Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1071/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh1 (Əliyevanın) nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Qarayeva (Əliyeva) İlahə Əli qızına və Bakı şəhəri 28 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qarayeva (Əliyeva) İlahə Əli qızına və Bakı şəhəri 28 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi 1998-ci ildən atası X12 mülkiyyətində olmuşdur. Atası xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra vərəsəlik qaydasında fərdi yaşayış evinə vərəsəlik hüququ əsasında şəhadətnamə alaraq adına çıxarış verilmişdir. Maddi vəziyyəti ilə əlaqədar olaraq öz mülkiyyətində olan mübahisəli yaşayış evini qohumlarından 40.000 manat borc aldığı üçün və razılaşmaya görə pulun təminatı kimi bu mənzil xx.xx.2017-ci ildə öz keçmiş həyat yoldaşı X15 adına keçirmişdir. Sonradan məlum hadisələrə görə cinayət hadisəsi baş vermiş və həbsə alınmışdır. 2023-cü ilin oktyabr ayından həbsdədir. Adi qaydada heç bir vaxt ata yurdunu X15 adına keçməsinə razı olmazdı. Ona görə qeyd edir ki, cinayət hadisəsi baş verən vaxtadək bu cavabdehlə bir evin, yəni mübahisəli evdə yaşamışlar. Heç bir dava-dalaş və ciddi mübahisələri olmamışdır. Mənzilin cavabdeh X15 adına pulun təminatı kimi keçəirilməsi halı onun öz vermiş olduğu ifadələrində də cinayət işi üzrə çıxarılmış məhkəmə aktlarında öz təsdiqini tapmışdır. Belə ki, təxminən 2017-2018-ci illərdə bir nəfərə 70.000 manat borcu yaranmışdır. Həmin borcun bir hissəsi cavabdeh tərəfindən və bir hissəsi qohumu Ceyhun adlı şəxs tərəfindən tapıldığına görə pulun təminatı kimi onların qarşılıqlı razılaşmasına əsasən mübahisəli mənzil X15 adına rəsmiləşdirilmişdir. Sonradan cavabdeh X19 ailə mübahisələri nikahın pozulmasına gətirib çıxartmış, bir müddət sonra bu mübahisələr ailə münaqişəsi zəminində daha da geniş miqyas və dərəcədə artaraq nəticədə X18 bıçaqla ağır bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. 2023cü il tarixdə X19 ona və ailə üzvlərinə qarşı Bakı İnzibati Məhkəməsində pasport qeydiyyatının ləğv edilməsinə dair iddia qaldırmış və iddia tələbi rədd edilmişdir. Bundan sonra o, Bakı İnzibati Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X19, X5 və X14 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli müvafiq qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apell yasiya və kassasiya şikayətin təmin edilməmişdir. Beləliklə Məhkəmələrin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, bağışlama müqaviləsinin mübahisələndirmək, həqiqi niyyətinin bağışlanılma yox, başqa mübahisənin pərdələnməsi ilə əlaqədar olmasını mübahisələndirmək əvəzinə, bağışlanılma müqaviləsinə əsasən verilmiş qeyd üzrə məlumatlandırma icraatının tətbiqi nəticəsində verilmiş qeydi mübahisələndirmişdir. Halbuki, işin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisənin həlli bağışlanılma müqaviləsinin iddiaçının iradə ifadəsi ilə əlaqəli olub-olmaması ilə bağlıdır. Bu səbəbdəndir ki, müqavilə bağlanılarkən iddiaçının üçüncü şəxsə əmlakı bağışlamaq niyyətinin olub-olmaması müqavilənin etibarsız olub-olmaması müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 49 hazırkı 85 ünvanında yerləşən evə dair daşınmaz əmlakın bağışlanmasına dair 07 noyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında cavabdeh Qarayeva (Əliyeva) İlahə Əli qızının adına verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə gəlməmiş, Vəkil1 məhkəmə iclasının təxirə salınması barədə vəsatət vermiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasının təxirə salınması barədə vəsatəti əsassız hesab edərək təmin edilməməsini, işə iddiaçı və onun nümayəndəsi və vəkilin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsi və vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, əvvəla 2017-ci il tarixdə sözügedən daşınmaz əmlakın bağışlanmasının məqsəd və motivi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin dövrdə iddiaçı və Cavabdeh1 arasında həm rəsmi, həm də faktiki ər-arvad münasibətləri mövcud olmuş, onlar birgə təsərrüfat aparmışlar. Doğrudur, Cavabdeh1 və onun yaxın qohumları İddiaçı müəyyən borclarının əhəmiyyətli hissəsinin ödənilməsində iştirak etmiş və onun bir sıra borclarına zamin durmuş, lakin bütün bunlar sözügedən mənzilin Cavabdeh1 bağışlanması gözləntisi ilə və ya bağışlanması müqabilində aparılmamış, sadəcə olaraq Cavabdeh1 həyat yoldaşı kimi öz mənəvi məsuliyyətini dərk edərək birlikdə yaşadığı və birgə təsərrüfat apardığı ərinə təəsübkeşliyini və sədaqətini nümayiş etdirmişdir. Bu maddi dəstəyi isə həyat yoldaşını, ailəsini, yəni övladlarının atasını mövcud maddi vəziyyətdən çıxarmaq, kreditorların onların ailəsini narahat etməməsini təmin etmək, gələcəkdə həyat yoldaşının borclarla hər hansı qanuni və digər mərhumiyyətlərə məruz qalmaması, ailəsinin başsız qalmaması və digər çətinliklərlə üzləşməməsi məqsədilə etmiş, bu zaman isə sözügedən evlə bağlı hər hansı təmənnası olmamışdır. Görünür ki, münasibətlərinin yaxşı olduğu dövrdə arvadının belə maddi və mənəvi dəstəyindən mütəssir olan İddiaçı ona minnətdarlıq əlaməti kimi öz təşəbbüsü ilə adına olan evi bağışlamış, həm də bununla da ailəsinin və övladlarının yeganə yaşayış yeri olan həmin evi bununla da kreditorların mümkün tələblərindən və ya digər inzibati tədbirlərdən qorumaq məqsədi güdmüşdür. Həmçinin iddiaçı iddia ərizəsində bir tərəfdən maddi vəziyyəti ilə əlaqədar olaraq qohumlarından 40.000 manat borc aldığını bildirir, digər tərəfdən isə qohumlarından aldığı borcun təminatı kimi evi həyat yoldaşı Cavabdeh1 adına keçirdiyi iddia edir. Əgər ev hansısa borcun müqabilində kiminsə adına keçirilmiş olsa idi, təbii ki, bu ilk növbədə kreditorların özləri olardı. İddiaçının qohumlarından aldığı borcun təminatı kimi evini pulun sahibi olan qohumlarının yox, arvadı Cavabdeh1 adına keçirməsi heç bir ağlabatan məntiqə sığmır. Eyni zamanda iddiaçı onun barəsində ittiham hökmündə hazırkı iş üzrə cavabdeh həmin cinayət işi üzrə zərərçəkmiş şəxs İlahə Əliyevanın məhkəmədə verdiyi ifadəyə istinad etsə də, özünün həmin cinayət işi üzrə ifadəsindən görünür ki, bu xüsusatlara ümumiyyətlə münasibət bildirmir, onu təsdiq etmir. Həm də keçmiş arvadının onun müəyyən borclarına görə zamin durması, ümumilikdə zaminlik öhdəliyi mülkiyyətindəki evinin özgəninkiləşdirilməsinə əsas vermirdi. Mülki dövriyyədə bir şəxsin borcuna zamin durması onun yeganə yaşayış yeri olmuş evinin zaminin mülkiyyətinə keçirilməsi ilə müşayiət olunan təcrübəyə ağlabatan olmadığı üçün təsadüf olunmur. Sözügedən bağışlama müqaviləsi hər hansı əqdi pərdələmək və s.məqsədilə aparılmamış, iddiaçının öz təşəbbüsü və istəyi ilə aparılmış, bu zaman bağışlama müqaviləsi üçün qanunvericilikdə nəzərdə tutulmuş forma tələblərinə də riayət edilmişdir. Təsadüfi deyildir ki, bağışlamanın aparıldığı ötən 8 ilə yaxın müddət ərzində iddiaçı bununla bağlı hər hansı bir tələb və ya iddia irəli sürməmiş, bağışlama müqaviləsini mübahisələndirməmişdir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh ünvan 2 ünvanlanmış məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdeh Qarayeva (Əliyeva) İlahə Əli qızının nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Bakı şəhər 2 saylı notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə X19 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 49 ünvanında yerləşən ümumi sahəsi 156,7 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 19,8 kv.m. olan 1 otağını arvadı X18 bağışlamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dövlət Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri,Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 49 saylı fərdi yaşayış evi (reyestr nömrəsi: **********48-10301) hüquqi subyekti X18 və başqalarına məxsusdur. İş üzrə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətinə əsasən İddiaçı və X19 arasında olan nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 191 No ilə qeyd edilmişdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən ümumi sahəsi 222,90 kv.m. olan 49 saylı evi paylı mülkiyyət hüququ üzrə X2 (1 otaq-19,8 kv.m., xx.xx.2006-cı il tarixdən), X13 (1-ci mərtəbədə 2 otaq (36,0 kv.m.), ön giriş (7,8 kv.m.), anbar (7,8 kv.m.) – xx.xx.2007-ci il tarixdən), Cavabdeh1 (qalan hissə xx.xx.2021-ci il tarixli) adlarına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli biliməsi və ona 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, İddiaçı üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməməsi, hər gün axşam saat 00.00-dan səhər saat 06.00-dək yaşayış evinin tərk etməməsi, elektron nəzarət vasitəsinin gəzdirməsi və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməməsi, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırması vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəli İddiaçı cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, İddiaçı barəsində Abşeron rayon Məhkəməsinin 4(012)- 656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədirinin seçilməsi nəzərə alınması və onun məhkəmə iclas zalından həbsdən azad edilməməsi hökm edilmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əlibəyov qardaşları (keçmiş Timçenko) küçəsi, 49 saylı fərdi yaşayış evi xx.xx.1991-ci il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 2 saylı DNK-nin 2 kn”N”- 04 reyestr nömrəli xx.xx.1992-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin “A”tikilisi X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 11 saylı DNK-nın xx.xx.1992-ci il tarixli 3D-1045 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən evin “B” tikilisi X9 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 29 saylı DNK-nın D2-99 reyestr nbmrəli xx.xx.1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2-365 nömrəli xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən X4 hüquqları ləğv edilərək sözügedən fərdi yaşayış evi X12 adına qeydiyyat vəsiqəsi verilmişdir. Bakı şəhəri 2 saylı DNK-nın xx.xx.2004-cü il tarixli 4Ə/5-752 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən evin 1 otağı X6 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 2 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə/2-258 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən evin bir otağı X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2008-ci il tarixli 4-Ə-5/852 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən evin 2 otağı (7,8 kv.m.) anbarı və (7,8 kv.m.) ön girişi X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4-Ə-8/-1121 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən evin 2 otağı, (7,8 kv.m.) anbarı və (7,8 kv.m.) ön girişi X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 28 saylı DNK-nın xx.xx.2013-cü il tarixli 2V-1-04 reyestr nömrəli qanun üzrə vaərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1 otağı İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 2 saylı DNK-nın 4Ə/95 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 2 otağı, (7,8 kv.m.) anbarı və (7,8 kv.m.) ön girişi X13 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 2 saylı DNK-nın 4Ə-158 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən evin qalan hissəsi X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Baakı şəhəri, ünvan 4 ünvan: ev 85) xx.xx.2018-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01279 saylı arayışın surətindən görünür ki, İddiaçı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 15.00-15.30-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Qarayeva (Əliyeva) İlahə Əli qızı iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən ümumi sahəsi 222,90 kv.m. olan 49 (indiki 85) saylı fərdi yaşayış evin 19,8 kv.m. olan 1 otağı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə İddiaçı mülkiyyətinə keçmiş və onun tərəfindən ona paylı mülkiyyət hüququna məxsus olan 1 otağı xx.xx.2017-ci il tarixdə bağışlama müqaviləsi əsasında həyat yoldaşı Qarayeva (Əliyeva) İlahə Əli qızına bağışlanmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə pozulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mübahisəli ev 1998-ci ildən atası X12 mülkiyyətində olmuşdur. Atası xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik qaydasında fərdi yaşayış evinə vərəsəlik hüququ əsasında şəhadətnamə alaraq adına çıxarış verilmişdir. Maddi vəziyyəti ilə əlaqədar olaraq öz mülkiyyətində olan mübahisəli yaşayış evini qohumlarından 40.000 manat borc aldığı üçün və razılaşmaya görə pulun təminatı kimi bu mənzil xx.xx.2017-ci ildə öz keçmiş həyat yoldaşı X15 adına keçirmişdir. Sonradan məlum hadisələrə görə cinayət hadisəsi baş vermiş və həbsə alınmışdır. 2023-cü ilin oktyabr ayından həbsdədir. Adi qaydada heç bir vaxt ata yurdunu X15 adına keçməsinə razı olmazdı. Ona görə qeyd edir ki, cinayət hadisəsi baş verən vaxtadək bu cavabdehlə bir evin, yəni mübahisəli evdə yaşamışlar. Heç bir dava-dalaş və ciddi mübahisələri olmamışdır. Mənzilin cavabdeh X15 adına pulun təminatı kimi keçirilməsi halı onun öz vermiş olduğu ifadələrində də cinayət işi üzrə çıxarılmış məhkəmə aktlarında öz təsdiqini tapmışdır. Belə ki, onun təxminən 2017-2018-ci illərdə bir nəfərə 70.000 manat borcu yaranmışdır. Həmin borcun bir hissəsi cavabdeh tərəfindən və bir hissəsi qohumu Ceyhun adlı şəxs tərəfindən tapıldığına görə pulun təminatı kimi onların qarşılıqlı razılaşmasına əsasən mübahisəli mənzil X15 adına rəsmiləşdirilmişdir. Sonradan İ.Əliyeva ailə mübahisələri nikahın pozulmasına gətirib çıxartmış, bir müddət sonra bu mübahisələr ailə münaqişəsi zəminində daha da geniş miqyas və dərəcədə artaraq nəticədə X18 bıçaqla ağır bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. 2023-cü il tarixdə X19 ona və ailə üzvlərinə qarşı Bakı İnzibati Məhkəməsində pasport qeydiyyatının ləğv edilməsinə dair iddia qaldırmış və iddia tələbi rədd edilmişdir. Bundan sonra o, Bakı İnzibati Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X19, X3 və X14 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli müvafiq qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya və kassasiya şikayətin təmin edilməmişdir. Beləliklə Məhkəmələrin gəldiyi qənayət ondan ibarət olmuşdur ki, bağışlama müqaviləsinin mübahisələndirmək, həqiqi niyyətinin bağışlanılma yox, başqa mübahisənin pərdələnməsi ilə əlaqədar olmasını mübahisələndirmək əvəzinə, bağışlanılma müqaviləsinə əsasən verilmiş qeyd üzrə məlumatlandırma icraatının tətbiqi nəticəsində verilmiş qeydi mübahisələndirmişdir. Halbuki, işin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisənin həlli bağışlanılma müqaviləsinin iddiaçının iradə ifadəsi ilə əlaqəli olubolmaması ilə bağlıdır. Bu səbəbdəndir ki, müqavilə bağlanılarkən iddiaçının üçüncü şəxsə əmlakı bağışlamaq niyyətinin olub-olmaması müqavilənin etibarsız olub-olmaması müəyyən edilməlidir. Bu səbəbdən iddiaçı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 49 hazırkı 85 ünvanında yerləşən evə dair daşınmaz əmlakın bağışlanmasına dair 07 noyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında cavabdeh Qarayeva (Əliyeva) İlahə Əli qızının adına verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Mülki Məcəllənin bağışlama haqqında müddəalarından həmçinin görünür ki, bağışalma müqaviləsi hər hansı şərtlərdən və ya öhdəliklərdən asılı edilə bilər. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. İddiaçı mülkiyyətində olan evin cavabdehə bağışlanmasını digər şəxsə olan borcunun təminatı kimi həyata keçirdiyini, bağışlama müqaviləsinin iradə ifadəsinə uyğun olmadığını göstərmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının qohumundan götürdüyü borcların qaytarılmasında iştirak etsə də, onların qaytarılmasına zamin dursa da, iddiaçı ailə münasibətləri pozulmamış həyat yoldaşına evin bağışlanması zamanı gələcəkdə borcları ilə bağlı həyat yoldaşının hər hansı qanuni və digər məhrumiyyətlərə məruz qalmaması və çətinliklə üzləşməməsi məqsədi ilə və iradəsini tam ifadə etməklə həyata keçirmişdir. Bu halın mövcudluğu həmçinin iddiaçının uzun müddət bağışlama müqaviləsi ilə bağlı mübahisəyə dair məhkəməyə müraciət etməməsi ilə də təsdiqini tapır. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanılmış bağışlama müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun olmuşdur və həmin əqd bağlanılarkən hər hansı qanunsuzluğa yol verilməsi müəyyən edilməmişdir. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. O da nəzərə alınmalıdır ki, bu halları sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunmuşdur ki, tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. ...Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəməsi” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: 1.Həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyini və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s.ilə təsdiqlənə bilər; 2.Müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı həmçinin həmin əqdin etibarsızlığı ilə bağlı tələbi müqavilə bağladığı vaxtdan 8 ildən sonra irəli sürmüşdür. Məhkəmə hesab edir ki, bu xüsusat üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin digər şəxsə verilən borcun təminatı kimi bağlanılması, habelə bu halların aradan qalxdığı vaxtdan etibarən əqdin qanunla müəyyən edilmiş bir il müddətində mübahisələndirilməməsi yoxlanılmalı, nəticəsindən asılı olaraq iddiaçı tərəfindən iddia olunan halın baş verib-vermədiyi, əgər vermiş olsa belə, əqdin vaxtında mübahisələndirilməklə etibarsız hala gətirilib-gətirilmədiyi müəyyən edilməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, mübahisələndirilən əqdin etibarsızlığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət - kəsici müddət də iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə bağışlama müqaviləsinin iddiaçının iradəsinə zidd bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilməməsini, müqavilə bağlandıqdan təxminən 8 il sonra hazırki tələbin irəli sürülməsini, başqası tərəfindən götürülən borcun təminatı kimi bağışlama müqaviləsi bağlanılmadan yüklü edilmə mümkünlüyünü, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair hər hansı bir sübutun təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olması və müddətinin keçməsi ilə əlaqədar təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi hissəsində də tələb əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Qarayeva (Əliyeva) İlahə Əli qızına və Bakı şəhəri 28 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 49 hazırkı 85 ünvanında yerləşən evə dair daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında cavabdeh Qarayeva (Əliyeva) İlahə Əli qızının adına verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1071/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1071/2025
02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver