Məhkəmə qərarları › İş №e-2(009)-1297/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1297/2025

06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1297/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaqların doğum şəhadətnamələrində ana qrafasında cavabdehə aid olan qeydlərin ləğv edilməsi, uşaqların alınaraq iddiaçıya verilməsi tələblərinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların doğum şəhadətnamələrində ana qrafasında cavabdehə aid olan qeydlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə birgə nikaha girmişdir. İlk 5 il müddətində övladları olmayıb. Həmin müddətdə cavabdehi Azərbaycanda,İsraildə və Türkiyədə müxtəlif klinikalarda müalicə etdirmişdir. Həmin müalicələrə 77.000 ABŞ dolları vəsait xərcləmişdir. Müalicələr heç bir nəticə verməmiş, həkimlərin rəyi belə olmuşdur ki, cavabdehi müalicə etdirmək üçün mənası yoxdur, cavabdehin uşağı olmayacaq. 2018-ci ildə cavabdehlə qərara gəlmişlər ki, surroqat ana (embrionun implantasiyası) vasitəsilə uşaq sahibi olsunlar. Bir neçə dəfə Gürcüstan Respublikasına səfər etmişlər. Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC ilə aralarında müqavilə müqavilələr bağlanmış, surroqat ana seçilmiş, müvafiq sənədləşmələr aparılmış və ödənişlər edilmişdir. xx.xx.2018-ci il tarixdə ilk övladı Raul dünyaya gəlmiş, bundan sonra xx.xx.2020-ci il tarixdə əkizlər – Suad və Ruad günyaya gəlmişlər. Ailə quranda o, yüksək əmək haqqı olan işdə işləyirdi. Bu səbəbdən ailənin bütün ehtiyaclarını həmişə artıqlaması ilə qarşılamışdır. Birgə yaşadıqları dövrdə hər il iki dəfə, yəni yay tətilində və yeni il bayramında ailəni müxtəlif xarici ölkələrə, məsələn İtaliyaya, Türkiyəyə (Antaliyaya, Bodruma, İstanbula), X2 (Dubaya), X4, Mədinə şəhərlərinə ümrə ziyarətinə aparmışdır. Cavabdehə 2017-ci ildə təxminən 40000 Avroya buraxılış 2017-ci il olan “Mercedes CLA-250 AMG” markalı avtomobil almışdır. Sonra həmin maşını satıb 2019-cu ildə 66.000 ABŞ dolları dəyərində “Mercedes V-250” markalı minik avtomobili almışdır. Bu maşın ailə üçün idi və tamamilə cavabdehin sərəncamında olurdu. xx.xx.2023-cü il tarixdə cavabdehə 51.000 manat dəyərində “Volkswagen İD-4 Crozz” markalı yeni bir avtomobil almışdır. Cavabdeh hazırda da həmin avtomobili idarə edir. Birgə nikah dövründə tərəfindən “Qrant Hayat” yaşayış kompleksində 156.200 manat dəyərində ümumi sahəsi 145 kv.m. olan 3 otaqlı təmirsiz bir mənzil almış təxminən 300000 manatdan çox təmirə xərc çəkmişdir. Daha sonra “Qrant Hayat” yaşayış kompleksində 213.600 manat dəyərində ümumi sahəsi 178 kv.m. olan 4 otaqlı təmirsiz 2-ci bir mənzil almış, həmin mənzilin də təmirinə təxminən 300.000 manatdan çox vəsait xərcləmişdir. Eyni kompleksdə, biri özü, digəri də cavabdeh üçün olmaqla, birinə 18000 manat, digəotqə 23.000 manat ödəyərək 2 ədəd də qaraj almışdır. xx.xx.2018-ci il tarixdə Badamdar qəsəbəsində, 1-ci yaşayış massivində 290.000 manata 3 sot torpaq sahəsi almışdır. 2019-2020-ci illərdə “Royal Park” yaşayış kompleksində ümumi sahəsi 540 kv.m. olan 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin 375000 ABŞ dolları məbləğində ilkin ödənişini etmişdir. Bundan bir müddət sonra Badamdarda olan torpaq sahəsi 360.000 manata satıb “Royal Park” yaşayış kompleksində 170.000 ABŞ dollarına ümumi sahəsi 170 kv.m. olan 2 mərtəbəli, 4 otaqlı başqa bir fərdi yaşayış evini 263500 ABŞ dollarına satıb, ümumi sahəsi 540 kv.m. olan 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinin dəyərinin qalan hissəsini ödəmişdir. xx.xx.2021-ci il tarixd Xəzər rayonu Şüvələn qəsəbəsində 350.000 manata ümumi sahəsi 5 otaqlı fərdi yaşayış evi alıb həmin bağ evini yenidən qurulmasına və təmirinə əlavə olaraq 480000 manat xərcləyib, daha sonra da xx.xx.2021ci il tarixdə həmin bağ evini cavabdehə bağışlamışdır. Birgə nikah dövründə tərəfindən cavabdehə təxminən 350000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları alınmışdır. 2019-cu ildən “Royal Park” yaşayış kompleksində yaşamağa başlamışlar. Belə ki, onlara məxsus evlərin tikintisi hələ yekunlaşmamışdı. Buna görə də tikinti müddətində onlara həmin ərazidə yaşamaq üçün ayrı bir ev ayrılmışdır. Onlar da tikinti başa çatana qədər onlara müvəqqəti ayrılmış 3 mərtəbəli fərdi yaşayış evində yaşamalı olmuşlar. Bu səbəbdən böyük övladları Raulu “Royal Park” yaşayış kompleksinin ərazisində fəaliyyət göstərən “TİSA Azərbaycan Beynəlxalq Məktəbi”nin nəzdində olan uşaq bağçasına qoymuşlar. Uşaq bağçasının bir uşaq üçün illik xərci 6080 ABŞ dolları idi. Həmin xərci də o, ödəyirdi. Eyni zamanda övladları üçün hər birinin aylıq əmək haqqı 700 ABŞ dolları olan iki Filippin vətəndaşı olan dayə də tutmuşlar. Onların da pullarını o, ödəyirdi. Cavabdeh bütün birgə nikah dövründə, bir gün də olsa belə, hec bir yerdə işləməmişdir, bir manat belə öz qazancını ailəyə gətirməmişdir. Bütün xərclər yalnız onun qazancı ilə qarşılanmışdır. 2022-ci ilin aprel ayında o, işdən çıxmışdır. İşdən çıxdıqdan sonra təbiidir ki, evinə vəsait daxil olmurdu, ailənin xərclərini ödəmək üçün ilk əvvəl Şüvəlan qəsəbəsindəki bağ evi, daha sonra «Royal Park» yaşayış kompleksində olan fərdi yaşayış evləri, «Qrand Həyat» yaşayış kompleksində olan mənzilləri satışa çıxartmışlar. Həmin dövrdə qiymətlər xeyli aşağı düşmüşdü, buna görə də bazarda durğunluq yaranmışdı, bu səbəbdən də ilk əvvəl heç bir satış olmamışdır. İşdən çıxdıqdan sonra bir müddət cavabdeh ona “əmlaklarımız çoxdur, ürəyini sıxma, lazım gələrsə onlardan satarıq, işə də düzələrsən, iş də qurarıq, bir narahatçılıq üçün əsas yoxdur” deyə ürək-dirək verirdi. Həmin müddətdə cavabdeh onunla işlədiyi vaxtlarda olduğu kimi çox mehriban idi. Belə ki, ikisi birlikdə kinoya gedirdi, şəhərdə gəzirdi, bağa gedirdi, başları qatırdılar, bir sözlə cavabdeh həmin müddətdə çalışırdı ki, o, darıxmasın, işdən çıxdığı üçün pis olmasın. Lakin bu vəziyyət uzun sürmədi. O, işdən çıxdıqdan sonra satışa çıxardığı əmlaklardan heç olmasa biri satılanadək ailənin xərclərini ödəmək üçün dostdan-tanışdan xeyli borc alası olmuşdur. Bir müddət keçəndən sonra cavabdehin ona münasibəti yavaş-yavaş dəyişməyə başlamışdır. Belə ki, cavabdeh yavaş-yavaş “biz neyləyəcəyik, sən nə vaxt iş tapacaqsan, uşaqlarımızı nə ilə böyüdəcəyik” və sair bu kimi ifadələrlə deyinməyə başlamışdır. Bu vəziyyət getdikcə mürəkkəbləşməyə, bunun nəticəsində münasibətlərimi soyumağa başlamışdır. Hər keçən gün cavabdeh daha da aqressiv olur, ona münasibəti daha da pisləşirdi. Bu vəziyət daha da pisləşməsin deyə, cavabdehin özünün razılığı ilə onu BONA DEA xəstəxanasına hakim nevropotoloq Doktor Stivinin qəbuluna aparmışdır. Müayinədən sonra doktor müalicə yazmışdır və demişdir ki, əsəbləri çox gərgindir, depressiv vəziyyətdədir. Doktor Stivinin yazıldığı müalicə üzrə cavabdeh dərmanları bir neçə gün qəbul etmiş, lakin həmin dərmanların qəbulundan sonra cavabdeh daha da aqressiv vəziyyətə düşdüyündən dərmanların qəbulunu dayandırmışdır. Onun dost-tanışdan aldığı borc pullar ailənin xərclərinin ödənilməsinə kifayət etmirdi. Belə ki, cavabdeh olduqca bədxərc idi, onun işsiz oldğunu, daha əvvəlki kimi qazancının olmadığını, evə gətirdiyi pulların isə dost-tanışdan borc olaraq aldığını düşünmür, sanki yenə də əvvəlki işlədiyi dövrdəymişlər kimi xərclərini heç azaltmırdı. Aldığı borc pulların yetmədiyini gördükdə isə əsəbləşir, onu məcbur edirdi ki, yenə də dost-tanışdan borc alsın. Deyirdi ki, “əmlakları satanda qaytararıq, get borc al, aldığın pullar xərclərimizi ödəmir”. Lakin o, onun olduqca bədxərc olduğunu gördüyündən və həm də dost-tanışdan daha borc almağa utandığından borc almamağa, yaxud da az məbləğdə borc almağa çalışmışdır. Lakin bu səylərinə baxmayaraq onun həmin dövrdə dost-tanışdan aldığı borcun məbləği 200000 manata yaxınlaşmışdı. Həmin dövrdə cavabdeh də, dediyinə görə, yaxınlarından bəzi məbləğlərdə borc almışdı. Həmin dövrdə cavabdehin əsəbləri olduqca gərgin olurdu. Belə ki, cavabdeh gecələri yatmırdı, yaxşı qidalanmırdı, elə hey deyinib-dururdu ki, “biz nə edəcəyik”. Onun bütün səylərinə baxmayaraq cavabdehin bu vəziyyəti düzəlmirdi. Bu vəziyyət evin ab-havasına, uşaqların psixolji durumuna da olduqca pis təsir göstərirdi. Bu səbəbdən o, cavabdehi bir neçə dəfə Türkiyəyə, özünün seçdiyi xəstəxanalara müalicəyə göndərmişdir. Hər dəfə Türkiyədən gələndə ilk əvvəllər cavabdehin əhvali-ruhiyəsi yaxşı olur, lakin bir müddət keçəndən sonra yenə də pisləşirdi. 2022-ci ilin iyul ayında «Qrand Həyat» yaşayış kompleksindəki ümumi sahəsi 178 kv.m. olan 59 saylı mənzili 550000 manata satmışlar, ilk əvvəl cavabdehin öz qardaşı Rəşada olan 20000 ABŞ dolları, rəfiqəsi Suna xanıma olan 5500 ABŞ dolları, digər rəfiqəsi Aynurə xanıma olan 4500 ABŞ dolları məbləğində borclarını vermişlər. Mənzili satmamışdan əvvəl razılaşmışlar ki, Amerikaya köçsünlər. Orda yaşayıb, bizneslə məşğul olsunlar. Bunun üçün o, 20000 ABŞ dollan xərc çəkib ABŞ-ın Florida ştatında firma da açdırmışdır. «Qrand Həyat» yaşayış kompleksindəki satılan mənzil cavabdehin adına olduğundan satış pulu da onun bank hesabına köçürülmüşdür. Pulu bankdan götürdükdən sonra o, demişdir ki, borcları bağlayaq, lakin cavabdeh pul olan çantanı küçənin ortasında əlimdən zorla almışdır ki, “mən heç kimə borc-zad qaytarmıram”. Sonra da həmin pulu yenə də bədxərcliklə xərcləməyə başlamışdır. Belə ki, iki dişini düzəltdirməyə 10000 ABŞ dolları pul vermiş, əvvəlcə iki qabaq dişinin düzəldilməsinə 5000 ABŞ dolları xərcləmiş, sonra da “xoşuma gəlmir” deyə sökdürüb yenidən 5000 dollara yenilərini qoydurmuşdur. Heç ehtiyac olmadığı halda, onun, atasının, qardaşının da etirazlarına baxmayaraq mədə əməliyyatı etdirmişdir. Bir il mddətində kəskin arıqlamış, psixoloji problemləri daha da kəskinləşmişdir. Daha sonra bədəninin müxtəlif nahiyələrinə plastik əməliyyatlar etdirmişdir. Bundan sonra həm fiziki, həm də psixoloji vəziyyəti daha da pisləşmişdir. Lakin bütün bu müddətdə o, yenə də onun yanında olmuşdur. Plastik əməliyyatlardan sonra vəziyyəti o qədər pisləşmişdir ki, yeriyə bilmirdi. O, yenə də onun səhəttinin yaxşılaşması üçün əlindən gələni etmişdir. Lakin vəziyyəti yaxşılaşandan sonra cavabdeh demişdir ki, o, boşanır. İşlədiyi dövrdə onlar bir ailə olaraq xaricə gəzməyə, dincəlməyə gedirdilər. İşdən çıxandan sonra isə cavabdeh “darıxıram” deyə onu və körpə uşaqlarını, onun uşaqlarla birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən bağ evində qoyub dəfələrlə rəfiqələri ilə xarici ölkələrə gəzməyə getmişdir. Belə ki, ilk dəfə xx.xx.2023-cü il tarixdə onu və uşaqları buraxıb Antalyaya getmiş, avqustun 4-ü qayıtmışdır. Həmin ilin dekabr ayının 30-da bayram axşamı yenə də onu və uşaqlarını buraxıb rəfiqəsi ilə Tailanda getmiş, 2024-cü ilin yanvar ayının 15-i qayıtmışdır. Qayıdandan sonra da, yəni yanvar ayının 16-da onu və uşaqlarını bağda qoyub gedib İçəri şəhərdə qardaşıgildə yanvar ayının sonuna qədər qalmışdır. Yanvar ayının sonları o, «Qrand Həyat» yaşayış kompleksində olan 57 saylı mənzilin onda olan açarlarını ona verib demişdir ki, “bağa gəlmirsən, heç olmasa camaatı narahat etmə, get öz mənzilimizdə qal”. O, da açarları alıb həmin mənzilə getmiş və orada Türkiyədən gələn bacısı ilə fevral ayının sonuna qədər yaşamışdır. Bütün bu müddət ərzində, Tailanda olduğu müddətdə, «Qrant Hayat» yaşayış kompleksindəki mənzildə yaşadığı müddətdə uşaqlarını bir dəfə də görməyə gəlməmiş, onlarla görüşməmiş, heç onlarla maraqlanmamışdır. 59 saylı mənzilin satışından əldə edilmiş pulun hamısı cavabdehdə idi, o, də işləmirdi. Heç maraqlanmırdı da ki, onlar, yəni o heç, üç körpə uşağı nə yeyir, nə içir, necə dolanırlar? Fevral ayının sonunda onun etirazına baxmayaraq plastik əməliyyat olunmuş, bundan sonra vəziyyəti pisləşmiş, xəstəxanadan ona zəng vurmuşdur ki, ”gəl məni apar”. O, da gedib onu bağa gətirmişdir. Vəziyyəti çox pis idi. Xəstəxanadan tez çıxmağının səbəbi də bərk ağrıdığına görə həkimlərdən ona morfi vurulmasını tələb etməsi, lakin həkimlərin bundan imtina etməsi olmuşdur. Bağda bir müddət qalandan sonra yaxşılaşmışdır, mart ayının 19-u isə yenə də onu və uşaqları bağda qoyub, daha doğrusu yenə də atıb çıxıb getmiş «Qrand Hayat» yaşayış kompleksindəki 57 saylı mənzildə yaşamağa. İyun ayının 3-nə qədər «Qrand Hayat» yaşayış kompleksindəki mənzildə yaşamışdır. Həmin mənzildə əvvəl bacısı ilə, bacısı çıxıb gedəndən sonra isə tək yaşamışdır. Həmin müddətdə 3 dəfə bağa gəlmişdir. Belə ki, bir dəfə aprel ayının 18si gəlib uşaqları götürüb apardı, 3 gün sonra da, yəni aprel 21-ində yenidən uşaqları gətirib bağda qoyub getmişdir. Növbəti dəfə may ayının 7-si gəlib bağdan bəzi paltarlarını götürüb getmişdir. Bir də iyun ayının 3-cü gəlib uşaqları götürüb getmişdir. Həmin dövrdə, yəni uşaqlarla o, bağda yaşadığı dövrdə cavabdeh əlavə olaraq ondan və uşaqlarından xəbərsiz 3 dəfə də ayrı-ayrı vaxtlarda Türkiyəyə gedib-gəlmişdir. Cavabdeh həmişə deyirdi ki, Azərbaycanda gələcək yoxdu, uşaqları da götürüb xaricə köçəcək, uşaqları da ona göstərməyəcək. İyun ayının 3-də uşaqları götürüb gedəndə isə o, ondan soruşmuşdur ki, uşaqları nə vaxt görə bilər? Cavabdeh isə ona cavab vermişdir ki, uşaqları ona göstərməyəcəkdir, onların yaşadıqları əraziyə də yaxınlaşmasın. Mediasiyada barışıq sazişi bağladıqları, uşaqlarla görüşü orada razılaşdırdıqları onun yadına salanda isə demişdir ki, o, barışıq sazişini ləğv etdirəcək, uşaqları da ona göstərməyəcək. Onlar razılığa gəlmişlər ki, bağ cavabdehdə qalacaq, uşaqlar onunla qalacaq, cavabdeh da çıxıb gedəcək xaricə. Hansı ölkəyə gedəcəyini deməmişdir, lakin o, belə başa düşmuşdur ki, anası və bacısı Türkiyədə yaşadıqlarından Türkiyəyə onların yanına getmək istəyir. Sonra fikrindən daşıniış, dedi ki, uşaqların birini anasına, birini bacısına verəcək, birini də özü saxlayacaqdır. Rəfiqələrindən biri Danımarkada yaşayır, Danimarka vətəndaşıdır. xx.xx.2024-cü il tarixdə iddiaçı həmin rəfiqəsi, onun oğlu və başqa şəxslərlə birlikdə onun yaşadığı Şüvəlan qəsəbəsindəki bağ evinə gecə vaxtı hücum çəkmiş, heç bir səbəb olmadan hay-küy salmış, ona və yaşlı anasına xəsarət də yetirmişdir. Bu faktla bağlı cavabdehin və onların qarşılıqlı şikayətlərimi əsasında Xəzər RPİ-də araşdırma da aparılmışdır. Cavabdeh nikahın pozulmasından əvvəl ona demişdir ki, uşaqların hər biri üçün 35000 ABŞ dolları verərsə, uşaqları ona verəcək. Bunu da belə izah etmişdir ki, uşaqların hər birinə görə çəkilmiş 35000 ABŞ dolları məbləğində xərci guya, o, öz vəsaitindən xərcləmişdir. Lakin uşaqların hər birinə görə çəkilmiş 35000 ABŞ dolları məbləğində xərci də o, ödəmişdir. Bəzən də xarici ölkəyə köçəcəyini, uşaqların birini anasına, birini bacısına verəcəyini, birini də özünə götürəcəyini demişdir. Cavabdehin bu və bunun kimi bir ananın edə bilməyəcəyi, düşünə bilməyəcəyi hərəkətləri, fikirləri həmişə onu cavabdehin uşaqları ilə bioloji bağının olub-olmaması üzərində düşünməyə vadar etmişdir. Olub ki, uşaq yediyi yeməyi qusandan sonra cavabdeh uşağa qusduğunu zorla yedirtmişdir. Son zamanlar onda qəti olaraq əminlik yaranmışdır ki, həkimlərin rəyinə görə heç zaman uşağı ola bilməyəcək cavabdehin surroqat ana vasitəsilə dünyaya gəlmiş övladları ilə hər hansı bioloji bağlılığı olmamalıdır, ola da bilməz. Bu səbəbdən hesab edir cavabdeh onun övladları ilə bu qədər soyuq davranmışdır. Ailə həyatın ilk 5 illiyi dövründə dosttanış tərəfindən ona cavabdehin uşağının olmamasına görə onu boşayıb, bir başqası ilə evlənib, oğul-uşaq sahibi olmağı təklif edənlər çox olub. Lakin o, bu fikirlərə heç vaxt əhəmiyyət verməmişdir, ailəni bu səbəbə görə dağıtmamışdır. Cavabdehlə ailə quranda o, yuxarıda da bildirdiyi kimi, çox yüksək qazancı olan işdə işləmişdir və bu hal 2022-ci ilin aprel ayına kimi davam etmişdir. Yəni o, 2022-ci ilin aprel ayına kimi yüksək qazancı olan bir ər, ata olmuşdır. 2022-ci ilin aprel ayına kimi cavabdehlə münasibətləri olduqca yaxşı olmuşdur. Münasibətləri o, işdən çıxdıqdan bir müddət sonra, yəni onun daha yüksək qazanc gətirən biri olmadığı, ailənin ehtiyaclarını ödəmək üçün isə borc almaq lazım olduğu və işlədiyi dövrdə qazandığı, lakin çox təəssüf ki, etibar edərək cavabdehin adına aldığı, öz adına alıb sonradan cavabdehə bağışladığı, öz adına alıb sonradan cavabdehin adına keçirdiyi əmlakların satılması, bu yolla iş qurmaq, ailənin ehtiyaclarını ödəmək məsələləri yaranandan sonra pisləşməyə başlamış və son nəticədə dözülməz xarakter almışdır. Cavabdehin maddi baxımdan hər şeyin ideal səviyyədə olduğu zaman onunla çox yaxşı davranması, xarakterində analıq hissi deyə bir nemətin baş hərfinin belə olmadığı birinin necə böyük həvəslə uşaq sahibi olmaq istəməsi, o, işini itirdikdən, daha evə yaxşı qazanc gətirən, bahalı daşınar-daşınmaz əmlaklar, tez-tez bahalı qızıl-zinət əşyaları alan biri olmadıqdan sonra isə uşaqlara olduqca laqeyd, biganə olan, uşaqların körpə olmalarına, buna görə də yatdıqları otaqda yalnız yatmaqdan qorxduqlarına görə onlarla bir otaqda yatmayan, uşaqlar qorxmasınlar deyə onun onların otağında yatmasına belə etiraz edən cavabdehin nəyə görə uşaq sahibi olmaq, hətta buna, surroqat ana vasitəsilə olsa belə, nail olmaq istəməsi ona son zamanlar çox düşündürmüşdür. Sonunda çıxardığı nəticə isə belə olmuşdur. Necə ki, dost-tanış ona “uşağı olmayan birini niyə saxlayırsan, boşa, uşağı olan birini al, oğul-uşaq sahibi ol” deyə məsləhət verirdilər, çox güman ki, eyni şeyi, lakin başqa tərzdə, yəni “uşağın olmasa səni boşayar, bu rifah, daş-qaş, qazanc, əmlaklar da əldən çıxar, çalış uşağın olsun” deyə məsləhət verənləri olub. Çünki, o, işini, qazancını itirəndən sonra ona və uşaqlara qarşı bu qədər soyuq davranışın səbəbini başqa cür izah edə bilmir. İndi niyə cavabdeh uşaqlardan bərk yapışıb çox sevən ana rolunu oynamağa çalışır? Bunun da izahını belə başa düşür ki, birgə nikah dövründə onun tərəfindən qazanılmış, lakin çox təəssüf ki, onun cavabdehin keçirdiyi, bağışladığı, aldığı əmlakları, onların bəzilərinin satışından əldə etdiyi xüsuilə külli miqdarda pul vəsaitlərini, azyaşlı uşaqlardan bir sipər kimi istifadə edərək, özündə saxlamaq, hamısının onun qazancı ilə alınmasına baxmayaraq, qanunun tələbinə görə onun payına düşən yarısını belə ona verməkdən yayınmaq üçün. xx.xx.2020-ci il tarixdə ekizlər - Suad və Ruad dünyaya gəldikləri tarixdə cavabdeh, uşaqların doğulduğu Gürcüstan Respublikasında yox, Azərbaycanda olmuşdur. Surroqat anadan doğulsalar belə, bir ana, onun düşüncəsinə görə övladları dünyaya gələrkən onların yanında olmalı, onların dünyaya gəlmələrini səbrsizliklə gözləməli, səhhətləri ilə yaxından maraqlanmalı, həyacan keçirməli, narahat olmalıdır. Cavabdehdə bu hislərin olduğunu, uşaqlar dünyaya gələrkən cavabdehin belə bir narahatçılıq keçirdiyinin şahidi olmamışdır. Cavabdehlə xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasyia təşkilatında bağladığı Barışıq sazişinin 1.2-ci bəndi ilə birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin himayəsinə verilməsi, 1.3-cü bəndi ilə onun birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehə alimenti işlədiyi zaman ödəməsi razılaşdırılmışdır. Cavabdehin, o cümlədən uşaqlarla soyuq rəftar etdiyini, cavabdehdə analıq hissəsinin, olmadığını, cavabdehin onun övladlarını bir ana kimi sevmədiyini, digər tərəfdən cavabdehin uzun sürən müalicələrdən sonra ana olmayacağına dair həkimlərin bildirdikləri rəyi nəzərə alıb surroqat anaya implantasiya edilmiş qadın embrionunun əslində cavabdehə məxsus olmadığına dair onda əsaslı şübhələr yarandıqdan sonra başqa bir mülki iş üzrə cavabdehlə xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasyia təşkilatında bağladıqları Barışıq sazişinin 1.2 və 1.3cü bəndlərinin ləğv edilib (qüvvdən düşmüş hesab edilib) uşaqların cavabdehdən alınaraq ona verilməsi və sair iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə cavabdehin uşaqların bioloji anası olmadığına dair əsaslı şübhələrinin olduğunu yazılı vəsatətlə məhkəmənin nəzərinə çatdırıb cavabdehin uşaqların bioloji anaları olub-olmadığının müəyyən edilməsi məqsədilə məhkəmə-genetik ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mülki iş üzrə cavabdeh məhkəmə-genetik ekspertizasının təyin edilməsinə qəti etiraz etmişdir. Cavabdehin, onun uşaqların bioloji anaları olub-olmadığının müəyyən edilməsi məqsədilə məhkəmə-genetik ekspertizasının təyin edilməsinə qəti etiraz etməsi onda cavabdehin uşaqlarının əsl (bioloji) anaları olmadığına olan şübhələrini daha da artırmış oldu. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məsələnin mediasiya vasitəsilə həlli də mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlə birgə nikahda olduqları dövrdə surroqat anadan dünyaya gəlmiş övladları - xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 - doğum haqqında şəhadətnamələrində, müvafiq olaraq, ana qrafalarında cavabdehin adının (adın, soyadın, ata adının) və müvafiq olaraq, cavabdehə aid olan bütün digər qeydlərin pozulmasına (ləğv edilməsinə), vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğinin, ödənilmiş mediasiya xərcinin əvəzində 60 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 40 manat məbləğinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahda olduqları dövrdə başqa qadından - donordan alınmış yumurtahüceyrələrin və bioloji atanın (onun) spermatozoidləri ilə ekstrakorporal (bədənxarici) mayalanma vasitəsilə embrionların surroqat ananın uşaqlığına köçürülməsi yolu ilə hamiləlik yaradılması nəticəsində surroqat anadan dünyaya gəlmiş övladları - xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 - doğum haqqında şəhadətnamələrində, müvafiq olaraq, ana qrafalarında cavabdehin adının (adın, soyadın, ata adının) və müvafiq olaraq, cavabdehə aid olan bütün digər qeydlərin pozulmasına (ləğv edilməsinə), övladları - xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 Cavabdeh alınaraq ona təhvil verilmələrinə, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğinin, ödənilmiş mediasiya xərcinin əvəzində 60 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 40 manat məbləğinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılması barədə ərizəsini nəzərə alaraq işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi sənədlər iddia ərizəsində göstərilənləri təkzib edir. Belə ki, ilkin olaraq iddiaçı 2016-cı ildə cavabdehə “İ-li sonsuzluq” diaqnozu qoyulduğundan və heç vaxt uşaq dünyaya gətirə bilməməsindən məlumatlı olmuşdur. Eyni zamanda tərəflər arasında həm donorla bağlı, həm də surroqat ana ilə bağlı müqavilələr bağlanılmış, tərəflər surroqat ana və donorlar barəsindəki məlumatlarla tanış edilmiş, müqavilənin 3-cü maddəsinin şərtində donor və surroqatın müayinəsi, mayalanmış embrionun və donordan götürülmüş spermanın, donor dərmanının dondurulması kimi əməliyyatlara 5300 ABŞ dolları xərc çəkilməsi barədə müddəa vardır, müqavilənin 4-cü maddəsi imperativ həmin xərcin çəkilmədiyi təqdirdə müqavilənin pozulacağı qeyd olunur. Başqa sözlə iddiaçı donor nümunəsindən istifadə edildiyini bilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Səadət Sarayı (Bakı nikah evi) tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnaməsinin surətinə əsasən İddiaçı ilə X3 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 62 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. İş üzrə Güven Klinik tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə klinikaya “İ-li sonsuzluq” diaqnozu ilə daxil olmuşdur. İş üzrə “Potensial valideynlər” qismində Azərbaycan Respublikası vətəndaşları İddiaçı və Cavabdeh ilə “Donor” qismində Gürcüstan Respublikasının vətəndaşları Pxakadze Salomeni (etibarnamə əsasında Gvazava Tamara çıxış edir) “Surroqat ana (SA)” qismində Beruaşvili Ani arasında bağlanmış yumurtahüceyrə donasiyası və surroqat ana xidmətlərinin göstərilməsi haqqında xx.xx.2018-ci il tarixli müqavilənin azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, bu müqavilənin məqsədli üçün genetik ata və potensial ana birgə olaraq “Potensial valideynlər” adlandırılır. Potensial valideynlər, Donor və Surroqat ana ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaq (bənd 1). -Potensial valideynlər hüquqi fəaliyyət qabiliyyətinə malik şəxslərdir və övlad sahibi olmaq istəyirlər. Lakin potensial ana sağlamlıq səbəblərinə görə təbii yolla hamilə qala bilmir. Potensial valideynlər, donordan alınacaq yumurtahüceyrələr və bioloji atanın spermatozoidləri ilə ekstrakorporal (bədənxarici) mayalanma vasitəsilə embrionların surroqat ananın uşaqlığına köçürülməsi yolu ilə hamiləlik yatarmaq niyyətindədirlər. - Donor – hüquqi fəaliyyət qabiliyyətinə malik, öz istəyi və razılığı ilə, Gürcüstan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Müqavilənin şərtlərinə uyğun olaraq, yumurtahüceyrəsini bağışlamağa razı olan şəxsdir. - Surroqat ana – hüquqi fəaliyyət qabiliyyətinə malik olan şəxs olub, embrionların köçürülməsi yolu ilə hamilə qalmağa, övladı (övlaları) dünyaya gətirib Potensial valideynlərə təhvil verməyə öz razılığını və istəyini bildirən şəxsdir və bu Gürcüstan Respublikasının qanunvericiliyinə və bu Müqavilənin şərtlərinə uyğundur. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin biologiya şöbəsinə xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı atalıq faktının müəyyən edilməsinə dair 2(009)-1297/2025 saylı mülki iş üzrə məhkəmə tibbi bioloji ekspertizasının təyini barəsində qərar və həmin saylı mülki iş bir cilddə daxil olmuşdur. Sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq müddət pozuntusuna yol verməmək üçün 2(009)-1297/2025 saylı mülki iş bir cilddə və qərardad icra edilmədən geri qaytarılır. İş üzrə Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən “Agentlik” qismində "xxxx" MMC ilə “Potensial Valideyn” qismində Emira Bayramova və İddiaçı arasında olan xx.xx.2018-ci il tarixli azərbaycan dilinə tərcümə edilmiş müqavilədən görünür ki, Agentlik müqaviləyə əsasən potensial valideynlərin embrionunun daşıması üçün donorun axtarışı və seçilməsi ilə bağlı potensial valideynə xidmətlər göstərir (bənd 1.1), tərəflərin əlavə sazişi əsasında potensial valideynlərə müqavilədə nəzərdə tutulmayan xidmətlər göstərə bilər (bənd 1.2). İş üzrə Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən “Reproart” Klinikası ilə “Xəstə” qismində Cavabdeh və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli tibbi xidmət haqqında (in vitro mayalanma/embrion köçürülməsi proqramı) müqaviləsinin azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hazırkı müqavilənin şərtlərinə müvafiq olaraq və onun əsasında “Xəstə” sifariş verir və “Reproart” “Xəstə”yə tibbi xidmət göstərməyi öhdəsinə götürür (bənd 1.1), hazırkı müqaviləyə müvafiq olaraq “Xəstə”yə tibbi xidmət dedikdə aşağıdakılar nəzərdə tutulur: in vitro mayalanmanın/embrion köçürülməsinin həyata keçirilməsi; sperma/yumurta hüceyrəsi/ embrionla mikromanipulyasiyalar; mayalanmış yumurta hüceyrəsinin/embrionun dondurulması və köçürülməsi (bənd 1.2), tibbi xidmətin ayrı-ayrı mərhələləri və digər müfəssəl məlumatlar Müqaviləyə 1 saylı əlavədə (“Razılıq forması”) daha ətraflı şəkildə verilmişdir. İş üzrə Razılıq Formasından “in vitro mayalanma/embrion köçürülməsi proqramı) görünür ki, Cavabdeh və İddiaçı, fallopiya borularının fəaliyyət göstərməməsi və ya boruların olmaması, sperma patologiyası və ya müalicə üsulları ilə müalicəsi mümkün olmayan digər bu kimi xəstəliklərə görə uşaq sahibi ola bilmirlər. Onlar yumurta hüceyrəsinin sperma ilə mayalanmasının orqanizmdən kənarda, laboratoriya şəraitində baş verdiyi in vitro mayalanma və embrion köçürmə me ttoduna əsasən müalicədən istifadə etmək qərarına gəlmişlər və bu razılıq formasını imzalamaqla onların Reproart-da müalicə həkimlərin öz mülahizəsinə əsasən seçəcəyi bütün zəruri və/ və ya müvafiq proserdurlardan ReproArtın müalicə üçün istifadə etməsinə razılıqları bildirirlər. İş üzrə doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşaqları var. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-375/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 5495/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1434/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilərək, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 5495/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin 2(003)-1434/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/18/2025-00267 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Vildayət oğlunun “analığa dair” mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 16.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında nikah xx.xx.2014-cü il tarixdə bağlanılmış, tərəflərin birgə nikah dövründə 2018-ci il tarixədək uşaqları olmamış, cavabdeh uzun müddət uşaq dünyaya gətirilməsi ilə əlaqədar müalicələr almış, lakin müalicələr effektiv nəticə verməmiş və cavabdehə 2016-cı ildə edilən müayinələrin nəticəsi kimi “Sonsuzluq” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflərin övladı olmadığı üçün razılığa gəlmişlər ki, surroqat ana vasitəsi ilə uşaq dünyaya gəlsin. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh surroqat ana vasitəsi ilə doğulan uşaqların genetik anası olmadığı üçün, yəni mayalanmada iştirak edən yumurtahüceyrələr ona aid olmadığı üçün iddiaçı cavabdehlə birgə nikahda olduqları dövrdə başqa qadından donordan alınmış yumurtahüceyrələrin və bioloji atanın (onun) spermatozoidləri ilə ekstrakorporal (bədənxarici) mayalanma vasitəsilə embrionların surroqat ananın uşaqlığına köçürülməsi yolu ilə hamiləlik yaradılması nəticəsində surroqat anadan dünyaya gəlmiş övladları - xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 - doğum haqqında şəhadətnamələrində, müvafiq olaraq, ana qrafalarında cavabdehin adının (adın, soyadın, ata adının) və müvafiq olaraq, cavabdehə aid olan bütün digər qeydlərin pozulmasına (ləğv edilməsinə), övladları - xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 Cavabdeh alınaraq ona təhvil verilmələrinə, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğinin, ödənilmiş mediasiya xərcinin əvəzində 60 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 40 manat məbləğinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnun həyata keçirilməsi əsaslarından biri öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində (surroqat ana vasitəsi ilə) uşaqların anadan olmasıdır. Qanunvericilik uşaqla anası arasında hüquq münasibətlərinin qan qohumluğu faktına əsaslandığı kimi süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi yolu ilə surroqat ana tərəfindən doğulması faktı əsasında da yaranmasını nəzərdə tutur. Qanunvericilik eyni zamanda öz bətnində böyüdüb doğulması üçün embrionların başqa qadına (surroqat anaya) köçürülməsinə (implantasiyasına) razılıq vermiş ər-arvad bu yolla doğulan uşağın doğum haqqında şəhahətnaməsində surroqat ananın razılığı əsasında onun valideynləri kimi yazıla bilməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.4-cü maddəsinə əsasən öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. Göstərilən Məcəllənin 46.5-ci maddəsinə əsasən öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.1-ci bəndinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Həmin Qaydanın 2.8.4-cü bəndinə əsasən öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında akt qeydində və şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. Göstərilən Qaydanın 2.8.5-ci bəndinə əsasən öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər qarşılıqlı razılığı əsasında surroqat ana vasitəsi ilə uşaq sahib olmaq istədikləri üçün Gürcüstan Respublikasına səfər edərək həmin respublikada fəaliyyət göstərən "xxxx" MMC ilə müqavilə bağlanmış, surroqat ana seçilərək müvafiq sənədləşmə aparılmış, tərəflər qarşılıqlı razılığa gəlmişlər ki, zərurət yarandığı halda mayalanma üçün yumurtahüceyrələr donordan götürülə bilər. Eyni zamanda həmin müqavilə şərtinə uyğun İn Vito, İVF, İCSİ prosedurlarından əvvəl donor və surroqatın müayinəsi, mayalanmış embrionların dondurulması, spermanın, donor dərmanının dondurulması üçün 5300 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bütün bu hallar iddiaçının donor nümunəsindən istifadə edilməsi barədə məlumatlı olmasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Məhkəmə tərəflərin müqavilədə embrion implantasiya vasitəsi ilə uşaq dünyaya gətirilməsi üçün donor yumurtahüceyrələrindən istifadə edilməsinə dair şərtin mövcudluğu vəziyyətində müqaviləni imzaladıqlarını, bununla da iddiaçının cavabdehin dünyaya gələcək uşaqların genetik anası olmayacağına dair ehtimalların ola biləcəyi barədə əvvəlcədən məlumatlı olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının analıq barədə mübahisəyə dair gətirdiyi dəlilləri əsaslı hesab etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehə 2016-cı ildən “İ-li sonsuzluq” diaqnozu qoyulmasından iddiaçı məlumatlı olmuş, onun uşaq dünyaya gətirilməsinin mümkünsüz olması iddiaçıya əvvəlcədən bəlli olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlə birgə nikahda olduqları dövrdə başqa qadından - donordan alınmış yumurtahüceyrələrin və bioloji atanın (onun) spermatozoidləri ilə ekstrakorporal (bədənxarici) mayalanma vasitəsilə embrionların surroqat ananın uşaqlığına köçürülməsi yolu ilə hamiləlik yaradılması nəticəsində surroqat anadan dünyaya gəlmiş övladlarının doğum haqqında şəhadətnamələrində müvafiq olaraq, ana qrafalarında cavabdehin adının (adın, soyadın, ata adının) və müvafiq olaraq, cavabdehə aid olan bütün digər qeydlərin pozulması (ləğv edilməsi) hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının yuxarıda göstərilən tələbi təmin edilmədiyindən, iddia tələbi övladları - xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 Cavabdeh alınaraq ona təhvil verilməsi hissəsində də təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri – 60 manat ödənilmiş mediasiya xərci, 40 manat ödənilmiş dövlət rüsumu, həmçinin hüquqi yardım xərcinə görə ödənilmiş 320 manat iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikahda olduqları dövrdə başqa qadından donordan alınmış yumurtahüceyrələrin və bioloji atanın (onun) spermatozoidləri ilə ekstrakorporal (bədənxarici) mayalanma vasitəsilə embrionların surroqat ananın uşaqlığına köçürülməsi yolu ilə hamiləlik yaradılması nəticəsində surroqat anadan dünyaya gəlmiş övladları - xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 - doğum haqqında şəhadətnamələrində, müvafiq olaraq, ana qrafalarında cavabdehin adının (adın, soyadın, ata adının) və müvafiq olaraq, cavabdehə aid olan bütün digər qeydlərin pozulması (ləğv edilməsi), övladları - xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 Cavabdeh alınaraq ona təhvil verilmələri, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğinin, ödənilmiş mediasiya xərcinin əvəzində 60 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 40 manat məbləğinin Cavabdeh alınıb ona verilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar