Məhkəmə qərarları › İş №e-2(009)-1368/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1368/2024

26.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1368/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə faktiki nikah münasibətlərində olmuş, bu nikahdan iki övladı dünyaya gəlmişdir. Birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 onunla birlikdə yaşamaqdadır. Onun hazırda 8 yaşı var və orta məktəbdə təhsil alır. Hazırkı tarixədək o, övladının saxlanması üçün bütün xərcləri tək qarşılamışdır. Halbuki o, işləmir və övladının zəruri xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir. Cavabdehin isə maddi vəziyyəti yaxşıdır. Lakin cavabdeh A.Əliyevin saxlanma xərclərinin qarşılanmasında ona dəstək olmur. O, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin tutulması tələbi ilə 2022-ci ilin yanvar ayından etibarən iki dəfə Səbail rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin təkidilə və ona maddi dəstək verəcəyinə dair söz verməsi ilə əlaqədar olaraq həmin iddiaları üzrə tələbini məhkəmə qaydasında davam etdirməmişdir. Həmin vaxtdan cavabdeh bir dəfə də olsa uşağın saxlanması üçün hər hansı xərcini ödəməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını o, təkbaşına çəkir. Uşaq böyüdükcə atasına qarşı ehtiyac və tələbatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Lakin uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələblərini ödəmək tək qadın olaraq ona çox çətindir. Bu səbəbdən Cavabdeh övladı X3 2022-ci ilin yanvar ayından yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 1000 manat sabit pul məbləğində alimentin tutulması zərurəti yaranmışdır. X6 onun himayəsindədir. O, övladının təhsili və tərbiyəsi ilə təkbaşına məşğul olur. Uzun müddətdir ki, uşağın saxlanma xərclərinin qarşılanması məsələsinə o, əziyyət çəkir və bunun üçün müvafiq tədbirlər görür. Lakin cavabdeh şəxsin aliment verməkdən boyun qaçırması, hər dəfə yalan vədlərlə onu aldatması və məhkəməyə müraciətlərin yarımçıq qalması nəticəsində o, aliment ala bilmir. Belə ki, aliment tələbi ilə iki dəfə məhkəməyə müraciət etmiş o, cavabdehin inandırıcı təkidldəri və vədləri ilə məhkəmə prosesinə ehtiyac qalmadığına inanmış, məsələnin məhkəmədən kənar qaydada həllini tapdığını güman etmişdir. Bunun nəticəsidir ki, Səbail rayon Məhkəməsinin müvafiq qərardadı ilə aliment tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. Cavabdeh tərəfindən edilmiş yanıldıcı, aldadıcı nəticəsində övladı X3 hüquqları pozulmuş və onun bir uşaq kimi lazımi həyat səviyyəsinin təmin edilməsində o, bir çox çətinliklərlə üzləşmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2016-cı il təvəllüdlü X3 2022-ci ilin yanvar ayından yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 1000 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, İddiaçı ilə faktiki nikah münasibətlərində olmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 dünyaya gəlmişdir. İlkin iddia üzrə İddiaçı əksini qeyd etsə də, o, uşağın atası kimi, valideyn olaraq övladının hər ehtiyacını qarşılamış və ona lazım olan hər şeylə təmin etmişdir. Tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə vəsatətlə müraciət edilərək Litva Respublikasının Vilnüs Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının aliment hissəsində Azərbaycan Respublikasında tanınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10(102)-66/202 saylı qərardadına əsasən vəsatət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 458.3-cü maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilməsi səbəbindən təmin edilməmişdir. Hazırda xx.xx.2014-cü il təvəllüdlü X4 onun himayəsindədir. Ona görə də hesab edir ki, onun himayəsində olan uşağın xeyrinə İddiaçı tərəfindən aliment ödənilməlidir. Bildirmək istəyir ki, Vilnüs Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən aliment təyin olunsa da, həmin tarixdən bu günədək ona İddiaçı tərəfindən alimentin ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qanunvericiliyin də tələbinə əsasən hesab edir ki, 2021-ci il iyun ayından 2024-cü ilin iyun ayına kimi 36 ay müddətinə aylıq 200 manat olmaqla, cəmi 7200 manat məbləğində pul məbləği İddiaçı onun xeyrinə tutulmalı, eyni zamanda onun himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X2 xeyrinə cavabdeh İddiaçı hər ay xx.xx.2014-cü il tarixdən hesablanmaqla 300 manat məbləğində aliment tutulmalıdır. Belə ki, cavabdehin himayəsində olan uşaq azyaşlıdır, onun da öz növbəsində qayğıya ehtiyacı var və saxlanması üçün pul vəsaiti tələb olunur. Göstərilənləri nəzərə alaraq iddiaçı onun himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X2 xeyrinə cavabdeh İddiaçı 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay müddət ərzində aylıq 200 manat hesablanmaqla ödənilməmiş olan alimentin cəmi 7.200 manat məbləğində pul vəsaitinin tutulması, onun himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X2 xeyrinə cavabdeh İddiaçı hər ay xx.xx.2014-cü il tarixdən hesablanmaqla 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, qarşılıqlı iddia tələbi üzrə aliment verməkdən imtina edirlər, cavabdeh uşağı anadan zorla alıb. Bu səbəbdən həmin uşaq üçün aliment verilməsindən imtina edir. Aliment tələbinin 1000 manat həddində müəyyən edilməsini ona görə istəyirlər ki, cavabdehin adına kifayət qədər çoxlu daşınar və daşınmaz əmlaklar vardır, cavabdeh həmin həddə aliment vermək iqtidarındadır. Tutulacaq alimentin 2022-ci il tarixdən hesablanması isə həmin il iddiaçı tərəfindən məhkəməyə alimentlə bağlı müraciət olunmuş, cavabdeh söz vermişdir ki, məhkəmədən kənar uşağın saxlanılması təmin olunacaq, bu səbəbdən ərizə baxılmamış saxlanılmışdır. Lakin cavabdeh öhdəliyini həmin tarixdən icra etməmişdir. Cavabdehin bank kartından çıxarılan pulların iddiaçı tərəfindən xərclənməsini isə qəbul etmir, bank kartı cavabdehin adınadır. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini, ilkin iddianı qismən qəbul edərək və ilkin iddiaya dair etiraz məhkəməyə təqdim edərək göstərmişdir ki, tərəflərin qeyri rəsmi nikahdan 2 övladları var. Qız övladı Orxanın, oğlan övladı isə Radanın himayəsindədir. Orxan bu ilin yanvar ayına qədər öz adına olan bank kartını Radaya vermiş, Rada həmin kartdan öz gündəlik tələbatının təmin edilməsi üçün istifadə etmişdir. Hesab edir ki, ilkin iddia yalnız alimentlə bağlı məhkəməyə müraciət edilən vaxtdan tutulmalı və Orxanın işləyib 600 manat əmək haqqı alması nəzərə alınmalıdır. Qarşılıqlı iddia ərizəsində göstərilənləri isə tam müdafiə edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Litva Respublikasının Vilnus şəhəri VVAQ İdarəsi tərəfindən verilmiş və azərbaycan dilinə tərcümə edilmiş xx.xx.2014-cü il tarixli doğum şəhadətnaməsinin surətindən görünür ki, Leyli Əliyeva xx.xx.2014-cü il tarixdə Litva Respublikasının Vilnus şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş üzrə Litva Respublikasının Vilnus şəhər Vətəndaş Vəziyyətləri haqqında Aktların Qeydiyyat İdarəsi tərəfindən verilmiş və azərbaycan dilinə tərcümə edilmiş xx.xx.2016-cı il tarixli doğum haqqında akt qeydinin surətindən görünür ki, Ayxan Əliyev xx.xx.2016-cı il tarixdə Litva Respublikasının Vilnus şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin e-2(009)-1744/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, vəsatət təmin edilməməsi, Litva Respublikasının Vilnüs şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının İddiaçı alimentin tutulması hissəsində Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsindən müddət keçməsinə görə imtina edilmişdir. İş üzrə Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6/-001026 saylı, xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı aliment tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 16.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərindən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Leyli və xx.xx.2016-cı il təvəllüdlü Ayxan adlı uşaqları var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında faktiki ailə münasibətləri pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü Ayxan adlı uşaq iddiaçının yanında, xx.xx.2014-cü il təvəllüdlü Leyli adlı uşaq isə Cavabdeh yanındadır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh rəsmi nikahdadır və onun rəsmi nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqları var. İlkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh Ayxan adlı uşağın saxlanılması üçün ona hər hansı maddi yardım göstəmir. Halbuki o, işləmir və övladının zəruri xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir. Cavabdehin isə maddi vəziyyəti yaxşıdır. Lakin cavabdeh uşağın saxlanma xərclərinin qarşılanmasında ona dəstək olmur. İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin tutulması tələbi ilə 2022-ci ilin yanvar ayından etibarən iki dəfə Səbail rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin təkidilə və ona maddi dəstək verəcəyinə dair söz verməsi ilə əlaqədar olaraq həmin iddiaları üzrə tələbini məhkəmə qaydasında davam etdirməmişdir. Həmin vaxtdan cavabdeh bir dəfə də olsa uşağın saxlanması üçün hər hansı xərcini ödəməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını iddiaçı təkbaşına çəkir. Bu səbəbdən iddiaçı xx.xx.2016-cı il təvəllüdlü X3 2022-ci ilin yanvar ayından yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 1000 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. İş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən Cavabdeh "xxxx" MMC-də “mühasib-analitik” vəzifəsində işləyir və aylıq əmək haqqı 600 manat təşkil edir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən müntəzəm qazanca malik olan valideyndən alimentin tutulmasını əmək haqqının faiz nisbətində müəyyən edilməsini nəzərdə tutsa da, 1 uşağa görə əmək haqqının 1/4 hissəsi həddində alimentin məbləğinin (600x1/4=150 manat) yaşayış minimumu üçün 1 uşağa görə müəyyən edilmiş alimentin miqdarından (235 manat) kifayət qədər az olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıdan tutulmalı olan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edilməsini, 1000 manat həddində aliment ödəmək iqtidarında olmasına dair sübutları məhkəmə tərəfindən müəyyən edilməməsini, cavabdehin adına əmlakların mövcudluğu isə alimentin tələb edilən həddə təmin edilməsinə əsas olmamasını, cavabdehin öhdəsində rəsmi nikahdan yetkinlik yaşına çatmamış digər övladlarının olmasını nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli və cavabdehdən Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. Məhkəmə uşağın saxlanılması üçün tutulmalı alimentin hansı vaxtdan hesablanması ilə bağlı aşağıdakıları qeyd edir. İlkin iddia üzrə iddiaçı tələbində onun tərəfindən 2022-ci ildə alimentlə bağlı məhkəməyə müraciət edilməsini, cavabdehin məhkəmədən kənar uşağın tələbatını ödəməsinə söz verməsi ilə əlaqədar olaraq həmin iddiaları üzrə tələbini məhkəmə qaydasında davam etdirməməsini, cavabdehin verdiyi vədi yerinə yetirməməsini nəzərə alaraq, alimentin 2022-ci ilin yanvar ayından tutulmalı olmasını qeyd etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının alimentin 2022-ci ilin yanvar ayından tutulması barədə tələbi üzrə qeyd edir ki, mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən hər bir şəxs özünün və övladının qanunla qorunan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər və bununla bağlı iddia ilə məhkəməyə müraciət edə bilərlər. İlkin iddia tələbi üzrə iddiaçı da qanunla ona verilmiş hüquqdan istifadə edərək alimentlə bağlı 2022-ci ildə məhkəməyə müraciət etsə də, məhkəmə iclasına gəlmədiyi üçün ərizə baxılmamış saxlanılmış, iddiaçı bunu cavabdehin alimentin könüllü olaraq ona verəcəyinə söz verməsi ilə əlaqələndirmişdir. Lakin məhkəmə iddiaçının qaldırdığı tələbə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilməsinə dair iradə ifadəsinin sonradan mövcud olmaması nəzərə alaraq hesab edir ki, onun əvvəlki dövr üçün də alimentin ödəməli olmasına dair dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə ailə qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, cavabdehdən tutulmalı olan aliment iddiaçının məhkəməyə müraciət elədiyi vaxtdan - xx.xx.2024-cü il tarixdən tutulmağa başlanılmalıdır. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, ilkin iddianın alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla cavabdeh İddiaçı ilə faktiki nikah münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşaqları var. Ayxan adlı uşaq İddiaçı yanında, Leyli adlı uşaq onun yanındadır. Tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə vəsatətlə müraciət edilərək Litva Respublikasının Vilnüs Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının aliment hissəsində Azərbaycan Respublikasında tanınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10(102)-66/202 saylı qərardadına əsasən vəsatət Azərbaycan Respublikası MPM-nin 458.3-cü maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilməsi səbəbindən təmin edilməmişdir. Ona görə də hesab edir ki, onun himayəsində olan Leyli adlı uşağın xeyrinə İddiaçı tərəfindən aliment ödənilməlidir. Vilnüs Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən aliment təyin olunsa da, həmin tarixdən bu günədək ona İddiaçı tərəfindən alimentin ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən qarşılıqlı iddia üzrə iddiaçı onun himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X2 xeyrinə cavabdeh İddiaçı 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay müddət ərzində aylıq 200 manat hesablanmaqla ödənilməmiş olan alimentin cəmi 7.200 manat məbləğində pul vəsaitinin tutulması, onun himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X2 xeyrinə cavabdeh İddiaçı hər ay xx.xx.2014cü il tarixdən hesablanmaqla 300 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin X1 üçün İddiaçı 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay müddət ərzində aylıq 200 manat hesablanmaqla ödənilməmiş olan alimentin cəmi 7.200 manat məbləğində pul vəsaitinin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçının himayəsində olan azyaşlı ilə bağlı xx.xx.2014-cü il tarixdə Litva Respublikasının Vilnüs şəhər Məhkəməsinin İddiaçı alimentin tutulması ilə bağlı qətnaməsi qəbul edilmiş, lakin qətnamə qəbul edildiyi tarixdən borclu tərəfindən aliment öhdəliyi icra edilməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edimişdir ki, Cavabdeh qəbul edilən qətnamənin tanınması ilə bağlı Ali Məhkəməyə vəsatətlə müraciət etsə də, müddətin keçmə əsası ilə vəsatəti təmin edilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçının həmin tələblə məhkəməyə müraciət edənədək alimentlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasını, ailə münasibətlərinin davam edən xarakter daşımasını, məhkəməyə müraciət edilənədək İddiaçı alimentin alınmasına iddiaçının iradə ifadəsinin olmasını, bununla da iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü nəzərə alaraq hesab edir ki, cavabdehdən əvvəlki dövr üçün də aliment 3 illik müddət həddində tutulmalıdır. Məhkəmə 2021,2022, 2023 və 2024-cü illər üzrə aylıq uşaqlar üçün yaşayış minimumunun müxtəlif hədlərdə olmasını nəzərə alaraq tutulmalı olan məbləğin orta hədd kimi 200 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay müddət ərzində aylıq 200 manat hesablanmaqla ödənilməmiş olan alimentin cəmi 7.200 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin xx.xx.2014-cü il təvəllüdlü X2 xeyrinə cavabdeh İddiaçı hər ay xx.xx.2014-cü il tarixdən hesablanmaqla 300 manat məbləğində alimentin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarın 8.2-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.5-ci maddəsinə əsasən sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Göstərilən Məcəllənin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Eyni Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə qeyd edir ki, valideynlər uşaqlar barəsində bərabər hüquq və vəzifələrə malik olduqları üçün, onların saxlanılmasında bir-birinə qarşılıqlı yardım göstərməlidirlər. Tərəflərin faktiki nikah münasibətindən olan Leyli adlı uşağı qarşılıqlı iddia üzrə iddiaçının yanında saxlanıldığından, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi yardım göstərməlidir. Yuxarıda göstərilən ailə qanunvericiliyinin və Konstitusiya Məhkəməsinin qərarında formalaşmış hüquqi mövqeyinə görə valideynlər uşaqlarını saxlamağa və onların maddi tələbatını təmin etməyə borcludurlar. Lakin məhkəmə 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu 235 manat olmasını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi 300 manat alimentin tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən Leyli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. Məhkəmə uşağın saxlanılması üçün tutulmalı alimentin hansı vaxtdan hesablanması ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının alimentin xx.xx.2014-cü il tarixdən tutulması barədə tələbi üzrə qeyd edir ki, həmin tarixdə qəbul edilmiş alimentlə bağlı xarici ölkənin qətnaməsinin tanınması barədə vəsatət təmin edilmədiyindən, qüvvədə olan ailə qanunvericiliyində isə alimentin əvvəlki dövr üçün yalnız 3 illik müddət həddində müəyyən edilməsi nəzərdə tutulduğundan, qarşılıqlı iddia tələblərindən biri isə həmin müddət ərzində alimentin tutulması ilə əlaqədar olduğundan və məhkəmə tərəfindən təmin olunduğundan, aliment qarşılıqlı iddianın məhkəməyə təqdim edildiyi və icraata qəbul edildiyi tarixdən xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, qarşılıqlı iddianın alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbləri üzrə iddiaçılar iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut əlavə edildiyindən, tərəflərdən dövlət nəfinə dövlət rüsumu tutulmamalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Cavabdeh xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək əvvəlki dövr üçün 3 illik müddət həddində, 36 ay müddət ərzində aliment aylıq 200 (iki yüz) manat olmaqla, cəmi 7.200 (yeddi min iki yüz) manat məbləğində pul tutulsun. İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə ilkin və qarşılıqlı iddia tələbləri üzrə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar