Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1232/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin maddi imkanın nəzərə alaraq qızı-X1 üçün cavabdehin qazancının 1/4 miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh ilə xx.xx.2017-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Rəsmi nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Ailə münasibətlərinin pozulması səbəbindən Səbail Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli, № 2(009)- 1860/2019 nömrəli qətnaməsi qəbul edilərək, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhər, Nərimanov rayonu Qeydiyyat şöbəsində bağlanılmış və 24 nömrə ilə qeyd edilmiş nikah pozulması barədə qətnamə çıxarılmışdır. Qətnaməyə əsasən, xx.xx.2018-ci il təvəllüdlü X5 onun-İddiaçı himayəsinə verilmişdir. Hal-hazırda uşaq onunla birgə yaşayır. Lakin, övladının xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh X2 müstəntiq vəzifəsində çalışır. Bu səbəbdən onun aylıq qazancının ¼ məbləğində aliment tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək təqdim etdiyi sənədlərin (iş yerindən arayış və s.) alimentin ödənilməsi zamanı nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(009)-1860/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Məhərrəmova (Səlimova) Fəridə Faiq qızı arasında Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 15 aprel 2017-ci il tarixli 24 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X3 anası Məhərrəmova (Səlimova) Fəridə Faiq qızının yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən verilmiş 23 iyun 2025-ci il tarixli, 3-18-23/2-3824/2025 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, xx.xx.2023-cü il tarixdən Bakı regional bölməsinin baş müstəntiqi vəzifəsində həqiqi hərbi xidmət edir. Aylıq əmək haqqı 1166 manatdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 15 aprel 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından 25 yanvar 2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1860/2019 saylı qətnaməsin əsasən, Cavabdeh ilə Məhərrəmova (Səlimova) Fəridə Faiq qızı arasında Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 15 aprel 2017-ci il tarixli 24 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X3 anası Məhərrəmova (Səlimova) Fəridə Faiq qızının yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən görünür ki, alimentin tutulması barədə qərar qəbul edilməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən uşağın saxlanılması üçün alimentin məhkəmə qətnaməsi əsasında alınaraq iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın mənafeyini, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, eyni zamanda tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı övladı 25 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsinin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Odur ki, iddia təmin edilərək Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 06 may 2025-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 25 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 may 2025-ci il tarixindən hesablanmaqla hər ay Cavabdeh qazancının və digər gəlirlərinin 1/4 hissəsində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 25 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 may 2025ci il tarixindən hesablanmaqla hər ay Cavabdeh qazancının və digər gəlirlərinin 1/4 hissəsində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1232/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1232/2025
24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver