniki səbəblərinin nə ola bilməsi, 2) 6-cı mənzilin üzərində yerləşən mərtəbədə (onun istifadəsində olan sahədə - iddiaçının mənzilinin aşağı mərtəbəsində yerləşən zirzəmidə) təmirbərpa-tikinti işləri aparılıb-aparılmasın, aparılmışdırsa, hansı işlərin görülməsi, tavanın taxtaları kəsilməsi və s. 3) 6-cı mənziln üzərində yerləşən mərtəbədə (caabdehin istifadəsində olan sahə) ilkin plan eskiz nəzərə alındıqda hər hansı bir dəyişikliyə ( qapının yeri və s. hissələrdə) məruz qalıb-qalmaması, 4) 4-cü mənzildə müəyyən edilmiş qüsurların cavabdehin istifadəsində olan zirzəmidə edilmiş dəyişiklikrə və aparılmış təmir-bərpa tikinti işləri ilə səbəbli əlaqəsinin olubolmaması, 5) əlaqəsi olduğu halda 4-cü mənzilə dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsi, dəymiş zərərin aradan qaldırılması üçün hansı həcmdə və məbləğdə təmir-tikinti işlərinin aparılmalı olması, 6) 6-cı mənzilin üzərində yerləşən mərtəbədən (onun istifadəsində olan sahədə iddiaçının mənzilinin aşağı mərtəbəsində yerləşən zirzəmidə) çəkilmiş su xəttlərinin hazırki vəziyyəti, çəkilmə istiqaməti və forması, eləcə də 4-cü mənzildən keçən su xəttlərinin ykerləşmə vəziyyəti nəzərə alınarsa iddiaçıya münasibətdə suyun axıntısına və s. hallara mənfi təsir göstərə bilməsi kimi suallar qoyulmuşdur. İşin materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2024-cü il tarixli 10/5948 nömrəli ekspert rəyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 18 dekabr 2023-cü il tarixli 3-18- 2/2-11508/2023 nömrəli mütəxəssis rəyi nəzərə alınmaqla verilmişdir. İşin materiallarından daha sonra müəyyən edilir ki, iddiaçı tərəf sonuncu rəy veriləndən sonra tələbini əsasən həmin rəylə müəyyən edilmiş əsaslara istinadən dəqiqləşdirmişdir. Məhkəmə dəqiqləşdirilmiş tələb üzrə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər və hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, mülki işin materialları ilə cavabdehin iddiaçının zirzəmi adlandırdığı sahədə apardığı təmir və yenidənqurma işlərinin iddiaçının xüsusi mülkiyyətində olan mənzilinin bünövrə hissəsinə aid olduğu müəyyən edilmişdir. Məhkəmə tərəflərin eyni binada mülkiyyətləri olmaqla qonşu olmalarını vurğulumaqla yanaşı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2-ci maddəsinə görə isə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Göründüyü kimi, qonşu təsirinə dözmək vəzifəsi qanunla müəyyən olunmuşdur. Qeyd olunan normalarda hədsiz təsir anlayışı açıqların və təsirlərin mümkün dərəcəsi müəyyənləşdirilir. Belə konkretləşdirmənin hüquqi əhəmiyyəti məhz ondadır ki, mümkünlük həddində olan təsirlərə qonşu dözməlidir. Qonşuya gedən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və digər oxşar amillərin yaratdığı təsirlər aşağıdakı hallarda yolverilən (dözümlü) hesab edilir. - qonşuya öz sahəsindən istifadə etməyə maneəçilik törətmədikdə; - qonşunun hüququnu əhəmiyyətsiz dərəcədə pozduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 215.7 kv.m olan mənzil qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq hüquqmüəyyənedici sənədlər olsa da, tərəfindən zirzəmi adlandırılan sahədəki aparılan yenidənqurma işləri nəticəsində yaşayış evinin 4 saylı mənzilin əsas yükdaşıyan divarlarında - divar birləşmələrində, qapı və pəncərə boşluqları ətrafında müxtəlif ölçülü və istiqamətli olmaqla çatlar yaranmasına səbəb olması işdə olan mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq edilmişdir. Sözügedən ekspert rəyinə əsasən Səbail rayonu, X16 küçəsi 9 saylı ünvanda yerləşən yaşayış evinin 1-ci mərtəbəsindəki 4 saylı mənzildə vizual baxış zamanı müəyyən olunan qüsurların aradan qaldırılması üçün görülməli olan təmir işlərinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3747,0 manat məbləğində müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı sonuncu ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair cavabdeh tərəfin dəlilləri ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, sözügedən rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin maddi zərər məbləği ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından bu hissədə mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddələri baxımından yanaşılmalıdır. Belə ki, sadalanan normaların tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər (maddə 1115.). Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Beləliklə, yalnız yuxarıda göstrərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalrını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayılır. Məhkəmə iddianın maddi ziyanla bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mənzillərə münasibətdə binanın əsas yükdaşıyan divarlarında yaranmış qüsuarla bağlı qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Araşdırma zamanı Cavabdeh2 yuxarıda sadalanan hərəkətləri ilə iddiaçıya maddi ziyan vurulması arasında səbəbli əlaqənin olması müəyyən edildiyi üçün iddia yalnız bu hissədə, yəni Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən tərtib edilmiş müvafiq layihə alınmaqla Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4-cü və 6-cı mənzillərinə münasibətdə binanın əsas yükdaşıyan divarlarında bərpa-bərkitmə (gücləndirmə) işlərinin Cavabdeh2 öz hesabına aparılmasının ona həvalə edilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 6-cı mənzili 2005-ci ildən Cavabdeh2 mülkiyyətindədir və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nəzdində daimi fəaliyyət X1 xx.xx.2017-ci il tarixli, M-153-091 nömrəli rəyi ilə onun mülkiyyətində olan ümumi sahəsi 215.7 kv.m olan mənzil qeyriyaşayış sahəsinə keçirilmişdir. Başqa sözlə, 4 saylı mənzil iddiaçının xüsusi mülkiyyətinə keçən dövrə qədər (2013-cü il) 6 saylı mənzillə bağlı aparılmış işlər və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin İdarələrarası Komissiyanın xx.xx.2017-ci il tarixli, M-153-091 nömrəli rəyinin təsdiq edilməsinə dair sərəncamın qəbulundan sonrakı vaxtda zirzəmi ilə əlaqədar görülən işlərə dair (9 saylı evin 4-cü və 6-cı mənzillərinə münasibətdə binanın əsas yükdaşıyan divarlarında yaranmış çatlar istisna olmaqla) iddiaçının tələb irəli sürməyə sübyektiv hüququ olmamışdır. Belə olan halda iddia sahələri 17,2 kv.m və 23,6 kv.m olan otaqların arasındakı arakəsmə divarın öz yerində tikilərək bərpa edilməsi və binanın dayanıqlığının təmin edilməsi üçün 17,2 kv.m, 11,2 kv.m və 23,6 kv.m olan 1 və 2 saylı otaqlarda 4 ədəd pəncərəli hissənin əsas yükdaşıyan divardan sökülərək açılan qapı boşluğu tikilərək əvvəlki vəziyyətinə qaytarılması, sahələri 17,2 kv.m və 23,6 kv.m olan 1 və 2 saylı otaqlarda yaradılan yeni antresal mərtəbədəki qapı boşluğu əsas yükdaşıyan divarlarda sökülərək açıldığı üçün bağlanması, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4 saylı mənzilin tərkib hissəsi olan sahəsi 43,0 kv.m zirzəminin giriş qapısı su xətlərinə nəzarət və onların təmiri üçün açılması və zirzəminin havalandırmasının təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4 saylı mənzilin zirzəmidə kəsilən taxtaların yenisi ilə əvəz edilərək öz əvvəlki vəziyyətinə gətirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi hissələrində əsaslı sayıla və təmin edilmə bilməz. Məhkəmə, göstərilən nəticəyə gələrkən Səbail rayon Su Kanal İdarəsinin “binanın zirzəmi hissəsində su və kanalizasiya xəttləri divara qədər olan hissədə gözlə görsəndiyi və fəaliyyətində hər hansı nöqsan aşkar olunmamasına, zirzəmidə boruların açıq görsəndiyi üçün zərurət yaranarsa müdaxilə etməyin mümkünlüyü, binanın zirzəmi hissəsində tikinti dəyişikliyinin su xətlərinin fəaliyyətinə hər hansı təsirinin qeyd olunmamasına dair” rəyini də nəzərə almışdır. Məhkəmə iş üzrə dindirilmiş şahid ifadələrinə də qiymət verərək onların ifadələrində verilən məlumatların iddiaçının tələbinin əsaslandığı hallar üzrə əsasən eynilik təşkil etməsini qeyd edir və bu ifadələrin hazırki iş üzrə iddia tələblərinin tam təmin edilməsi üçün hüquqi əsas verməməsi nəticəsinə gəlir. Belə ki, şahid Tərifə Bayramova iddiaçının bacısı olmaqla əsasən onun tələbinin əsaslandığı hallarla yanaşı cavabdehin də mövqeyindən çıxış edərək onların zirzəmi adlanan sahənin faktiki zəbt etməmələlərini və aparılan müəyyən işlərin onlarla razılaşmalarını göstərmişdir. Digər şahid isə qonşu olmaqla iddiaçı ilə birlikdə imzaladıqları aktların məzmununa oxşar ifadə versə də ifadəsi iddiaçının tələbinin əsaslandığı hallar üzrə onun maraq və mənafeyi üzərində qurulmuşdur. Məhkəmə, tələbin Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4-cü mənzilin təmiri üçün 4500 (dörd min beş yüz) manat tutulması hissəsinin qismən, ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə, yəni, 3747 manat məbləğində Cavabdeh2 tutulmasını məqsədəuyğun sayır. Məhkəmə həmçinin 24 yanvar 2022-ci il tarixli İddiaçı və usta X13 tərəfindən tərtib edilmiş akta əsasən sonuncuya zirzəmidə görülmüş işlərə görə cəmi 800 manat pul ödənilməsi ilə bağlı tələbinə qiymət verərək hesab edir ki, cavabdeh bu faktı, yəni iddiaçının təmir-bərkidilmə işləri ilə bağlı iddiaçının usta gətirməsini inkar etməsə də, usta xərcinin göstərilən məbləğdə olmasına etiraz etməsi çəkilən xərclə bağlı iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Məhkəmənin qənaətinə görə cavabdeh bu xərcin tələb olunan məbləğdə olmasını təkzib edə bilmədiyi üçün məhkəmə təqdim edilmiş akt əsasında iddiaçı tərəfindən təmir-bərkidilmə işlərinə çəkilmiş xərc, yəni 800 (səkkiz yüz) manat Cavabdeh2 tutulmalıdır. Məhkəmə iddia tələblərinə qiymət verməkdə davam etməklə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qanunvericiliyin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın” müddəalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu həmin qərarla məhkəmələrə tövsiyə etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İddiaçı tərəf cavabdehin hərəkətlərinə görə məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Məhkəmə, iddiaçının könüllü müraciəti əsasında mənzilə dəymiş zərərin bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar "xxxx"-dən alınmış rəyə görə ödənilmiş 450 (dörd yüz əlli) manatın cavabdehdən tutulmasını da mümkün saymır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbləri cavabdehlər Cavabdeh3 və Səbail rayon İcra Hakimiyyətinə münasibətdə də rədd edilməlidir. Belə ki, iddiaçının mənzillə bağlı hüquqlarının onun mənzilinə münasibətdə əsas yükdaşıyan divarlardakı qüsurlar və bununla bağlı vurulmuş maddi zərərin ödənilməsi hissəsində yalnız 6 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh2 tərəfindən pozulması müəyyən edildiyindən iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı kimi yalnız o, cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən tərtib edilmiş müvafiq layihə alınmaqla Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4-cü və 6-cı mənzillərinə münasibətdə binanın (binanın həmin hissələri üzrə) əsas yükdaşıyan divarlarında bərpa-bərkitmə (gücləndirmə) işləri Cavabdeh2 öz hesabına aparılması ona həvalə edilməli, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4-cü mənzilinə dəyən zərərin əvəzi olaraq 3747 manat, iddiaçı tərəfindən təmir-bərkidilmə işlərinə çəkilmiş xərcin əvəzi olaraq 800 manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 400 manat, “Azərdövlətsənayelayihə” DLİ tərəfindən texniki baxışın və rəyin verilməsi üçün ödənilmiş 596 manat, cəmi 5543 manat məbləğində pul və ödənilmiş dövlət rüsumun 75,23 manat hissəsi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissələrdə təmin edilməməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 200 manatın 150 manat hissəsi Cavabdeh2, 50 manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən tərtib edilmiş müvafiq layihə alınmaqla Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4cü və 6-cı mənzillərinə münasibətdə binanın (binanın həmin hissələri üzrə) əsas yükdaşıyan divarlarında bərpa-bərkitmə (gücləndirmə) işlərinin Cavabdeh2 hesabına aparılması ona həvalə edilsin. Bakı şəhəri, Səbail rayonu, X16 küçəsindəki 9 saylı evin 4-cü mənzilin təmiri üçün 3747 (üç min yeddi yüz qırx yeddi) manat, iddiaçı tərəfindən təmir-bərkidilmə işlərinə çəkilmiş xərcin əvəzi olan 800 (səkkiz yüz) manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, “Azərdövlətsənayelayihə” DLİ tərəfindən texniki baxışın və rəyin verilməsi üçün ödənilmiş 596 (beş yüz doxsan altı) manat, cəmi 5543 (beş min beş yüz qırx üç) manat məbləğində pul və ödənilmiş dövlət rüsumun 75,23 (yetmiş beş manat iyirmi üç qəpik) manat hissəsi Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh2, 50 (əlli) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hes Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-10/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-10/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver