Məhkəmə qərarları › İş №e-2(009)-1340/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1340/2023

31.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1340/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər arasında nikah Cavabdeh iddia ərizəsi əsasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-4204/2021 saylı qətnaməsi ilə pozulmuş tərəflərin mediasiya sessiyası zamanı əldə etdiyi barışıq sazişinə əsasən onların birgə nikahından olan övladları anasının yanında qalması qərara alınmışdır. Belə ki, mediasiya sessiayyası zamanı tərəflər öz aralarında razılaşaraq birgə nikahlarından olan övladları iddiaçının yanında qalması və iddiaçının cavabdehdən alimnet tələb etməməsi razılaşdırılmış və bununla bağlı tərəflər arasında barışıq sazişi bağlanmışdır. Qeyd edir ki, alimentin ödənilməməsi üçün cavabdehlə barışıq sazişinin bağlanmasına səbəb cavabdehin məhkəmədən kənar uşağı saxlamaqda iddiaçıya maddi dəstək olacağı ilə bağlı şifahi razılaşması olmuşdur ki, həmin razılaşma cavabdeh tərəfindən icra edilməmiş və nəticədə iddiaçı uşağın saxlanmasında keçirdiyi maddi sıxıntılar səbəbindən məhkəməyə müraciət edərək alimnetin məhkəmə qətnaməsi əsasında cavabdehdən alınaraq iddiaçıya ödənilməsini istəyir. İddiaçının yaşamağa evi olmadığından o, halhazırda valideyinləri ilə birlikdə yaşamağa məcburdur. Uşağın bütün maddi ehtiyyaclarını valideyinlərinin maddi dəstəyi əsasında tək başına qarşılayır. Cavabdehdən dəfələrlə uşağın saxlanmasında onlara yardım etməsini tələb etsə də cavabdeh iddiaçıya heç bir maddi köməklik etmir. Hesab edir ki, uşağın saxlanmasında cavabdehin də iddiaçı qədər qnunla müəyyən olunmuş qaydada vəzifələri vardır. Aliment tələbi ilə bağlı ilk öncə Mediasiya şurasına müraciət olunsa da cavabdeh mediasiya sesiyasında iştirak etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixdə mediator tərəfindən iddiaçıya arayış verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə “iddianın dəyişdirilməsi barədə” ərizə verilmişdir. Həmin ərizədə bildirilmişdir ki, hazırki iddia ərizəsi ilə tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün sabit pul məbləğində hər ay 220 manat alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qeyd olunmuşdur. Lakin işin məhkəmə hazırlığı mərhələsində cavabdeh Əliyev urad Emil oğlunun “AMOS EUROPE (UK) LİMİTED” Şirkətinin Azərbaycan Respublikasındaki filialında işlədiyi müəyyən olunmuşdur. Məhkəmə cavabdehin həqiqətən də qeyd olunan şirkətdə işləyibişləməməsi ilə bağlı ARƏƏSM-nin yanında X3 Xidmətinə sorğu vermişdir. Sorğuya cavab olaraq cavabdehin həqiqətən də müdətsiz əmək müqaviləsi əsasında AMOS EUROPE (UK) LİMİTED” Şirkətinin Azərbaycan Respublikasındaki filialındaişlədiyi müəyyən təstiq olunmuşdur. Onun hazırki iddia tələbini dəyişdirərək tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün avabdeh Cavabdeh Eil oğlunun əmək haqqının və əlavə gəlirinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə verərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddianın həcminin dəyişdirilməsi barədə” ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olan övladı, 17 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay cavabdehin qazancının 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia ərizəsi əsasında başlanmış mülki iş hazırda Sizin icraatınızdadır. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıdan tutulacaq aliment məbləğinin 50 faizi övladı X2 adına bankda açılacaq hesabına köçürülməlidir. İlkin olaraq bildirir ki, valideyn özünə məxsus vəsaitin xərclənməsi barədə hesabat verməyə bilər, aliment isə valideynin deyil, uşağın vəsaitidir. Aliment valideynin sərəncamına özbaşına daxil olmur, onu ödəyən şəxs (digər valideyn) və onun tutulması barədə qərar verən orqan (məhkəmə) var. Buna görə də o, aliment ödəyənin və aliment tutanın qarşısında hesabatlı olmalıdır. Uşağın mənafeyi hər kəsin mənafeyindən üstündür. Uşaqlar barəsində istənilən tədbir görülərkən əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəlməlidir. Bunu həm beynəlxalq, həm də milli qanunvericilik tələb edir. Uşağın mənafeyinin daha yaxşı təmin edilməsi üçün sərəncamına aliment daxil olan valideyn alimenti tam olaraq uşağın mənafeyi üçün xərclədiyini təsdiq edən sübutları təqdim etməlidir. Əgər sərəncamına aliment daxil olan valideyn belə sübutlar təqdim edə bilmirsə, deməli, aliment tam olaraq təyinatı üzrə xərclənmir. İddiaçının tələb etdiyi alimentin təyinatı üzrə xərcləməsi barədə bizdə əsaslı şübhələr olduğundan hazırki ərizə ilə məhkəmədən və tutulacaq alimentin 50 faizinin azyaşlı övladı X2 bankda açılacaq hesabına köçürülməsini məhkəmədən xahiş edirik. Cavabdehin məvacibi yetərincə yüksəkdir (2.230 mnat). Ondan tutulacaq aliment məbləği də yüksək məbləğ olduğundan, tutulacaq aliment məbləğinin azyaşlı övladının saxlanmasına xərclənməyəcəyi ehtimalı yüksəkdir. İddiaçı uşaqa görə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanunda tutulmuş 220 manat deyil, çox yüksək məbləğdə aliment tələb edir. Belə olan halda həmin alimentin İddiaçı tərəfindən öz şəxsi maraq və məsrəflərinə üçün xərclənəcəyi aşkardır. Belə ki, iş üzrə tərəflər ailə qurduğu vaxtdan bu günə qədər, hətta nikahları məhkəmə qaydasında pozulduqdan sonra da, övladının bütün maddi və mənəvi tələbatını cavabdeh özü qarşılayır. İddiaçı tələb etdiyi alimenti azyaşlı övladına deyil, məhz özü üçün tələb edir. Çünki qeyd etdiyimiz kimi, övladının bütün tələbatını cavabdeh özü qarşılayır. İddiaçı onun üçün bir manat belə xərcləmir. Heç buna ehtiyac da yoxdur. İddiaçının məqsədi cavabdehdən aliment adı ilə özünün şəxsi xərcləri üçün pul almaqdır. Çünki iddiaçı bilir ki, cavabdeh heç vaxt övladının nədənsə korluq çəkməsinə izin verməyəcək. İddiaçı alimenti alıb özü üçün xərcləyəcək, cavabdeh yenə övladının tələbatını ödəyəcəkdir. Bildirir ki, uşağı saxlamaq tək atanın deyil, hər bir valideynin borcudur. Qanunvericiliyin bununla bağlı valideynlərə bərabər hüquq və vəzifələr müəyyən etmişdir. İddiaçı özü də hazırda cəmiyyətdə yüksək tələbatı olan Gimnastika və Plates dərsləri verir. Onun Sosial şəbəkə vasitəsi ilə paylaşdığı reklam xarakterli paylaşımlardan bunu açıq-aydın görmək olur. (sosial şəbəkələrdən götürülmüş şəkillər və videoyazı ərizəyə əlavə edilir). Bu sahədə tələbatın yüksək olması, peşəkar təlimçilərin isə sayının az olması, həmin təlimçilərin xidmət haqları olduqca yüksəkdir. Bu səbəblərdən hazırki iş üzrə İddiaçı da yüksək aylıq gəlirlərə malikdir. Bildirir ki, aliment yetkinlik yaşına çatmayan uşaqlarını saxlanması üçün valideyndən tutulmalı olan vəsaitdir. Lakin, görünür iddiaçı alimenti birgə nikahdan olan övladının saxlanması üçün yox, özünün başqa maddi təminatları üçün tələb edir. Qeyd olunanların, yəni uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin sonuncu tərəfindən təyinatı üzrə xərclənməməsinin qarşısını almaq məqsədilə, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Alimentin təyinatı üzrə, yəni tərəflərin birgə övladının maddi və mənəvi ehtiyaclarının ödənilməsinə yönəltməyəcəyi, həmin vəsaitin özü üçün xərcləyəcəyi barədə yetərli şübhələr var. İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına qədər saxlanması üçün Cavabdeh tutulacaq aliment məbləğinin 50 faiz məbləğinin xx.xx.2014-cü il təvəllüdlü X2 adına açılmış bank hesabına köçürmək barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirmişdir ki, o, hal-hazırda işləmir. Cavabdeh tərəfindən verilmiş “tutulacaq aliment məbləğinin 50% hissəsinin X2 adına açılmış bank hesabına köçürülməsi” barədə ərizəsinə etiraz edir və bildirir ki, uşağın aylıq xərcləri çoxdur. Belə ki, o, idmana, dil kurslarına gedir. Həmçinin əvvəl məktəbə yaxın yaşasalar da, hazırda uzaq məsafədə yerləşən yaşayış sahəsinə köçdüklərinə görə yol xərcləri də vardır. Gələcəkdə işləmək fikri vardır. Lakin zəhmət haqqı stabil deyildir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirmişdir ki, cavabdeh “AMOS EUROPE (UK) LİMİTED” şirkətinin Azərbaycan Respublikasındaki filialında işləyir və yüksək əmək haqqı alır. Bu səbəbdən məhkəmədən 17 iyul 2014 cü il tarixli X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, cavabdehlə iddiaçı boşansalar da iş materiallarına əlavə edilmiş qəbzlərdən də aydın olur ki, o, övladı ilə görüşür və xərclərini qarşılayır. İddiaçı hal-hazırda işləməsə də əvvəllər işləmişdir və işləmək qabiliyyəti vardır. Alimentin tutulmasına etiraz etmir. Lakin, gələcəkdə tutulacaq aliment məbləğinin 50% hissəsinin X2 adına açılmış bank hesabına köçürülməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 4204/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 06 sentyabr 2013-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1520№ ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətindən alınan məlumatdan görünür ki, cavabdeh “AMOS EUROPE (UK) LİİTED” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında müddətsiz əmək müqaviləsi əsasında çalışmaqla 2230 manat məbləğində əmək haqqı alır. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı ASAN xidmət qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 371189 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 iyul 2014-cü il tarixində doğulmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər arasında nikah Cavabdeh iddia ərizəsi əsasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-4204/2021 saylı qətnaməsi ilə pozulmuş tərəflərin mediasiya sessiyası zamanı əldə etdiyi barışıq sazişinə əsasən onların birgə nikahından olan övladları anasının yanında qalması qərara alınmışdır. Tərəflər öz aralarında birgə nikahlarından olan övladlarının iddiaçının yanında qalması və uşağın saxlanması üçün məhkəmədən kənar aliment ödənilməsi barədə razılıq əldə etmişlər. Lakin, hazırda iddiaçı cavabdehin həmin razılaşmaya riayət etməməsinə istinad etməklə məhkəməyə müraciət edərək uşağın saxlanılması üçün alimnetin məhkəmə qətnaməsi əsasında cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh tərəf isə alimentin tutulmasına etiraz etməyərək, cavabdehin əmək haqqının ¼ hissəsinin yüksək məbləğdə aliment məbləği olmasına, cavabdehin məhkəmədən kənar uşağın xərclərini qarşılamasına, iddiaçının həmin məbləği uşağın saxlanılması üçün deyil, öz şəxsi maraqları üçün tələb etməsinə, iddiaçının özünün də gəlirinin olmasına istinad edərək gələcəkdə tutulacaq aliment məbləğinin 50% hissəsinin X2 adına açılmış bank hesabına köçürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Bundan başqa, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın mənafeyini, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, iddiaçının rəsmi gəliri və qazancı barədə məhkəməyə sübut təqdim edilməməsini, tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı övladı xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsinin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Odur ki, iddia təmin edilərək Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-ci il tarixindən hesablanmalıdır. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin “iddiaçının yüksək aliment məbləği tələb etməsi və həmin məbləği uşağın saxlanılması üçün deyil, öz şəxsi maraqları üçün tələb etməsinə dair dəllilərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh qeyd etdiyi haları təsdiq edəcək sübut növü məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə cavabdeh tərəfin bu dəlillərini əsassız hesab edir və tutulacaq aliment məbləğinin 50% hissəsinin X2 adına açılmış bank hesabına köçürülməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən (2,230 əmək haqqı : 4=1/4 hissə- 557.5x12ay=6690) 86,90 (səksən altı manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, cavabdehdən 86,90 (səksən altı manat doxsan qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 17 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla hər ay Cavabdeh qazancının və digər gəlirlərinin 1/4 hissəsində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 86,90 (səksən altı manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar