Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1393/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Səbail rayon İcra şöbəsi, Cavabdeh3 ASC və Cavabdeh3 ASC-nin nümayəndəsi Zülfiyyə Məmmədovaya qarşı «pul və s.» tələbi barədə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 85000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2003-cü ildə mən qohumumun xahişi ilə biznesinə pul qoymaçün “Azəməqliyyat bankdan” 15 min pul götürdüm. Sonra qohumum banka pul ödəməyi məndən xəbərsiz intervallarda etdi. Bu zaman özünü bank əməkdaşı kimi təqdim edən Cavabdeh2 bizim evə 14a mənzilinə baxış keçirdi, gecikmə olduğu təqdirdə bu evi 85 min dollar pul müqabilində satmağı təklif etdi, biz razılaşdıq. Bizim keçirilən hərraclardan - xəbərimiz olmamışdır. Birdə gözlənilmədən biz Səbail Məhkəməsinə çağrıldıq. Orada qiymətləndirmə ekspertizasının keçirilməsin vəsatət verdik, rədd olundu bir daha o prosesdə iştirak etmədik. Beləliklə proseslərdə iştirakımız olmadan, xəbərsiz 14a mənzilimizə qeydiyatımız ləğv olundu, bu haqda bizə gözlənilmədən icra köçürülmə işi zamanı bəlli oldu. Hətta 3 otağh evimizdən əşyalarımızı çıxarmağa macal tapmadıq, (vəziyyətin bizə qarşı qəsdən qurulduğun anladıq tez borc edib 15 min dolları Səbail icra şöbəsi hesabına köçürdük ki, bankın borcu bağlanıb girov azad edilsin). Beləliklə bizim evimiz bank və Rəşad tərəfindən 6 qat ücuz qiymətə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: əlimizdən alındı. İlk baxışdan borclu ilə kreditor arasında sadə əməliyyət aparılmışdır. Yəni borclu krediti ödəməmiş və nəticədə girov bankın balansına sonra isə öncədən qurulmuş sövdələşmə əməkdaşı Rəşadm mülkiyyətinə keçmişdir. Necə deyərlər, hər şey qanuni olub-ortada bank mənfiəti, məhkəmə qərarları, icra işləri, razı müştəri yeni daşınmaz əmlak qeydiyyatı işləri var. Yaxşı zərər görən kimdi? Sadə vətəndaş! Onu heçkim düşünməsin. Biz hamımız o vətəndaşla cəmiyyətinin bir parçasıyıq. Bu “1” əməliyyatında qanunsuz nüanslar aşağıdakı sıralamadadır. 1. Vətəndaş bankdan mikrokredit götürmüşdür. Əgər vətəndaş biznes krediti götürsəydi və bu mənzil dəyərimin 50 faizini təşkil etsəydi və bu borcu qaytarmağa imtina etsəydi (halbuki vətəndaş 15 min borcu hesaba köçürüb) onda bu özgəninkiləşdirmə qanunauyğun olardı. Vətəndaşa heç bir fürsət verilməmiş evi qanunsuz özgəninkiləşdirilməklə külli miqdarda zərər vurulmuş, nəticədə həm evindən həmdə 40 min manatlıq əşyalarından məhrum olmuşdur. İİ cavabdeh Rəşad 2019-cu ilə qədər 14a mənzilin digər mübahisəli sahələrini razılıq əsasında özgələşdirməklə ev əşyalarım bu mənzildə saxlamış. 2019-cu ildə xəbərsiz mübahisəli sahələri birləşdirməklə özgələşdirmiş, həmçinin hazırda bu əşyalarıda yoxa çıxarmışdır. Bu ədalətsizlik yoldaşıma da uzun illər mənəvi sarsıtılar yaşatmış dəfələrlə əməliyyat keşirmişdir 14a mənzilin kvadratın hazırki dəyəri qiymətləndirmə mərkəzi tərəfindən 4.6 min qiymətləndirilmişdir. Buda 14 a mənzilin qiymətini 611 min olduğun müəyyən edir. Beləliklə Cavabdeh 15 min manat pul məbləğində 611 min manat dəyərində mənzili aldatma yolu ilə əldə etməklə əsastz varlanmışdır. Yoldaşım bahadura isə iztirablar nəticəsində mənəvi zərər dəymişdir. Mən bir Azərbaycan xanımıyam, düşmən deyiləm, hər bir millətin nümayəndəsi biri digərindən artıq deyil. Cavabdehlərin əməli cinayət tərkibli delikdir. Delikt məsuliyyətinin vaxt məhdudiyyəti yoxdur. Əməllərin gizlətməkçün “Azəməqliyyat bank” ekspresbanka, Rəşid isə Rəşada deformasiya etmişdir. 3-cu cavabdeh keçmiş “Azəməqliyyat bankın” hüquqşünası Rəşadın tələbə yoldaşı Zülfiyyədir. Hansıki Rəşadın ifadəsinə görə əşiya köçürülməsi işinə o rəhbərlik etmişdir. Şahidlərim olsada Məhkəmə timsalında hüquqları pozulan şəxslər cəzalandırılmamalıdır. Ümid edirəm obyektiv kollektivdən Mühakimə aparan şəxs iddiamı təmin edəcəkdir. Maştabda istehlak kreditinə bərabər həcmdə borc üstündə məyər evi əldən alırlar? Bu girov kreditimin Rəşad öncüllüyü ilə sifarişlə borcludan vaxtında tələb olunması süni yubadılmışsonra bu gecikmə bəhanəsi ilə nəticəsi məlumdur. Hətta bu kreditdə gecikmələr olmasa belə mənzilə 85 min təklifi və kreditə möhlət verilməsi kimi digər şirnikləndirici təkliflərdə gündəmdə idi. Bu isə özündə maxinasiya ilə müşahidə olunan dələduzluq və islahlakçı hüquqlarının kobud pozulmasının biyabırçı nümunəsidir. Təşkilatın hüquqi varisi Təşkilatın borclarına və səhmlərinə görə məsuliyyət və cavabtehlik daşıyır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh3 ASC-dən onun xeyrinə 7000 manat pulun, Cavabdeh2 70.000 manat pulun və cavabdehlərdən 135 adda əşyaların (1. Lüstur - iki ədəd (böyük, balaca) -500 manat 2. Pərdə - Tül gün keçməz - 270 manat 3. Televizor - 800 manat 4. Divan üstünün 4 ədəd balışları - 800 manat 5. Jurnal masası - 100 manat 6. Komod, bufet, televizor seti, stol, stul 6 nəfərlik - 4000 manat 7. Xalça 5x3 - 400 manat 8. Kampot qabı - 3 ədəd 850 manat 9. At Quran qabı - 100 manat
10. İki ədəd dini söz hədiyyə- 60+60=120 manat 11. Nabat -tovuz quşulu- 80 manat 12. 12 ədəd armudu stəkan - 52 manat 13. 12 ədəd xrustal stəkan - 84 manat 14. 12 ədəd böyük nəlbəki, 12 ədəd armudu nəlbəki, 12 ədəd razetka- 65 manat, 15. 2 ədəd xrustal qrafınka (qapaqlı) - 58 manat 16. 2 ədəd xrustal qəndqabı-50 manat 17. 2 ədəd sadə qəndqabı-20 manat 18. 1 ədəd mürəbbə qabı- 25 manat 19. Limon qabı 3 ədəd - 30 manat 20. Meyvə qabı 1 ədəd, 2 ədəddə konfet qabı (qapaqlı) - 150 manat 21. 1 ədəd qrafin -30 manat 22. 1 ədəd tort qoymaq üçün vaz - 20 manat 23.Yemək dəsti: 24 ədəd qaşıq, 24 ədəd çəngəl, 12 ədəd bıçaq, 18 ədəd çay qaşığı, 6 ədəd limon qaşığı, 12 ədəd desert vilkası, 1 ədəd kəf yığan qaşıq, 6 ədəd mürəbbə qaşığı - 60 manat 24.4 ədəd böyük bulud, 3 ədəd orta bulud,3 ədəd kiçik bulud, 12 ədəd uzun bulud, 12 ədəd kiçik kasa,24 ədəd aş boşqabı, 24 ədəd orta boşqab, 24 ədəd kiçik boşqab, 6 ədəd zeytun boşqabı (dördkünc), 3 ədəd soyutma qabı (böyük) - 700 manat 25. 6 ədəd dolma qabı, 6 ədəd qara qabı, 6 ədəd duz qabı- 700 manat 26. 12 ədəd süfrələr-600 manat 27. 1 ədəd 3 dənəli ləpə qabı- 20 manat
28. 1 ədəd qara şirniyyat qabı-20 manat 29. 1 ədəd ütü-70 manat 30. Balaca şamlar- 10 manat 31. Çay dəsti madonna-6 nəfərlik -600 manat 32. 1 ədəd meyvə qabı - 250 manat
33. 2 ədəd ləpə qabı-200 manat 34. 2 ədəd şirniyyat qabı- 200 manat 35. 2 ədəd konfet qabı, karzinka - 150 manat 36. Meyvə qabı 2 ədəd konfet qabı- 250 manat 37. 6 ədəd rəngli bakal - 60 manat 38. 1 ədəd plisos - 180 manat 39. Paltar şukulka -35 manat 40. Şpika, şpilka vedrəsi- 10 manat 41. Divar saatı-80 manat 42. 1 ədəd lüstur - 150 manat (yataq otağı) 43. Pərdə, tül, gün keçirməz -220 manat 44. Pakrval - 280 manat 45. Xalça - 180 manat 46. Şfaner, Termo, kravat (taxt), 2 ədəd tumbuçka, butik - 4000 manat 47. 5 ədəd böyük mişqa-150 manat 48. 2-3 ədəd balaca mişqa- 30 manat 49. Duxular-200 manat 50. Kremlər - 50 manat 51. Kosmetikalar- 60 manat 52. hava feni-60 manat 53. Darağlar- 5 manat 54. bəzək əşyaları-10 manat 55. suvenir-5 manat 56.Gecə paltarları, alt paltarları, toy kaşlokları, günlük kaşlokları, damaşniklər, namaz paltarı, çənəmaz (2 ədəd) - 700 manat 57. Güzgü-25 manat 58. Ütü stolu-30 manat, 59. Uşağın yataq dəsti-100 manat 60.Yolka ağacı, oyuncaqları, işığı, uşağın paltarları, işığı, karobkanın içində işlənməyən paltarlar-250 manat 61. Şfanerin içində paltarlar, toy paltarları -1000 manat 62. Dəri Sumkalar-200 manat 63. Palto-220 manat 64. 1 ədəd Balonka və kurtka 3 ədəd- 70+50+50+50=220 manat 65. Gündəlik paltarlar-500 manat 66. Ayaqqabı-günlük, toy, yay və qış fəsillərinə aid ketalar, ayaqqabılar- 500 manat 67. Rəsm fırçalar, şəkillər- 50 manat
68. Dəsmallar-150 manat 69. Qətvələr-200 manat 70. Hamam xalatı-50 manat 71. Uşaq üçün hamam xalat dəsti-40 manat 72. 6-7 ədəd pastellər-450 manat 73. Corablar, kapron kalqotka, qış üçün kalqotkalar-100 manat 74. Şalvar və yubkalar-100 manat 75. Uşağın paltarları-200 manat 76. Uşağın ayaqqabıları-100 manat 77. 1 ədəd taxt döşəyi-300 manat
78. 1 ədəd tək nəfərlik döşək-150 manat 79. Taxt yorğanı-200 manat 80. 2 ədəd tək nəfərlik yorğan-300 manat 81. 6 ədəd balış-600 manat 82. 2 ədəd ədyal maloçni- 140 manat 83. 1 ədəd qalın ədyal- 45 manat 84. 2 ədəd gündəlik ədyal-90+90= 180 manat 85. 2 ədəd sırıqlı ədyal-50+50=100 manat 86. 1 ədəd nazik xalça-150 manat 87. 1 ədəd uşaq ədyalı-20 manat 88. Veşilkalar-15 manat 89. Mətbəxi üçün: pərdə tülü, gün keçirməz-150 manat 90. Lüstur- 80 manat 91. 1 ədəd kartinka-150 manat 92. Soyuducu -1300 manat
93. Paltaryuyan maşın “LG” markalı - 750 manat 100. Kuxna stolu oturacaqları ilə birlikdə 4 ədəd -300 manat 101. Ət çəkən maşın -175 manat 102. sok çəkən maşın-165 manat
103. blender - onun içində olanlar - 70 manat 104. xalça - 170 manat 105. kuxna mebeli - 800 manat 106. qaz peçi - 120 manat 107. asperator- 80 manat 108. moyka krantı- 30 manat 109. gündəlik yemək servisi- 6 nəfərlik, qırmızı qara rəngli - 350 manat 110. İki dəst qazanlar - 280 manat, 180 manat 111. Çüyün qazanlar-(böyük balaca) 150 manat 112. kapron qazanlar-(böyük balaca) - 50 manat, 113. Yağ bidonu-10 manat 114. Tyorka, alma doğrayan, taxta qaşıqlar-30 manat 115. Şüşə qazan dəsti-250 manat 116. Bıçaq dəsti-50 manat 117. Çömçə dəsti -35 manat 118. Bıçaq dəsti- 30 manat 119. padnoslar- 3 cür- 50+5+20=75 manat 120. Ədviyya qabları-30 manat 121. Çaşqalar- gündəlik- 25 manat
122. ərzaq qabları-40 manat 123. Tort qabı-20 manat 124. Meyvə qabı-gündəlik-25 manat
125. Tok peçi-350 manat 126. Taxta -3 cür-25 manat 127. çay dəsmalları, qazan qapaqları,tək qazanlar-250 manat 128. Oxlov, yuxayayan, termus-40 manat 129. Nijiveka qazan dəsti, qrafınka- 2 cüt vedrə, 2 cür tas, kasa, masqura, iynəsap qutu.- 300 manat
130. dəhliz üçün: iki cüt lüstur - 30 manat 131. Xalça - 180 manat 132. 2 ədəd kartinka - 50+50=100 manat 133. şüşə silən, qaz silən, paraşoklar, sabunlar, şampunlar, lif, kisə, və sair süpürgə, pol silən, pol taxtası, paltar setkası-250 manat 134. 18 ədəd bakallar sadə - 150 manat 135. uşaq beşiyi - 500 manat) və ya onların dəyəri kimi 39.881 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh2 etirazında qeyd etmişdir ki, əsas yanaşma ondan ibarətdir ki, ərizəçi yalan danışır və yazdıqlarının sübutu kimi heç bir rəsmi sənəd təqdim edilmir, faktları təhrif edir və qərəzli mövqeyi sübut olunmuş olur. İddia ərizəsinin elə ilk cümləsində mənim barəmdə yalan danışmaqla, guya mənim bank işçisi kimi, hələ 2003-cü illərdə məlum mənzilə baxış keçirdiyimi və müəyyən danışıqlar keçirdiyimi iddia edir və gözünün içinə kimi yalan danışmaqla, şər-böhtan atır. 14a saylı mənzili mən, 2006-cı ilin noyabr ayında, iddiaçı tərəf, sözügedən mənzildən qanuni əsaslarla çıxarılarkən tanımışam və mənzilə, əslində isə, təmirsiz və anti sanitariya vəziyyətində olan uçuq sahəyə, o dövr üzrə mülkiyyətçisinin, yəni hüquqi şəxsin razılığı və təkidi ilə, almaq məqsədilə baxmışam (14a saylı mənzilin o dövrki foto şıkilləri əlavə edilir. Qoşma 1). İddia ərizəsində qeyd edilir ki, Mən 14a saylı mənzili hərrac yolu ilə almışam və bilərəkdən yalan danışılır. Mən, sözügedən 14a saylı mənzili hüquqi şəxsdən, alqı-satqı yolu ilə və tək payla 2007-ci ilin fevralında almışam və hal-hazırdada mülkiyyətimdədir ( alqı-satqı müqaviləsinin surəti əlavə edilir. Qoşma 2). Eləcədə, dediklərimin sübutu kimi, xx.xx.2009-cu il tarixli Səbail Rayon Məhkəməsinin, 2(0090-409/2009 nömrəli Qətnaməsini və xx.xx.2009-cu il tarixli AR Ali Məhkəməsinin, 2(102)-3144/09 nömrəli Qərarını göstərə bilərəm. Həmçinin sözügedən məhkəmə aktlarından bir çox sual doğuran məqamlara aydınlıq gətirilə bilər ( xx.xx.2009-cu il tarixli Qətnamə və xx.xx.2009-cu il tarixli Qərarın surəti əlavə edilir.Qoşma 3). Daha sonra iddia ərizəsində göstərilir ki, mənzildən məcburi çixarılma vaxtı, iddiaçıya aid ev əşyaları 14a saylı mənzildə qalmışdır və guya ki, çıxarmağa macal tapmamışlar. Bununla əlaqədar bildirirəm ki, yenə də yalan danışılır, məlum mənzildən əşyalar çıxardılmış və cavabdehin nümayəndələrinin iştirakı ilə saxlanc yerinə daşınmışdır. Bununla əlaqədar, cavabdeh, bir dəfə mənə qarşı məhkəmə işi açmış və Səbail Rayon Məhkəməsi 2(009)- 196/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnamə çıxarmış və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır ( 2(009)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnamə əlavə edilir. Qoşma 4). Eləcədə, cavabdeh barəsində və iddia ərizəsində göstərilənlərin əksinə olaraq, özünündə iştirakı ilə olmuş çox saylı məhkəmə Qətnamələri var ki, onlarıda məhkəməyə təqdim etməklə, sonuncunun, şəxsiyyətini səciyyələndirən sübutlar kimi baxmaq vacibdir. Səbail rayon Məhkəməsinin 2-1413/2005 saylı, xx.xx.2005-ci il tarixli Qətnaməsi, Bakı Apellyasiya məhkəməsinin 1-764/2006 saylı, xx.xx.2006-cı il tarixli Qətnaməsi, Ali Məhkəmənin 6k-1144/06 saylı, xx.xx.2006-cı il tarixli Qərarı (surətləri əlavə edilir 6 vərəq.Qoşma 5). Həmçinin, cavabdeh əvvəllər də 14a saylı mənzilə və mənzilin tərkib hissələri olan sahələrədə müxtəlif bəhanələrlə, əslində isə şantaj yolu tutmaqla və pul tələbi ilə iddialar qaldırmış və məhkəmələr tərəfindən Qətnamə və Qərarlar qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı və Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli Qərarı. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2270/2018 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərarı ( surətləri əlavə edilir 10 vərəq.Qoşma 6). Həmçinin, xx.xx.2025-ci il tarixli dəqiqləşmə barədə iddia ərizəsindədə, iddiaçı, yenə də əqidəsinə sadiq qalaraq şər böhtan atmaqda davam edir və hətda kəmağıllılıq nümayış etdirməklə avantürist çıxışlar edir ki, bu da özünün hüquqlarını başa düşmə qabiliyyətinin olmaması və həm də bu hüquqlarını özü təyin edə bilməməsidir. Məsələn, xx.xx.2025-ci il tarixli ərizədə, o dövr üzrə hüquqi şəxsin (Azərnəqliyyatbank) etibarnamə üzrə nümayəndəsi olan şəxs cavabdeh qoyulur və Məmmədovanın, bu məsələlərə münasibəti etibarnamə səlahiyyətlərindən kənara çıxılmadığı halda, sonuncuya münasibətdə subyektiv hüquq ortadan qalxmış olur. Eləcədə, Hüquqi subyekt olan bank da cavabdeh qismində cəlb edilmişdir, baxmayaraq ki, sonuncuya, münasibətdə bir neçə dəfə eyni predmet üzrə və eyni tərəflər üzrə iddialar qaldırılmış və məhkəmələr tərəfindən yuxarıda qeyd etdiyimiz məhkəmə aktları qəbul edilmişdir. Bildirirəm ki, iddia ərizəsində bir neçə məsələ bilərəkdən qarışdırılır və yeni hal kimi təqdim olunmağa cəhd edilir. Yekunda bildirirəm ki, 14a saylı mənzili kommersiya məqsədli olmayan, yaşamaq məqsədilə, hələ 19 il əvvəl, alqı-satqı müqaviləsilə, notariat qaydada, hüquqi şəxsdən, tək payla, tam təmirsiz vəziyyətdə almışam və əsaslı təmir işləri aparıldıqdan sonra, mənzilə köçmüşəm və hal-hazırdada bu ünvanda ailəmlə yaşayıram. İddiaçı eyni zamanda hazırki iddia tələbi ilə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir, tələb həm də bu əsasla rədd edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan : "xxxx" ASC (Satıcı) ilə Cavabdeh2 (Alıcı) arasında bağlanmış 16 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən mənzili alıcıya satmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 avqust 2006-cı il tarixli Qərarı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 noyabr 2009-cu il tarixli Qərarı ilə İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" ASC, “Daşınar və Daşınmaz əmlakların satışı üzrə hərrac mərkəzi, Səbail rayon məhkəmə icraçıları şöbəsi və 32 saylı dövlət notariat kontoruna qarşı “xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 16 fevral 2007-ci il tarixli alqısatqı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən mənzili "xxxx" ASC-dən almışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC-dən onun xeyrinə 7000 manat pulun, Cavabdeh2 70.000 manat pulun və 135 adda əşyaların dəyərinin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Məhkəmə qeyd edir ki, iddaçının ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, Cavabdeh2 evi 85.000 dollar müqabilində satmağı ona təklif etmiş və onlar razılaşmışdırlar, daha sonra isə iddiaçıdan xəbərsiz hərrac keçirilmiş və əmlak satılmışdır və beləliklə, Rəşad onu aldatmışdır. Halbuki işdən görünür ki, "xxxx" ASC keçirilmiş hərracda əmlakı əldə etdikdən sonra iddiaçının mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və həmin tələb 2006-cı il tarixdə təmin edilmişdir. Cavabdeh2 isə mənzili bankla iddiaçı arasında mənzillə bağlı məhkəmə mübahisələri bittikdən sonra 2007-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən dəyərini ödəməklə əldə etmişdir. Bundan sonra isə iddiaçı mənzillə bağlı keçirilmiş hərracı və xx.xx.2007-ci il tarixli müqavilə alqı-satqı müqaviləsini mübahisələndirmiş və bu tələb də təmin edilməmişdir. Göründüyü kimi, iddiaçının ərizəsində əsas gətirdiyi dəlillərin heç biri məhkəmə iclasında sübuta yetirilməmişdir. Hazırki işdə isə cavabdehlərin iddiaçının hesabına əsassız olaraq varlanma faktı mövcud deyildir. Məhkəmə iddia tələbinin “cavabdehlərdən 135 adda əşyaların və ya onların dəyəri kimi 39.881 manat pulun onun xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, işdə olan İddiaçı cavabeh Cavabdeh2 qarşı “135 adda əmlakların naturada və ya onların dəyəri olan 39.881 manat pulun cavabdehdən tutulması” barədə iddia tələbi üzrə Səbail rayon Məhkəməsinin 2(009)-196/2024 saylı qətnaməsində qeyd edilir ki, ilkin iddia üzrə iddiaçı ailə üzvləri ilə birlikdə 15 ildən artıq müddətdə mübahisəli mənzildən çıxarıldığından, bu müddət ərzində əmlakların geri qaytarılması barədə tələb irəli sürmədiyindən, mənzildən çıxarıldıqdan sonra əmlakların həmin mənzildə qalması, hərracdan sonra əmlak üzərində mülkiyyət hüququ əldə etmiş bankın həmin mənzili hazırki cavabdehə satarkən əmlakların həmin mənzildə olmasını təsdiq edən sübutların mövcud olmamasını, eyni zamanda təyin edilmiş ekspertiza tədqiqatı zamanı da mübahisəli mənzildə həmin əmlakların mövcudluğu təsdiq olunmadığından, iddia edilən plastik pəncərələr isə mənzilin divarında quraşdırılmış vəziyyətdə olduğundan, cavabdeh tərəfindən mübahisəli mənzil alınarkən pəncərələrin quraşdırılmamış vəziyyətdə olması barədə sübutların mövcud olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən qaldırılan iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Yəni iddiaçı tərəfindən onun mənzildən çıxarılması zamanı ona məxsus olan əmlakların akt əsasında cavabdehə saxlanc üçün təhvil verilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilə bilməmişdir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, mübahisələndirilən 135 adda əşyaların mövcudluğu və onların saxlanc üçün təhvil verilməsi iddiaçı tərəfindən bundan öncəki məhkəmə baxışı zamanı sübuta yetirilə bilməmişdir. Hazırki işdə də iddiaçı sözügedən əşyaların mövcudluğunu və cavabdehlər tərəfindən mənimsənildiyini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 noyabr 2009cu il tarixli Qərarından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixli müqavilədən ən geci artıq 2009-cu il tarixdə məlumatlı olmuş və əqdi məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin o, hazırki “cavabdehdən pulun tutulması”na dair tələblə iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, tələb həmin hissədə həm də iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməlidir. Lakin tələbin “əşyaların və ya dəyərinin cavabdehlərdən tutulması” hissəsinə iddia müddəti şamil edilmədiyindən, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi tələbin qeyd olunan hissəsinə münasibətdə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
HAKİM: İLKİN RÜSTƏMLİ