Məhkəmə qərarları › İş №e-2(009)-1056/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1056/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1056/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili Nümayəndə, cavabdeh X3 iştirakları ilə İddiaçı cavabdeh X5 qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş qızları X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(011)-243/2020 saylı qətnaməsilə təyin olunmuş 720 manat alimentin 480.16 manatadək azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Namazov Vasif Nizami iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 07 iyul 2017-ci il tarixdə 2 saylı Bakı “Asan” xidmət mərkəzinin qeydiyyat şöbəsində 1501 saylı aktla qeydə alınmış nikaha Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-243/2020 saylı qətnaməsi ilə xitam verilmişdir. Həmin qətnamə ilə birgə nikahlarından doğulmuş qızları X6 anasının yanında saxlanması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının 25% miqdarında müəyyən edilmiş 720 manat alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. O yenidən ailə qurmuşdur, xx.xx.2023-cü il tarixdə X10, xx.xx.2024-cü il tarixdə X8 adlı övladları dünyaya gəlmişdir. “Azərbaycan Respublikasının “2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunu ilə yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Alimentin bir uşaq üçün əmək haqqının 1/4 hissəsində təyin olunması, təyin edildiyi zaman ədalətli sayılsa da, daha 2 uşağının dünyaya gəldiyi hazırki şəraitdə bu bölgünü ədalətsiz hesab edir. Yuxarıda qeyd edildiyi kimi 3 və daha çox uşağa görə əmək haqqının yarısı miqdarında tutulması nəzərdə tutulmuşdur. Onun qazancının yarısı 1440.5 manat olmaqla 3 uşaq arasında bölündükdə, hər bir uşağa 480.16 manat təşkil edir. Hətta onun aylıq əmək haqqının, aliment alan uşaq da daxil edilməklə, 5 ailə üzvünə böldükdə belə adambaşına 576 manat təşkil edir. Cavabdehlə birgə nikahlarından doğulmuş qızları X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-243/2020 saylı qətnaməsi ilə təyin edilmiş 720 manat alimentin 480.16 manatadək azaldılması ədalətli və məqsədəmüvafiqdir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X11 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, övladı xx.xx.2018-ci il təvəllqdlü X1 üçün iddiaçıdan 720 manat aliment tutulması qət edilsə də, iddiaçının əmək haqqı və digər gəlirləri onun ikinci nikahından doğulmuş uşaqların təminatı üçün kifayət qədərdir. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası X7r. İş materiallarında olan AZ-İ 974425 nömrəli, xx.xx.2024-cü il tarixli 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası X7r. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(009)-5996/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-243/2020 saylı 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı X2 xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 07 may 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. “Azərbaycan Respublikasının “2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunu ilə yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uşağın maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırki iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılması uşağın mənafeyinə ziddir, ona görə də, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X5 qarşı "altmentin azaldılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar