Məhkəmə qərarları › İş №e-2(009)-1306/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(009)-1306/2024

30.05.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(009)-1306/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, X3 90 A ünvanında yerləşən kreditor «AAA» Vəkil Bürosunun ünvan 2 ünvanında hüquqi qeydiyyatda olan Borclu Birgə Azərbaycan– İngiltərə MMC-yə qarşı 15,025 manat məbləğində pulun və 100 manat dövlət rüsumunun əvəzinin borcludan tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Birgə Azərbaycan–İngiltərə MMC ilə kreditor «AAA» Vəkil Bürosu arasında xx.xx.2023-cü il tarixdə bağlanmış X1 dair müqaviləyə əsasən vəkil sifarişçinin tapşırığına əsasən hüquqi yardım göstərməyi, sifarişçi isə hüquqi yardıma görə razılaşdırılmış məbləğdə və qaydada haqq ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən Müqavilənin: 2.1-ci bəndinə əsasən, müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan abonent X1 görə Sifarişçi hər növbəti ayın 5-dək 2.500 (iki min beş yüz) ABŞ dolları, ödəniş günü Mərkəzi Bankın məzənnəsi üstəgəl 2% olmaqla manat ekvivalentində haqq ödəyir. 2.2-ci bəndinə əsasən, əlavə olaraq yazılı surətdə razılaşdırılmış ayrı-ayrı məsələlər və hallar üzrə X1 görə haqqın məbləği və ödəniş qaydası bu Müqaviləyə Əlavələrlə müəyyən olunur. Tərəflər arasında bağlanmış 26 mart 2024-cü il tarixli, 004 saylı Əlavənin: 1-ci bəndinə əsasən, Sifarişçi BorcluBirgə Azərbaycan-X2 CəmiyyətiAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı inzibati aktın və hərəkətlərin qanunsuz hesab edilməsi tələbi ilə bağlı hüquqi yardım göstərilməsi ilə əlaqədar ilkin olaraq 2020 (iki min iyirmi) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. 02/16042024 və 02/01052024 saylı hesab fakturaların surətindən görünür ki, 05 yanvar 2023-cü il tarixli müqavilə və həmin müqaviləyə 26 mart 2024-cü il tarixli, 004 saylı Əlavə üzrə hüquqi yardım üçün 13,005 manat və 2020 manat olmaqla ümumilikdə 15,025 manat məbləğində ödəniş nəzərdə tutulur. Borclu Birgə Azərbaycan–İngiltərə MMC tərəfindən «AAA» Vəkil Bürosuna ünvanlanmış 13 may 2024-cü il tarixli məktubda qeyd edilir ki, istinad olunan razılaşmalar üzrə 07 may 2024-cü il tarixə 15,025 manat borcun mövcud olması MMC tərəfindən qəbul olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Beləliklə, məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və əlavə edilən sənədlərdən görünür ki, borclu müqavilənin şərtlərini pozaraq ödəniş planı üzrə yuxarıda göstərilən borcun ödənilməsini təmin etməmiş və bununla da üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Belə ki, ərizədən və əlavə olunan sənədlərdən «AAA» Vəkil Bürosunun tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, kreditorun məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: ünvan 2 ünvanında hüquqi qeydiyyatda olan Borclu Birgə Azərbaycan–İngiltərə MMC-dən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, X3 90 A ünvanında yerləşən kreditor «AAA» Vəkil Bürosunun xeyrinə 15,025 (on beş min iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi kimi 100 manat pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar