Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1233/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-576/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2017-ci il təvəllüdlü Umay adlı qızının saxlanması üçün tutulan alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə xx.xx.2017-ci il təvəllüdlü Umay adlı qızının saxlanması üçün hər ay əmək haqqının 16,5 % miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə cavabdehlə rəsmi qaydada evlənmişlər. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü Umay adlı qızları anadan olmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur və qızı Umayın saxlanılması üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarda aliment tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə o, yeni ailə qurmuş, X3 ilə rəsmi qaydada evlənmiş, birgə nikahdan xx.xx.2025-ci il tarixdə İlqar adlı oğlu olmuşdur. Həyat yoldaşı və oğlu onun himayəsində olmaqla, onunla birlikdə yuxarıda göstərilən ünvanda yaşayırlar. Qızı Umayın saxlanılması üçün hər ay qeyd olunan məbləğdə aliment verir, alimentdən başqa qızının bir sıra maddi tələbatlarını ödəyir, qızıyla mütəmadi olaraq görüşür, onun həm onunla həm də ki, yeni ailəsiylə münasibəti yaxşıdı, çalışır ki, qardaşı ilə, baba-nənəsi ilə daim ünsiyyətdə olsun. Bununla yanaşı, oğlu doğulandan sonra, ailəsinin maddi tələbatı artıb, oğlunun saxlanılması üçün müəyyən xərclər olunur. Hər iki uşağa faktik olaraq qazancının yarısı sərf olunur, bu da büdcəsinə öz təsirini göstərir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-576/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X1 anasının himayəsində saxlanılmış, yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh xeyrinə aylıq qazancının (əmək haqqı və başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 555975 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında 20 may 2023-cü il tarixdə nikah bağlanmış və həmin nikah 471 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına “Hacıbəyli” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V 092740 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 yanvar 2025-ci il təvəllüdlü X5 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X3 qeyd edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı “X2” MMC-də böyük mühəndis vəzifəsində işləyir və əmək haqqı 6031.0 manatdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “X9 Danışmanlık” MMC-də baş mütəxəssis vəzifəsində işləyir və əmək haqqı 1126.86 manatdır. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-576/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh ilə iddiaçı arasında bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X1 anasının himayəsində saxlanılmış, yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh xeyrinə aylıq qazancının (əmək haqqı və başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə X4 arasında 20 may 2023-cü il tarixdə nikah bağlanmış və həmin nikah 471 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına “Hacıbəyli” soyadı verilmişdir. Həmin nikahdan 17 yanvar 2025-ci il təvəllüdlü X5 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X3 qeyd edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı “X2” MMC-də böyük mühəndis vəzifəsində işləyir və əmək haqqı 6031.0 manatdır. Cavabdeh “X9 Danışmanlık” MMC-də baş mütəxəssis vəzifəsində işləyir və əmək haqqı 1126.86 manatdır. Hazırda iddiaçı ikinci dəfə ailə qurmasına və ikinci uşağının anadan olmasına, beləliklə də maddi vəziyyətində olan dəyişikliklərlə bağlı aliment məbləğinin azaldılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.” Məhkəmə, alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, uşağın mənafeyini, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini, o cümlədən iddiaçının ikinci dəfə ailə qurmasını və himayəsində 17 yanvar 2025-ci il təvəllüdlü azyaşlı uşağının da olmasını, hər iki tərəfin də hazırda işləməsini və müvafiq olaraq iddiaçının 6031.0 manat, cavabdehin isə 1126.86 manat əmək haqqı almasını nəzərə alaraq iddianın tələb edilən qaydada olmasa da, qismən təmin edilməklə iddiaçıdan hər ay onun qazancının (başqa gəlirlərin) beşdə bir hissəsi miqdarında alimentin tutulmasını həm uşağın, həm də iddiaçının uşağın mənafeyi baxımından məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-576/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı aylıq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında tutulan alimentin məbləği dəyişdirilməli, 27 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancının (başqa gəlirlərin) 1/5 hissəsi miqdarında aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) Cavabdeh ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-576/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı aylıq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında tutulan alimentin məbləği dəyişdirilsin. 27 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancının (başqa gəlirlərin) 1/5 hissəsi miqdarında aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) Cavabdeh ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1233/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1233/2025
24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver