Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1108/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndə və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində 27.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29.02.2020-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları anadan olmuşdur: X3 - 20.09.2020-ci il təvəllüdlü və X4 - 05.10.2021-ci il təvəllüdlü. O həmin nikahdan doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh ilə mediatorda başlanmış 2021-002782 saylı, 27 dekabr 2021-ci il tarixli barışıq sazişinə əsasən qarşılıqlı razılığa görə birgə nikahdan doğulmuş uşaqların X3 - 20.09.2020-ci il təvəllüdlü və X4 - 05.10.2021-ci il təvəllüdlü hər bir uşağın saxlanılması üçün Cavabdeh hər cür qazancının (və ya gəlirlərinin) hər ay 300 manat pulun, cəmi 600 manat alimentin ona ödənilməsi, birgə nikahdan doğulan uşaqların 3 yaşına çatanadək, yəni 05.10.2024-cü ilədək uşaqlara baxmağa görə İddiaçı hər ay cəmi 100 manat məbləğində pul ödəməyə razılaşmışlar. Maraqlı şəxs Cavabdeh isə 27 dekabr 2021-ci il tarixli barışıq sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmir, ona görə də, həmin barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə görə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən mediasiya prosesi nəticəsində 27.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Maraqalı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqalı şəxs Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində 27.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, tərəflər İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş 20.09.2020-ci il təvəllüdlü X1 və 05.10.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər bir uşağın saxlanılması üçün Cavabdeh hər cür qazancının (və ya gəlirlərinin) hər ay 300 manat pulun, cəmi 600 manat alimentin ona ödənilməsi, birgə nikahdan doğulan uşaqların 3 yaşına çatanadək, yəni 05.10.2024-cü ilədək uşaqlara baxmağa görə İddiaçı hər ay cəmi 100 manat məbləğində pul ödəməyə Cavabdeh razılıq verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunan Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, maraqlı şəxs Cavabdeh barışıq sazişinin könüllü qaydada icrasından imtina edir. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarında olan sənədləri tədqiq edərək məhkəmə müəyyən etdi ki, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 355- 26.1-ci maddəsində göstərilən əsaslar mövcud deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-23, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təsdiq edilsin. Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesində 27.12.2021-ci il tarixdə bağlanmış 2021-002 782 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh, 27.12.2021-ci il tarixdən başlayaraq, 20.09.2020-ci il təvəllüdlü X1 və 05.10.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment, 20.09.2020-ci il təvəllüdlü X1 və 05.10.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 100 (yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1108/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1108/2022
04.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver