Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1114/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğindən aylıq əmək haqqının hissəsinə dəyişdirilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində tutulan alimentin dəyişdirilməsi və Cavabdeh uşaqların saxlanılması üçün onun əmək haqqının (və digər gəlirlərinin) hissəsində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə Bakı Nikah evi tərəfindən akt qeydləri kitabında 3820 nömrə ilə nikaha daxil olmuşlar. Birgə nikahdan 18 sentyabr 2009-cu il təvəllüdlü X6 və 19 sentyabr 2012-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Lakin ailə münasibətləri pozulduğu və bərpa edilməsi mümkün olmadığı üçün nikahlarının pozulması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbi ilə bağlı qətnamə çıxararaq aşağıdakı kimi qət etmişdir: İddiaçı ilə Cavabdeh arasında Bakı nikah evi tərəfindən qeydə alınmış 17 noyabr 2008-ci il tarixli 3820 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulsun. xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 anaları- İddiaçı yanında qalmaları müəyyən edilsin. Cavabdeh 03 fevral 2020-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnaməyə əsasən, həmin nikahdan dünyaya gələn hər iki övladları anasının himayəsindədir. Hal-hazırda X4 14, X5 12 yaşı var. Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağların tələbatlarının tam ödənilməsinə yetmir. Onlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Uşağların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, hazırda Cavabdeh işləyir və yüksək əmək haqqı almaqdadır. Buna görə də, iddiaçı uşaqlar yetkinlik yaşına çatanadək “alimentin sabit pul məbləğindən aylıq əmək haqqının hisəssinə dəyişdirilməsi’ barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasına Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 991956 nömrəli, 20 noyabr 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 sentyabr 2012-ci ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİ 383099 nömrəli, 07 yanvar 2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18 sentyabr 2009-cu ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1981-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-691/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında Bakı nikah evi tərəfindən qeydə alınmış 17 noyabr 2008-ci il tarixli 3820 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 anaları- İddiaçı yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh, 03 fevral 2020-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 691/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. İş materiallarına əlavə edilmiş Elektron sistemdən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış/kommersiya nümayəndəsi vəzifəsində işləyir və əmək haqqısı 2270 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarda aliment tutulur. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-691/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçı X2 ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1114/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1114/2024
10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver