Məhkəmə qərarları › İş №e-2(009)-1017/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1017/2025

07.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1017/2025 07.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı hüquqi varisi X1 Cavabdeh ASC-yə qarşı “əmək haqqı və kompensasiya, mənəvi təzminat” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqı və kompensasiya, mənəvi təzminat” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən məcburi iş buraxmaya görə ona ödənilməli olan pulun verilməsi, qanunla nəzərdə tutulan hər günü üçün əmək haqqının azı bir faizi məbləğində ödənişin, əmək haqqının 4 misli dəyərində kompensasiya, işdən azad olunan vaxtdan gecikdirilmiş əmək haqlarınının və mənəvi təzminat olaraq 2000 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqı və kompensasiya, mənəvi təzminat” tələbinə dair mülki iş üzrə İddiaçı hüquqi varisi X3 ilə əvəz edilmişdir. İddianın dəlilləri: həmin müəssisədə uzun illərdir ki, çalışıram və bir dəfə də olsun inzibati məsuliyyətə cəlb olunmamışam, barəmdə heç bir vaxt əmək və icra intizamını pozmamışam. Hazırda işci olaraq qanunsuz işdən cıxarma, qanunsuz işə bərpa , ağır xəstəlikdə olduğu zaman əmr, total olaraq bu qədər pozuntunun bir arada olması məni mənəvi olaraq daha da xəstə vəziyyətinə saldı. .Onkoloji xəstə ola ola, əməliyyatda olduğumum vaxtda qanunsuz işdən azad olunma, səhvlərin bilib qanunsuz işə bərpa əmr ilə AR Əmək Məcəlləsinin müvafiq maddələri kobud şəkildə pozulmuşdur. Xəstə olduğum vaxt belə münasibət mənəvi olaraq məni sarsıtmışdı. Barəmdə müəssisə tərəfindən verilmiş əmr reallığa uyğun olmamaqla yanaşı qanunsuz tərtib olunmuşdur və məhkəmə qaydasında ləğv olunmalıdır. İşəgötürən təşkilat məni işdən azad edərkən, bunun, guya heç bir üzürlü səbəb olmadan işə çıxmamağımı əsas göstərmiş və həmkarlar orqanında heç bir müvafiq araşdırılma aparılmadan hüquqlarım pozulmaqla mənimlə əmək münasibətlərinə xitam vermişdir. Hesab edirəm ki, AR ƏM-nin 74-cü maddəsinin 1 bəndinə əsasən mənim işdən azad olunmağım qanunsuzdur. Hazırkı iddia ilə işəgötürən tərəfindən kobud şəkildə pozulmuş hüquqlarımın bərpa olunmasını istəyirəm və ona görə də məhkəməyə iddia ilə müraciət edirəm. İş üzrə cavabdeh təşkilat qanunsuz olaraq məni işdən azad etməklə bu barədə müvafiq əmr vermiş və yolverilməz sənədləşmə aparmaqla öz əmrini hüquqi əsaslandırmağa çalışmışdır. Cavabdeh təşkilatda işlədiyim dövrdə aldığım əmək haqqının məbləği normal olmuş və qanunsuz olaraq əmək fəaliyyətim dayandırıldığı üçün hazırkı dövrə qədər həmin pul vəsaitindən məhrum olmaqla maddi ziyana uğramışam. Hazırkı, mübahisəli iş üzrə vətəndaş olaraq mənim əmək və ədalətli məhkəmə araşdırılması hüquqlarım müdafiə olunmalı və barəmdə verilmiş əmr məhkəmə tərəfindən qanunsuz olduğu və mənə vurulmuş mənəvi ziyana görə 2000 manat məbləğində pulun ödənilməsi haqqında qətnamə qəbul olunmalıdır. Hazırki, mübahisəli iş üzrə vətəndaş olaraq mənim əmək və ədalətli məhkəmə araşdırılması hüquqlarım müdafiə olunmalı və barəmdə verilmiş qanunsuz əmrlə kobud şəkildə pozulmuş hüquqlarımın bərpa olunmasını istəyirəm və ona görə də məhkəməyə iddia ilə müraciət edirəm. Hazırki, mübahisəli iş üzrə vətəndaş olaraq mənim əmək və ədalətli məhkəmə araşdırılması hüquqlarım müdafiə olunmalı və almadığım əmək haqqı məbləğinin cavabdehdən alınaraq mənə verilməsi barədə qətnamə qəbul olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasını iştirakı olmadan keçirilməsini və iddianın təmin olunaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyətidən məcburi iş buraxmaya görə həyat yoldaşına ödənilməli olan pulun verilməsi, qanunla nəzərdə tutulan hər günü üçün əmək haqqısının azı bir faizi məbləğində ödənişin, əmək haqqının 4 misli dəyərində kompensasiya, işdən azad olunan vaxtdan gecikdirilmiş əmək haqlarının və ailələrinə dəyən mənəvi ziyanla bağlı təzminat olaraq 2000 manat alınaraq həyat yoldaşı hüquqi varisi X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onlar iddiaçını işdən azad edib, 2 aylıq müavinat ödəmişlər, lakin daha sonra şikayətin araşdırılması nəticəsində işə bərpa edilmişdir, 22 iyul tarixində işdən azad edib 5 aydan sonra işə bərpa etmişlər, buna baxmayaraq o, işə bərpa edildikdən sonra da işə gəlməmiş və bu barədə hər gün üçün akt tərtib edilmişdir. Ölümü ilə əlaqədar əmək münasibətinə xitam verilib. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-də təmirçi-çilingər peşəsinə qəbul edilmiş, əmək haqqı 621 manat müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 74.1-ci maddəsinin c bəndinə əsasən (qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) tutduğu işdən azad edilmişdir. - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı digər ödənişlərlə yanaşı 1231.06 manat müavinat ödənilmişdir. - xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, cəmiyyətin xx.xx.2024-cü il tarixli əmri etibarsız hesab edilmiş və İddiaçılə bağlanılmış əmək müqaviləsi qüvvədə hesab olunmuşdur. - İş materiallarında olan aktlardan görünür ki, İddiaçı xx.xx.2024-xx-xx.2024, xx.xx.2025xx.xx.2025, xx.xx.2025-xx.xx.2025, xx.xx.2025-xx.xx.2025, xx.xx.2025-xx.xx.2025, 03-xx.xx.2025, 10-xx.xx.2025, 17-xx.xx.2025, 24-xx.xx.2025, 03-xx.xx.2025, 10-xx.xx.2025, 01-xx.xx.2025, 07xx.xx.2025, 14-xx.xx.2025, 21-xx.xx.2025 tarixlərdə bütün iş günləri işə gəlməmişdir. - Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 486039 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2025ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 139 nömrə ilə qeydiyyat aparılmışdır. - xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 74-cü maddəsinin e bəndinə əsasən (vəfatı ilə əlaqədar) tutduğu işdən azad edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. - 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. -172.1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. 2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.https://e-qanun.az/framework/46943 4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. 6. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında 27 noyabr 2015-ci il tarixində əmək müqaviləsi bağlanmış və iddiaçı təmirçi-çilingər peşəsinə qəbul edilmiş, əmək haqqı 621 manat müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 22 iyul 2024-cü il tarixindən Əmək Məcəlləsinin 74.1-ci maddəsinin «c» bəndinə əsasən xitam verilmişdir. 23 dekabr 2024-cü il tarixli əmrlə həmin əmr etibarsız hesab edilmiş və İddiaçılə bağlanılmış əmək müqaviləsi qüvvədə hesab olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 25 iyun 2025-ci il tarixindən Əmək Məcəlləsinin 74-cü maddəsinin «e» bəndinə əsasən xitam verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 22 iyul 2024-cü il tarixində xitam verilərkən ona 2 aylıq müavinat ödənilmişdir və təxminən 5 aydan sonra xx.xx.2024cü il tarixində iddiaçı işə bərpa olunmuş, lakin daha sonra işə gəlməmişdir. Hazırda iddiaçı ona işləmədiyi müddət ərzində əmək haqqı ödənilmədiyini iddia edərək cavabdehdən onun xeyrinə ödənilməmiş əmək haqqı və s. tutulmasını tələb edir. Məhkəmə iddianı həmin hissədə qismən əsaslı hesab edir və tərəflər arasında 27 noyabr 2015-ci il tarixində əmək müqaviləsi bağlanmış əmək müqaviləsinə 22 iyul 2024-cü il tarixindən Əmək Məcəlləsinin 74.1-ci maddəsinin «c» bəndinə əsasən xitam verildikdən sonra işəgötürən tərəfindən 23 dekabr 2024-cü il tarixli əmrlə həmin əmrin etibarsız hesab edilməsini və İddiaçılə bağlanılmış əmək müqaviləsinin qüvvədə hesab olunmasını, eləcə də müqaviləyə xitam verilən zaman işçiyə 2 aylıq müavinat ödənilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıya işləmədiyi 5 ay müddət ərzində olan aylar üçün əmək haqqı ödənilməli, lakin iddiaçı işdən azad edildiyi vaxt ona 2 aylıq müavinət ödənilməsi nəzərə alınmalı və onun işə bərpa olunduğu tarixədək keçən 5 ay üçün deyil, 3 aylıq əmək haqqı cavabdehdən tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ödənilməyən (3 ay üçün) əmək haqqı məbləğinin hər gecikdirilmiş gün üçün İddiaçı vəfat etdiyi xx.xx.2025-ci il tarixədək hesablanmaqla bir faizi məbləğində ödənc Cavabdeh ASC-dən tutularaq İddiaçı hüquqi varisi X2 ödənilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Hazırki işdə iddiaçı məhz cavabdehin hərəkətlərinin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddianın “əmək haqqının 4 misli dəyərində kompensasiya, işdən azad olunan vaxtdan gecikdirilmiş əmək haqlarının” ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia əmək haqqının 4 misli dəyərində kompensasiya ödənilməsi hissəsində əsaslandırılmamış, məhkəmə tərəfindən də bu hissədə iddianın qanuni əsası tapılmamışdır. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Hazırki qətnamə ilə idianın “işdən azad olunan vaxtdan gecikdirilmiş əmək haqqının ödənilməsi” hissəsi qismən təmin olunduğundan iddianın təkrarlanan hissəsinə əlavə olaraq hüquqi qiymət verilməsini məhkəmə məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 03 (üç) aylıq ödənilməmiş əmək haqqı (əmək müqaviləsinin şərtləri və müvafiq tutulmalar nəzərə alınmaqla) Cavabdeh ASC-dən tutularaq İddiaçı hüquqi varisi X2 ödənilməli, ödənilməyən əmək haqqı məbləğinin hər gecikdirilmiş gün üçün İddiaçı vəfat etdiyi xx.xx.2025-ci il tarixədək hesablanmaqla bir faizi məbləğində ödənc Cavabdeh ASC-dən tutularaq İddiaçı hüquqi varisi X2 ödənilməli, 50 (əlli) manat mediasiya xərci Cavabdeh ASC-dən tutularaq İddiaçı hüquqi varisi X2 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 (üç) aylıq ödənilməmiş əmək haqqı (əmək müqaviləsinin şərtləri və müvafiq tutulmalar nəzərə alınmaqla) Cavabdeh ASC-dən tutularaq İddiaçı hüquqi varisi X2 ödənilsin. Ödənilməyən əmək haqqı məbləğinin hər gecikdirilmiş gün üçün İddiaçı vəfat etdiyi xx.xx.2025-ci il tarixədək hesablanmaqla bir faizi məbləğində ödənc Cavabdeh ASC-dən tutularaq İddiaçı hüquqi varisi X2 ödənilsin. 50 (əlli) manat mediasiya xərci Cavabdeh ASC-dən tutularaq İddiaçı hüquqi varisi X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar