Məhkəmə qərarları › İş №e-2(009)-1092/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1092/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1092/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi və mənəvi ziyana görə, yəni: 36 gün ərzində sərbəst hərəkət etmək azadlığından (ölkəni sərbəst tərk edə bilmək hüququndan) məhrum olması nəticəsində üzləşdiyi 3607.32 AZN məbləğində maddi zərərin və ölkəsində işlərindən kənar qalması, ailə üzvləri ilə görüşə bilməməsi, hüquq-mühafizə orqanının qanunsuz hərəkətlərinə məruz qalması, əcnəbi ölkədə tanımadığı bir mühitdə vəzifəli şəxslərin özbaşınalığının qorxusu ilə yaranmış mənəvi iztirablar, stress, ailə üzvlərinin çəkdiyi stress, hər an daha da ağır qanunsuzluqlara məruz qala biləcəyi ilə bağlı yaranmış mənəvi əzab və s. nəticəsində 5000 AZN həcmində vurulmuş mənəvi ziyan məbləğinin kompensasiya kimi hesablanaraq cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla iddia və ona əlavə edilmiş sənədlərini geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar