Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1003/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsində 10 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 dekabr 2009-cu il təvəllüdlü X3 və 16 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə 16 dekabr 2009-cu il təvəllüdlü X3 və 16 fevral 2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Uşaqlar artıq böyüyür, gündəlik tələbatları və xərcləri olduqca artmışdır. Bu səbəbdən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh bağ fəhləsi işləyir.Onun əmək haqqısı 475 manat təşkil edir. Cavabdeh alimenti vaxtlı-vaxtında ödəyir. Bundan başqa Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı idisə, iddiaçı onu mübahisələndirə bilərdi. Hazırda isə 8 ay müddət keçdikdən sonra iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi məhz prinsipiallıq nümayiş etdirməsi ilə bağlıdır. İş materiallarından aydın olur ki, Səbail Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(009)-235/2023 saylı qətnaməsinə əsasən 16 dekabr 2009-cu il təvəllüdlü X3 və 16 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı hər uşaq üçün 140 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş övladı iddiaçının himayəsindədir,cavabdehdən tutulan alimentin məbləği iddiaçının uşağının saxlanması üçün artan tələbatlarını ödəmək üçün kifayət etmir. AR Ailə Məcəlləsinin: 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» xx.xx.2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, respublikada 2024-cü il üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmasını və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-235/23 saylı qətnaməsi əsasında cavabdehdən 16 dekabr 2009-cu il təvəllüdlü X3 və 16 fevral 2015-ci il təvəllüdlü X1 üçün tutulan alimentin həcmi artırılaraq, hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan çox olduqda 30 + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nın 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16 dekabr 2009-cu il təvəllüdlü X3 və 16 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 140 manat alimentin həcmi artırılaraq, hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilsin və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilsin. 76,40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən dövlət büdcəsinə xeyrinə tutulsun. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsunm Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1003/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1003/2024
10.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver